Elçin Ədəbiyyat və cəsarət tərcümanı Abbas Zamanov



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix23.08.2018
ölçüsü6,37 Mb.
#63993
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
    Bu səhifədəki naviqasiya:
  • Elçin

Elçin
 
66 
 
çıxışdan  sonra  Abbas  müəllimin  aqibəti  ilə  maraqla-
nırdı  və  demək  olar  ki,  hər  gün  telefonla  ona  zəng 
edib hal-əhval tuturdu.  
Xeyli  sonralar,  60-cı  illərin  axırlarında  mən 
aspirant olduğum  zamanlar  Abbas  müəllimlə  aramız-
da  səmimi  bir  münasibət  yarananda,  Abbas  müəllim 
deyirdi:  
-O  vaxt  yaxın  dostların,  tanışların  çoxu  küçədə 
məni  görəndə  qaçıb  gizlənirdi.  Ancaq  İlyas  hər  gün 
mənə  zəng  eləyib  kefimi  soruşurdu.  Rastlaşanda  da 
mənimlə «demonstrativ» görüşürdü.  
Bu  «demonstrativ»  sözünü  Abbas  müəllim  necə 
demişdisə, elə də yazıram.  
O çıxışdan sonra Abbas müəllimin başı çox bəlalar 
çəkdi,  onu  partiyadan  çıxartdılar,  işdən  çıxartdılar, 
əsərlərinin  çapı  yasaq  olundu,  bir  sözlə,  sistemin 
güclü  təqib  mexanizmi  işə  düşdü,  Abbas  müəllim 
üçün  böyük  maddi  çətinliklər  dövrü  başladı,  amma 
mənən ona heç cür təsir edə bilmədilər.  
Abbas  müəllim  özü  mərd  və  dostluqda  möhkəm 
adam  idi.  Vaxtilə  Cəfər  Cəfərov  «kosmopolit»  kimi 
ifşa  edilib  təqibə  məruz  qaldığı  vaxt  onun  ən  çox 
qayğısına  qalmış  adam  Abbas  Zamanov  olmuşdu  və 
bunu  mən  dəfələrlə  Cəfər  müəllimin  öz  dilindən 
eşitmişdim.  
Abbas  müəllim  də  təqibə  məruz  qalanda,  bir  sıra 
dostları ona qahmar çıxmışdı, amma əksəriyyət ondan 
gen gəzirdi...  
Təxminən yeddi il beləcə davam etdi.  


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
67 
 
Sonra  Abbas  Zamanov  əzmi,  zəhməti,  şövqü  onu 
öz  layiqli  yerinə,  əgər  belə  demək  mümkünsə,  bərpa 
etdi.  
Mən  hələ  1985-ci  ildə  Abbas  müəllimin  75  illiyi 
münasibətilə onun haqqında kiçik bir yazı yazmışdım 
və  o  yazını  başlarkən,  istər-istəməz,  Türkiyəyə  ilk 
səfərimi  xatırlamışdım,  həmin  yazını  elə  o  səfərin 
təəssüratı ilə də başlamışdım.  
Mən  1979-cu  ilin  yazında  Əziz  Nesinin  dəvətilə 
İstanbula getdim və o səfər zamanı ədəbi məclislərdə, 
görüşlərdə,  yığıncaqlarda türk  yazıçıları,  alimləri,  sə-
nət adamları məndən, əsasən, iki nəfəri xəbər alırdı və 
o  iki  nəfərə  də  salam  göndərirdi:  unudulmaz  maestro 
Niyazini və professor Abbas Zamanovu.  
Maestro  Niyazi  neçə  dəfə  Türkiyəyə  getmişdi, 
orada konsertlər vermişdi, opera quruluşlarına rəhbər-
lik  etmişdi  və  nəinki  o  zaman,  bugünün  özündə  də 
türk  musiqi  xadimləri  türk  simfonik  musiqi  ifaçı-
lığının  inkişafında  Niyazinin  xidmətlərindən  ağız-
dolusu danışırlar.  
Abbas  Zamanov  isə  o  vaxtacan  Türkiyədə  olma-
mışdı, amma onun sovet zamanı Azərbaycan  ədəbiy-
yatının, mədəniyyətinin Türkiyədəki təbliği sahəsində 
göstərdiyi  fəaliyyət  böyük  və  çox  səmərəli  rol  oyna-
mışdı və bu barədə söz düşəndə biz həmişə sidq-ürək-
dən  etiraf  edirdik:  Abbas  müəllim  o  işi  görür,  o  zəh-
məti  çəkir, o  əzab-əziyyətə  qatlaşır ki, onu bizim  heç 
birimiz etmirik. Türkiyədəki elmi müəssisələrin, alim-
lərin  ünvanını  tapır,  onlarla  əlaqə  yaradır,  heç  kimin 


Elçin
 
68 
 
köməyi olmadan o ünvanlara cild-cild kitablar, jurnal-
lar  göndərir,  qorxunc  və  beton  sərhədlərin  üzərindən 
türk professorunu, türk tələbəsini Azərbaycanın ədəbi, 
mədəni, elmi həyatına cəlb edə bilir.  
Abbas  Zamanov  «Sabir  və  müasirləri»  monoq-
rafiyasında  böyük  şairimizin  «öz  dövründə  təqib  və 
təkfirlərə  məruz  qalmasından»  bəhs  edərək  yazırdı: 
«Lakin  çox  zaman  bu  məsələni  yanlış  izah  edirlər: 
guya, xalq Sabiri başa düşməmiş, millət Sabiri vərəm-
lədib öldürmüşdür. Əlbəttə, belə fikirdə olanlar kobud 
səhv  edirlər.  Onlar  xalq  ilə  xalqın  içərisində  olan  və 
azlıq təşkil edən mürtəce, istismarçı, tüfeyli təbəqələri 
ayırd edə bilmirlər».  
Olsun ki, bu, məlum həqiqətdir, amma indiki halda 
mənim  üçün  ona  görə  əlamətdardır  ki,  Abbas  müəl-
limin  xislətindəki  ədəbiyyat,  sənət  təəssübkeşliyinin 
əsasında da həmin xalq təəssübkeşliyi dayanırdı: kiçik 
detaldır, amma Abbas müəllimin xisləti barədə, onun 
cəsarəti, ötkəmliyi, məğrurluğu, eyni zamanda, xeyir-
xahlığı, həssaslığı barədə, elə bilirəm ki, az şey demir.  
Əlbəttə,  həmişə  belə  olmalıdır,  ədəbiyyatı  tədqiq 
edən  hər  bir  qələm  sahibi,  aydın  məsələdir  ki, 
ədəbiyyatın  təəssübkeşidir,  ədəbiyyatın  təəssübü  isə 
xalq  təəssübünün  fövqündə  deyil,  çünki  həmin  ədə-
biyyat mücərrəd bir varlığın yox, xalqın özünü ifadəsi, 
xalqın mənəvi sərvətidir.  
Bəli,  həmişə  belə  olmalıdır,  amma  təəssüf  ki, 
həmişə  belə  olmur  və  buna  görə  də  Abbas  Zamanov 
kimi  ədiblərimizin  sovet  ideologiyasının  heç  vəchlə 


Ə
d
ə
biyyat v
ə
 c
ə
sar
ə
t t
ərcümanı 
- Abbas Zamanov 
69 
 
bəyənmədiyi,  təqdir  etmədiyi,  bir  sıra  hallarda  isə 
cəzalandırdığı  xalq  təəssübkeşliyi,  xalqın  milli-
mənəvi  sərvətinin  təbliği  naminə  gənclik  ehtirası  ilə 
fəaliyyət  göstərməsi,  elə  bilirəm  ki,  bu  gün  də  gənc-
lərimiz üçün bir örnəkdir.  
Abbas  müəllim  bir  tədqiqatçı  alim  kimi  klassik 
Azərbaycan ədəbiyyatını, xüsusən, Cəlil Məmmədqu-
luzadə  və  Mirzə  Ələkbər  Sabirin  adı  ilə  bağlı  olan 
«Molla  Nəsrəddin»  və  mollanəsrəddinçilər  dövrünü 
araşdırırdı,  öyrənir  və  öyrədirdi,  mətnşünas  bir  alim 
kimi  xalqın  mənəvi  sərvətini  yenidən  xalqın  özünə 
təqdim  edirdi,  Cəlil  Məmmədquluzadə  ilə  Sabirdən 
başqa M.P.Vaqifin, N.Nərimanovun, S.S.Axundovun, 
Ə.Haqverdiyevin, S.M.Qənizadənin, Hambalın, S.Hü-
seynin  və  başqalarının  da  əsərlərinin  nəşrində  yaxın-
dan  iştirak  edir,  böyük  Mirzə  Cəlilin  həyat  yoldaşı 
Həmidə  xanımın  çox  qiymətli  xatirələrini,  müasir-
lərinin  Sabir  haqqındakı  xatirə  və  məqalələrini  nəşrə 
hazırlayır, tənqidçi və teatrşünas kimi müasir ədəbiy-
yatımızın və  teatr  sənətimizin problemlərindən,  yara-
dıcılıq  nailiyyətlərindən,  çatışmazlıqlarından  yazır, 
eyni  zamanda  həmin  gənclik  ehtirası  ilə  ədəbiyya-
tımızı,  sənətimizi  təbliğ  edir,  Q.Zakirin,  S.Ə.Şirvani-
nin,  Cəlil  Məmmədquluzadənin  kitablarını  rusdilli 
oxuculara təqdim edir, klassik ədəbiyyatımızın nümu-
nələrini  ərəb  əlifbası  ilə  nəşr  etdirir  (Abbas  müəllim 
deyirdi: «-Cənubda da oxuya bilsinlər!»), yalnız Tür-
kiyədə  yox,  Yaxın  Şərq  ölkələrindən  tutmuş  İspani-
yaya, o zamankı AFR-ə, Fransaya,  İngiltərəyə, ABŞ-


Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə