Elektron məlumat bazalarinin yaradilmasi və Vİrtual xiDMƏt baki 2012


IV. Kitabxanalarda elektron sənəd



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix03.11.2018
ölçüsü1,48 Mb.
#77839
1   2   3   4   5   6   7

35

IV. Kitabxanalarda elektron sənəd

mübadiləsi xidmətinin təşkil edilməsi

Dördüncü  istiqamət  kitabxanalarda  elektron  sənəd

mübadiləsi  xidmətinin  təşkil  edilməsidir.  Bu  xidmət  oxucu

sifarişini uzaq  məsafədən  yerinə yetirməklə kitabxanalararası

elektron sənəd mübadiləsini təmin edir.

Son  dövrlərdə respublika  kitabxanaları kitabxanalararası

abonement  xətti  ilə oxucuların müxtəlif  elm  sahələri  üzrə

sorğularını təmin etmək  üçün  yaradılmış digər sahəvi mərkəz-

lərin  də sifarişlərini  ödəməyə çalışır. Kitabxanaçının kitabxa-

nalararası abonement xətti ilə alınan kitabı istifadə etmək üçün

öz  oxucusuna  verərkən  onu  hər  cəhətdən  məlumatlandırması

vacibdir.

Müasir  şəraitdə kitabxanalararası  abonement  xidmətinə

alternativ  xidmət növü kimi  elektron  sənəd  göndərişi  xidməti

yaradılmışdır.

Bu  xidmət  növü

vasitəsilə

kitabxanalar  operativ

tammətnli  informasiya  mübadiləsi  edir,  oxucular  isə öz  infor-

masiya tələbatını uzaq məsafədən ödəyə bilirlər.

Elektron  sənəd  göndərişi  ödənişli  xidmət növü olmaqla

kitabxanaya əlavə maliyyə vəsaitlərinin  daxil  olmasını  təmin

edir. Ödənişin  miqdarı sifarişin  xarakterindən  və göndəriş

növündən asılı olaraq bazar münasibətləri ilə tənzimlənir.

Nəzərə çatdıraq ki, M.F.Axundov  adına  Azərbaycan

Milli  Kitabxanasında  kitabların  internetlə sifariş  edilməsi  ger-

çəkləşdirilmişdir.

Sifarişçi kitabxanaya gəlmədən öz sifarişini kitabxananın

elektron  ünvanına  göndərməklə bir  saat ərzində həmin  kitabın

fondda  olub-olmadığı barədə cavab  ala  bilər.  Bu  cür xidmət

sistemi  oxucuya  operativ  informasiya  təqdim  etmək  və vaxta

qənaət etmək üçün çox əlverişlidir. Bu metod dünyanın bir çox

böyük kitabxanalarında tətbiq edilir.



36

2008-ci  ilin  mart ayından etibarən oxuculara  xidmət

növünün  keyfiyyətini yaxşılaşdırmaq  məqsədi  ilə “Məsafədən

sifariş”  (Virtual) bölməsi fəaliyyətə başladı.  Kitabxananın

saytına (www.anl.az

)

daxil  olmaqla  bölmə haqqında  məlumat



almaq  olar. Kitabxananın  üzvü  olan  hər  bir  oxucu  bu xidmət

vasitəsilə kitabxanaya  gəlmədən, iş  və ya  yaşayış  yerindən

ayrılmadan İNTERNET vasitəsilə kitab, jurnal və qəzet sifariş

verə bilər. Sifarişlər bazar ertəsindən başqa hər gün saat 10:00-

dan 16:00-dək qəbul olunur.

Oxucular sorğularına  uyğun ədəbiyyatı  sifariş  edir və

sifarişləri  2  saat  müddətinə yerinə yetirilir.  Şifrəsi oxucuya

məlum  olmayan  kitabları isə bir  gün əvvəl sifariş vermək

lazımdır.  Elektron  kataloqdan  istifadə qaydasını  da saytdan

öyrənə bilərlər.

Bu  xidmətlə elmi  işçilər  istisna  olmaqla  hər  oxucu  5

nüsxədən  artıq  kitab  sifariş  verə bilməz  və sifarişlər  3  gün

müddətinə saxlanılır.  Üç  dəfə sifariş  verib  kitabxanaya

gəlməyən oxucudan bir daha sifariş qəbul olunmur. Qəzetlərin

sifarişi  həmin  gün  üçün etibarlıdır.  Kitabxananın  ümumi

qaydasına uyğun olaraq ədəbiyyatın kitabxanadan kənara çıxa-

rılması qadağandır.

2010-ci ilin mart ayından etibarən kitabxanada olmayan

ədəbiyyatı Rusiya Dövlət kitabxanasından KAA (kitabxanalar-

arası  abonement)  bölməsi  vasitəsilə sifariş  etmək  olar.

Kitabxanalararası 

abonement 

bölməsindən 

kitabxananın

işçiləri, oxucular, Bakı,  Sumqayıt,  Abşeron  rayon  MKS-i və

digər təşkilatlar istifadə edirlər.

M.F.Axundov  adına  Milli  Kitabxananın  Elektron

informasiya  xidməti  və KAA  şöbəsi  oxuculara  təqdim  etdiyi

virtual xidmət vasitəsilə rayon və şəhər MKS-lərinin fondunda

olmayan ayrı-ayrı kitablardan (bədii ədəbiyyat istisna olmaqla)

müəyyən  hissənin,  fəslin, dövri  və ardı  davam  edən  nəşrlərdə,

elmi


əsərlərdə,  məcmuələrdə

dərc  olunmuş  məqalələrin

elektron  versiyasının  yerlərə çatdırılmasını  həyata  keçirir.



37

Sifarişlər  üçün orders@anl.az elektron  ünvanına  müraciət

edilir. Xidmət

ödənişsizdir.  Milli  Kitabxanada  olmayan

kitabların, dissertasiyaların elektron  variantı  sifarişlə (sifariş

pulludur) Rusiya Dövlət Kitabxanasından  da əldə edilə bilər.

Bu əməliyyatı əyani  surətdə təqdim  edək. Əvvəlcə Milli

kitabxananın www.anl.az saytına  daxil  oluruq,  daha  sonra

açılan  səhifənin  sol  tərəfindən  virtual  sifariş  linkinə

(keçid) vururuq.

Bu əməliyyatı yerinə yetirdikdən sonra  virtual  sifariş

edəcəyimiz səhifə açılır. Buradan istədiyimiz kitab və ya dövri

mətbuat materialını seçmək üçün link gəlir.



38

Seçilən materialın  kitab,  jurnal  və ya  qəzet  olmasını

təsdiqləmək üçün istədiyimizin üstündən vururuq və oxucunun

özü  haqqında  yəni,  adı,  soyadı,  oxucu  biletinin  nömrəsi,  kitab

haqqında  məlumatlar,  kitabxanaya  gələcəyi  vaxt  və s.  məlu-

matları doldurmaq üçün blank açılır. Bu forma aşağıdakı şəkil-

də olduğu kimidir.



39

Blankı  doldurduqdan  sonra  “yolla”  düyməsinə vurur  və

sifarişin cavabını gözləyirik.

Müasir  dövrdə kitabxanalarda  oxuculara  elektron  kitab-

xanaların  yaradılmasında  baza  rolunu  oynayan  elektron  sənəd

göndərişi xidmətini təşkil etmək üçün İnternetə qoşulmuş kom-

pyuter, faks-modem, telefon rabitəsi, skaner və printerin olması

kifayətdir.

Bu  iş  növlərini  geniş  işıqlandırmaqda  məqsədimiz İnter-

netə çıxışı olan bütün rayon və şəhər kitabxanalarının oxucula-

rın sorğularına hərtərəfli cavab vermək üçün Milli Kitabxanaya

müraciət edə bilmələrini təmin etməkdir.



V.Korporativ kitabxana - informasiya

şəbəkələrinin yaradılması

Kitabxana  proseslərinin

kompyuterləşdirilməsi  üçün

beşinci  istiqamətin  yəni,  korporativ  kitabxana-informasiya

şəbəkələrinin yaradılmasının həyata keçirilməsi məqsədəuyğun

hesab  edilir. Çünki  hazırda  rayon  və şəhər  kitabxanalarının

çoxu maliyyə vəsaitinin olmaması üzündən AKİS proqramları-

nı əldə edə bilmirlər.  Onlar  korporativ  kitabxana-informasiya

şəbəkəsinə qoşulmaqla  özlərinin  elektron kataloqunu, elektron

kitabxanasını  yarada  və oxucularının  təlabatına  cavab  verə

bilərlər. Korporativ  kitabxana-informasiya  şəbəkəsi  paylanmış

şəkildə ərazi  cəhətdən uzaq məsafədə yerləşən ayrı-ayrı kitab-

xanaların  birgə istifadə edə biləcəkləri kompyuter informasiya

şəbəkəsidir. Korporativ  şəbəkə kitabxanaların  könüllülük

prinsipi əsasında yaradılmalıdır. Korporativ kitabxana-informa-

siya  şəbəkələri  kitabxana  xidmətinin  keyfiyyətinin yüksəldil-

məsini və cüzi  maliyyələşmə şəraitində yeni  informasiya  xid-

mətinin  tətbiqini,  həmçinin  toplu  kataloqların  idarə olunması

zamanı  qüvvələrin  birləşdirilməsini, elektron  sifariş  və göndə-

riş xidmətlərindən istifadəsini və s. təmin edir.




40

Elektron sənədlərin və digər resursların istifadəsi üçün ilk

növbədə kitabxananın İnternetlə geniş əlaqələndirilmiş elektron

kitabxanası  və ya  heç  olmasa, inkişaf etmiş  lokal kompyuter

şəbəkəsi  olmalıdır.  Sonuncu  deyilən  halda  kitabxana məsafə-

dən  ötürülə bilən informasiya  resursları  ilə komplektləşdirilə

bilməz,  ancaq  optik və digər  tip  disklərdə yazılan  kitablar,

jurnallar və profilə uyğun olan məlumat bazaları ilə komplekt-

ləşdirilə bilər.  Digər  tərəfdən, əlaqədar  kitabxanada  nadir  və

qiymətli  nüsxələr  (milli ədəbiyyat)  rəqəmləşdirilmiş  formata

keçirilə, yəni  skaner  olunub,  elektron  kitabxanaya  daxil  edilə

bilər.  Bu  da  elektron  sənədlərlə komplektləşdirmənin  daxili

mənbəyi  hesab  olunur.  Optik  və digər  tip  disklərdə buraxılan

elektron  nəşrlər  və məlumat  bazaları  nəşriyyatlardan  və digər

əlaqədar  təşkilatlardan  adi  çap əsərləri  kimi  pul  köçürmə yolu

ilə alına bilər. Elektron sənədlərin və digər əlaqədar resursların

(məsələn,  biblioqrafik  məlumat  bazaları,  elektron  kataloqlar,

web  saytlar  və s.) əsas  komplektləşdirmə mənbəyi İnternet

resurslarıdır.  Bu  texnologiyadan  istifadə etdikdə tez-tez yeni-

ləşdirilən, əlavələr  edilən  və pulsuz  yayılan  elektron  sənəd

növlərinin komplektləşdirilməsi əlverişli deyil. Belə halda əla-

qədar  elektron  sənəd  növünün  və

massivinin  vaxtaşırı

aktuallaşdırılmasını  həmin  resursu  istehsal  etmiş  (hazırlamış)

qurumun öz üzərinə qoymaq, resursa dair biblioqrafik və ünvan

məlumatlarını  isə ya  kitabxananın  məxsusi  elektron  katalo-

quna, ya da registrinə (istifadə üçün tövsiyə olunan informasiya

resurslarının siyahısı) daxil etmək daha məqsədəuyğundur.

Müasir şəraitdə informasiya cəmiyyəti kitabxanalar qarşısın-

da, cəmiyyətin hər bir üzvünü informasiya ilə təmin etmək və

artan  sorğuları  operativ  şəkildə ödəmək üçün  yeni  tələblər

qoyur. Bu  isə ənənəvi  kitabxana xidmətləri içərisində lazımi

xidmətləri saxlamaqla  yanaşı,  yeni xidmətlərdən və texnologi-

yalardan  istifadə etməyə,  elektron  kataloq  və elektron  kitab-

xana  yaratmağa,  bir sözlə, kitabxanaların müasirləşdirilməsini

zəruri edir.




41

ƏDƏBİYYAT

Azərbaycan  Milli  Kitabxanası [Mətn]: kataloq  /tərt.

G.Səfərəliyeva;  red. və burax.  məs.  K.Tahirov.- Bakı,  2009.-

55, [5] s.

Xələfov, A. XXI əsrin əvvəllərində Azərbaycanda kitab-

xana işinin əsas inkişaf istiqamətləri [Mətn]: (mülahizələr, tək-

liflər və proqnozlar) /A. Xələfov.- Bakı, 2006.- 106 s.

Xələfov, A. Kitabxanaların kompyuterləşdirilməsinin

əsasları [Mətn]: dərslik /A.Xələfov, A.Qurbanov.- Bakı, 2007.-

199 s.

Xələfov, A. Heydər Əliyev  və Azərbaycanda  kitabxana

işi [Mətn] /A. Xələfov.- Bakı, 2006.- 312 s.



Kitabxana işinə dair normativ aktlar: Qanun və qanun

qüvvəli  normativ  hüquqi  sənədlər  toplusu [Mətn] /tərt.  ed.

K.M.Tahirov.- Bakı, 2004.- 52 s.

Qasımov,  V.

Elm  və təhsilin  informasiya  təminatı

sistemləri  [Mətn]: monoqrafiya  /V.Qasımov.- Bakı: Elm,

2005.- 116 s.



Rüstəmov, Ə. Avtomatlaşdırılmış kitabxana informasiya

sistemləri  və şəbəkələri [Mətn]: monoqrafiya /Ə.Rüstəmov,

N.Mustafayeva.- Bakı, 2007.

Rzayev, S.M. Kitabxana xidməti [Mətn]: dərslik /S.Rza-

yev.- Bakı, 2009.- 337  s.



Rzayev, S. Oxuculara  xidmət [Mətn]:  dərs  vəsaiti

/S.Rzayev.- Bakı, 2002.- 64 s.



Abdullayeva, A. Milli  kitabxana  gənclərin  informasiya

mədəniyyətinin formalaşması sistemində [Mətn] /A.Abdullaye-

va //Kitabxanaşünaslıq  və biblioqrafiya:  elmi,  nəzəri,  metodik

və təcrübi jurnal.- 2009.- № 1.- S.84-90.



Azərbaycan  respublikasında  kitabxana-informasiya

sahəsinin  2008-2013-cü  illərdə inkişafı  üzrə Dövlət Proqramı




42

[Mətn] //Kitabxanaşünaslıq  və biblioqrafiya: elmi,  nəzəri,

metodik və təcrübi jurnal.- 2008.- № 2.- S.7-30.

İsmayılova,  N. Əcnəbi  müəlliflər  elektron  kitabxanalar

haqqında  [Mətn]

/N.İsmayılova  //Kitabxanaşünaslıq  və

informasiya:  elmi,  nəzəri,  metodik və təcrübi  jurnal.- 2010.-

№1.- S.101-107.

İsmayılova,  N. Kitabxana  işinin kompyuterləşdirilməsi-

nin prioritet istiqamətləri [Mətn] /N.İsmayılova //Kitabxanaşü-

naslıq və informasiya: elmi, nəzəri, metodik və təcrübi jurnal.-

2010.- №3.- S.76-82.



Əliyeva, L. Elektron  kitab  mübadiləsi  təmin  olunur

[Mətn]  /L.Əliyeva

//Azərbaycan  müəllimi.- 2008.- 18  iyul.-

S.2.


Əliyeva-Kəngərli,  A. Azərbaycan  MEA-nın  Mərkəzi

Elmi  Kitabxanası [Mətn]  /A.Əliyeva-Kəngərli //Kitabxanaşü-

naslıq və biblioqrafiya: elmi, nəzəri, metodik və təcrübi jurnal.-

2010.- №1.- S.36.



Hacıyeva, M. Milli  kitabxana-ənənəvilikdən  yeniliyə

[Mətn] /M.Hacıyeva //Mədəniyyət.- 2008.- 15 fevral.- S.10.



Xələfov, A. İnformasiya cəmiyəti və kitabxanaşunaslığın

müasir problemləri [Mətn] /A. Xələfov //Kitabxanaşünaslıq və

biblioqrafiya:  elmi,  nəzəri,  metodik  və təcrübi  jurnal.- 2010.-

№1.- S.13.



Xələfov,  A. İnformasiya  cəmiyyətinin  formalaşmasında

kitabxanaların  vəzifələri  [Mətn]  /A.Xələfov  //Kitabxanaşünas-

lıq  və biblioqrafiya:  elmi,  nəzəri,  metodik  və təcrübi  jurnal.-

2005.- №2.- S.5-10.



Xələfov, A. İnformasiya xidməti [Mətn] /A.Xələfov //Ki-

tabxanalar  biliklər  cəmiyyətində: (ikidilli  Azərbaycan-Rusiya

layihəsi).- 2006.- S.64-74.

Quliyev, O. Müasir  informasiyalaşdırma  cəmiyyətində

elektron  kataloqun  tətbiqinin əhəmiyyəti [Mətn]  /O.Quliyev

//Kitabxanaşünaslıq  və biblioqrafiya:  elmi,  nəzəri,  metodik  və

təcrübi jurnal.- 2008.- №2 (23).- S.119-124.




43

Məmmədəli, O. Müasirləşən Milli Kitabxana [Mətn]

/O.Məmmədəli //Xalq cəbhəsi.- 2008.- 14 iyun.- S.10.



Məmmədova, S. Elektron kitabxanaların yaradılmasının

əsas  konsepsiyaları  [Mətn]  /S.Məmmədova  //Kitabxanaşünas-

lıq  və informasiya: elmi,  nəzəri,    metodik və təcrübi  jurnal.-

2010.- №3.- S.87-90.



Məmmədova, Y. Elektron kataloq və onun kitabxanalar-

da tətbiqinin bəzi məsələləri [Mətn] /Y.Məmmədova //Kitabxa-

naşünaslıq  və informasiya: elmi,  nəzəri, metodik və təcrübi

jurnal.- 2010. - №1.- S.116-119.



Məmmədova, Y. M.F.Axundov  adına  Milli  Kitabxana-

nın  elektron  kataloqu [Mətn]  /Y.Məmmədova //Kitabxanaşü-

naslıq və biblioqrafiya: elmi, nəzəri, metodik və təcrübi jurnal.-

2008. - №1 (22).- S.121-125.



Mirzəliyev, C. İnformasiya  cəmiyyətinin  formalaşması

və kitabxanalar [Mətn] /C.Mirzəliyev //Mədəniyyət.- 2008.- 17

aprel.- S.11.

Rüstəmov, Ə. Respublika  kitabxanalarında əsas  proses-

lərin avtomatlaşdırılması [Mətn] /Ə.Rüstəmov, N.Mustafayeva

//Kitabxanaşünaslıq və biblioqrafiya : elmi, nəzəri, metodik və

təcrübi jurnal.- 2007.- №2.- S.15-27.



Rüstəmova, R. Elmi kitabxanalarda elektron kataloqla-

rın  təşkili  xüsusiyyətləri [Mətn]  /R.Rüstəmova //Kitabxanaşü-

naslıq və biblioqrafiya: elmi, nəzəri, metodik və təcrübi jurnal.-

2008.- №2 (23).- S.115-118.



Smolina, Y. Kitabxana xidməti ictimai rifah kimi [Mətn]

/Y.Smolina //Kitabxanalar biliklər cəmiyyətində (ikidilli Azər-

baycan-Rusiya layihəsi).- 2006.- S.226-234.

Tahirov,  K. M.F.Axundov  adına  Milli  Kitabxana  yeni

əsrin  başlanğıcında [Mətn]  /K.Tahirov //Xalq    qəzeti.- 2008.-

30 yanvar.- S.6.



44

Rus dilində

Армс,  В. Электронные  библиотеки [Текст]:  учебное

пособие /В.Армс.- Москва: Пик Винити, 2000.- 274 с.



Бородина,  В. Библиотечное  обслуживание [Текст]

/В.Бородина.- Москва, 2004.- 168 с.



Земсков,  А. Электронные  библиотеки [Текст]:  учеб-

ник для вузов /А.Земсков, Я.Шрайберг.- Москва: Либерия,

2003.- 352 с.

Земсков, А. Электронная информация и электронные

ресурсы [Текст] /А.Земсков,  Я.Шрайберг.- Москва,  2007.-

528 с.

Мелентьева, 

Ю.

Библиотечное 

обслуживание

[Текст] /Ю.Мелентьева.- Баку, 2006.- 251 с.



Пилко,  И. Информационные  и  библиотечные  техно-

логии  [Текст]: учебное пособие /И.Пилко.- Баку, 2006.-

342 с.

İngilis dilində

Creating  a  virtual  library:  a  how-to-do-it  manual  for

librarians [Text].

-

New York: Neal-Schuman, 1999.- 184 p.



Evans,  G.  Edward. Introduction  to  technical  services

[Text]  /G.  Edward  Evans,  Sandra  M.  Heft. Englewood,  Colo:

Libraries Unlimited, 1994.

-

534 p.



Lerner, Frederick Andrew. The story of libraries: from

the  invention  of  writing  to  the  computer  age  [Text]  /Fred

Lerner. New York:  Continuum, 1998. 246 p.

Saffady,  William

Introduction  to  automation  for

librarians [Text] /William Saffady Chicago: American  Library

Association, 1999.

-

339 p.



45

İnternetdə

www.anl.az

www.preslib.az

www.kitabxana.net

www.kitab.az

www.clb.az

www.ryl.az

www.balakanmks.az

www.quba-information.az

www.qazaxlib.webs.com

www.xataimks.az

www.baku-mskf.az

www.khazar.org

www.csl-az.com

www.lib.bsu.edu.az



46

M Ü N D Ə R İ C A T

Giriş.......................................................................................

3

Kitabxana proseslərinin kompyuterləşdirilməsinin



əsas istiqamətləri ..................................................................

5

Kitabxanaların ənənəvi iş



üsullarının kompyuterləşdirilməsi .......................................

6

Elektron kataloqun yaradılması .........................................



7

Elektron kitabxanaların yaradılması ....................................

8

Kitabxanalarda elektron sənəd mübadiləsi xidmətinin



təşkil edilməsi …………………..........................................

35

Korporativ kitabxana informasiya



şəbəkələrinin yaradılması ………………….........................

39

Ədəbiyyat siyahısı ................................................................



41


47

Elektron məlumat bazalarının yaradılması və

virtual xidmət

(Metodik tövsiyə)

Nəşriyyat rеdaktоru və korrektor:

Mehriban Cəfərova

Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 29

Е-mail: contact@anl.az

URL: www.anl.az

M.F.Aхundzadə adına Azərbaycan

Milli Kitabхanasının mətbəəsində

оfsеt üsulu ilə çap оlunmuşdur.

Sifariş: 4

Çapa imzalanmışdır: 10.01.2012



Tirajı: 150

Pulsuz

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə