Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə16/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Fiziki xassələri. Maqnezium gümüşü ağ, yüngül, berilliuma nisbətən plastik metaldır. Onun sıxlığı 1,744 , 6510C-də əriyir, 11100C-də maqnezium oksid təbəqəsi ilə örtülür ki, bu da onun sonradan havanın oksigeni ilə oksidləşməsinin qarşısını alır.
Kimyəvi xassələri. Maqnezium aktiv metaldır. Maqneziumun səthində olan oksid təbəqəsini dağıtdıqda o, havanın oksigeni ilə asanlıqla oksidləşərək MgO-ya çevrilir və bu zaman az miqdarda Mg3N2 də əmələ gəlir. Qızdırıldıqda maqnezium halogenlərlə, kükürdlə, azotla, fosforla, karbonla, silisiumla və s. qarşılıqlı təsirdə olur.
2Mg+O2 2MgO Mg+Cl2 MgCl2
3Mg+N2 Mg3N2 3Mg+2P Mg3P2
2Mg+Si Mg2Si 3Mg+2B Mg3B2

Maqnezium su ilə adi şəraitdə qarşılıqlı təsirdə olmur, lakin qızdırdıqda su buxarı ilə asanlıqla reaksiyaya daxil olur:


Mg+H2O MgO+H2 və ya Mg+2H2O Mg(OH)2 + H2

Maqnezium oksigen və halogenləri bir çox metalların oksidlərindən və halogenidlərindən qoparır:


3Mg+MoO3 Mo+3MgO 2Mg+ZrCl4 2MgCl2+Zr

Oksigenə qarşı yüksək hərisliyə malik olduğundan, yandırılmış maqnezium lenti CO2 mühitində sönmür:


Mg+CO2MgO+C


Eyni reaksiya SO2, H2S, NO və NO2 mühitində də gedir. Maqneziumun bu xassəsindən pirometallurgiyada bir sıra oksidlərin (BeO, CuO, ZnO, CdO, HgO, Cr2O3, SnO2, B2O3, SiO2 və s.) reduksiya olunmasında istifadə olunur. Maqnezium aktiv metal olduğundan o, duru turşulardan H2 çıxarır:


Mg+2HCl  MgCl2+H2 Mg+H2SO4  MgSO4+H2


Maqnezium eləcə də qatı H2SO4 və nitrat turşuları ilə (duru və qatı) reaksiyaya daxil olur:

4Mg+5H2SO4  4MgSO4+H2S+4H2O


qatı
4Mg+10HNO3  4Mg(NO3)2+N2O+5H2O
qatı

4Mg+10HNO3  4Mg(NO3)2+NH4NO+3H2O


duru

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə