Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə37/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Kimyəvi xassələri. Adi şəraitdə karbon çox təsirsizdir, lakin qızdırıldıqda bir çox maddələrlə qarşılıqlı təsirdə həm oksidləşdirici, həm də reduksiyaedici xassə göstərir, reduksiyaedici xassə daha xarakterikdir.
1) Karbon oksigenlə reaksiyaya girərək oksigenin miqdarından asılı olaraq CO və CO2 əmələ gətirir.
C+O22CO (natamam yanma)
C+O2CO2 (tam yanma)
2) Karbon Cl2, Br2, J2 və nəcib qazlar istisna olmaqla digər qeyri metallarla birbaşa qarşılıqlı təsirdə olur.
a) Halogenlərdən yalnız ftorla birbaşa birləşir:

C+2F2CF4


Karbonun digər halogenli birləşmələri dolayı yolla alınır.
CCl4 – tetraxlormetan, 600C-də FeS iştirakı ilə karbon 4-sulfiddən xlor keçirməklə alınır:

CS2+2Cl2CCl4+2S


b) Sənayedə CS2- kükürd buxarlarını közərdilmiş kömürdən buraxmaqla alınır. Suda həll olmayan zəhərli mayedir. Çox yaxşı həlledicidir.


C+2S CS2

v) Karbon 30000C-də azotla zəhərli qaz disian əmələ gətirir:


2C+N2C2N2 və ya (CN)2


Disian xətti quruluşlu olub, NC-CN suda yaxşı həll olur və tədricən hidroliz edir:

(CN)2+4H2O(NH4)2C2O4


Disiana hidrogenlə təsir etdikdə hidrogen-sianid alınır. Hidro-
gen – sianid – sianid turşusu adlanır.

(CN)2+H22HCN


Sianid turşusu suda yaxşı həll olan, 260C-də qaynayan, acı badam iyli, zəhərli mayedir. Zəif turşudur, sianid turşusunun duzlarına sianidlər deyilir. Praktikada ən çox KCN-dən istifadə olunur. KCN-rəngsiz, kristallik maddədir. Suda yaxşı həll olur. Havada CO2 və H2O buxarlarının iştirakı ilə parçalanır:


KCN+H2O+CO2KHCO3+HCN
Sianidlər asan hidroliz edir və sianid turşusu əmələ gətirir:
CN + H2O ⇄ HCN+OH
HCN və NaCN məhlulları havanın oksigeninin iştirakı ilə qızıl və gümüşlə qarşılıqlı təsirdə olur. Qızıl suxurlardan bu üsulla ayrılır:

4Au+8NaCN+2H2O+O2  4Na[Au(CN)2]+4NaOH


3) Karbon hidrogenlə yüksək temperaturda reaksiyaya girib metan qazı – CH4 əmələ gətirir:


C+H2 CH4

4) Karbon aktiv metallarla qarşılıqlı təsirdə olub, karbidlər əmələ gətirir:




4Al + 3C Al4C3 Ca + 2C CaC2

Bu karbidlərdə karbon 4 valentli olur.


Al4C3-ün su və ya turşularla qarşılılı təsirindən metan (CH4), kalsium karbiddən isə asetillin alınır:

Al4C3 + 12H2O  4Al(OH)3 + 3CH4


Al4C3 + 12HCl  4AlCl3 + 3CH4




CaC2 + 2H2O  Ca(OH)2 + C2H2

CaC2 + 2HCl  CaCl2 + C2H2


Bir sıra karbidlər valentliyə tabe olmur, məsələn, Fe3C. Metalların karbidləri eləcə də metal oksidlərinin karbonla qarşılıqlı təsir reaksiyalarında da alınır:
CaO + 3C  CaC2 + CO



2Al2O3 + 9C Al4C3 + 6CO

Bu onunla izah olunur ki, aktiv metallar karbondan daha güclü reduksiyaedicidir. Ona görə də qızdırdıqda əmələ gələn metallar karbonun artığında oksidləşir.
5) Artıq miqdarda götürülmüş karbonun silisium dioksidlə (qum və ya kvars) qarşılıqlı təsirindən silisium-karbid (karborund) əmələ gəlir. Karborund çox bərk maddədir.


SiO2 + 3C SiC + 2CO

6) Karbon çox güclü reduksiyaedici olduğundan, bir çox oksidləri sərbəst metala və ya qeyri metala reduksiya edir:

ZnO + C Zn + CO; CuO + C Cu + CO




SiO2 + 2C Si + 2CO

7) Közərmiş kömür üzərindən su buxarı keçirdikdə su qazı alınır:


C + H2O CO + H2
su qazı

8) Karbon qatı nitrat və sulfat turşuları ilə qarşılıqlı təsirdə olub CO2-yə qədər oksidləşir:




C + HNO3  CO2 + 4NO2 + 2H2O



C + H2SO4  CO2 + 2SO2 + 2H2O


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə