ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə18/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   14   15   16   17   18   19   20   21   ...   79

62
Ə
li 
İld
ırı
m

lu
Məktəb yaşım çatmasa da, dayım başımın üstünü 
kəsdirib mənə qələm tutmağı, yazmağı, kitab oxuma­
ğı, rusca­azərbaycanca yüzə qədər saymağı öyrət miş­
di.  İlk  günlər  hərfləri  hıqqana­hıqqana  oxuyurdum. 
Getdikcə yazı­pozuya alışdım. Dayım mənə qoşa cı­
zıqlı, cücəgözü dəftərlər, üçrəng karandaşlar almışdı. 
Gecə­gündüz  dəftər­qələmlə  əlləşirdim.  Yatanda  da 
dəftər­qələmimi  yastığımın  yanına  qoyurdum  ki, 
birdən it­bata düşər. Qaşqasuvaq evimizin divarları­
na xəmirlə çoxlu qəzet və şəkillər yapışdırılmışdı ki, 
yırtıq­deşiyin  üstü  örtülsün,  həm  də  otağımız  yara­
şıqlı görünsün. Divardakı kenquru və onun kiçik ba­
laları olan rəngli bir şəkil diqqətimi daha çox çəkirdi. 
Həmin şəklin altında belə bir şeir yazılmışdı:
Bu uzun quyruq kenquru,
Nəşəsi saz, kefi duru...
Bacısını çağıraraq
Deyir, gəl gəzək, oynayaq.
Bacısı boynunu burmuş,
Səssiz-səmirsiz oturmuş
Anasının kisəsində,
Deyil gəzmək həvəsində.
Mən şəklin qabağında saatlarla dayanıb, həmin şe­
iri dönə­dönə oxuyub əzbərləmişdim. Şeiri oxuyanda 
Nəcinin üzü gülür, dərdi dağılırdı və sonra da məni 
sorğu­suala tuturdu:
– Kenquru yekə olar, yoxsa mənin buynuzlu qo­
çum? 
– Qabaqlaşsalar, hansı dov gələr?
– Kenquru hansı hökumətin torpağında olur?
– Əti yeməlidir?
– Adamı dişləməz ki?


63
Daş y
ağan gün
Kenquru  barədə  əzbərlədiyim  şeirdən  başqa  heç 
nə bilmirdim. Ona görə də Nəcinin verdiyi suallar ca­
vabsız  qalırdı.  Bircə  kenqurunun  şəkildə  gördüyüm 
qamçı kimi uzunquyruq, qabaq ayaqları dal ayaqla­
rından azı iki­üç dəfə gödək olduğu, pələ qulaqlarının 
yana  sallandığını  deyə  bilirdim,  vəssalam.  Cavabla­
rım Nəcinin ağlına batmırdı, axırda mənimlə belə bir 
şərt kəsdi: 
–  Bilirəm,  dərs  vaxtı  atangilə  getməlisən.  Çünki 
orda məktəb var. Məktəbdən öyrən gör, kenqurunun 
əti yeməlidir, yoxsa murdardır? İldə neçə bala doğur? 
Ona canavar bata bilər? Sonra ayağın buralara düşən­
də mənə danışarsan. 
Mən də razılaşıb bu barədə ona söz verdim. Onu 
inandırmaq  üçün  hələ  bir  atamın  canına  da  and  iç­
dim. 
Günlərin birində yenə də gördüm ki, Nəci sürünü 
Arıq  dərənin  boğazındakı  sucuqluğa  verib,  özü  də 
Sarı qayanın üstündə üzü Köhnə Həsənliyə tərəf da­
yanıb  tütək  çalır.  Evdəkilər  bilməsin  deyə  mərəyin 
arxa tərəfindən əyilə­əyilə keçib özümü Nəciyə yetir­
dim. Məni görəndə elə sevindi ki! Sonra dağdan­aran­
dan xeyli söhbət elədik. Onun qulağı məndə olsa da, 
fikri Köhnə Həsənlini əhatə edən dağlarda, təpələrdə 
idi. İndi onun iki tütəyi vardı. Təzə düzəltdiyi tütəyin 
səsi o qədər də xoşuma gəlmirdi. Bunu Nəci də hiss 
edib  ala­bəzək  tütəyini  çalmağa  başlayanda,  göyün 
üzü damarlandı. İldırım çaxdı, yer silkələndi, bayaq­
dan yağan sakit yağış daha da şiddətləndi. Nəci tez 
sürünün dal­qabağını kəsib Sarı qayanın altındakı ka­
halara saldı. Yağış səngimək bilmirdi. Biz kahanın bir 
küncünə  çəkilib  söhbət  eləyirdik.  Nəci  dedi  ki,  təzə 
tütəyi çayın aşağısında bitən qarğıdan düzəltmişəm. 
Ala­bəzək  tütək  Köhnə  Həsənlinin  qabağında  bitən 


64
Ə
li 
İld
ırı
m

lu
qarğıdandır. Nəcidən bu sözləri eşidəndə xəyallandım. 
Babam  həmin  qamışlığı  mənə  göstərib  demişdi  ki, 
ermənilər kəndə hücum çəkəndə adamların çoxu qa­
çıb  bu  qamışlıqdan  keçərkən  uşaqlı­böyüklü  hamısı 
qırılıb. Bir nəfər belə o taya addamağa macal tapma­
yıb.  Ağlıma  gəldi  ki,  Nəcinin  ala­bəzək  tütəyi  də 
Köhnə Həsənlilərin qanı ilə suvarılıb. Yəqin elə ona 
görə də ala­bəzək tütəyin səsi adamı yandırıb­yaxır. 
Ala­bəzək  tütək  çalınanda  Nəcinin  gözlərində  sübh 
çağının şehi kimi yaş damcıları gilələnirdi. Özümdən 
asılı olmayaraq məni də qəhər boğurdu. Yəqin bu ya­
ğış  da  Köhnə  Həsənlinin  kövrək  göylərdən  tökülən 
göz yaşlarıdır. – Öz­özümə düşündüm. Ancaq ağlıma 
gələn bu fikirləri Nəciyə deyib, onun dərdini daha da 
artırmaq  istəmədim.  Yağış  kəsəndən  sonra  hava  bir 
qədər ayazıdı. Köhnə Həsənli tərəfdən gələn bir tala 
boz duman Təzə Həsənliyə yayıldı, sonra yavaş­yavaş 
sürünüb,  altına  sığındığımız  Sarı  qayanın  üstündən 
uzaqlara  çəkildi.  Bu,  bəlkə  də  ermənilərin  Köhnə 
Həsənlidə  qırdığı  günahsız  insanların  narahat  ruhu 
idi. Uşaq olsam da, kəndin dünyagörmüş adamların­
dan  eşitmişdim  ki,  insan  ölsə  də,  ruhu  yaşayır  və 
Köhnə Həsənlinin xarabalıqları üzərində cövlan edən 
duman,  çən  yüz  illər  burada  yaşayıb­yaradan,  indi 
yox olan insanların incikli ruhudur. Və ona görə də 
qanla suvarılan ala­bəzək tütəyin səsində yanıqlı bir 
inilti vardı. Hər dəfə çalınanda ruhlar oyanır, yer­göy 
silkələnib lərzəyə gəlir.
Hava açılan kimi Nəci sürünü haraylayıb kahalar­
dan  çıxartdı.  Qoyunlar  yağışın  islatdığı  payız  otunu 
ləzzətlə  yeyirdi.  Mən  bu  dəfə  Nəcinin  yanına  ayrı 
məqsədə  gəlmişdim.  Oxuyub  öyrəndiyim  məzəli  bir 
hekayəni Nəciyə danışmaq üçün fürsət axtarırdım. Bi­
lirdim ki, şeir, nağıl deyəndə dostumun kefi durulur.


65
Daş y
ağan gün
Məsələ belə olmuşdu. Xəlvətə salıb dayımın idarə 
kağızlarını  qurdalayırdım.  Gözüm,  üstündə  “Cəlil 
Məmmədquluzadə” yazılmış və vərəqləri saralıb­sol­
muş  bir  kitaba  sataşdı.  Xəlvətə  çəkilib  kitabı  vərəq­
ləməyə başladım. “Qurbanəli bəy” hekayəsi diqqətimi 
cəlb etdi. Hekayəni oxuyub orada yazılanları nöqtə­
vergülünəcən  öyrəndim  və  Nəciyə  danışanda  əlini 
əlinə vurub o ki var qəşş etdi. Sonra dişini qıcıyıb ucu 
koğa kimi əyri olan çomağını başının üstünə qaldırıb: 
– Bəy olmasın, kim olur olsun, o Qurbanəli bəy əlimə 
düşsəydi, nə əzişdirərdim?! Gopçu oğraş!! Ə, ağzında 
bəy deyirsən ey, bəy! Bəy olan kəs də yalançı, gopçu, 
ikiüzlü olar?! Məni qınasalar da, düzünü deməliyəm. 
Vallah­billah, dünyanı qarışdıran, adamları bir­birinə 
vurduran, ortalığa ədavət salan elə o bəylərdir. Bax, 
elə erməniləri də fittiyib üstümüzə salan, kəndi­kəsəyi 
yandırıb viran edən o xaçpərəstlərin bəyləridir. Hansı 
millət olur olsun... Kasıb­kusuba qalsa, heç vaxt bir­
birinə  dəyib­dolaşmaz.  Nəyə  desən  and  içərəm  ki, 
bəy olan yerdə ot da bitməz. Bütün bu fitnə­fəsadları 
törədən  nənəsinin  əmcəyini  kəsən  bəylərdir.  Əmim 
deyir ki, düzdür, bəylərin mərdi də olur. Ancaq onla­
rın çoxundan kişi çıxmaz. Ə, kişi də bərkə düşəndə 
atın axurunda gizlənər?! 
Nəci  Qurbanəli  bəyin  barəsində  əsib­coşduqdan 
sonra  üzünü  mənə  tutdu.  Dedi  ki,  çoban  olmağıma 
baxma, mənim də özümə görə ağlım var. Çox adam 
adını bəy qoyub, vallah, nökərcən qeyrəti yoxdur.
Nəci heç vaxt bu cür sözləri işlətməzdi. Qurbanəli 
bəyin əhvalatını danışanda elə bil çönüb başqa adam 
oldu.  İllaf,  dünyanın  gedişatından  başı  çıxan  yekə 
kişilər kimi əyyar­əyyar sözlər deyirdi. Fikirləşirdim 
ki, yox, Nəci də dəyişilib. İndi əmisi Mikayıl kimi çox 
şey bilir. Nəcinin xahişi ilə Qurbanəli bəyin hekayəsini 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə