ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə19/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   15   16   17   18   19   20   21   22   ...   79

66
Ə
li 
İld
ırı
m

lu
düz üç dəfə danışdım. Hər dəfə də Nəci gah gülür, 
gah da qəzəblənirdi. Sonra da Qurbanəli bəyin haq­
qında harfa söyüşlər söyürdü.
Cəlil  Məmmədquluzadənin  “Qurbanəli  bəy”  he­
ka yəsi Nəcini yaman tutmuşdu. Nəci bir dəfə çəkinə­
çəkinə soruşdu:
– Dayın kimi sən də mənə yazıb­oxumağı öyrədə 
bilərsən?
Əvvəlcə bu sual mənə qəribə gəldi, nəm­nüm elə­
dim. Bu işə boyun olmaq istəmədim. Nəci isə qır­saq­
qız  olub  yapışdı  yaxamdan. Axır  ki,  onun  təkidi  ilə 
Nəciyə  müəllimlik  etmək  məcburiyyətində  qaldım. 
Nəciyə  dəftər­karandaş  tapdım.  Ona  yal­yamacda, 
qayaların  kölgəsində,  daş  kahalarda  əlifba  dərsi 
keçməyə  başladım.  Nəci  zehinli  olduğundan,  yazı­
pozuya hədsiz həvəs göstərdiyindən, axır ki, arzusu­
na çatdı... Ordan­burdan kitab tapıb Nəciyə verirdim. 
O, qalın­qalın kitabları birnəfəsə oxuyurdu. Oxuduq­
larını da əzbər danışırdı. Nəci kitab düşkünü olmuş­
du. Əlinə qəpik­quruş düşəndə əmisindən gizli rayon 
mərkəzinə  gedənlərin  birinə  pul  verib  kitab  gətirt­
dirirdi. Oxuyub­yazmaqda mən onun yanında yalan 
olmuşdum.
Bir gün Nəci qoyun­quzunu Təzə Həsənlidən xeyli 
aralıda, neçə­neçə kənd­kəsəyi bir­birinə calayan el yo­
lunun  kənarında  otarırdı.  Hərdən  tütək  çalır,  gəlib­
keçən yüklü dəvələrə, atlı­ulaqlı yolçulara baxırdı. Tor­
paq yolda şütüyən üstü budkalı maşın ona yaxınlaşan­
da  yolun  kənarına  çıxıb  dayandı.  Sürücü  kabi nədən 
düşüb təpiyinin ucu ilə təkərləri bir­bir yoxladı. Sonra 
isti  buxar  qalxan  motora  su  tökdü.  Nəci  tanımadığı 
sürücüyə  yanaşıb  salamlaşdı.  Maşının  örtülü  kuzası­
nın  üstündə  “avtodükan”  yazılmışdı.  Sürücü  budka­
nın  qapısını  açanda  qəfəsələrdəki  cürbəcür  parçalar, 


67
Daş y
ağan gün
paltarlar,  qənd  kisələri  onun  diqqətini  cəlb  etdi.  Üst 
qəfəsələrə çoxlu dəftər­kitab yığılmışdı. Sürücü çoba­
nın marağını hiss edib ona tərəf baxmadan soruşdu:
– Bəlkə bir şey lazımdır?
– Kitablara baxmaq olar?!
– Olar, olar! Niyə olmur? Sən kitab oxuya bilirsən?
Niyə oxumuram, xoşum gələn kitab olsa...
– Buyur, hansı kitabı deyirsən, rusca, azərbaycanca...
– Azərbaycanca olan kitabları göstərin.
Nəci dükançının göstərdiyi kitablardan üçünü se­
çib götürdü. Əlini cibinə salanda pərt oldu. Paltarını 
dəyişdiyindən  olan­qalan  pulunun  hamısı  evdəki 
pencəyin cibində qalmışdı. O, xəcalət çəkə­çəkə kitab­
ları geri qaytardı. Birdən ağlına nə gəldisə, özündən 
on beş­iyirmi yaş böyük olan satıcıya çəkinə­çəkinə:
– Əmi, cibimdə pul yoxdur, pulum yadımdan çı­
xıb evdə qalıb, – dedi. – Əvəzində bir südəmər quzu 
versəm, götürərsən? Üçaylıqdır.
Bu söz satıcıya göydəndüşmə oldu:
– Götürməyinə götürərəm. Axı, quzunun pulu çox 
eləyir. 
Eybi yoxdur, elə hamısına kitab verərsən.
Onlar razılaşdılar. Nəci xeyli kitab seçib götürdü. 
Sonra əkiz quzulardan birini tutub satıcıya verdi. Av­
todükanın satıcısı soruşdu: 
– Adın nədir?
– Nəcəf.
– Atan nə işlə məşğul olur?
– Atam yoxdur. 
– Anan? 
–Anam da yoxdur. 
– Bacı­qardaşın?
– Bacı­qardaşım da yoxdu. Hamısını o vaxt ermə­
nilər qırıb.


68
Ə
li 
İld
ırı
m

lu
–  Allah  hamısına  rəhmət  eləsin.  Qəbirləri  nurla 
dolsun. 
– Onların heç qəbirləri də yoxdu. 
– Bəs bu qoyunlar kimindir? 
– Əmimindir. Onun qoyun­quzusunu otarıram. 
Satıcı mütəəssir oldu. Onun qolları boşaldı. Quca­
ğındakı quzunu Nəcinin özünə qaytardı. Quzu hop­
panıb sürüyə tərəf qaçdı. Satıcı söhbəti davam etdir­
mədi. Bircə onu dedi ki, pul lazım deyil. Kitabları sənə 
bağışlayıram.  Satıcı  bunu  deyib  pəjmürdə  görkəm 
aldı və maşının kabinəsinə keçərək:
–  Qəm  eləmə.  Allah  kərimdir,  axırı  yaxşı  olar. 
Ermə nilərin  evi  yıxılsın.  O  vaxt  çoxlu  kəndi  xaraba 
qoyublar, – deyib motoru işə saldı. 
Hər dəfə Nəcinin yanına gedəndə əvvəlcə təzə al­
dığı və oxuduğu kitablardan həvəslə danışırdı. Sonra 
mənə  səxavətlə  qonaqlıq  verirdi.  Qara  qoyunlardan 
birinin südünü çantasındakı mis cama sağıb, sonra da 
bulağın gözünə qoyub sərinlədirdi. Yarım litrə qədər 
südü köpüklü­köpüklü başıma çəkib ləzzətlə içirdim. 
Nəci deyirdi ki, qara qoyunun əti də, südü də dadlı 
olur. Nəci mənə göstərdiyi qonaqpərvərlikdən məm­
nunluq  duyurdu.  Və  hərdən  kefinin  duru  vaxtında, 
bəzən  də  kədərli  anlarında  ala­bəzək  tütəyinə  dəm 
verirdi. Onda bütün quşlar susur, dağlar sükuta dalır, 
ora­bura  dazıyan  qoyun­quzu  yerlərindən  tərpən­
mədən sakit­sakit otlayıb, hərdən Nəciyə tərəf qulaq­
larını şəkləyirdilər. Sürünün həndəvərində hərlənən 
itlər də səslərini çıxarmadan hərəsi bir tərəfdə şöngü­
yüb altdan­altdan Nəciyə baxırdılar. Təzə tütəyin səsi 
isə başqa cür çıxırdı. Adamın canına yatmırdı. Qanla 
suvarılan ala­bəzək tütəyin səsində Köhnə Həsənlilərin 
iniltisini, fəryadını duyurdum və mən özüm də Nəci­


69
Daş y
ağan gün
nin qəlbindən qopub gələn bu nalənin sehrinə düşüb 
erməni cəlladlarına nifrət edirdim. Günlərimin çoxu 
Nəcinin yanında keçirdi. Bunu evin böyükləri də bilir, 
lakin etiraz etmirdilər. Əksinə, deyirdilər ki, Nəcəf saf 
uşaqdır. Çoban olsa da, ağsaqqalın, ağbirçəyin yerini 
biləndi. Heyləsindən adama ziyan gəlməz. 
Heç bir mədəni­maarif, ictimai­iaşə, tibb ocağı, ra­
diosu, telefonu, elektrik işığı olmayan Təzə Həsənlidə 
camaat  azar­bezarın  nə  olduğunu  bilmirdi.  Kəndə 
illərlə həkim ayağı dəymirdi. Cavanlar böyüklərin yo­
lunu  saxlayırdı.  Qonum­qonşu  bir­birinə  can  deyib, 
can eşidirdi. Adamlar arasında dəyintili, qanqaraldan 
söz­söhbət olmazdı. Tək­tük adam tapılardı ki, oruc­
namazından  qalsın.  İbadətə  biganə  olanlara  ağıldan 
kasad  kimi  baxırdılar.  Təzə  Həsənlinin  yazılmamış 
orfoqrafik və izahlı lüğətində, yalan, yaltaq, kin­küdu­
rət, oğurluq­əyrilik, şər­böhtan kəlmələri yox idi... İn­
sanların  xasiyyəti  bu  yerlərin  təbiəti,  torpağı,  suyu, 
ab­havası kimi pak və bakirə idi. İnsanlar yüzdən ar­
tıq ömür sürürdü. Kənddə neçə ildən bir hüzr yeri dü­
şür, ağı səsi eşidilirdi. Və mənə elə gəlirdi ki, kənddə 
adamlar ölmür, bax, elə o dağlar, qayalar kimi əbədi 
yaşayır.
Orası var ki, qaranlıq çökəndə kəndin ətrafında ac 
canavarlar,  tülkü  və  çaqqallar  tüğyan  eləyirdi.  Ona 
görə də hərə qapısında bir və ya iki qanıq it saxlayırdı. 
Elə itlər ki, sahibi qabağını almasa, atlını atdan salır, 
piyadanı yolundan eləyir. Di gəl ki, o cür sərt itlər qa­
dınla  uşağa  dəyib­dolaşmırdı.  Nəcinin  dediyi  kimi, 
qadına, uşağa cuman iti heç kəs qapısında saxlamaz­
dı, dərhal aparıb azdırardı. Bir də ki, kürsək vaxtı kö­
pəklə qancıq kənd arasında, adamların gözü qarşısın­
da  açıq­aşkar  bir­birinə  səmtiməzdi,  dalda  bir  yerə 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə