ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə27/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   23   24   25   26   27   28   29   30   ...   79

94
Ə
li 
İld
ırı
m

lu
onda Allah da günahımdan keçər. Özümə qalsa, yenə 
də  Həsənqulunun  otuna  dəyib  toxunmaram. Ancaq 
bıçaq sümüyə dirənib. Qoyunları qırğına versəm, qa­
nım getdi! Gərək əmimin gözünə görünməyim! Otu­
rub­durub deyəcək ki, səni yağının əlindən qurtarmı­
şam. Neçə ildi çörək verib saxlayıram! Sən də bu yax­
şılıqlarımın qabağında qoyunlarımı qırıb, məni quru 
yurdda qoydun...
Nəcəf  fikirli­fikirli  tövlədən  çıxıb  ətrafa  göz 
gəzdirdi. Soyuq adamı qılınc kimi kəsirdi. Hamı yat­
mışdı. Tək­tük evlərin pəncərəsindən işıq gəlirdi. Ço­
ban  itləri  peyin  komalarının  üstündə  yumurlanıb, 
nəfəsləri ilə özlərini isidir və səslərini çıxartmırdılar. 
Köhnə və Təzə Həsənlinin təmiz səmasında sayrışan 
ulduzlar,  sanki  hüznlü  görünən  dağların  dərdinə 
şərik olur, ermənilərin qırıb­çatdığı günahsız insanla­
rın ruhuna nur çiləyir, ölümün ağzından qurtaranlara 
təsəlli verirdilər.
Nəcəf bu qış gecəsində, üz­üzə dayanan yerin­gö­
yün sakitliyini pozmaq istəmirmiş kimi, ehtiyatlı ad­
dımlarla əmisinin həyətinə keçdi. Dəhlizdəki ala çatı­
nı  ehmalca  götürüb,  qonum­qonşudakı  itlər  duyuq 
düşməmiş  kənddən  çıxdı.  Təpənin  o  üzünə  aşıb 
qənşər bir yerdə dayandı. Üzünü Köhnə Həsənlinin 
kalafalıqlarına  tutdu.  Dəli  həsrətlə  atası  Cəbrayılı, 
anası Mehribanı imdada çağırdı. Ancaq qəbir sükutu 
çökmüş kalafalıqlardan hənirti gəlmədi. Yalnız yaxın­
lıqdakı qayaların əks­sədası yetim Nəcəfə cavab ver­
di. Bu ümidsiz çağırışdan sonra soyuq gecənin qara 
pərdəsinə  bürünmüş  yer  adlı  məkanla,  mavi  səma 
arasında yenə də lal və vahiməli sükut yarandı. Ge­
cənin dərinliklərindəki meşələrdən arabir eşidilən ac 
yalquzaqların zəhmli ulartısı, xarabalıqlarda məskun­


95
Daş y
ağan gün
laşan  bayquşların  bədheybət  səsi  Nəcinin  tüklərini 
ürpəşdirdi. Bu məşum gecədə bəlkə yer üzündə elə 
bir  bəni­insan  tapılmazdı  ki,  Nəci  kimi  kimsəsiz 
çöllərə  düşüb  qorxunc  dərələrdə,  təpələrdə  ölümlə 
əlbəyaxa olsun. Hamı isti komasında, yumşaq yorğan­
döşəkdə şirin yuxuya dalmışdı. 
Əlbəttə, canlıdan qada əskik deyil. Yaranmış məx­
lu qatın  dərdi  də  olar,  azar­bezarı  da.  Lakin  onun 
çarəsi də tapılır. Min dərd varsa, min bir də dərmanı 
var. Ancaq yetim Nəcəfin ürəyi, erməni daşnaklarının 
ona  vurduğu  yaradan  əzab  çəkirdi.  Elə  bir  yara  ki, 
neçə  illərdir,  onun  nə  çarəsi  tapılır,  nə  də  dərmanı. 
Qız dırması, titrətməsi, Qafqaz dünyasını bezara gəti­
rən bu yaranın fəsadları nəinki Şərqdə, Qərbdə, okea­
nın o tayında belə qızdırma saçır, üfunət yayır. Tale 
yetim  Nəcəfi  bax,  belə  bir  sağalmaz  dərdə  düçar 
eləmişdi. O, mübtəla olduğu bu ağır dərdin əzabını 
ömrünün sonuna qədər çəkməyə məhkum idi. 
Nəcəf bir neçə tap aşıb, Həsənqulunun ot yığdığı 
kahanın  qabağına  endi.  Çopur  qayanın  döşündəki 
kaha yerdən beş­on metr hündürdəydi. Ona görə ka­
haya arxa tərəfdən enmək lazım idi. Soyuq onun əl­
ayağını  dondurub  heydən  salmışdı.  Buna  baxmaya­
raq, canını dişinə tutub dizlərinin kasası sivrilə­sivrilə 
birtəhər yuxarı qalxdı. Gətirdiyi uzun çatının bir ucu­
nu  qayanın  döşündəki  tikanlı  kola  bağlayıb,  o  biri 
ucunu həlqə eləyib ortasına keçirtdi. Göz gözü gör­
mürdü. Nəcəf bilmirdi ki, ayağını hara qoysun. Artıq 
o,  canından  bezmişdi.  Ölümünü  gözünün  qabağına 
gətirib, Çopur qayanın döşü ilə aşağı endi. Kahaya ça­
tanda onu yaz çiçəklərinin ətri vurdu. Nəcəf qan­tər 
içində nəfəsini dərib, sonra vaxtı itirmədən ot bağla­
malarını  bir­bir  aşağı  atmağa  başladı.  “Çıxartdığım 


96
Ə
li 
İld
ırı
m

lu
bağlamalar qoyunlara bir neçə gün bəs eləyər, hələlik 
bunu aparım, qalanlarını da sonra daşıyaram” – dü­
şündü və kahadan çıxıb qəzil çatıdan tuta­tuta yuxarı 
qalxdı. Arxa tərəfdən hərlənib ot bağlamalarını çatı­
nın  arasına  yığdı. Ancaq  bu,  bir  dəfənin  işi  deyildi. 
Yerdəki otu azı üçdəfəyə aparmaq olardı. Nəcəf canı­
na cəfa basıb həmin gecə üç dəfə kəndlə Dar Dərənin 
boğazındakı Çopur qaya arasında ayaq döydü. Artıq 
onun son nəfəsi idi. Qəzil çatı Nəcinin çiyinlərini sür­
tüb qabar eləmişdi. Axırıncı dəfə ayaqlarını güclə atır­
dı. Yeriməyə taqəti qalmamışdı. O, iki­üç yerdə dalı 
şələli oturub dincini aldı. Və var­gücünü cəmləşdirərək 
“Ya Əli!” – deyib ayağa qalxdı. Özünü kəndə yetirəndə 
dan yeri hələ ağarmamışdı. Nəci ulduzların getdikcə 
sönməsindən  və  xoruzların  səs­səsə  verib  banlama­
sından bilirdi ki, səhərə az qalır. O, tez­tələsik ot bağ­
lamalarının  bir  hissəsini  tövlədən  xeyli  aralıdakı 
mərəyin  qaranlıq  küncünə  yığıb,  qalanını  da  qoyun 
damına daşıdı. Tövlənin yuxarı başından, arakəsmə­
lərin arasından gələn nöqtə kimi işıltılardan hiss olu­
nurdu ki, qoyun­quzu yetim Nəcəfə baxıb ondan qa­
rın dolusu yem istəyir. Nəcəf dincini almadan gətirdiyi 
otu tez­tələsik qoyun­quzuya payladı. Yaz otunun qu­
rumuş  çiçəkləri  bir  andaca  tövlənin  kəsif  havasını 
dəyişdi. Nəcəf özündə xeyli yüngüllük hiss edib qo­
yun  damının  ağzında,  civirdən  hörüb  düzəltdiyi 
yöndəmsiz çarpayısına uzandı. Gözlərinin acısını bir 
balaca alıb ayağa qalxdı. Təzə doğulan quzuları, zahı 
qoyunları yerbəyer elədi. Əldən düşmüş arıq qoyun­
ların arakəsməsini təzələdi. Bacaları açıb tövlənin ha­
vasını təzələdi. Orta dirəkdən asılmış çırağı götürüb 
qoyun­quzuya  verdiyi  yemi  yoxladı.  Heyvanlar  otu 
acgözlüklə  necə  yemişdisə,  qabaqlarında  bir  çəngə 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə