ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə25/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   21   22   23   24   25   26   27   28   ...   79

88
Ə
li 
İld
ırı
m

lu
min babama, babam da bu dağlara necə də yaraşır? 
Qəmər madyan da bunu duyurmuş kimi şövqlə yeri­
yir və altımızda yorğa yerişə qalxıb gəmi kimi yırğa­
lanırdı. Və indi anlayıb başa düşürdüm ki, dağlar nə 
üçün  əbədidir,  əyilməzdir,  vüqarlıdır.  Və  səmanın 
əngin liklərində  sakit­sakit  qanad  çalan  qartallar  da, 
dağların  əzəmətinə  həyan  olurmuş  kimi,  yorulmaq 
bilmədən ucalıqlarda dövrə vururdu. 
Mənzilbaşına çatdıq. Kəndimiz görünəndə xəyali 
dünyamdan  ayrıldım.  İndi  məni  yeni  bir  dünya 
gözləyirdi. Məktəbli dünyası.
* * *
Həmin il qış tez gəldi. Payız başa çatmamış alaçal­
po  qar  yağdı.  Bir  gecənin  içində  evlərin  üstü,  ətraf 
dağlar, yer­yurd ağ dona büründü. Lakin günün axı­
rına kimi qardan əsər­əlamət qalmadı. Vaxtsız yağan 
qar  əriyib  yox  olmuşdu.  Əkin­biçin  adamları  bunu 
yaxşı əlamət saymırdılar. Deyirdilər ki, qış qulun sal­
dı. İndən sonra çətin ki, qar yağsın. Əkinçilər həmişə 
deyər ki, qarlı qışım ola, dumanlı yazım. Bu qış nəhs 
gəldi. Qışın bu cür gəlməsi kənddə narahatlıq yarat­
mışdı. Çünki qar xeyir­bərəkətdir. Qış ki quraq keçdi, 
heç. Torpaq qış boyu canına o ki var, doyunca nəm 
çəkməsə,  yazda  ondan  xeyir­bərəkət  gözləmə.  Nə 
əkilən  yönlü  bar­bəhrə  verər,  nə  də  ki,  yal­yamacın 
otu mal­qaranın qarnını doyurar. Mənsə hey Nəcini 
düşünürdüm.  Məktəbimizdə,  Təzə  Həsənlidən  də 
oxu yanlar  vardı.  Yataqxana  olmadığından  hər  gün 
gedib­gəlməyə  məcbur  idilər.  Nəci  barədə  onlardan 
tez­tez xəbər tuturdum.
Qışın  bəd  gəlməsinin  ağrı­acısını  ən  çox  Nəci 
çəkirdi. Böyük çillənin sərt, quru soyuqları qoyun­qu­


89
Daş y
ağan gün
zunu örüşə çıxartmağa imkan vermirdi. Mərəyin də 
otu  qurtarmaqdaydı.  Qoyunun  da  ki,  dişi  göy  ota 
dəy mədi, çətindir. Boğaz heyvanların çoxusu bala sal­
mışdı.  Doğulanları  da  anası  süddən  yarıtmırdı.  Qo­
yunları da qınamalı deyil. Güc boğazdan keçər. Ana 
doyunca yem yeməyəndən sonra südü hardan olsun?! 
Quzuların qıçı­qıçına dolaşırdı. Anbarda beş­on kəviz 
arpa vardı, onu da qaynadıb arıqlığından qabırğaları 
sananan,  əldən  düşmüş  heyvanlara  verirdilər  ki, 
ölmə sin,  birtəhər  yaza  çıxsın.  Yerindən  qalxan  da 
Nəcini danlayırdı. İl pis gəlmişdi. Burada Nəcinin nə 
günahı?! Hamısı o gözəgörünməzin işidir. Nəci qar­
ğamışdı  ki,  qış  qulun  salsın?!  Qışda  qar  yağmasın?! 
Böyük çilə, kiçik çilə quraq keçsin?! Göydən yerə bir 
damcı düşməsin?! Nəcidən olsa, bir metr qar yağardı. 
Havalar quru keç məzdi. Qoyunlar burunları ilə qarı 
eşib, payızın islanıb yumşalan otundan doyunca ye­
yib quyruq bağlayardılar. Nəcinin də əmisinin yanın­
da  üzüağ,  dili  uzun  olardı.  Di  gəl  ki,  Mikayıl Allah 
deyəndən  demirdi.  Nəcini  gözümçıxdıya  salmışdı, 
dişinin dibindən qopanı deyirdi:
– Qardaşım oğlu olsan da, yaxşılıq qanan deyilsən! 
Yal  itirənsən.  Ermənilər  başımıza  güllə  yağdıranda, 
çiynimdəki təzə hanadan çıxan sumağı xalçanı kənara 
tolazlayıb  iki  daşın  arasında,  səni  bələkli  qucağıma 
alıb nə müsibətlə aradan çıxardım. Dedim ki, qarda­
şım  arvadlı­uşaqlı  qırıldı  getdi,  heç  olmasa,  bu  tifili 
qoruyub  saxlayım,  Cəbrayılın  yurdunda  bir  başıpa­
paqlı qalsın. Gələcəkdə atasının yerini tutar, maa da 
dayaq olar. Bu da yaxşılığımın əvəzi.
Mikayıl bu sözləri deyib qoyun damlarının qaba­
ğında murdar olmuş cəmdəkləri göstərdi. 
Nəci başını aşağı dikib çomağının ucu ilə yeri qur­
dalayırdı.  Bilmirdi  ki,  əmisinə  necə  cavab  versin?! 


90
Ə
li 
İld
ırı
m

lu
Fikirləşirdi ki, kaş o vaxtı ermənilər məni də öldürəydi, 
canım bu cür danlaq­dansaqdan qurtaraydı. Minnətli 
çörək yeməkdənsə, ölüm yaxşıdır. Bir də onu düşü­
nürdü ki, əlim quzudan çıxdı. İnnən sonra ha gözlə ki, 
sürü  özünə  gəlsin,  qoyunlar  əkiz  və  üçəm  doğsun, 
əmim də insafa gəlib buynuzlu qoçun əvəzinə Nəciyə 
bir quzu bağışlasın. Bir də onu düşünürdü ki, əsgərlik 
vaxtı  gəlib  çatsaydı,  üzü  buralardan  olardı.  Gedib 
Urusetin  düzlərində  səhərdən­axşamacan  təpik  dö­
yər dim.  Əsgərliyimi  qurtarandan  sonra  buralara  üz 
çevirməzdim,  elə  o  yerlərdə  ilişib  qalardım.  Harda 
olsa bir qarın çörək taparam. Yəni iki əl bir başı saxla­
ya  bilməz?!  Urus  kəndlərinin  birində  çobanlıq  elə­
yərəm. İndi oralarda çobanı əl­əl axtarırlar.
– Hə!! Niyə dillənmirsən?! – Mikayılın qəzəbli səsi 
Nəcəfi daxili düşüncələrdən ayırdı. – Bir də ki, axı, nə 
üznən dillənəsən?! Dilin var ki, dillənəsən? Özün yax­
şı bilirsən ki, hamısını düz deyirəm! Qoyun­quzunun 
bu hala düşməsinin birinci baiskarı sənsən! Sən Nəcəf! 
Gör malımı kimə etibar eləmişəm ey!! – Mikayıl acı 
bir istehza ilə töhmət­tənəsinə davam etdi. – Qarda­
şım oğlu bildim, dedim ermənilərin əlindən almışam. 
Bələkdən  çıxıb  əlimdən  tutar,  karıma  gələr.  Amma 
sən nankor çıxdın. Maa dayaq yox, sinəmə çalın­çar­
paz  dağ  oldun.  İtil  gözümün  qabağından!  Qırdığını 
qırdın, heç olmasa qalanları yaza çıxsın. Elədiklərim 
burnundan gəlsin!
Yetimin  qəlbi  yuxa  olar.  Nəcinin  gözlərində  yaş 
gilələndi. Lakin kövrəldiyini hiss etdirmədi. Ürəyində 
ermənilərə qarğadı. “Atamı, anamı öldürməsəydilər, 
başıma  bu  müsibətlər  gəlməzdi.  Mənim  də  isti  oca­
ğım, söykənəcək yerim olardı. Anam qayğımı çəkərdi, 
başıma  fırlanardı.  Əmim  kimi  elədiyini  gündə­gün­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə