ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə33/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   29   30   31   32   33   34   35   36   ...   79

114
Ə
li 
İld
ırı
m

lu
Yerim əmim uşaqlarınkından da rahat olardı” – Nəcəf 
düşündü.
Armenak və Akop ferma işçiləri idi. Nəcəf isə əmi­
sinin şəxsi mal­heyvanını otarırdı. Günəş dağlara ya­
yılmamış  onlar  yerlərindən  qalxıb  qoyun­quzunu 
örüşə çıxartdılar. Göydə bir parça duman yox idi. Bir­
birinə söykənən dağların qarlı zirvəsi aydınca görü­
nürdü.  Rəngbərəng  çiçəklərin  ləçəyində  brilyant 
zərrəcikləri  kimi  şeh  damcıları  işıldayırdı.  Yamyaşıl 
çəmənliklərdən, gəvən kollarına, mamırlı daşlara sı­
ğınmış boz torağaylardan, sarı, çəhrayı rəngli balaca­
balaca  quşlardan,  orda­burda  vəcdlə  səs­səsə  verən 
bülbüllərdən başqa heç nə gözə dəymirdi. Çobanlar 
kimsəsiz  çöllərdə  darıxdıqlarından  bir­birindən  ara­
lanmırdılar. Onların sürüləri ayrılıqda otlayır, bəzən 
də  bir­birinə  qarışırdı.  Nəcəf  erməni  dilində  sərbəst 
danışa bilməsə də, neçə illərdən bəri Akopla, Arme­
nakla oturub­durub təmasda olduğuna görə deyilən 
sözlərin çoxunu başa düşürdü. Armenak və Akop da 
dilləri  topuq  vura­vura  azərbaycanca  danışırdılar. 
Qonşuluqdan əlavə, dağların qəribçiliyi də onları bir­
birinə yaxınlaşdırmışdı. Söz­söhbətləri də ən çox qo­
yun­quzudan,  mal­heyvandan,  yağışdan,  yağmur­
dan,  bulaqlardan,  arandan,  dağdan,  az­çox  görüb­
götürdüklərindən  olurdu.  Bir  də  ki,  hərə  öz  itini 
tərifləyirdi. Akop Nəcəfə deyirdi ki, o barədə sən yax­
şısan,  itləri  yallı  saxlayırsan.  Sizin  sürüyə  canavar 
bata bilməz. Armenak da gileyləndi ki, bizimki kolxoz 
itidir, ferma müdirinin əlinə baxır, itlərə unu cirə ilə 
verirlər.  Bəzən  də  həftələrlə  vermirlər.  İtləri  pendir 
suyuynan,  turş  ayranla  dolandırırıq.  Səsimizi  də  çı­
xardanda  ağzımızın  üstünə  vurub  oturdurlar  yeri­
mizdə.  Amma  ferma  müdirinin  iti  pələng  kimidir. 


115
Daş y
ağan gün
Çünki özününküdür, gündə iki­üç dəfə yallıyır. On­
dan da əlavə əlinə düşəni itinə verir. Fermanın itlə­
rində hey­hərəkət qalmayıb. Canavarın qabağına necə 
çıxsınlar?!  Həmişə  bağlı  saxladığımız  balalı  qancıq 
olmasa, canavarların əlindən ağılda qoyun­quzu qal­
maz.  Gecələr  açıb  buraxanda,  arxayın  yatıram.  Ona 
görə  də  çox  vaxt  boğazımdan  kəsib  balalı  qancığa 
yedizdirirəm.  Qanıq  itdir.  İki  il  bundan  qabaq  tərə­
kəmə çobanlarından bir yelinli qoyuna almışam. Kol­
xozun itlərinə yazığım gəlir. İt unu nədir?! Ferma mü­
dirimiz ona da göz dikir. Anbardan verilənin yarısını 
utanmaz­utanmaz  özləri  götürür.  Sonra  da  canavar 
qoyunu aparanda bizim üzümüz danlanır. İtin yalına 
göz dikməsin, canavar da qoyunu aparmasın. İtlərdə 
hey qalıb ki, canavarın döşünə çıxsın?! Düzünü deyən­
də də oluruq pis kişi. Yaxşısı odur ki, danışmayasan. 
Biz  də  səsimizi  içəri  salmışıq.  Deyirik  altda  qalanın 
canı çıxsın. Bir də ki, ferma müdirinin nə vecinədi?! 
Əksinə, ona sərf eləyir. Birini canavar aparanda beşinə 
akt yazdırır. Bizə də deyirlər ki, gəl bu kağıza qol çək. 
Biz  də  bilmirik  nəyə  qol  çəkirik.  Hünərimiz  nədir 
çəkməyək. Ferma müdiri anasının əmcəyini kəsənin 
biridir. Yox desək, həqiqəti açıb ortalığa qoysaq, haqq­
nahaq,  yoğurub­yapıb  it­bata  düşən  qoyunların  ha­
mısının günahını bizim boynumuza qoyacaqlar. Son­
ra da ya gərək cəriməsini ödəyək, ya da ki, məhkəmə 
qabağında oturaq. Kim kimin ərizəsini oxuyur?! Ağa 
deyir sür dərəyə, sən də gərək səssiz­səmirsiz sürəsən.
Armenak Akopun sözünü kəsdi:
– Akop, sənin də bu boşboğazlığın olmaya, – dedi. 
–  Səhərdən  bəri  köhnə  palan  içi  tökürsən.  Tutaq  ki, 
sədrin, ferma müdirinin tamahları güc gəlib bir qələt­
di eləyiblər. İtlərə ayrılan unun dalına keçiblər. Tutaq 


116
Ə
li 
İld
ırı
m

lu
ki,  canavar  bir  qoyun  yeyəndə,  beşinə  akt  yazdırıb, 
dördünü özləri çırpışdırır. Buna Nəcəf neynəsin, mən 
neyniyim?! Açıb­ağartsan, xatası öz başında çatlayar. 
Gəl öz dərdimizdən­odumuzdan danışaq. 
Akop:
– Yox, – dedi, – Armenak, söz ki gəldi, gərək saxla­
mayasan,  deyib  ürəyini  boşaldasan.  Yoxsa  adamın 
bağrı çatlayar. 
Onlar aralıdan gələn yekəpər atlını görəndə söh­
bəti dəyişdilər. Akop Armenaka göz vurub:
– Dağbəyi gəlir. Başımızın ağasına bax! Andranik­
dir! İt oğlu, it! Yenə qır­saqqız olub yapışacaq yaxamız­
dan! Zəhləmizi töküb deyəcək ki, araq ver. Bizim araq 
zavodumuz  var?!  Düz  beş  litr  tut  arağı  gətirmişdim. 
Üzə salıb hamısını əlimdən aldı. Dişi qana batıb. Yenə 
beynimizi xarab eləyib, həftə tamam olmamış gəlir ki, 
vurmağa nə var?!
– Ver deyir, ver də! – Armenak irişdi. – İt aparan 
olsun. Səndə yoxdursa, məndəki zoğal arağını ver, ca­
nın qurtarsın. Yoxsa əl çəkən zibil deyil. Əlində ixtiya­
rı var. Elə bilirsən, dağbəyi balaca vəzifədir? Bütün bu 
yaylaqlara  gələnlərin  işi  ondan  aşır.  Zəhrimardan 
vurmasa, haqq­nahaq deyəcək ki, filan yerdə zəmilərə 
qoyun buraxılıb, sizin işinizdir. Filan yerdə gecəyə sa­
lıb biçənəkləri otartmısınız. Bir bəhanə tapıb bizi abır­
dan salacaq. Yaxşısı odur ki, bəri başdan verib ağzını 
yumasan.
Onlar istehza ilə gülüşdülər. Armenakla Akop ba­
yaqdan bəri xoruzlansalar da, yekəpər atlı yaxınlaşan­
da özlərini yığışdırdılar. Cantaraq bədəni, çalğı bığla­
rı, topa saqqalı, ətli sifəti olan, uzunboğaz çəkmə ge­
yib,  başına  nişanlı  papaq  qoyan  atlı  onlara  çatanda 
cilovu  dartıb,  atı  saxladı.  Armenakla  Akopa  salam 
verib, him­cimlə Nəcəfi işarə etdi: 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə