ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə34/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   30   31   32   33   34   35   36   37   ...   79

117
Daş y
ağan gün
– Bu dığa kimdir, tanımadım, – ermənicə soruşdu.
–  Yurd  qonşusuyuq.  Təzə  gəliblər.  –  Armenakla 
Akop bir ağızdan cavab verdilər. 
– Ermənidir, yoxsa türk? – dağbəyi maraqla soruşdu.
– Azərbaycanlıdır.
Andranikin kefinə soğan doğrandı. Azərbaycanlı 
sözünü  eşidəndə  ovqatı  təlx  oldu.  Qıcqırmış  ayran 
içibmiş kimi ətli sifətini turşudaraq:
– Türklərin kökünü yer üzündən kəsmək lazımdır! 
– dedi. – Siz də utanmaz­utanmaz onunla yoldaşlıq 
eləyirsiniz. Oturub­durmağa yönlü bir adam tapmır­
sınız?
Armenakla  Akop  pul  kimi  qızardılar.  Çünki 
bilirdilər ki, Nəcəf dağbəyinin onun barəsində nə de­
diyini başa düşür. 
Dağbəyinin diqqətini Nəcəfdən yayındırmaq üçün 
Armenak tez aralığa söz qatdı:
– Andranik dayı, tut arağımız qurtarıb, yaxşı zoğal 
arağı gətirmişik. Özü də ötən payız çəkmişik. Spiçka 
vuranda aviasonnu benzin kimi alışır, qradusu səksən 
dərəcədir.
Andranik əlini bığlarında gəzdirərək:
– İndi vaxtım yoxdur. Rayona gedirəm. İdarəmizdən 
çağırıblar. Bir balaca iclasımız var, – dedi. – Sabah, ya 
da o biri gün qayıtmalıyam. Saxlayın, gələcəyəm. An­
caq  bu  türkü  görəndə  kefim  korlandı.  Ondan  uzaq 
olun. Bacarsanız, girəvəyə salıb başını əzin.
–  Andranik  dayı,  çoban  adamdır.  Türk  olsa  da, 
ermənilərlə  arası  sazdır.  Özü  də  təzə  qohum  olmu­
şuq. Erməni qızı alıb. Arvadı kənddədir, gətirməyib. 
– Armenak vəziyyətdən çıxmaq üçün Nəcəfin erməni 
qızı ilə evlənmək məsələsini yalandan uydurdu.
Andranikin  dodağı  qaçdı,  nifrət  ifadə  edən  sifəti 
bir balaca təbəssümləndi:


118
Ə
li 
İld
ırı
m

lu
– Onu yaxşı eləyib, – dedi. – Görünür, bu türkün 
başı yaxşı işləyir. Bir də yadınızda qalsın, qızlarımızı 
itə versək də, xeyrimizədir. Çünki alt daşı ağır olur. 
Dönüb bizim itimiz olacaq, bizim tərəfimizdə hürəcək.
Ortalığa darıxdırıcı sükut çökdü. Armenakla Akop 
ha  çalışırdılar  ki,  söhbətin  istiqamətini  dəyişib,  bu 
türk məsələsini dilə gətirməsinlər, ancaq dağbəyinin 
ağzını yummaq olmurdu. O, ikrahla başını bulayaraq:
– Ara, bu türkləri mənim kimi tanıyan yoxdur. Ba­
şımın tükü qədər türk qırmışam. Yenə ürəyim soyu­
mur. Əlimə girəvə düşsə, hamısının boynunu daldan 
kəsərəm. Ancaq  bu  oğlan  erməni  qızı  alıbsa,  ondan 
keçmək olar. Yeznəmiznən işim yoxdur. Qoyun, bura­
larda başını girləsin.
Andranikin  altındakı  alapaça  madyan  eşim­eşim 
eşilirdi.  Sanki  üstündəki  hikkəli,  iddialı  sahibinin 
məqsədini,  məramını  hiss  edib  onu  yerə  çırpmaq 
istəyirdi.
Andranik:
– Di salamat qalın, – deyib atın başını buraxdı. 
Armenak  dağbəyinin  işlətdiyi  kin­küdurətli  söz­
lər dən xəcalət çəkirmiş kimi başını buladı və üzünü 
Nəcəfə tutaraq:
– Sən bu çalsaqqal əclafın zəvzəməsinə fikir vermə, 
– dedi. – Müsəlman görəndə elə bil qutuda ilan görür. 
Hamısına da türk deyir. Türklərə qarşı nifrət onun ca­
nında, qanındadır. Atası Vazgen, Andranikin, Nijde­
hin, Hamazasın sağ əli olub. Ömür boyu onların qo­
şununda  vuruşub.  Bax,  elə  həmin Andranikin  adını 
da oğluna qoyub. Bu kaftar özü də Andranikin qoşu­
nuna qoşulub çoxlu qanlar töküb. Əsli­kökü də Gorus 
rayonunun  hansısa  kəndindəndir.  Onu  bilirəm  ki, 
müsəlman kəndləri ilə kövşən­kövşənədir. Di gəl ki, 


119
Daş y
ağan gün
azərbaycanlıların qanını içməyə hazırdır. Andranikin 
qoşununda  olanda  bilirsən  nə  qədər  Azərbaycan 
kəndini  dağıdıb?!  Özü  də  arvad,  uşaq,  kişi,  cavan... 
qabaqlarına keçəni qırırmışlar. Hamısını da bizə özü 
danışıb. Əllicə qram araq içən kimi hesab­kitabını iti­
rir, özünü, sözünü bilmir. O vaxt nə qədər əclaflıqlar 
eləyiblər,  hamısını  açıb­tökür.  Danışanda  tüklərim 
biz­biz olur. Dağbəyinin özü çox qansız adamdır. Ye­
revanda  oxuyub.  İstanbulda  olub,  neçə  il  türklərin 
çörəyini  yeyib.  Türk  dilini  də, Azərbaycan  dilini  də 
yaxşı bilir. Amma heç yerdə danışmır. Yaxşı ki, onun 
çərənləməsinə əhəmiyyət vermədin. Dillənsəydin, ab­
rımızı aparardı. Rayonda da hamı onu eşidir. Bir sö­
zünü  iki  eləmirlər.  Dağbəyi  qoyublar  ki,  buralarda 
kefə  baxsın.  Səhərdən­axşamacan  at  belində  gəzib 
müftə  maaş  alır.  Çoxlu  müsəlman  qırdığına  görə 
ermənilərin  əksəriyyəti  ona  səcdə  qılır.  Beləsiynən 
gərək ehtiyatlı dolanasan.
Akop Armenakın sözünü təsdiq etdi:
– Milçək şirəyə gələn kimi harda olsa, həyasız oğlu 
həyasız  hərlənib,  fırlanıb  bizi  tapacaq.  Dilinə  içki 
dəyən kimi ipin ucunu itirib basıb­bağlayacaq. And­
ranikin  ordusunda  nə  oyunlardan  çıxıb,  hamısını 
açıb­danışacaq. Onda sən səsini çıxartma. Guya ki, nə 
dediyini  başa  düşmürsən.  Bu  da  bizim  meymunu­
muzdur. Araqdan içirdib, qoltuğuna verib, oynadırıq. 
Qoy  nə  qədər  qırıldadır,  qırıldatsın.  İstəyirsən,  o 
gələndə bir bəhanə elə, aradan çıx. Bizdən aralaşanda 
da qazdan ayıq köpəkoğludur, o dəqiqə şübhələnəcək. 
Deyəcək, yəqin türk olduğu üçün bizdən qaçır. Bunla­
rı  deməkdə  məqsədim  odur  ki,  bəri  başdan  işini 
biləsən. Onun çərənləməsini vecinə almayasan. 


120
Ə
li 
İld
ırı
m

lu
Nəcəfin gözləri intiqam hissi ilə alovlandı. Bütün 
dağlar başına hərləndi. Hirsindən sifəti qaraldı. And­
ranikin “başımın tükü qədər türk qırmışam” deməsi 
onun bütün varlığını sarsıtmışdı. Daxilən düşündü ki, 
bəlkə  Köhnə  Həsənlini  yandırıb,  uşaqdan  böyüyə 
adamları qıranların biri elə bu əclaf olub?! Məni ata­
ana üzünə həsrət qoyan bu cəlladı nahaq buraxdım. 
Gərək o kəlməni işlədən kimi dəyənəyimi onun ba­
şında sındıraydım.
Nəcəf tək özü olsaydı, girəvəni əldən verməzdi. Bu 
özündən müştəbeh əclafı parça­parça eləyərdi. Onun 
qabağını bir şey kəsdi və öz­özünə: “Yaxşı, Nəcəf, tutaq 
ki,  bu  erməni  dığalarının  gözü  qabağında  açıq­aşkar 
Andranikin baş­gözünü əzib o dünyalıq elədin. Özün 
də bir cana borclusan. Tutub beş­on il qəzəmətə salar­
lar. Bəs Qönçə xala, əmin uşaqları?! Axı, onların da başı 
ağrıyar.  Başa  düş  ki,  burada  er mənilər  ağalıq  eləyir. 
Gəmidə oturub gəmiçi ilə dalaşmaq olmaz. Ermənilərin 
qırmızıpapaqlıları  səni  qəzə mətə  soxandan  sonra 
haqq­nahaq sübut eləyərlər ki, Nəcəf bu işdə əmisi ar­
vadı  ilə,  əmisi  uşaqları  ilə  əlbir  olub.  Dağbəyinin 
ölümündə  onların  da  əli  var.  Əmin  uşaqları  o  tərəfə 
qalsın, oğlan xeylağıdırlar, Qönçə xalanı gavurun əlinə 
versən, el­obanın töhmət­tənə sin dən qurtara bilməzsən. 
Eşidib­bilənlərin hamısı deyə cək ki, Nəcəf çiy iş tutub. 
Qaşını qayırdığı yerdə gözünü də vurub çıxardıb. Bir 
piyaniska  erməninin  iki  kəlmə  səfeh  sözüynən  neçə 
adamı güdaza verib. Hamı səni daş­qalaq eləyər. Ona 
görə  də  ağlını  başına  topla.  Hövsələni  cilovla,  səbrin 
olsun. Motal yeyən it suya gələyən olar. Andranik hara 
hərlənib fırlansa, arağın iyinə buralardan əl çəkən de­
yil.  Girəvəyə  salıb,  elə  bir  yerdə  haqq­hesabını 
çürüdərsən, nə dil bilər, nə dodaq”.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə