ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə42/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   38   39   40   41   42   43   44   45   ...   79

150
Ə
li 
İld
ırı
m

lu
Andranik:
– Onda uydurma danışırsınız, – dedi. – On bir əsr 
hara, ermənilər hara?!
Eduard Çeburdanidze:
– Əzizim, xahiş edirəm, gəl bu söhbətə nöqtə qo­
yaq. İstəyirsinizsə, aramızda qanqaraçılıq olmasın, bu 
“Qabusnamə” məsələsini açıb­ağartmayaq. Ayrı söh­
bətə keçək.
–  Yox!  Mən  bunu  bilmək  istəyirəm.  –  Andranik 
əlini  kupenin  balaca  stoluna  vurub  Eduardı  təbdən 
çıxartdı:
– Bir halda ki, təkid edirsən, qoy deyim. – Eduard 
sözünə davam etdi. – “Qabusnamə”də yazılıb ki, er mə­
nilər vəfasız, riyakar, ürəyi xıltlı, yersiz hay­küy sa­
lan, gözü götürməyən, oğru məxluqdur. Mən “Qabus­
namə”də bunları oxuyanda, düzü, din qardaşlarımın 
əvəzinə  xəcalət  çəkdim. Ancaq  nə  etməli?!  Neçə  əsr 
bundan  əvvəl  barənizdə  yazılan  eyibləri nizdən  hələ 
də nəticə çıxartmamısınız. Bir az da üstü nə qoymusu­
nuz. Ermənilərin qatı millətçiləri nə özlə rinə hörmət 
qoyur, nə də ki, xalqına.
Eduard  Çeburdanidze  təəccüb  və  təəssüf  məna­
sında başını yırğalayaraq:
– Ütük ermənilər “Qabusnamə”də onların ünvanı­
na deyilənləri ört­basdır eləmək üçün dəridən­dır naq­
dan çıxırlar. Cürbəcür yollar axtarırlar ki, əsərin tər cü­
mələrində ermənilər haqqında deyilənlər əsas mətndən 
çıxarılsın. Düzdür, buna müəyyən qədər nail olublar. 
Böyük şərqşünas akademik Bertelsin rus dilinə tərcü­
məsində həmin bədnam mətləb ixtisar olunub. Ancaq 
cidanı çuvalda gizlətmək olmaz. Siz çalışın ki, bu qara 
ləkə “Qabusnmə”dən və yaxud başqa əsərlərdən yox, 
xəbis ermənilərin məkrli xislətindən silinsin.


151
Daş y
ağan gün
Eduard Çeburdanidze sözünə fasilə verib nəyi isə 
deməyə tərəddüd edirmiş kimi fikrə getdi və bir siqa­
ret yandırıb kinayə ilə: 
– Qəribədir, – dedi, – siz də bədəməlləri ilə millətini 
gözdən salanlara bəzəkli­düzəkli vətən fədaisi donu 
biçirsiniz. Azərbaycanda isə bəzən öz xeyriyyəçilərinə, 
milli təəssübkeşlərinə şəbədə qoşurlar. Bakıda çox ol­
muşam. Zeynalabdin Tağıyevin, bayaq adını çəkdiyim 
laçınlı Sultan bəyin... adları qara siyahıdadır. Şaum­
yanların, mikoyanların şəkillərini isə başlarının üstün­
dən asırlar. Məni təəccübləndirən odur ki, mövzu qıt­
lığından  əzab  çəkən  bəzi  qələm  adamları  da  sanki 
millətinə qənim kəsilib. Onların aynasında öz xalqı­
nın bir çox təpərli adamları baş­ayaq görünür.
Eduard  Çeburdanidze  təəssüflə  başını  buladı  və 
onun baxışlarında acı istehza dolaşdı. Andranikin tər 
basmış sifətinə nəzər salaraq:
– O barədə bəxtiniz gətirib, – dedi. – Erməni hiy­
ləgərliyi qonşu müsəlman ölkələrində yaxşıca karını­
za gəlir. Məkrli niyyətinizi altdan­altdan həyata keçir­
məkdə bir cansınız. Məzlum qiyafəsinə bürünüb föv­
qəl dövlətlərin qoltuğuna qısılmaqda mahirsiniz. Güc­
lülərin  qucağında  oturub,  qonşulara  dirsək  göstərib 
daş atmaq köhnə adətinizdir. Amma anlaya bilmirsi­
niz ki, bu, sizə heç də əbədi uğur gətirə bilməz. Belə 
bir yanlış yolun sonunda üzləşəcəkləriniz sizi çətin ki, 
sevindirsin. Onda siz andraniklər, şaumyanlar, hama­
zaslar... dəsmal götürüb ağlamalı olacaqsınız. Həmin 
məqamda çətin ki, göz yaşlarınızı silən tapılsın. Çünki 
heç  harda  üz  yeri  qoymamısınız.  Onu  da  deyim  ki, 
sizin dənizdən­dənizə xülyanız da mənə çox miskin 
görünür. Çünki bu cəfəng yolda itirəcəklərinizin qa­
zanacaqlarınızdan  qat­qat  çox  olacağına  əsla  şübhə 


152
Ə
li 
İld
ırı
m

lu
etmirəm. Bax belə, mənim kupe yoldaşım, xaç qarda­
şım, Andranik Vazgenoviç!!
Eduard  Çeburdanidze  müsahibinin  pərt  olduğu­
nu hiss edib çiyinlərini qaldıraraq: 
– Əlbəttə, – dedi, – bu barədə münəccimlik etmək 
fik rində  deyiləm.  Ona  görə  də  danışdıqlarım  sizin 
üçün inandırıcı olmaya da bilər. Mən buna təbii baxı­
ram. Lakin onu da nəzərə alın ki, bu sözləri sizə uzaq 
keçmişlərə,  yaxın  gələcəyə  ekskursiya  edən  və  başı 
daşdan­daşa dəyən tarixçi­alim deyir. Düz danışdığına 
görə aldığı ağır cəzaları qiymətli mükafat kimi qəbul 
edən bir alim. Başqa bir misal. Elə götürək Yerevanı. 
Orada neçə türk ailəsi yaşayır?! Lakin Türkiyədə, İran­
da  və  başqa  müsəlman  ölkələrində  məskunlaşan 
minlərlə erməni kefə baxır. Bunu necə anlamaq olar?! 
Cənab A­n­dra­nik Vaz­ge­noviç! O ki qaldı qurub­qu­
raşdırıb  ortalığa  atdığınız  genosid  nağılına,  o  vaxt 
Türkiyədəki  ermənilər  milli  mənsubiyyətlərinə  görə 
yox, milli xəyanətlərinə, satqın hərəkətlərinə görə qır­
ğına məruz qalıblar. Daha doğrusu, qurduqları tələyə 
özləri düşüblər. Bir də ki kənar dövlətlərin köməyi, ha­
vadarlığı, fitvasıynan siz özünüz də az türk qırmamısı­
nız.  Tarixi  gerçəkliyi  nəzərə  alıb,  qəti  bir  inamla 
deyərdim ki, an dra niklərin, hamazasların, şaumyanla­
rın başçılığı ilə siz ermənilər tərəfindən müsəlmanlara 
qarşı əsl genosid Azərbaycanda həyata keçirilib. Bütün 
bunları ikimiz üçün deyirəm. Bu danışdıqlarım kupedə 
də qalmalıdır. Dərinə getsək, alacaqlı yox, verəcəkli çı­
xarsınız. Ona görə də gəl bu cür məsələləri çox da qur­
dalamayaq. Bir də ki, siz elə hesab etməyin ki, nəyinsə 
xatirinə türklərin və azərbaycanlıların tərəfini saxlayı­
ram. Bunu ağlınıza belə gətirməyin. Anlamalısınız ki, 
mən də sizin kimi xristianam və ibadət üçün məscidə 


153
Daş y
ağan gün
yox, kilsəyə üz tuturam. Ona görə də din qardaşlarımı 
başqalarının  ayağına  vermərəm.  Ancaq  dinindən, 
dilin dən, kimliyindən asılı olmayaraq, hər bir məsələyə 
vicdanımın  qanunları  ilə  yanaşıb  düz  danışmalıyam. 
Ağı  ağ,  qaranı  qara.  Düzü  düz,  əyrini  əyri.  Xəmirim 
belə yoğrulub. Mən nə edim ki, həqiqəti danışmaq si­
zin xeyrinizə deyil. Çünki sizin başbilənləriniz Tanrı­
nın nəzərindən uzaq olan başqa bir yolu seçib. Özü də 
qorxulu, xatalı, qanlı­qadalı bir yol. 
Eduard Çeburdanidzenin nəfəsi tıncıxdı. O, havası­
nı dəyişmək üçün kupenin qapısını açıb koridor boyu 
o baş­bu başa bir neçə dəfə var­gəl etdikdən sonra geri 
döndü. Və sakitcə yerində əyləşib çənəsini ovuşdura­
ovuşdura Andranikə müəmmalı nəzər yetirdi:
–  Xətrinizə  dəyməsin,  yaman  fəndgirsiniz  haa,  – 
dedi. – Mələk qiyafəsinə bürünüb, hər yerdə özünüzü 
başıbəlalı, yazıq, həm də hər şeyə qadir xalqın nü ma­
yəndəsi  kimi  göstərməkdə  mahirsiniz.  Ona  görə  də 
yaxın, uzaq ölkələrin, xüsusilə Amerika və Fransanın 
bir çox sözükeçən, nüfuzlu şəxslərini asanlıqla ovsun­
layıb öz tərəfinizə çəkməyi, məkrli niyyətlərinizi hə­
yata keçirmək üçün onlardan istifadə etməyi bacarır­
sınız. Bu barədə ermənilərə qibtə etmək olar. Er məni 
lobbisi Fransada, Amerikada senatorları, qubernator­
ları, dövlət məmurlarını belə barmaqlarında oynadır­
lar.  Ermənilərdən  ötəri  canfəşanlıq  edib,  dəridən­
dırnaqdan çıxan Amerika, Fransa, İngiltərə başbilən­
ləri Azərbaycan kəndlərinin, şəhərlərinin xarabalıqla­
rını gözləri ilə görə bilsəydilər, yəqin ki, hansı yuva­
nın  quşu  olduğunuzu  anlayıb  başa  düşərdilər.  Və 
sizdən ötəri etdikləri canfəşanlığa görə xəcalət çəkib, 
vicdanları qarşısında özləri­özlərinə nifrət edərdilər.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə