ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə44/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   40   41   42   43   44   45   46   47   ...   79

158
Ə
li 
İld
ırı
m

lu
SSRİ  Kinematoqrafiya  Komitəsinin  sədri  Bolşakova 
göstəriş verilir ki, “Arşın mal alan” filmi yüksək səviy­
yədə çəkilib bütün dünya ekranlarında nümayiş etdi­
rilsin. Ağır döyüş getdiyi bir dövrdə “Arşın mal alan” 
filminin çəkilişi üçün dövlət büdcəsindən beş milyon 
manatdan artıq vəsait ayrılır. Əsər 1945­ci ildə ekran­
lara buraxılır. Beləliklə, mağalyanların, manukyanla­
rın iç üzü açılır...
Eduard Çeburdanidze nəfəsini dərib özünü cəm­
ləş dirərək:
– Bax, mənim kupe yoldaşım, dediyim haqq söz­
lərə  görə  xaçından  imtina  etmək  istəyən  din  qarda­
şım,  –  dedi.  –  Bu  cür  rüsvayçı  faktlar  məgər  birdir, 
beş dir?! Hansını deyim?! Sözümün canı odur ki, adam 
eybinə  kor  olar...  Amma  sizlər...  Erməni  faşizmini 
darmadağın eləyib, Hitlerin kürəyini yerə qoyan So­
vet  hökuməti  kimi  nəhəng  bir  dövlət  üç­dörd  nəfər 
fitnəkar erməninin öhdəsindən gələ bilmirdi. Az qalıb 
ki, ayı və ulduzları da öz adınıza çıxıb erməniləş dirə­
siniz. Düzünü deyəndə niyə acığınız gəlir?! Deyilən­
lərə  görə,  bəzi  erməni  cızmaqaraçıları  iddia  edir  ki, 
guya Amerikanı ilk dəfə ermənilər kəşf eləyib... Eşi­
dəndə bişmiş toyuğun gülməyi gəlir. 
Eduard Çeburdanidzenin qaşları çatıldı:
– Məni qınama, dostum, din qardaşım, nə etməli, 
xislətim  belədir.  Düz  söz  gələndə  saxlaya  bilmirəm. 
Yeri düşəndə deməliyəm. Həmişə də dilimin bəlasını 
çəkirəm. Ona görə də rica edirəm, məni bağışla, hör­
mət­li An­dra­nik Po­qos­yan! – Eduard Çeburdanid­
ze axırıncı kəlmələri kinayə ilə dedi.
Andraniki tər götürmüşdü. O, müsahibinin dediyi 
sözlərin təsirindən, rinqdə ağır nokaut alan özündən 
müştəbeh  boksçunun  vəziyyətinə  düşdü  və  ağzını 


159
Daş y
ağan gün
açıb Eduarda qarşı narazılığını bildirmək istəyəndə, 
kupenin qapısı açıldı. Vaqon bələdçisi başını içəri sa­
lıb, tələsik və həm də tələbkar bir səslə:
– Vətəndaşlar! Vətəndaşlar! Şəhərə çatmışıq! Artıq 
vağzaldayıq!  Hazırlaşın!  Hazırlaşın!  –  deyib  qarşı­
qar şıya  oturmuş  sərnişinlərdən  cavab  gözləmədən 
yan  kupelərə  keçib,  eyni  sözləri  dönə­dönə  təkrar 
etməyə başladı.
Andranik nə demək istəyirdisə, sözü ağzında qal­
dı. Onlar tələm­tələsik yır­yığış eləyib ağızucu xuda­
hafizləşdilər və bir­birinin üzünə baxmadan yumşaq 
kupeni tərk etdilər.
* * *
Qatardan düşən əlidolu sərnişinlərin və onları qar­
şılamağa  gələnlərin  səs­küyündən  ağız  deyəni  qulaq 
eşitmirdi. Andranik insan axınının arasından keçib av­
tomaşın dayanacağına tərəf yönəldi. Yan qapıları da­
ma­dama olan, mavi rəngli minik maşınının arxasında 
dayanan otuz­otuz beş yaşlı sürücünün baxışlarından 
hiss  olunurdu  ki,  müştəri  axtarır  və  yaxından  ötüb­
keçənlərə  “Hara  getmək  istəyirsiniz?  Maşın  boşdur, 
buyurun əyləşin, aparım!” – deyə müraciət edirdi. An­
dra nik ona yanaşaraq:
– Əyləşmək olar? – soruşdu.
– Buyurun, buyurun, əyləşin, – sürücü onu maşına 
dəvət etdi.
Sürücü rus dilində sərbəst danışırdı. Andranik isə 
rusca  bir  neçə  söz  bilirdi.  Ancaq  danışılanı  az­maz 
başa düşürdü. O, sürücünün bazburuduna, təmkinli 
davranışına,  buğdayı  sifətinə,  qara  qaş­gözlərinə 
zəndlə nəzər yetirib öz­özünə düşündü: “Rusa oxşa­
mır, gəlmə adamdır, ya erməni olar, ya da azərbay­
canlı”. Və öz dilində soruşdu:


160
Ə
li 
İld
ırı
m

lu
– Ara, hayes, turkes?
–  Azərbaycanlıyam,  –  sürücü  ona  Azərbaycan 
dilində cavab verdi. 
–  Yaxşı  oldu  ki,  sənin  maşınına  min dim.  Biz  bir 
torpağın adamıyıq. Mən də Ermənis tandanam. Gorus 
rayonunun Kərəvinc kəndindən. 
Andranik öz adını, familiyasını olduğu kimi düz­
gün deməyə tərəddüd etdi. Qəlbinə qaraltı gəldi ki, 
bəlkə bu sürücü vaxtilə Andranikin ordusunun qətlə 
yetirdiklərindən birinin nəvəsi, nəticəsi və ya qohum­
əqrəbasıdır. Andranik desəm, bu ad ona xoş gəlməz. 
Məndən zəhləsi gedər. Ona görə özünü sürücüyə baş­
qa cür təqdim etdi.
– Adım Surendir, – dedi. – Suren Ulubabyan.
– Elə mən də o tərəflərdənəm. Tanımamış olmaz­
san, Şurnuxu kəndindən. Qabaq Azərbaycana baxır­
dı.  Sonra  Ermənistanın  Qafan  rayonuna  verdilər. 
Adım da Fərmandır. – Sürücü cavab verdi. – Çoxdan 
Moskvaya gəlmişik, – əlavə etdi. – İyirmi ildir burada 
yaşayıram. Taksi şoferi işləyirəm. Pis deyil. Çörək pu­
lum çıxır, bəsdir, min bərəkət. Yoldaşım da müəllimə 
işləyir. Bir az gec evlənmişik. Uşaqlarımızın ikisi də 
körpədir, bağçaya qoyuruq. Düzdür, buralara öyrəş­
mişik,  ancaq  vətənin  yerini  vermir.  Oralardan  ötəri 
burnumun ucu göynəyir.
–  Ara,  Pərman,  neçə  ildir  ki,  bu  müsəlmanlarla 
qonşuyuq, onlardan bir pislik görməmişik. Mehriban 
dolanırıq. Bu qərib yerdə ki, səni gördüm, şad oldum. 
Azərbaycanlıların başına pırlanım. Onlar ki, elə qona­
ğı sevirlər, uşaqlarımıza deyirəm ki, yaxşı ki, bu mü­
səl manlarla qonşu olmuşuq.
– Mənim də ermənilərə hörmətim var. Bizim taks­
motornıy parkda iyirmidən artıq erməni işləyir. Hamı­
sıynan dostluq eləyirəm. Xeyir­şərimiz birdir. Park da 


161
Daş y
ağan gün
azərbaycanlılar da var, ancaq azdır. Mənnən bir yerdə 
cəmi  altı  nəfərik.  Böyüyümüz  də  ermənidir.  Muşek 
Osipyan. Əsil­kökü bizim tərəflərdəndir. Ancaq bura­
da doğulub­böyüyüb. Təəssübkeş adamdır. Parka təzə 
maşın  gələndə  siyahıya  birinci  mənim  adımı  yazır. 
Mən də çalışıram, dilim gödək olmasın. Hər ay planı 
artıqlamasilə yerinə yetirirəm. Neçə dəfə premiya al­
mışam. Maşına da özümünkü kimi baxıram. İşlədiyim 
on il ərzində bir dəfə də olsun maşını əzmə mişəm.
Sürücü özü barədə qısa məlumat verəndən sonra 
müsahibinə tərəf dönərək:
– Bağışlayın, Suren kirvə, soruşmaq ayıb olmasın, 
sizi hara aparmaq lazımdır?
– Pərman kirvə, buralara yaxşı bələdçiliyim yox­
dur, hansı qəstinisədə yer tapmaq olar?
– Qəstinisə məsələsi asandır. Məni hər yerdə tanı­
yırlar, dostlarım çoxdur. Hansı qəstinisəni deyirsiniz, 
aparım.
–  “Moskva”  qəstinisəsində  tanışın  var?  Bir  dəfə 
orada qalmışam. Qızımın yataqxanasına yaxındır. Qı­
zım burada həkimlik oxuyur, axırıncı kursdadır.
– “Moskva” qəstinsəsində işləyənlərin çoxu məni 
tanıyır. Administratorla bir izdaniyada yaşayırıq.
Özünü  Suren  kimi  təqdim  edən Andranikin  kefi 
duruldu və:
– Ara, Pərman, sənin başına pırlanım, – dedi. – Ki, 
orada dostun­tanışın var, sür “Moskva” qəstinsəsinə.
– Onda əvvəlcə gedək bizə. Evi tanı, uşaqlarla ta­
nış ol. Uzun yol gəlmisən, yüngülvarı çay­çörəkdən 
sonra gedək qəstinisəyə.
Suren:
– Ara, Pərman kirvə, görürəm, yaxşı adamsan, çox 
sağ ol, sizə əziyyət olar. Əvvəl qəstinsəyə gedək, son­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə