ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə47/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   43   44   45   46   47   48   49   50   ...   79

170
Ə
li 
İld
ırı
m

lu
–  Elə  həmin  gün,  ilk  dəfə  vağzalda  rastlaşmışıq. 
Maşına oturanda tanış çıxdı. Evimə apardım. Bir yer­
də çay içdik, çörək yedik. Bazar günü burada görüş­
məliydik.  Özü  xahiş  etmişdi.  –  Fərman  bunu  deyib 
təəccüblə çiyinlərini çəkdi.
Altmışa  yaxın  yaşı  olan  administrator  stulunda 
yırğalanaraq:
–  Eh,  Fərman!  Fərman!  Qonşu,  özün  bilirsən  ki, 
uzun müddət paqon gəzdirmişəm. Otstavkaya çıxan­
dan sonra buralarda başımı girləyirəm. Əslində gəlib­
gedənlərə göz qoymaq üçün buranın özünə də çekist 
lazımdır.  Yoxsa  mənim  qara  qaşıma,  qara  gözümə 
bənd olublar? Gəl dərinə getməyək. Elə şeylər var ki, 
açıb­ağartmaq  olmaz.  Bir  sözlə,  onu  bil  ki,  çekistlər 
tükü tükdən seçir. Bu işdə saç ağartmışam. O adam 
dedi  ki,  guya  pasport  onun  deyil.  Dəyişik  düşüb. 
Qələt  eləyir!!  Gözünün  içinə  qədər  yalan  danışırdı. 
Axı,  mən  çekistəm.  Bəs  şəklə  nə  söz?!  Pasportdakı 
şəkil özününkü idi. Poqosyan Andranik Vazgen oğlu. 
Sizə dediyi Ulubabyan Suren Aramais oğlu uydurma 
ad­familiyadır.  Nə  məqsədləsə  ad­familiyasını  düz 
deməyib, o adam sizi aldadıb.
Fərman  tora  düşdüyünü  hiss  edib,  söhbəti  uzat­
madan administratorla xudahafizləşdi. Pərt halda ar­
vad­uşağının yanına gəldi və uşaqların yanında özü­
nü sındırmamaq üçün Mədinə xanıma:
–  Sən  demə,  Suren  kirvənin  qızı  ölüm  ayağında 
imiş. Sağalacağına ümid olmadığı üçün həkimlər məs­
ləhət görüb ki, rayona aparsınlar. Suren kirvənin başı 
qarışdığından  bizimlə  görüşə  bilməyib.  Dünən  xəstə 
qızını rayona aparıb. – Fərman arvad­uşağına bu söz­
lərdən başqa heç nə demədi. Onlar kor­peşman meh­
manxananı tərk etdilər.


171
Daş y
ağan gün
Namiqin əlindəki tər çiçəklər, atasının Suren kir­
vəyə olan inamı, ehtiramı kimi getdikcə solub təra və­
tini itirirdi. Bu tər çiçəklər bəlkə də Fərmanın sadəlövh­
lüyü, qəlbinin paklığı ucbatından, inanıb kirvə dediyi 
Surenin felinə düşməsinin xəcalətini çəkirdi...
* * *
Andranik paxırının üstünün açılacağından ehtiyat 
edib narahat hisslər keçirirdi. Odur ki, Fərmanın ya­
nında rüsvay olmamaq üçün şəhərə belə çıxmaqdan 
ehtiyat edirdi. Silvanı tapanda xeyli sevindi. Silva ata­
sının bir neçə ay bundan əvvəl gördüyündən də güm­
rahdı.  Heç  bir  azar­bezarı  yox  idi. Atasına  teleqram 
vurmaqda  məqsədi  başqa  idi.  Nərmənazik  bədəni, 
cazibədar  görkəmi  ilə  məktəbdə  hamını  hayıl­mayıl 
edən, utanıb çəkinmədən oğlanlarla açıq­saçıq danı­
şıb  min  oyundan  çıxan  Silva,  valideynlərinin  xəbəri 
olmadan, kafedra müdiri və texnika sahəsində nadir 
ixtiraçı  olan  Solomon  Betker  adlı  bir  yəhudini,  iki 
uşaq anası olan arvadı Yelenanı boşadıb ona ərə get­
mişdi.  Betker  iki  uşaq  atası  olmasına  baxmayaraq, 
özündən iyirmi yaş kiçik tələbəsi ilə hələ üçüncü kurs­
dan ər­arvad kimi yaşayırmış. Silva sonuncu kursda 
boynuna uşaq düşəndə hansı yolla olursa olsun, Yele­
nanı boşatdırıb Betkerə ərə getmək qərarına gəlir. Və 
fikrini müəlliminə açıb deyəndə, Betker sarsılıb çıxıl­
maz vəziyyətə düşür. Silvanın xarici gözəlliyinə bənd 
olub,  onunla  eyş­işrətə  qurşanmasının  nə  kimi  acı 
nəti cələr verə biləcəyini anlayıb başa düşəndə dəhşətə 
gəlir. Silvanın qarşısında kiçilib diz çökür, günahları­
nı etiraf edir və yalvarıb­yaxarır ki, məşuqəsi bu fikir­
dən dönsün və uşağı tələf etdirsin. Silva isə dediyindən 
dönmür.  Müəllimini,  məsələni  açıb­ağardacağı,  onu 


172
Ə
li 
İld
ırı
m

lu
zorla bədbəxt etdiyini aləmə car çəkəcəyi, partiyadan, 
vəzifədən qovduracağı, həm də məhkəmə qarşısında 
oturdacağı ilə hədələyir. Arvadını boşayıb onunla ev­
lən məyəcəyi təqdirdə özünü intihar edəcəyinə and içir. 
Betker vəziyyətdən çıxmaq üçün Silva ilə evlənmək 
məcburiyyətində qalır. Beləliklə, fizika elmləri dokto­
ru Solomon Betker ərə getməli qızını, evlənməli oğlu­
nu,  orta  məktəblərin  birində  riyaziyyat  müəllimi 
işləyən arvadı Yelenanı atıb Silva ilə ailə həyatı qur­
malı olur. 
Andranik Poqosyan bunu biləndə əvvəlcə hirslənib 
özündən çıxdı və qızının bu özbaşına əxlaqsız hərə kə­
tinə görə pərt oldu. Hətta Silvaya əl qaldırmaq istədi. 
Lakin biləndə ki, Betker Silvadan yaşlı olsa da, fizika 
sahəsində  tanınmış  alimdir,  o  dəqiqə  hirsi  soyudu. 
Ona görə də, ata daha da şad oldu və qızına güldən 
ağır bir söz demədi. Əksinə, belə bir nikahdan məm­
nun olub, Silvanın saçlarını sığallayıb onun alnından 
öpdü. Çünki Andraniki düşündürən qızının uğursuz 
ailə həyatı yox, hər yerdə sözü ötən ixtiraçı alimlə qo­
hum olması idi. Aydın məsələdir ki, böyük nüfuz sa­
hibi olan Betker, istər­istəməz hər yerdə gənc arvadı­
nın mənsub olduğu millətin tərəfini saxlayıb, təəssü­
bünü çəkəcəkdir. Andraniki də cavan qızının gələcək 
taleyi yox, yaşlı yeznəsinin nüfuzlu alim olması ma­
raqlandırırdı.
Odur ki, Andranik bu sevdanı eşidəndə qanadı ol­
saydı,  uçardı.  O  düşünürdü  ki,  Silva  xanımın  xatiri 
xoş olsun deyə, qoca kürəkən neçə­neçə ermənini qa­
nadına  alıb  onlara  himayədarlıq  edəcək.  Solomon 
Bet kerin təkcə institutda deyil, Kremlin özündə belə 
bir  sözü  iki  deyildi.  Andranik  qızının  dərrakəsinə 
heyran qalmışdı. Bir də ki, axı, Solomon Betker yaşlı 


173
Daş y
ağan gün
adamdır. Bu gün­sabah başını yastığa qoyandan son­
ra ixtiralarından əldə etdiyi külli­varidatın yeganə sa­
hibi Silva xanım olacaqdır. Varlı bir xanım üçün sinov 
gedən cavan­cavan oğlanlara nə gəlib?! Bir sözlə, An­
dra nikin  də,  Silva  xanımın  da  bəxti  hərtərəfli  gətir­
mişdi.  Uzaqgörənliklə  onu  yaxşı  anlayan Andranik, 
Solomon Betkerlə yeganə qızı Silva Poqosyanı ürəkdən 
təbrik etdi. Gec də olsa, yaxın­uzaq qohumların, dost­
tanışların iştirakı ilə çox da geniş olmayan mənzilin 
nisbətən  iri  zalında  on  beş­iyirmi  nəfərlik  xudmani 
məclis qurub yaşca bir­birindən xeyli fərqli olan Solo­
mon Betkerlə Silva Poqosyanın yeni ailə həyatı qur­
maları münasibətilə təbrik edib, bəylə gəlinə xoş gələ­
cək arzuladılar. Məclisə dəvət olunanların əksə riy yəti 
erməni  idi.  Onların  arasında  Solomon  Betkerin  qo­
humlarından demək olar ki, heç kəs gözə dəymirdi. 
Solomon Betkerin təkidli xahişi ilə onun cəmi üç nəfər 
iş yoldaşı mərasimə təşrif gətirmişdi.
Andranik  Poqosyan  sevindiyindən  qanadı  olsay­
dı, uçardı. Onun və qızı Silvanın yaxınları şən davra­
nışları ilə Solomon Betkerlə yaranan belə bir qohum­
luqdan son dərəcə məmnun olduqlarını və bununla 
fəxr etdiklərini aydınca büruzə verirdilər. Silva ərinə 
olan  ehtiramını  nümayiş  etdirirmiş  kimi  nəvazişlə 
onun qabağındakı qab­qacağı tez­tez dəyişdirir, qədə­
hinə konyak süzür, hərdən özünün bəzəkli ipək dəs­
malını çıxarıb onun yağlaçov dodaqlarını, alnında pu­
çurlanan  təri  silirdi. Andranik  içkinin  təsirindən  qı­
zarmış  sərxoş  baxışlarını  məchul  bir  nöqtəyə  zillə­
mişdi. Hiss olunurdu ki, qızının süfrə başında ərinə 
göstərdiyi bu cür həzin nəvazişdən məmnundur. Və 
daxilən düşünürdü ki, “Afərin Silva!! Solomon Betkeri 
seçib­sevməkdə  necə  də  məharətlisən.  İndən  sonra 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə