ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə49/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   45   46   47   48   49   50   51   52   ...   79

177
Daş y
ağan gün
saxlamağa borcluyam. Başqa cür də ola bilməz. Çünki 
biz artıq qaynayıb qovuşmuşuq. Yeri gələndə sizə hər 
cür kömək etməyə hazıram. Türklərlə ermənilər ara­
sında ədavətə gəldikdə, vaxtilə olub­keçmiş əhvalatı 
təzədən  qızışdırıb  közərtməyə  lüzum  görmürəm. 
Əslində  Gürcüstandan  olan  sizin  o  kupe  yoldaşınız 
Eduard  Çeburdanidzenin  dediklərində  həqiqət  var. 
Tarixi hadisələr barədə fikir yürüdəndə bir var obyek­
tiv  gerçəkliklərə,  rəsmi  dəlil­sübutlara  əsaslanasan, 
bir də var, emosional, qərəzli hisslərə uyub, olmayan 
hadisələri yalandan uydurasan. Düzdür, əsrin əvvəl­
lərində erməni­türk qarşıdurması olub. Hər iki tərəf­
dən xeyli insan qırılıb. Həmin anlarda sizin xalq qəh­
rə manı, xilaskar hesab etdiyiniz  və inciməsəniz, de­
yər dim  ki,  hətta  fəxrlə  adını  daşıdığınız  Andranik 
Torosoviç  Ozanyan  xoşagəlməz,  insanlığa  sığmayan 
bəd əməllər işlədib. Elə arının yuvasına çöp uzadan 
əvvəlcə  sizin  o  Andranik  Ozanyan  olub.  Türkiyədə 
doğulub boya­başa çatdığı halda, o tərəfin müsəl man­
larına arxadan zərbə vurub. Türkiyədə özü kimi qatı 
millətçilərdən silahlı dəstə düzəldib, öz həmvətənləri­
nə qarşı çıxıb, Türkiyə ilə vuruşan Bolqarıstan, Rusiya 
ordusuna kömək edib. Bir tərəfdən də azərbaycanlıla­
rın üstünə ordu yeridib, neçə­neçə kəndi oda qalayıb, 
minlərlə  günahsız  insanı,  uşaqlı­böyüklü  qətlə  yeti­
rib. Bu, qəhrəmanlıq yox, qəddarlıqdır. O, Çeburda­
nidze  də  arxiv  materiallarından  bunu  bildiyi  üçün 
düzünü  danışıb.  Ona  görə  də  yaşca  məndən  böyük 
olsanız da, acığınıza gəlsə də, gəlməsə də deməliyəm 
ki, o gürcüyə əclaf deməyə haqqınız yoxdur. Bu cür 
söz­söhbətləri mən də az­çox eşitmişəm. Mənim fikri­
mi bilmək istəsəniz, deyərdim ki, o dövrdə baş verən 
hadisələr doğru­düzgün araşdırılıb ortalığa çıxarılsa, 


178
Ə
li 
İld
ırı
m

lu
məlum  olar  ki,  türklər  –  azərbaycanlılar  çox  qırılıb, 
nəinki ermənilər. Ona görə də ermənilər nahaq yerə 
bu məsələni qurdalayıb, özlərini duruluğa çıxartmaq 
üçün canfəşanlıq edirlər. Hətta Fransanın, Amerika­
nın  mötəbər  dairələrində  inam  yaranmışdı  ki,  guya 
ermənilər genosidə məruz qalıb. Bəzi dövlətlər erməni 
millətçilərinin reallıqdan uzaq olan yalan təbliğatına 
uyub, kor­koranə qərar qəbul ediblər ki, doğrudan da 
ermənilər türklərin genosid siyasətinə məruz qalıblar. 
Həmin  dövlətlərin  başçılarından  soruşmaq  lazımdır 
ki, belə bir qərar qəbul etməzdən əvvəl zəhmət çəkib 
hansı arxiv sənədlərini vərəqləmisiniz?! Hansı tarixi 
araşdırmaları  aparmısınız?  Erməni  lobbisinin  təsiri 
altına düşən Amerikanın və Fransanın ixtiyar sahiblə­
rindən soruşmaq gərəkdir ki, iki qonşu xalq arasında 
baş verən xoşagəlməz hadisələrdə kimin haqlı və ya 
haqsız olduğunu müəyyən etmək üçün sizi kim vəkil 
tutub?!  Bax,  bu  mənada  bir  çox  dövlətlərin  genosid 
barədəki yanlış mövqeyi mənə gülünc gəlir.
Andranik aldığı sərt cavablardan sarsılır və daxilən 
peşmançılıq çəkirdi. Ancaq Silvanın gələcək taleyini 
gözləri önünə gətirib yeznəsinə etiraz etməkdən çəki­
nirdi. Həm də özlüyündə atasını məzəmmət edirdi ki, 
gərək  ona  bu  Andranik  adını  qoymayaydı.  Eduard 
Çeburdanidzenin, Solomon Betkerin sözlərində yəqin 
ki, bir həqiqət var. Doğrudan da adını daşıdığım And­
ranik də azacıq aşın duzu olmayıb. Ona görə də And­
ranik  Poqosyan  yeznəsinin  qarşısında  susub  sükuta 
dalmışdı. Solomon Betker barmaqları arasında tüstü­
sü  çözələnən  siqaretini  külqabına  qoyub,  qəddini 
düzəldərək:
– Əlbəttə, ermənilərin yaxşı bəstəkarları, alimləri, 
ədəbiyyat və incəsənət xadimləri var. Onların isteda­


179
Daş y
ağan gün
dına qibtə etmək olar. Təəssüf ki, şərə xidmət eləyən 
qatı  millətçilər  çirkin  əməlləri  ilə  mənsub  olduqları 
millət barədə ikrah hissi yaradırlar. Mənim hörmətli 
qayınatam,  istəyirəm,  bu  cür  məsələlərdə  düzgün, 
ədalətli  mövqe  tutasınız,  qərəzli  hisslərin  əsirinə 
çevrilmə yə si niz.  Tarixi  baxımdan  andraniklərin  və 
onların varislə ri nin tutduğu qatı millətçilik, qısqanc­
lıq, xəyanət yolu çətin ki, sizə uğurlu gələcək vəd et­
sin. Söhbət düşmüş kən onu da deyim ki, ermənilərin 
torpaq, ərazi iddiaları da kökündən yanlışdır. Bizim 
Elmlər  Akademiyasında  işləyən  bir  çox  tarixçi  dos­
tum var. Vaxtilə Qafqazda baş verən konfliktlər barədə 
onlarla çoxlu söhbətlərimiz olub. 
Yaxın tariximizə diqqətlə nəzər salanda tam aydın 
olur ki, Cənubi Qafqazda yaşayan ermənilərin böyük 
əksəriyyəti qonşu dövlətlərdən, xarici ölkələrdən bura 
köçürülüb. Belə bir deportasiyanın da əsas təşəbbüs­
çüsü və təşkilatçısı o vaxtkı rus padşahlığı olub. Onda 
rus çarı şovinist bir siyasət yeridirdi. Sonralar Leninin 
özü də o vaxt rus şovinizminin əleyhinəydi. Və bunu 
təhlükəli bir siyasət hesab edirdi. Əslində bu, Rusiya­
nın özü üçün də zərərli bir siyasət idi. Çünki böyük 
millətçilik iddiası yarananda, istər­istəməz xırda mil­
lət çilik əhvali­ruhiyyəsi baş qaldırır. Tarixdə baş verən 
hadisələrdən, qanlı vuruşmalardan az da olsa məlu­
ma tım var. Şəxsən mən qatı millətçiliyə xəstə təxəy­
yülün  təzahürü  kimi  baxıram.  Bunu  dilə  gətirmək 
mənim üçün çətin olsa da, deməyə məcburam ki, belə 
bir  qorxulu  xəstəlik  erməıni  məıkliklərində  xroniki 
hal alıb. Təəssüf ki, müalicəsi müşkül bir məsələdir.
Silva  bayaqkı  məclisdə  çox  da  içməmişdi.  Buna 
baxmayaraq,  konyak  az  da  olsa,  ona  təsir  eləmişdi. 
Əri ilə atası arasında gedən söhbətlərin ona dəxli yox 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə