ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə52/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

188
Ə
li 
İld
ırı
m

lu
Andranik “Moskva­Yerevan” qatarında yırğalana­
yırğalana bunları düşündükcə Silvanın nikahını təq­
dir edib özündə bir qürur duyurdu. O, birdən hiylə­
gərcəsinə  gülümsündü.  –  Ay  Pərman!  Ay  Pərman! 
Sənin yox başına pırlanım. – Andranik daxili istehza 
ilə – dünənini unudan sadəlövh müsəlman!!! Bu gün 
ata­babalarını  qılıncdan  keçir,  kənd­kəsəyini  viran 
qoy, sabah nəvə­nəticəsi səni əzizləyib süfrəsinin ba­
şına keçirəcək!!! Ay Pərman! Ay Pərman! Siz müsəl­
manların  başına  pırlanım!!!  Hi...  hi..  Yəqin  arvad­
uşaqlı hələ də qəstinsədə dayanıb məni gözləyirlər... 
Hi... hi... Pərman şofer adamdı, nə qanır ki, ermənilərlə 
türklər yüz il bir qazanda qaynasalar da, qarışa bil­
məzlər.
Andranik düşüncələr aləmində yuxuya getdi. Hər­
dənbir Eduard Çeburdanidzenin, təkərlərin taqqıltısı­
na qarışan tikanlı sözlərini xatırlayıb sayıqlayırdı: 
–  Ara,  Eduard!  Eduard!  Yalvarıram!  Yalvarıram! 
Burada  mənə  dediklərini  başqa  yerdə  açıb­ağartma! 
Danışsan, xaç sənə qənim olsun. Ey Eduard! Eduard! 
Bəyənmədiyin o müqəddəs ada ləkə yaxma. Dinimiz 
sənə qənim olar. Andranik, Nijdeh, Dro, Mikoyan, Şa­
umyan  fəxrimizdir.  Onlara  qara  yaxma.  Sən  gürcü 
yox, əclafın əclafısan. O kim ki, səni vəzifədən qovub, 
onun başına dönüm! Əlacım olsa, o müsəlmanlar kimi 
sən  Eduard  Çeburdanidzenin  də  başını  bədənindən 
üzərəm.
Kupenin qapısı tıqqıldadı. Dəmiryolçu qiyafəsində 
olan və saçları oğlansayağı qısaldılmış gonbul qadı­
nın kal səsi eşidildi:
Vətəndaşlar, tələsin! Çatmışıq! Artıq Yerevandır.
– Sən əclafsan! Səndə xaçpərəst qanı yoxdur! Edu­
ard! Eduard! Yəqin bir gün əlimə düşərsən! Onda he­


189
Daş y
ağan gün
sablaşarıq. Başını müsəlman başı kimi əzməsəm, ana­
mın südü mənə haram olsun...
– Vətəndaş, nə Eduard, nə Çeburdanidze? Kimin 
başını  əzirsən?  Artıq  Yerevandır,  şəhərə  çatmışıq!  – 
Vaqon  bələdçisi  hələ  də  sayıqlayan  sərnişini  təkrar­
təkrar  xəbərdar  edib,  növbəti  kupeyə  keçdi.  İstidən 
qan­tərə batmış Andranik – Ha!.. Ha!.. – deyib hövl­
nak yuxudan ayıldı. Onu xəbərdar edən Eduard Çe­
burdanidze yox, bələdçi qadın idi.
Andranik  tər  basmış  dolu  sifətini  kupenin  əl­üz 
dəsmalı  ilə  silib,  yerindən  dikəldi.  Tələsik  yır­yığış 
etməyə başladı.
* * *
...Andranik İrəvan dəmiryolu vağzalında qatardan 
düşüb, Gorus tərəfə gedən maşınların birinə əyləşdi 
və gecəyarı evinə çatdı. Arvad­uşaq onu sevinclə qar­
şıladı. Həyat yoldaşı Haykanuş əvvəlcə Silvanı soruş­
du. Andranik Poqosyan:
– Silvanın kefi yaxşıdır, – dedi. – Düzdür, bizimlə 
razılaşmamış  ərə  gedib.  Ancaq  ağıllı  iş  görüb.  Sən 
demə, ona dərs deyən Solomon Betker adlı yəhudiyə 
ərə gedib. Əri yaşlı olsa da, adlı­sanlı alimdir. Çoxlu 
ixtiraları var. Pulunu qoymağa yer tapmır. Bizim Sil­
vanı yağ içində böyrək kimi bəsləyir. Əlini ağdan qa­
raya vurmağa qoymur. Ev işlərini görmək üçün qul­
luqçu tutublar. Altında da bahalı maşın. Bizim o lüt 
erməni  dığalarındansa,  elə  o  yaxşıdır.  Topdağıtmaz 
evləri  var.  İki  gün  onlarda  kefə  baxmışam.  Betkerin 
Kremlə  qədər  barmağı  girir.  Silva  mənə  danışdı  ki, 
Betkerin əli ilə, çoxlu ermənini nazirliklərdə, Kremlin 
özündə belə böyük­böyük vəzifələrə düzəltdirmişəm. 
Haykanuş ərinin sözünü kəsərək fəxrlə:


190
Ə
li 
İld
ırı
m

lu
– Silva mənim qarnımdan çıxıbsa, o bilir ki, ney­
nəmək lazımdır. 
– Onu da biləsən ki, yaxın günlərdə mən baba ol­
malıyam,  sən  də  nənə.  Nəvəmizin  də  yarısı  erməni, 
yarısı da yəhudi. –Poqosyan bunu deyib güldü. – An­
caq  təzə  doğulacaq  nəvəmiz  ermənilərin  yolu  ilə 
getməlidir. Bəli, bəli, kəlləsi yəhudi, əqidəsi erməni. 
– Zarafatyana əlavə etdi.
* * *
Andranik səhər­səhər gün çıxmamış atlanıb dağla­
ra  qalxdı.  Üçtəpə  yaylağına  çökən  topa­topa  ağ  bu­
ludlar seyrəldikcə, yurd yerlərində qurulan boz ala­
çıqlar,  yaşıl  örüşlərə  yayılan  qoyun­quzu  sürüləri, 
qara mal naxırları aydınca görünürdü. Andranik hələ 
Moskvaya  getməmişdən  qabaq, Armenakla Akopun 
ona vəd etdiyi zoğal arağı yadında qalmışdı. Odur ki, 
əvvəlcə yolunu Qanlıcadan saldı. Bir­iki Yurd yerlə­
rinə  baş  çəkdikdən  sonra,  atının  başını  Armenakın, 
Akopun,  Nəcəfin  aralıdan  görünən  sürülərinə  tərəf 
döndərdi.  Onlara  çatanda  atının  cilovunu  çəkib  da­
yandı.  Salamsız­kəlamsız  əl­qolunu  ölçə­ölçə  səsini 
qaldırıb çobanlara hədə­qorxu gəlməyə başladı:
–  Mən  burda  olmayanda  biçənəkləri  otarmısınız, 
noxud əkinlərinə, taxıl zəmilərinə ziyan vurmusunuz. 
Sizdən akt yazmışam. Cərimə verməlisiniz. Belə getsə, 
rayonun bütün qırmızıpapaqlılarını buraya tökməli­
yəm.  Siz  üçünüz  də  yaramazsınız!  Vicdansızsınız! 
Döv lətə xəyanət eləyirsiniz! Xalqın düşmənisiniz! Mən 
bunu sübut edərəm! Sizə iki gün vaxt verirəm. Rədd 
olun,  köçün  burdan!  Getməsəniz,  alaçıqları  özüm 
sökəcəyəm. İt uşağı, it! Hamınız avarasınız! Bütün ra­
yon bilir ki, mən namuslu adamam. Doğma qardaşım 


191
Daş y
ağan gün
olsa  da,  qanunu  pozan  gözümün  düşmənidir.  Sizi 
məh kəməyə vermək lazımdır. Mən namuslu adamam! 
Cibimdə partiya bileti gəzdirirəm. Kommunist vicda­
nım yol verməz ki, sizin kimi avaralar bu dağlarda at 
oynatsın. Gecələr zəmilərə heyvan buraxırsınız, biçə­
nəklərdə istahat qalmayıb. Xəlvətə salıb noxud oğur­
layırsınız. Mən namuslu adamam! Belə­belə haqsızlı­
ğa göz yuma bilmərəm! Buna vicdanım da yol verməz. 
Nəcəf  dəyənəyinə  söykənib  susmuşdu.  O,  ermə­
nicə təmiz bilməsə də, Andranikin hərzə­hədyanlarını 
başa  düşürdü.  Çobanlar  Andranikin  hədə­qorxusu 
qarşısında  quruyub  qalmışdılar.  Elə  bil  Andranik 
həmişəki adam deyildi. Bu üç­dörd günün içində ta­
mam  dəyişib  başqa  məxluq  olmuşdu.  Yaşca  çoban 
yol daşlarından  böyük  olan  Armenak  irəli  yeriyib 
ərklə dağbəyinin mindiyi atın cilovundan yapışdı:
– Andranik əmi, sizdən ötəri bilirsən necə darıxmı­
şıq?! Neçə gündür yolunu gözləyirik ki, Dəvə daşın 
altındakı bulağın üstündə ocaq qalayaq, kabab tüs tü­
lədək, zoğal arağı vurub kefə baxaq. Sən də heç nədən 
başlamısan ki, biçənəklər belə oldu, zəmiləri otarırsı­
nız... O tərəflərə ayaq basanın atasına lənət! Biz dəliyik 
ki, dağların göy otunu qoyub, qoyunlara qılçıqlı sün­
bül yedizdirək?! Hansı mərdiməzarsa sizi başdan çı­
xarıb.  Bu  barədə  dediklərinin  hamısı  başdan­ayağa 
böhtandır. Paxıllığımızı çəkən əclafların sözünə qətiy­
yən inanmayın. 
Andranik bulaq başı, kabab, araq sözlərini eşi dən­
də  fısı  yatdı.  Qızarmış  sifətinə  çökmüş  qəzəb  sanki 
Qanlıca yaylağının sərin mehinə qərq oldu və:
– Ara, üçünüzün də xətrini bu dağlar qədər istəyi­
rəm.  Amma  gərək  sizdən  pis­pis  sözlər  eşitməyim. 
Əsəbiləşdiyim  üçün  üçünüzü  də  danladım.  Gərək 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə