ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə53/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   49   50   51   52   53   54   55   56   ...   79

192
Ə
li 
İld
ırı
m

lu
məni bağışlayasınız. Atanız yerində kişiyəm. Son vaxt­
lar əsəblərim korlanıb. Ona görə məndən inciməyin. 
Sizin barənizdə məni ayrı cür başa salmışdılar. Mən 
də hövsələdən çıxdım. İndi hara deyirsiniz gedək.
Andranik yumşalıb, atını Daş dəvəyə tərəf sürdü. 
Armenak da çoban yoldaşlarına tapşırıq verdi ki, sü­
rünü onların getdiyi tərəfə döndərsinlər, sonra da ala­
çıqlara dönüb yemək­içmək gətirsinlər. 
Daş dəvənin altından qaynayıb çıxan bulaq öz­özü 
ilə  xəlvətcə  danışırmış  kimi  sakit­sakit  pıçıldayırdı. 
Bəlkə də xəfif pıçıltısında kimə isə qarğıyır, kimdənsə 
giley­güzar eləyir, kimi isə lənətləyirdi. Bu sehrli­sirli 
çeşmə bəlkə də vaxtilə arandan dağa, dağdan arana 
ağır­ağır  yüklər  çəkib  aparan,  Zəngəzur  el­obasının 
dəfi dönəndən sonra daş olmuş dəvənin göz yaşı idi. 
Bu  dağlarda  fironluq  edən  Andranik  Poqosyan  və 
onun pişvazında duran çobanlar isə heç nəyin fərqinə 
varmadan bulağın başında dəstərxan açdılar. Bir göz 
qırpımında ocaq tüstüləndi, şişlərə kabab çəkildi. Or­
talığa təzə pendir, isti çörək, zoğal arağı gəldi. Poqos­
yan  arağın  spirtlik  dərəcəsini  yoxlamaq  məqsədilə 
qalın çay stəkanını ağzınacan doldurub çəkdi başına. 
O, sir­sifətini turşudub ağzını­burnunu qırışdıraraq:
–  Ara,  bu,  can  dərmanıdır.  Məssəb  haqqı,  ölüyə 
versən dirilər. İrəvanın tərifli konyakı bunun yanında 
kəllə suyudur, – dedi. – Bundan çox olsaydı, bir­iki 
şüşə də Moskvaya göndərərdim, təzə yeznəmə. Ara, 
sizin başınız xarab olub. Bayaqdan bəri heç biriniz so­
ruşmursunuz ki, Andranik, neçə gündür görünmürsən. 
Dağlar səndən ötrü qəribsəyib. Yayın bu cırhacırında 
Moskvada nə itin azmışdı?! 
– Mən elə soruşmaq istəyirdim, xeyirdimi? İlin­gü­
nün bu vaxtı Moskvaya niyə getmişdin? – Armenak 
soruşdu.


193
Daş y
ağan gün
– Ara, Silvanı ərə verirdim. Əvvəlcə mənim razılı­
ğımı bilmək istəyirdilər.
– Andranik əmi, oğullu­qızlı olsun. Yeznəniz kim­
dir?! Ağıllı­başlı adamdır? Sizin Silvaya layiqdirmi?
– Ara, mən pis adama qız verərəm?! Silva Moskva­
da oxuyur. Bu il ali məktəbi qurtarmalıdır. Maşallah, 
göz dəyməsin, çox ağıllı, fərasətli qızdır. Yaxşı da oxu­
yur. Biliyinə söz yoxdur. Onu beş oğula dəyişmərəm. 
Neçə ildi ki, özü ilə oxuyan bir oğlan ona vurulmuş­
du, Silvadan əl çəkmirdi. Silva da ata­anasından ica­
zəsiz ona razılıq vermirdi. Bu sirri də ata­anasından 
gizlədirmiş. Hamı bilir ki, mən namuslu adamam! Qı­
zın nə ixtiyarı var ki, mənim razılığım olmadan, hər 
gədə­güdəyə söz versin. Silva atasının xasi yyətini yaxşı 
bilir. Bilir ki, ata­anasının razılığı olmadan birinə söz 
versə, başını kəsərəm. Məni tanıyanlar bilir ki, namuslu­
qeyrətli  adamam.  –  Andranik  Poqosyan  bu  sözləri 
dedikcə  hərdən  yarıbükülü  yumruğunu  fəxrlə  sinə­
sinə vururdu. – Mənə teleqram göndərmişdi. Getdim 
Moskvaya.  Silva  ilə  söhbət  etdim,  nişanlısı  ilə  tanış 
oldum. Boylu­buxunlu, abırlı, qoçaq oğlandır. Ondan 
xoşum gəldi. Razılıq verdim. Oğlanın atası ilə məslə­
hətləşib kəbin kəsdirdik. Yüngülvarı yığıncaq eləyib 
qızı  köçürtdüm.  Ancaq  əsas  toyları  burada  olacaq. 
Sizə də deyəcəyəm. Gərək yaxşı­yaxşı oynayasınız.
Armenak sevincək dilləndi:
– Andranik dayı, toy üçün iki erkək bizdə, – dedi. 
– Haçan, hara deyirsən, göndərək. Zoğal arağı da ki 
öz yerində. Nə qədər desən, gözümüz üstə...
Andranik  Poqosyan  Armenakın  sözündən  məm­
nun  oldu.  Çobanlara  təşəkkür  edib,  stəkanlara  araq 
süzərək:
– Bunu içək bizim Silvanın ailə xoşbəxtliyi şərəfinə!


194
Ə
li 
İld
ırı
m

lu
Nəcəf geri çəkilib:
– Məni bağışlayın, – dedi. – Hələ indiyəcən dilimə 
içki vurmamışam.
Süfrə yoldaşları bu barədə Nəcəfi təkid etmədilər. 
Onlar bir ağızdan:
– Silvanın sağlığına, – deyib, araq dolu stəkanları 
cingildətdilər.
Andranik üzünü Armenakla Akopa tutub erməni 
dilində:
– Ara, türk arağın ləzzətini nə bilir?! O vaxt Azər­
baycan  kəndlərini  yandırıb­dağıdanda  hansı  küpün 
ağzını açırdıq, içindən yağ, doşab, ət qovurması çıxır­
dı.  O  boyda  kəndlərdə  əlimizə  bir  qram  araq,  çaxır 
keçmədi. Onlarınkı yaşamaqdı?! – Andranik bu sözləri 
ermənicə deyirdi ki, Nəcəf başa düşməsin. – Ona görə 
də haqlı yerə uşaqlı­böyüklü qabağımıza keçəni qırır­
dıq. Ən çox cavanları, uşaqları öldürürdük ki, həmin 
qırğının şahidi qalmasın, yekəlib ağlı kəsəndə bizdən 
qisas almaq niyyətinə düşməsinlər. Bəli, bəli, siz belə 
şeyləri bilməzsiniz. Əvvəlcə uşaqların, körpələrin, ca­
vanların kökü kəsilməlidir ki, sonra dirçəlib başımıza 
bəla açmasınlar. Mən ağıllı adamam. Uzağı görürəm, 
gələcəyi fikirləşirəm. Hər adamın başı mənimki kimi 
işləmir.  Mən  adını  daşıdığım Andranikdən,  Nijdeh­
dən,  Drodan,  Hamazasdan  dərs  almışam.  Bilirəm 
müsəl manlara  necə  divan  tutmaq  lazımdır.  Onlarla 
bizimki qiyamətə qədər tutmaz. Bax, biz burda araq 
vururuq, kef eləyirik, o Nəcəfdi­nədi, türk gədəsi, ya­
xasını kənara çəkib. Bizə qoşulmaq istəmir. Onlar do­
nuz əti yemirlər, ancaq biz yeyirik. Bir sözlə, müsəl­
manlarla biz ayrı­ayrı əqidəli adamlarıq. Mən namus­
lu adam olduğum üçün bunları dərk edirəm. Sən Ar­
menakla Akopun kəlləsi yoxdur. Olsa da içi boşdur. 


195
Daş y
ağan gün
Yoxsa bu türkü qoltuğunuza alıb yanınıza salmazsı­
nız. Mən! – O, döşünə döydü. – Mən olsam, bu xəlvət 
dərələrin birində onun başını çoxdan əkmişdim. Çün­
ki namuslu adamam. Siz Armenakla Akop o barədə 
mənə çata bilməzsiniz. Çünki mən namuslu adamam. 
Müsəlmanlar gözümün düşmənidir. Namuslu erməni 
mənim kimi olar. Bu alapaça madyanı görürsünüz? – 
O,  kənarda  bağlanmış  atı  göstərdi.  –  O  vaxt  müsəl­
manların üstünə hücum çəkəndə Hasan, Əliqulu, Do­
butlu, Sofulu... kəndlərindən neçə­neçə at ilxısı gətir­
mişik. (Nəcəf başa düşdü ki, Andranik qəsdənmi və 
ya  yadından  çıxdığına  görəmi,  Həsənlini  Hasan  de­
yirdi.)  Bu  madyan  həmin  atların  cinsindəndir.  Yola 
çıxanda bir at qabağa buraxmaz. Həm də yük götürən­
dir. Qaçarağına da söz yoxdur. Ona görə də həmin il­
xıdan  olan  atın  nəslini  kəsmirəm.  Doğub  törədikcə 
qulununu götürüb saxlayıram. Bu madyan beşinci, ya 
da altıncı nəsildəndir. Rəngi, görkəmi əsla dəyişməyib. 
Müsəlman atı olsa da, tayı­bərabəri yoxdur... 
Andranik üzünü yana çevirib, kənarda söykədiyi 
qoşalülə tüfəngə işarə etdi:
– O qoşalüləni də Həsən kəndində bir evdən götür­
müşəm, – dedi. – Divara vurulmuş xalçanın üstündən 
asılmışdı. Gördüm yaxşı tüfəngdi, götürdüm. İçi bo­
şuydu. Patronlarını hara qoymuşdularsa, tapa bil mə­
dim. Evin içində nə varıdı, yığışdırdıq, sonra binaya 
od vurub, sahiblərini arvadlı­uşaqlı qırdıq. Evin sahi­
bi  hündür  boylu  bir  kişiydi.  Əlinə  girəvə  düşsəydi, 
indi  tüfəngin  qırmalarını  qarnıma  doldurub,  məni 
məhv  eləmişdi. Ancaq  kəndə  qəfil  girdiyimiz  üçün, 
əllərini  tərpətməyə  imkan  vermədik.  Haa...  Yaxşı 
tüfəngdi. Mənə qismətimiş. Tez­tez silib yağlıyıram, 
qoymuram  pas  atsın.  Rayonun  milis  nəçənniyi  bir 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə