ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə56/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   52   53   54   55   56   57   58   59   ...   79

204
Ə
li 
İld
ırı
m

lu
olubmuş kimi, mamırlı qayaların çuxurlarına, tikanı 
adamın əlini ilan kimi sancan gəvən kollarının dibinə 
qısılmışdılar,  həmişəki  kimi  vəcdlə  oxumurdular. 
Nəcəfin yurd qonşuları köçəndən sonra onun özü də 
darıxmağa başlamışdı. Hərdən Andranikin səsi gəlir­
di.  Nəcəf  onun  qaraltısını  görən  kimi  sürünü  başqa 
səmtə döndərib, əli yüzlərlə müsəlmanın qanına ba­
tan və bununla da fəxr edən Andraniklə qarşılaşma­
mağa  çalışırdı.  Qoyunları  dalda  bir  yerə  verib,  özü 
qənşərdə dayanırdı. Ala­bəzək tütəyi ilə otu saralıb­
solmaqda olan səfalı dağların dərdinə şərik olurmuş 
kimi qəlbləri ehtizaza gətirən nisgilli havalar çalırdı. 
O, çaldığı tütəyin yanıqlı səsində Köhnə Həsənlinin 
xarabalıqlarını, tilsimə düşmüş Daş dəvəni, gecə­gün­
düz xısın­xısın pıçıldayıb göz yaşı tökən və nisgilini 
bu dağlara­daşlara car çəkən çeşmənin iniltisini, ala­
paça madyanın gavur əlində girinc qalmasını tərən­
nüm eləyirdi. 
Köçməyə bir gün qalmış Nəcəf qoyun­quzunu el 
yolundan aralıdakı yamaca verib, özü yumşaq otların 
üstündə uzanıb dərin­dərin fikrə getmişdi. Aranı dağa 
daşıyırdı, dağı arana. Arabir yay günəşinin ilıq şüaları 
altında xumarlanıb mürgü vururdu. Bu heyn də arxa­
da at fınxırtısı eşidildi. Nəcəf yerindən qalxıb, həmin 
səmtə  baxdı.  Andranik  alapaça  madyanın  üs tün də 
yanpörtü oturub, düz Nəcəfə tərəf gəlirdi. Nəcəf gör­
dü  ki,  onun  gözündən  yayınmaq  mümkün  olmaya­
caq, çarəsizlikdən Andranikin qabağına yeridi. And­
ranik lovğa­lovğa:
– Ara, yeznə, haralarda itib­batmısan, neçə gündür 
görünmürsən, – dedi. – Ki, qorxursan məni qonaq eli­
yəsən?


205
Daş y
ağan gün
– Alaçığımızın qapısı həmişə qonaq üzünə açıqdır. 
– Nəcəf təmkinini pozmadan ona cavab verdi. – Aclı­
ğın varsa, buyurun gedək evə, – əlavə etdi. 
Andranikin kefi duruldu:
– Ara, belə ki, danışırsan, pis yeznə olmayacaqsan, 
– dedi. – Ki, düzünü axtarsan, bu gün çörək yemə mi­
şəm. Ancaq evə getsəm, uşaqlara əziyyətinə olar. Yax­
şısına odur ki, sən bir toyuq soyutması elətdir, bir az 
da pendir­çörək götür, get həmişəki yerə. Mən də yu­
xarılara baş çəkib gəlirəm. Orada görüşərik. Bildin də, 
haranı deyirəm? Daş dəvənin altındakı bulağın üstü­
nü... Səndən də şikayət var, eli, guya ki, gecələr qonşu 
permaların örüşünü otardırsan. Onlar bilsə ki, bizim 
yeznəmiz olmusan, mənə belə yalanlamazlar. Mən də 
belə səpeh sözlərə baxmıram. Deyirəm, rədd olun ge­
din başımdan. O türk balası parağat adamdır, elə iş 
görməz.
Nəcəf and­aman elədi ki, istər gecə olsun, istərsə 
gündüz, heç kimin örüşünə qoyun buraxmayıb. Son­
ra da Andranikin könlünü almaq üçün:
–  Yolunu  çoxdan  gözləyirəm,  –  dedi.  –  Elə  yaxşı 
yerdə əlimə düşmüsən. Dediyin qaydada, mən həmin 
yerə gedirəm. Sən də gəl, ancaq ləngimə.
...Nəcəfin başqa çarəsi yox idi. Qonaqlıqdan boyun 
qaçırsaydı, Andranikin əlindən qurtara bilməzdi. Ona 
görə də məcbur olub, tez­tələsik yemək­içmək hazırlı­
ğı görüb, Andranikdən qabaq Daş dəvənin altından 
çıxan bulağın başında oldu. İçərisində araq­konyak­
dan başqa hər cür yemək olan dəstərxan açıb Andra­
niki gözlədi. Çox keçmədi ki, Andranik özünü yetirdi. 
Andranik  süfrədəki  yeməkləri  görəndə  gözləri  işıq­
landı.  Tez  atdan  düşüb  çiynindəki  qoşalüləni  bir 
kənara söykədi. Tərkindəki sicimi açıb alapaça mad­


206
Ə
li 
İld
ırı
m

lu
yanı  hörüklədi.  Yəhərin  qaşındakı  balaca  heybədən 
araqla dolu iki yarımlitrlik şüşə çıxardıb ortalığa qoy­
du. Və sonra Nəcəfə məhrəm nəzər salıb:
– Armenakla Akop ki sənnən yoldaş olublar, dost­
luq eləyiblər, ağıllı iş görüblər. Elə ki, bizim yeznəsən, 
sənə hörmətim artıb, – deyib kədərli köks ötürdü. – 
Ara, Nacap, Silva kepimə xarablayıb, – əlavə etdi. – 
Moskvada oxuyan qızımı deyirəm. Ondan pis xəbər 
gəlib. Sabah gərək idarədən icazə alıb, təcili Moskva­
ya gedim.
Andranik sözün dalını gətirmədi. Oxunu atıb ya­
yını  gizlətdi.  Əslində  məsələ  başqa  cür  olmuşdu. 
Andra nik Moskvadan qayıdandan bir neçə gün sonra 
Silvanın əri Solomon Betker onu evindən qovmuşdu. 
Betker  əvvəldən  şübhələnmişdi  ki,  Silva  təkcə  ona 
yox, başqalarına da dil verib və çoxları ilə intim əlaqə 
saxlayırmış  və  bətnindəki  uşaq  da  başqasındandır. 
Betkerin əvvəlki arvadı Yelena onun yerinə su calayıb, 
ailəsini  dağıdan  Silvanı  izlətdirib,  cavan  bir  oğlanla 
biabırçı vəziyyətdə şəklini çəkdirmişdi. Betkeri tovla­
yıb  onun  ailəsinə  nifaq  salan  Silvanın,  oynaşları  ilə 
eyş­işrətdə olarkən gizlicə çəkdirdiyi şəkilləri paketə 
qoyub ərinə göndərmişdi. Solomon Betker fotoşəkilləri 
görəndə  dəhşətə  gələrək,  elə  həmin  gün  üzü  üzlər 
görmüş pozğun qadını evdən qovmuşdu. Həm də Sil­
va ilə şərtləşmişdi ki, qarnındakı altıaylıq uşağı doğu­
landan sonra həkim müayinəsindən keçirəcək, onla­
rın qan qrupu uyğun gəlsə, uşağa himayədarlıq edib 
həddi­büluğa çatana qədər ona aliment verəcək. Uşaq 
başqasından olduğu təqdirdə onu özünə yaxın qoy­
mayacaq. Silva uşağın başqasından olduğunu bilirdi. 
Və bilirdi ki, Betkerin dediyi kimi, uşaq yoxlamadan 
keçsə  və  bic  olduğu  sübuta  yetərsə,  rüsvay  olacaq. 


207
Daş y
ağan gün
Ona görə uşağı bir gecənin içində tələf etmişdi. Sonra 
da özünü duruluğa çıxartmaq üçün atası Andranikə 
belə  bir  məktub  yazmışdı  ki,  Solomon  Betker  alim 
olsa da, insanlıqda haqqı yoxumuş. Məni hər gün dö­
yür, incidir, təhqir edirdi. Ona görə də Betkerə tüpü­
rüb  ondan  boşandım.  Və  o  cür  əclaf  adamdan  olan 
uşağın sonra başımıza əngəl ola biləcəyini nəzərə alıb 
rədd elədim... Ata, siz burda olanda özümü sındırma­
maq  və  qanınızı  qaraltmamaq  üçün  ərimlə  mənim 
aramdakı konflikti açıb­ağartmırdım. Sən demə, Bet­
ker əvvəlki arvadı Yelenanı sevirmiş. Ondan ayrılma­
ğa peşman imiş. Ona görə də gündə bir bəhanə tapıb 
məni incidirdi ki, baş alıb gedim, Yelenanı geri qaytar­
sın.  Yelena  onun  əclaf  adam  olduğunu  bildiyi  üçün 
Betker nə qədər yalvarsa da, onu yaxına buraxmırdı. 
Yelena  podruqalarına  deyirmiş  ki,  Betkerin  əlindən 
canımı güclə qurtarmışam. İki dünya bir olsa, təzədən 
onunla  bir  yastığa  baş  qoya  bilmərəm.  Oğlanları  da 
ondan üz döndərib. Çoxlu mübahisələrdən sonra Ye­
lena oğlanlarının dərdindən Betkerlə razılaşıb. Onlar 
indi bir yerdə yaşayırlar. Əslində Yelena özü də yönlü 
vücud deyil. Ancaq innən sonra bunların mənə dəxli 
yoxdur,  özləri  bilər.  Bir  sözlə,  Betkerlə  aralandığım 
üçün özümü xoşbəxt hesab edirəm. Ona görə də ana­
mı başa sal ki, məndən ötəri xiffət eləməsin. Sən özün 
də bu məsələni ürəyinə salma. 
Andranik Silvanın adını təəssüflə çəksə də, onun 
yazdığı  məktubu,  başına  gətirilən  əhvalatları  açıb­
ağartmadı.  Bircə  onu  dedi  ki,  Silva  xəstələnən  kimi 
olub, gərək Moskvaya gedəm. Nəcəf onun dediklərinə 
inandığı  üçün,  Andranikin  dərdinə  şərik  olurmuş 
kimi:
– Allah şəfa versin, – dedi. 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə