ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə55/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

200
Ə
li 
İld
ırı
m

lu
yəndə naxoşluq tutur. Elə ki, xəstə oldu, dərman­zad 
kar eləmir. Yüzcə qram vursun, sağalıb duracaq aya­
ğa. Karapet çox zarapatlar eləyir. Məzəli bir sözü ya­
dımdan çıxmır. Burda deyim, siz də həm eşidin, həm 
də gülün:
Alasan rus qızını,
Üst-başını çist eləyə.
Alasan gürcü qızın,
Qohum-qardaşı dost eləyə.
Alasan erməni qızını,
Həmişə səni məst eləyə.
Alasan müsəlman qızını,
Şirin canına qəsd eləyə.
Haa!.. Ha!.. – Andranik bu sözləri deyib şit­şit şaq­
qanaq çəkdi. 
Armenakla Akop da ona baxıb güldülər. 
– Ədəbsizin biri, ədəbsiz! Saqqalı ağarsa da, ağlı 
ağarmayıb.  Bizim  Həsənli  kəndində  bu  cür  nalayiq 
danışan olsa, hamı üzünə tüpürər. – Nəcəfin dodaqla­
rı pıçıldadı.
– Ara, bu Nəcəp ki, özünü pağır göstərir, ona inan­
mayın. Bizə ki, yeznə olur, çox bic oğlandır. Bilir ki, 
erməni qızı alsa, xoşbəxt olacaq. – Dağbəyi bu sözləri 
deyib, stəkanları doldurdu. – Bunu da bizim təzə yez­
nə nin sağlığına...
Nəcəfin nifrət ifadə edən baxışları, dağbəyinin ya­
şına, vəzifəsinə yaraşmayan şit hərəkətlərində, sırtıq 
sifətində donub qalmışdı.
Andranik zoğal arağından o ki var, dümlüyüb hal­
lanmışdı. O, göy otun üstündə o tərəf­bu tərəfə çevri­
lib arxası qatda uzandı. Daş dəvənin qarnının altına 
baxaraq:


201
Daş y
ağan gün
–  E­e­e!.. Armenakcan! Akopcan! Astos!  Qədrimi 
bilmirsiniz, – dedi. – Erməni xalqının qarşısındakı xid­
mətlərimi saymaqla qurtarmaz (Nəcəf onun söz lərini 
başa  düşməsin  deyə  Andranik  ermənicə  danışırdı). 
Türklər orada ermənilərə neynəmişdilərsə, biz burda 
azərbaycanlılardan on əvəzini çıxdıq. Dobut, Eyvazlı, 
Qədili,  Hovlu,  Əliqulu,  Hasan,  Xıdır, Abdallı...  hələ 
çoxunun da adı yadımdan çıxıb, deyə bil mədim. Ha­
mısını yandırıb dağıtdıq. Adamlarının birini də sala­
mat buraxmadıq. Tək­tük müsəlman əli miz dən qaçıb 
qurtardı.  Müsəlman  kəndlərini  yerlə  yeksan  elədik, 
bizim  ordumuz,  top­tüfəngimiz  vardı.  Müsəlman 
kəndlərində də dörd­beş adamın tüfəngi ola­olmaya. 
Qabağımızda  duruş  gətirmirdilər.  Ha!..  ha!..  –  O, 
fəxrlə gülüb əlini tük basmış sinəsində gəzdirdi. 
Armenakla Akop altdan­altdan Nəcəfə göz vurub, 
işarə edirdilər ki, keflidir, nə danışdığını bilmir. Onun 
zəvzəməsinə bənd olma. Nəcəf isə onsuz da sakitcə 
dayanıb  içəridən  qovrulurdu.  “Eybi  yoxdur  Andra­
nik, nə qırıldadırsan qırıldat. Sən bu dağların bəyi ol, 
mən də çobanı. Haçansa, haradasa qabaqlaşarıq. Al­
lah  ya  sənə  verər,  ya  mənə.  Onda  bilərsən  ki,  qan 
tökməyin, ev yıxmağın, Nəcəfi yetim qoymağın axır 
aqibəti necə olur” – öz­özünə düşündü.
Andranik danışa­danışa xumarlanıb yuxuya getdi. 
Gün əyilmişdi. Armenak onu dümsükləyib oyatmaq 
istədi ki, yığışıb getsinlər. Andranik yuxulu­yuxulu:
– Ara, mənə mane olmayın. Siz rədd olub buradan 
gedin,  –  dedi.  –  Mən  istirahət  edirəm.  Haçan  kefim 
istəsə gedəcəyəm. Bu türk gədəsi yeznə olsa da, fasığ 
adama oxşayır. Ona etibar eləməyin. Girəvə düşsə ba­
şını bədənindən üzün. Qoy düşmənlərimizin sayı heç 
olmasa bir nəfər azalsın. 


202
Ə
li 
İld
ırı
m

lu
Armenakla Akop gördülər ki, Andranik getdikcə 
sərsəmləyib ağzına gələni danışır, xəcalətlərindən on­
dan uzaqlaşmaq qərarına gəldilər. Andraniki bulağın 
kənarında  yuxulu  vəziyyətdə  tək­tənha  qoyub,  tez 
Daş dəvədən aralaşdılar. 
Andranik hələ də sayıqlayıb əlli dərənin suyunu 
bir­birinə qatırdı. – Türklər bizə zülm eləyib... Musur­
man  kəndlərini  yaxşıca  dağıtdıq.  Azərbaycanlıları 
uşaqlı­böyüklü  milçək  kimi  qırdıq...  Bu  yer­yurdu 
azərbaycanlıların əlindən zorla qopartdıq... və sair və 
ilaxır...
Çobanlar bu qanqaraldıcı sözləri eşitməmək üçün 
sürüləri təpənin o üzünə aşırıb, Andranikdən canları­
nı güclə qurtardılar.
Nəcəfgilin  yurd  saldığı  yer  yol  ağzı  olduğundan 
dağbəyi buradan əl çəkmirdi. Zoğal arağının iyinə o, 
həftə  səkkiz,  mən  doqquz  hərlənib­fırlanıb,  kəsirdi 
Akopla Armenakın  başının  üstünü.  Əvvəl­əvvəl  bir 
bəhanə  ilə  onları  asıb­kəsir,  akt  yazacağı,  yaxalarını 
milis idarəsinə verəcəyi ilə hədələyirdi. Elə ki, Arme­
nak yağlı dilini işə salıb zoğal arağının adını çəkirdi, 
Andranik yumşalıb ipək kələfinə dönürdü. Daş dəvə­
nin altında yeyib­içdikdən sonra onlardan əl çəkirdi. 
Armenakla  Akop  dağbəyinin  əlindən  boğaza  yığıl­
mışdılar.  Yediklərini,  Andranik  burunlarından  gəti­
rirdi. Nəcəf isə əsla dillənmirdi və daxilən Andraniklə 
harada, necə hesablaşacağı barədə düşünürdü.
Artıq yay yarıdan keçmişdi. Dəvələr üzü arana tərəf 
yatırdı. Yaxın­uzaq təpələrdə, düzlərdə tikilən ala çıqlar 
günbəgün  sökülüb  seyrəlir,  yollarda  köç  əlin dən 
tərpənmək olmurdu. Kimsəsiz qalan yurd yer lərindən, 
boş ağıllardan, qarğa­quzğundan, orda­burda vurnu­
xan tülkü və çaqqaldan başqa heç nə gözə dəymirdi.


203
Daş y
ağan gün
Bazar  ertəsi,  neçə  aydan  bəri  qonşuluq  etdikləri 
ermənilər  alaçıqlarını  sökməyə  başladılar.  Nəcəfin 
əmisi arvadı Qönçə xala isə həmin gün yola çıxmağı 
məsləhət görmədi. Nəcəfə təpinib dedi ki, ağlını başı­
na  top  elə,  nəhs  iş  tutma.  Erməniyə  baxma,  müsəl­
mançılıqda duz günü yola çıxmazlar, düşər­düşməzi 
olar. Aya dözən, günə də dözər. Allah qoysa, çərşənbə 
günü  yır­yığış  eləyib,  cümə  axşamının  səhəri Allah, 
Məhəmməd, ya Əli deyib tərpənərik. Nəcəf Qönçə xa­
lanın dedikləri ilə razılaşdı. Armenakla Akop köçlü­
külfətli yola düşdülər. Onlar bir­birindən mehriban­
lıqla ayrıldılar. Armenakın Nəcəfə axır sözü bu oldu 
ki, o Andranikin dediklərinə baş qoşma. Özün görür­
sən  ki,  boşboğazın  biridir.  Sözünün  dalını­qabağını 
bilmir. Ağzına gələni tullayır. Üzü qara olsun, bizim 
özümüzü də xəcalət elədi. Əslində o Andranikin mur­
dar  üzünü  görməmək  üçün  tez  köçürük  ki,  ondan 
yaxa qurtaraq. Nəcəf, sənə axır sözümüz bir də odur 
ki, bizdən sonra nə qədər qalacaqsınız, özünüz bilər­
siniz,  amma  çalış  Andranikdən  aralı  ol.  Ondan  nə 
desən çıxar. Andraniki bizdən yaxşı tanıyan yoxdur. 
Yaxşılıqdan başqa əlindən nə desən gələr. Gördün ya­
xınlaşmaq istəyir, yaxanı onun əlinə vermə. Bir bəhanə 
ilə aradan çıx.
– Arxayın olun, sizə yaxşı yol! – Nəcəf çoban yol­
daşlarının dedikləri ilə razılaşdığını bildirib, onlardan 
mehribanlıqla ayrıldı.
* * *
Avqustun ortaları idi. Tək­tük yerlərdə alaçıq gö­
rünürdü,  dağlar  getdikcə  qəribsəyirdi,  boz  torağay­
lar, səhər­axşam bu yaşıl çöllərə xoş təranələr yayan 
nəğməkar quşlar dağların kimsəsizləşməsindən məyus 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə