ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə51/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   47   48   49   50   51   52   53   54   ...   79

184
Ə
li 
İld
ırı
m

lu
alimləri  əllaməlik  edib,  bunu  başqa  cür  yozurlar. 
Guya ki, bu ərazilər, hətta azərbaycanlıların yaşadığı 
dədə­baba  torpaqlarının  çoxu  belə  tarixən  onlara 
məx susdur.  Əlbəttə,  bu,  cəfəng  fikirdir.  Məsələn, 
erməni  tarixçisi  Aşot  Osipoviç  Artunyan  Andranik 
Ozanyanın tərifini göylərə qaldırıb və kitabında gös­
tərir ki, o, humanist, alicənab sərkərdə olub. Eyni za­
manda Andranik Ozanyanın 1924­cü ildə Amerikada 
dərc etdirdiyi “Qafqaz cəbhəsi” gündəliyindən misal 
gətirir.  Həmin  gündəliyə  görə  Andranik  Ozanyan 
1915­ci ilin aprelində Türkiyənin Dalaman ətrafındakı 
bir  kəndində 700 insanı amansızcasına qətlə yetirib. 
Tarixçi  yoldaşlardan  biri  mənə  danışıb  ki,  o  vaxtlar 
Andranik Ozanyan müsəlmanlara qarşı misli görün­
məmiş  cinayətlər  törədib.  İş  o  yerə  çatıb  ki,  Altıncı 
Qafqaz korpusunun komandiri, general­mayor Dmit­
ri Konstantinoviç Avatsiyev Baş Qərargaha raport ya­
zıb  ki,  Andranik  Torosoviç  Ozanyan  müsəlmanlara 
qəddarcasına divan tutur, şəhər və kəndləri qırıb­ta­
layır, dinc əhalini qocalı­cavanlı qətlə yetirir...
Solomon Betker əsəbiləşən kimi oldu və:
– Ay mənim əzizim, təəssüf ki, sizin erməni mil­
lətinin  içərisində  belələri  çoxdu,  –  dedi.  –  Çeburda­
nidzenin sizə dediyi kimi, əgər Mağalyan adlı dələduz 
bir erməni amerikanları aldadıb, təkcə Azərbaycanda 
yox, bütün dünyada dahi bəstəkar kimi məşhur olan 
Üzeyir Hacıbəyovun “Arşın mal alan” komediyasını 
öz adına çıxırsa, erməni alimlərinin – Azərbaycan tor­
paqları tarixən bizim olub – deməsinə təəccüblənmək 
lazım  deyil.  Buna  sadəcə  olaraq,  gülmək  lazımdır. 
Gərək tarixçi tarixi özünə güldürməsin. Onu da düşü­
nürəm ki, bu gün­sabah Silvadan uşaqlarımız olacaq. 
Ermənilərin  ünvanına  xoşagəlməz  sözlər  deyiləndə 


185
Daş y
ağan gün
bundan mənim övladım xəcalət çəkəcək. Bütün bun­
lara baxmayaraq, qohum olandan sonra mən də, öv­
ladlarım  da  mütləq  ermənilərin  təəssübünü  çəkmə­
liyik, başqa cür ola da bilməz.
Solomon Betker ikrahla başını buladı və onun ba­
xışlarında  acı  bir  istehza  dolaşdı.  Dərin  fikrə  gedən 
qayınatasına yarızarafatla:
–  Baax,  belə­belə  işlər,  mənim  sevimli  Silvamın 
atası, hörmətli qayınatam, – dedi. – Gördüm, bu hadi­
sələrdən hali deyilsən. Ona görə uzun­uzadı danışıb 
sizi yorsam da, istəyirəm, məsələnin əsl kökünü bilə­
siniz. 
Andranik Poqosyan yeznəsinin fikrini təkzib etmə­
yə  söz  tapmadığı  üçün  dillənmədi.  Solomon  Betker 
sifətini turşudaraq:
– Yəqin ki, o “əclaf” dediyiniz gürcü alim işlədiyi 
arxivin sənədlərindən bunları dəqiq bildiyi üçün adı­
nı daşıdığınız Andranik Torosoviç Ozanyanın şərəfinə 
badə qaldırmağı özünə rəva bilməyib. Ondan zəhləniz 
getsə  də,  görünür,  Eduard  Çeburdanidze  özünə­sö­
zünə hörmət eləyən, ləyaqətli adamdır. Siz də nahaq 
yerə onun sözlərindən əsəbləşmisiniz. O cür prinsipi­
al adamlardan mənim də xoşum gəlir. Bir də ki, çalı­
şın  tanımadığınız­bilmədiyiniz  adamların  yanında 
Andranik  Ozanyan  barədə  söhbət  salmayın.  Axı, 
köhnə palan içi tökməyin nə mənası var?!
Solomon Betkerin dodağı qaçdı. O gülümsəyərək:
–  Andranik  torosoviçlərə,  paskeviçlərə,  qriboye­
dev lərə,  lazerevlərə...  minnətdar  olun  ki,  Qafqazda, 
xüsusən müsəlman torpaqlarında siz ermənilərə ge­
niş meydan verilib. Atınızı sağa da çapırsınız, sola da. 
Nə qədər ki, onların sələfləri yaşayır, sizə zaval yox­
dur. Bundan əlavə Amerikadan, Fransadan belə bü­


186
Ə
li 
İld
ırı
m

lu
tün erməni lobbisi də arxanızdadır. Ancaq düşünürəm 
ki, tarixi baxımdan tutduğunuz bu yolda sizi heç də 
yaxşı aqibət gözləmir. Çalışın, özünüz özünüzə güvə­
nin.  Güclülərin  qoltuğuna  qısılıb  başqalarına  dirsək 
göstərməyin axırı yoxdur. Ermənilər tarixən başqala­
rının əlində alətə çevrilib, Qafqazın ab­havasını korla­
maqla  öyünürlərsə,  buna  ancaq  istehza  etmək  olar. 
Erməni millətçiləri bir vaxt ayılıb başa düşəcəklər ki, 
türklərə, xüsusilə azərbaycanlılara qazdıqları quyuya 
özləri düşüb. Bunu mən yox, yaşadığımız və yaşaya­
cağımız tarix deyir. 
Ortalığa  ağır  sükut  çökdü.  Solomon  Betker  nə 
demək istəyirdisə, Silva otağın qapısını açıb içəri da­
xil oldu. Silvanın naz­qəmzə ilə Solomon Betkerlə ya­
naşı oturması söhbətin istiqamətini dəyişdi. Onlar xoş 
əhvali­ruhiyyə ilə danışıb şənləndilər. Andranik üzə 
vurmasa da, Solomon Betkerin bayaq dediklərindən 
sonra ovqatı təlx olmuşdu. Bunu hiss edən Solomon 
Betker qayınatasının könlünü alıb onda xoş ovqat ya­
ratmaq üçün nə qədər məzəli sözlər danışsa da, And­
ranik Poqosyanın qaşqabağı açılmırdı. Eduard Çebur­
danidzenin, Solomon Betkerin dedikləri barədə düşü­
nüb dərin fikrə getmişdi. Onun xəyal dünyasında gö­
zünə İrəvan məliklərinin yürütdüyü millətçilik siya­
sətinin  girovuna  çevrilməkdən  bezmiş  ucu­bucağı 
görünməyən erməni köçü görünürdü. Onlar illərdən 
bəri  işlətdikləri  bəd  əməllərin  ucbatından  tez­gec 
üzləşəcəkləri  faciəni  anlayıb,  məskunlaşdıqları  tor­
paqları, yurd­yuvalarını atıb müxtəlif xarici ölkələrə 
üz tutmuşdular. Eduard Çeburdanidzenin, Solomon 
Betkerin  sözlərindən  sonra  gözlərinə  qatı  duman 
çökən Andranik Poqosyan, xaraba qalan erməni şəhər 


187
Daş y
ağan gün
və kəndlərini göz önünə gətirib vahimələnir və Ha­
yastan dağlarını duman­çən almamış sanki özü də o 
köçə qoşulub hara isə baş alıb getmək istəyirdi.
* * *
Andranikin Solomon Betkerin dəmdəsgahlı evində 
günü xoş keçirdi. Ondan olsaydı, yeznəsinin evində 
aylarla  qalardı. Ancaq  Fərmanla  təsadüfən  qarşılaşa 
biləcəyini nəzərə alıb, bazar günü yola düşmək qəra­
rına gəldi. Çünki ovcunun içi kimi bilirdi ki, “Mosk­
va”  mehmanxanasında  vəd  etdiyi  qonaqlığına  görə, 
Fərman bazar günü işə çıxmayacaq. Fərmanın gözünə 
görünməmək üçün belə bir fürsəti əldən vermək ol­
mazdı. Odur ki, Fərman ailəlikcə “Moskva” mehman­
xanasının foyesində dayanıb səbirsizliklə onun yolu­
nu gözlədiyi məqamda, Andranik “Moskva­Yerevan” 
qatarına  əyləşib  yola  düşdü.  O,  arxası  üstə  uzanıb, 
Moskva  səfəri  barədə  təəssüratını  xatırladı.  “Silva 
ağıllı iş görüb. Cibində siçan oynayan gədə­güdələr­
dən sə, Betker kimi yaşlısı yaxşıdır. Bir də ki, cavana 
gedən yumruq yeyər, qocaya gedən quyruq. Həm də 
yəhudilərin hər yerdə sözü keçir. Betker kimi məşhur 
bir alim bizə lazımdır. Harda olsa ermənilərin tərəfini 
saxlayacaq.  Ondan  olanlar  da  əmdiyi  südə  çəkəcək, 
ermənilərin  sözünü  deyəcək.  Qoy  bizim  hər  yerdə, 
dünyanın bütün ölkələrində təəssübkeşlərimiz olsun. 
Eh  Silva!  Silva!  Mənim  ağıllı­kamallı  qızım!  Doğru­
dan da atana çəkmisən. Ata­babaların kimi uzaqgörən­
sən. Biz azsaylı xalqıq. Lakin dünyanın əksər dövlət­
lərinin  başında  duranların  cilovu  əlimizdədir.  Gün­
doğandan günbatana hər yerdə erməni barmağı var, 
bizə zaval yoxdur. İndən belə mənim Silvam barmağı­
hara tutsa, Betker üzünü ora çevirməlidir”.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə