ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə48/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   44   45   46   47   48   49   50   51   ...   79

174
Ə
li 
İld
ırı
m

lu
Solomon  Betker  bizim  dediyimizlə  oturub­duracaq, 
çaldığımızla oynayacaq, hər yerdə millətimin təəssü­
bünü çəkəcək, andraniklər nəslinin sözünü deyəcək. 
Böyük nüfuz sahibi olan belə bir yəhudi aliminin tür­
kün düşmənləri tərəfinə keçməsi bilirsən nə demək­
dir?! Anandan əmdiyin süd, mənim verdiyim çörək 
sənə halal olsun, Silva!! Mənim ağıllı, dərrakəli qızım!! 
Bizim  Silvanın  hesabına  Solomon  Betkerlərin  sayını 
artırıb,  nəinki  Ağ  evdə,  Kremldə,  Yelisey  sarayında 
əylə şənləri,  bütün  dünyanı  ayağa  qaldırıb  hamını 
inan dırarıq ki, doğrudan da türklər erməniləri qırıb 
genosid eləyib. Nə olsun ki, sən cavansan, mənim Sil­
vam?! Düzdür, Solomon Betker yaşca atan yerindədir. 
Yaxşı bilirəm ki, ondan sənə ər çıxmaz. Ancaq sən 
məndən ağıllısan, düz yol seçmisən, Silva!! Solomon 
Betker kimilərin hesabına Amerikada, Fransada türk­
lərə qarşı nifrət yaradıb yüzlərlə, minlərlə sözükeçən 
adamı  inandırmışıq  ki,  türklər  bizi  genosid  eləyib. 
Amerikanın, Fransanın bir çox iqtidar, ixtiyar sahibləri 
az qalıb ki, bizdən ötəri göz yaşı töksünlər və genosid 
qurbanlarına yas tutub ağlasınlar. Mənim ağıllı qızım 
Silva!! Solomon Betkeri ovsunlayıb ələ keçirməklə heç 
bilirsən  bizim  Andraniklər  nəslinə  necə  fövqəladə 
xidmət göstərmisən?! Mənim kamallı qızım!! Məni qı­
nayan olmasaydı, elə buradaca, hamının gözü qaba­
ğında ayağa qalxıb səni bağrıma basardım, dönə­dönə 
o qırmızı pamadalı dodaqlarından öpərdim. Atan ol­
sam da heç vaxt ağlıma gətirməzdim ki, sən bu qədər 
uzaqgörən, ağıllı, fəndgirsən, mənim Silvam!”
Solomon  Betker  isə  özünü  heç  də  təzə  bəy  kimi 
aparmırdı. Onun müəmmalı davranışından hiss olu­
nurdu ki, Solomon Betkerin daxili aləmində gizli bir 
fikir dolaşır. O, tez­tez məclisdəkilərə üzrxahlıq edib 


175
Daş y
ağan gün
ayağa qalxır, balkona çıxıb siqaret tüstülədir və yenə 
də  fikirli­fikirli  geriyə  dönürdü.  Silva  xanım  onun 
müəmmalı davranışını başa düşüb, incə barmaqlarını 
Solomon  Betkerin  boyun­boğazında,  nazik  qırışlar 
düş müş  sir­sifətində  gəzdirirdi  ki,  yaşlı  sevgilisinin 
eyni açılsın və ətrafdakılardan həya eləmədən tez­tez 
qolunu Betkerin boynuna salıb, təravətli yanaqlarını 
onun  təzəcə  qırxılıb  ətirlənmiş  batıq  sifətinə  söy kə­
yirdi.  Süfrəni  dövrəyə  alan  qonaqlar  isə  öz  aləmin­
dəydi. Onlar növbə ilə ayağa qalxıb bəlağətli sözlərlə 
bəylə gəlinə təriflər deyib, əllərindəki dolu qədəhləri 
həvəslə bir­birinə toxundurub cingildədirdilər. Silva­
nın rəfiqələri yanaşı oturduqları ərlərinin qulağına nə 
isə  pıçıldayıb  xısın­xısın  gülürdülər.  Onların  gülü­
şündə incə bir istehza olduğunu Andranik Poqosyan­
dan başqa məclisdəkilərin heç biri eyninə almırdı.
Məclis başa çatdıqdan sonra qonaqlar şad­xürrəm 
ayağa qalxıb ev sahibləri ilə xudahafizləşdilər. Hərə 
öz evinə tərəf yollandı. Silva yan otağa keçib əynindəki 
bahalı paltarını dəyişdi. Andranik və Solomon Betker 
stullarını  bir­birinə  yaxınlaşdırıb  çay  gətirtdirdilər. 
Andranik üzünü yeznəsinə tutub, ikrahla başını bula­
dı və narazı halda: 
– Qatarla gələndə Eduard Çeburdanidze adlı əclaf 
bir gürcüyə ilişdim, – dedi. – Başdan­ayağa zəhər tu­
luğu idi. Yanımda silah olsaydı, təpəsinə iki güllə vu­
rardım, – əlavə etdi. – Guya gürcüdür!! Din qardaşı­
dır!! Xaç gəzdirir!! Ancaq ermənilərin qatı düşmənidir!! 
Özün yaxşı bilirsən ki, Andranik Torosoviç Ozanyan 
erməni xalqının iftixarıdır. Onun adı bütün dünyada 
məşhurdur. Di gəl ki, Andranik Ozanyanın adını çə­
kən də  elə  bir  atasını  söydülər.  Onun  ruhu  şərəfinə 
badə qaldırmaq istəyəndə əlindəki konyak dolu qədə hi 


176
Ə
li 
İld
ırı
m

lu
yerə qoydu. Utanıb­çəkinmədən üzümə qarşı dedi ki, 
Andranik  Torosoviç  Ozanyan  qəhrəman  yox,  insan 
qatilidir,  qaniçəndir.  Əsrin  əvvəllərində  erməni lərin 
qırılmasının əsas səbəbkarı Andranik olub. Guya ki, 
həmin dava­dalaşda türklərin o qədər də günahı olma­
yıb. Erməniləri qırğına verən Andranik Ozanyandır.
Andranik Poqosyan həyəcanlı danışığına fasilə ve­
rib, onu diqqətlə dinləyən Solomon Betkerə yoxlayıcı 
nəzər saldı. Və:
– Eduard Çeburdanidze kimi xaçpərəstdənsə, ol­
masa yaxşıdır! Elələrinin kökünü kəsmək lazımdır. – 
Sözünə davam etdi. – Özü də alimdir!! Guya həmişə 
düz danışdığına görə hər yerdən qovulub, indi arxiv­
də eşələnir. Düz eləyiblər! Eləsi arxivdə işləməyi yox, 
heç donuz otarmağa da layiq deyil!
Andranik Moskvaya gələrkən qatarda rastlaşdığı 
Eduard Çeburdanidzedən eşitdikləri barədə nə qədər 
həyəcanlı danışsa da, Solomon Betker ağzından qıfılı 
götürüb  qayınatasının  dediklərinin  bircə  kəlməsini 
belə təsdiq etmədi. Heç olmasa, “düzdür” demək mə­
nasında başını belə tərpətmədi. Axırda üzünü qayına­
tasına tərəf tutub təmkinlə:
–  Sizin  söhbətinizdən  belə  nəticə  çıxartdım  ki, 
Eduard  Çeburdanidze  dediyiniz  o  gürcü  obyektiv 
adamdır. Əslində öz dininə, daşıdığı xaça sadiq adam 
həqiqəti  danışmalıdır.  Görünür,  Çeburdanidze  sizin 
ürəyinizə yatan, arzunuzca olan yalan, iftira danışma­
ğı  özünə  rəva  bilməyib.  Ermənilərə  sərf  etməyən 
həqiqəti deyib. 
Solomon Betker bir siqaret yandırıb ciddi görkəm 
aldı. Və:
– Şübhəsiz ki, biz qohum olmuşuq, – dedi. – Silva­
nın atası, mənim qayınatam kimi həmişə hörmətinizi 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə