ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə45/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   41   42   43   44   45   46   47   48   ...   79

162
Ə
li 
İld
ırı
m

lu
ra vaxt tapıb sizə gələrəm. – Özünü ağayana göstərmək 
istədi. Həm də ilk dəfə görüşüb tanış olduğu türkün 
evinə getməkdən ehtiyat etdi.
Fərman isə:
– Xeyr, güclə əlimə düşmüsən, buraxan deyiləm, 
– dedi. – Sən kərəvincli, mən şurnuxulu. Qonşu kəndli 
olaq, bizə gedib bir loğma çörək kəsməyəsən, eşidib 
bilən nə deyər?! Mən özüm də özümü bağışlaya bil­
mə rəm.  Evdəkilər  də  bilsə,  məni  qınayar.  Sizi  çox 
ləngidən deyiləm. İkicə saatlığa çay iç, çörək ye, sonra 
hansı qəstinsəni desən, mən özüm sizi aparıb yerbəyer 
eləyərəm.
Andranik gördü ki, Fərman sadəqəlbli adamdır və 
onu sidq­ürəkdən evinə dəvət edir, taksi sürücüsü ilə 
razılaşdı.
Fərman  sükanı  sağa  burub,  maşını  şəhərin  mər­
kəzin dən  bir  qədər  aralıdakı  evinə  tərəf  döndərdi. 
Onlar səliqə ilə daş döşənmiş küçələrdən keçib, qədim 
arxitekturası  olan  çoxmərtəbəli  binanın  qarşısında 
dayandılar.  Fərman  qonaqla  birlikdə  maşından  dü­
şüb üçüncü mərtəbəyə qalxdılar. Ev sahibi qabağa ke­
çib  qapının  yan  tərəfindəki  düyməni  basdı.  İçəridə 
qapı  zənginin  cır  səsi  eşidildi.  Qapı  açılanda  onları 
Fərmanın həyat yoldaşı Mədinə xanım qarşıladı. Or­
taboylu, cazibədar baxışları, həzin səsi və Azərbaycan 
qadınlarına  xas  olan  qaydada  geyinib­kecinmiş  Mə­
dinə xanım əri ilə gələn qonağın kimliyinə varmadan, 
onları gülərüzlə qarşıladı. Fərman qonağı həyat yol­
daşına təqdim edərək:
– Mədinə müəllimə, Suren kirvə bizim tərəfdəndir, 
– dedi. – Qonşu Kərəvinc kəndindən. Təsadüfən vağ­
zalda rastlaşmışıq. Deyəndə ki, o tərəfin adamıyam, 
bizim dağlar, meşələr, bulaqlar gəlib durdu gözümün 


163
Daş y
ağan gün
qabağında. Suren kirvə gəlmək istəmirdi. Zorla gətir­
mişəm. Qəstinsəyə getmək istəyir. Məndən olsa, elə 
bizdə qalar. Ancaq razı olmur. Ona görə gətirdim ki, 
tanış olaq, evimizin yerini bilsin. Biz də vətənə qayı­
danda Suren kirvəyə qonaq gedərik.
– Ara, Pərman kirvə, belə ki, danışırsan, şad olu­
ram. Ki, bizə qonaq gələrsiniz, məssəb haqqı, gündə 
bir qoyun kəsərəm. Bir həftə sizi buraxmaram. Yaxşı 
da  bağ­bağçam  var.  Gözüm  üstə  yeriniz  olacaq.  – 
Andranik  Fərmanın  dediklərinin  müqabilində  ürək­
dən sevindiyini bildirdi.
Mədinə  müəllimə  tez  qolunu  çırmayıb  qonağa 
süfrə açdı. Stola pürrəngi çay gəldi, ləziz xörəklər dü­
züldü.  Fərman  ortalığa  bahalı  içkilər  qoydu.  Ancaq 
qonağa üzrxahlıq edərək:
– Suren kirvə, gərək məni bağışlayasan, – dedi, – 
içən deyiləm. Xətrinə dəyməsin, seyid övladıyıq, oca­
ğımız  haram  götürmür.  Mənim  də,  ümumiyyətlə, 
araq dan, çaxırdan, pivədən belə zəhləm gedir. Ancaq 
iş vaxtı olmasaydı, günaha batsam da, sizin xatirinizə 
yüz  qram  vurardım.  İndi  maşın  sürdüyümə  görə 
dilimə  vura  bilmirəm.  Həm  də  avtoinspektorlar  bir 
bəhanə axtarır. İçdin, qanın getdi. O dəqiqə ilişib ada­
mı abırdan aparırlar. Gərək, həmin gün qazandığının 
üstünə də filan qədər qoyub verəsən ki, əl çəkələr.
Andranik Fərmanı başa düşüb, onun dedikləri ilə 
razılaşdı. Özü bir­iki qədəh içdi. Onlar yemək­içmək­
dən  sonra  ayağa  qalxdılar.  Mədinə  xanım  qonaqla 
xudahafiz ləşəndə: 
– Suren kirvə, xahiş edirəm, buranı öz eviniz bilin, 
– dedi. – İmkan tapan kimi gəlin. Fərman oldu­olma­
dı, qapımız həmişə üzünüzə açıqdır. 
Fərman:


164
Ə
li 
İld
ırı
m

lu
– Mədinə müəllimə düz deyir. Hesab edin ki, bura 
sizin  öz  evinizdir,  utanıb­çəkinmədən,  istədiyiniz 
vaxt bu qapını ərklə aça bilərsiniz. – Həyat yoldaşının 
təklifinə əlavə etdi.
Andranik ev sahiblərinə dönə­dönə minnətdarlığını 
bildirdi:
– Ara, Pərman kirvə, bir belə ki, əziyyətimi çəkir­
siniz, məni utandırırsınız. Kaş ki, bu evə gəlməyəydim. 
Bilmirəm, bu yaxşılıqların əvəzini neçə çıxacağam?!
Fərman:
–  Nə  danışırsınız,  Suren  kirvə?!  –  dedi.  –  Biz  bir 
torpağın adamıyıq. Qonşu kənd liyik, sizin kimi əziz 
qonağın qulluğunda durub, ona əlimizdən gələn hör­
məti etmək borcumuzdur.
Onlar bu xoş sözlərdən sonra səmimiyyətlə ayrıl­
dılar.  Fərmanla  Andranik  qol­boyun  olub  həyətə 
endilər.  Fərman  Andraniki  yanında  əyləşdirib  düz 
“Moskva” mehmanxanasının qarşısına sürdü. Andra­
nik  maşından  düşəndə  gözucu  sayğaca  yazılmış  on 
beş rəqəminə nəzər saldı və qoltuq cibindən üç beşlik 
çıxardıb Fərmana uzatdı. Fərman təəccüblü baxışlarla 
Andraniki süzərək:
Suren kirvə, bu nə puldur? – soruşdu.
– Ara, hökumətə plan verirsən, gərək götürəsən. – 
Andranik cavab verdi.
Fərman yarıciddi, yarızarafatla:
– Suren kirvə, bax, burada korladın! – dedi. – Əşşi, 
siz mənim əziz qonağımsınız. Yüz ildə bir dəfə təsadüf 
düşüb, bu qərib yerdə rastlaşıb sizi maşınıma mindir­
mişəm. Yəni o qədər kasıb oldum ki, sizin kimi dost­
dan, qonaqdan da pul götürüm? Heç sizdən gözləməz­
dim, lap məni təhqir edirsiniz. Bəlkə məni sınayırsı­
nız?  Mədinə  müəllimə  bunu  bilsə,  məni  evə  burax­


165
Daş y
ağan gün
maz. Xahiş edirəm, pulu qoyun cibinizə. Bir də ağlını­
za belə şeyləri gətirməyin. Bu maşın sizə qurbandır. 
Sizin yolunuzda səhərdən­axşamacan sürsəm də, or­
tada pul söhbəti ola bilməz.
Andranik özünü mərd, səxavətli göstərmək istəsə 
də,  on  beş  manatı  qatlayıb  cibinə  qoymağı  qənimət 
bildi. Andranik üçün on beş manat az pul deyildi. On 
beş kilo qənd eləyirdi... Ona görə də bu pul ona göy­
dəndüşmə kimi oldu. “Qayıdanda uşaqlara konfetdən, 
şokoladdan alaram”, – düşündü.
Onlar  “Moskva”  mehmanxanasına  daxil  oldular. 
Fər man  qonağını  foyedəki  yumşaq  kreslolardan 
birində əyləşdirib, özü administratorun otağına keç­
di. Və bir neçə dəqiqə sonra geri dönüb Andranikə:
– Administratorla görüşüb danışdım. Hazırda yu­
xarı mərtəbələrdə boş yer çoxdur, ancaq sizə məsləhət 
deyil.  Suyu  fasilə  ilə  gəlir,  lifti  yaxşı  işləmir.  İkinci 
mərtəbədə şəhərə baxan xudmani olan bir nömrə var, 
orada xaricdən olan bir qadın qalır. Bu gün, bəlkə də 
bir saatdan sonra getməlidir. Həmin nömrə boşalan 
kimi  administrator  sizi  çağıracaq.  Ad,  familiyanızı 
ona demişəm. Yer məsələsindən tam arxayın ola bilər­
siniz. Mən indi parka getməliyəm. Nəçənniyimiz hara 
isə göndərməlidir. Xahiş edirəm, məni bu barədə üzr­
lü hesab edin. Bir də ki, burada havayı yerə oturub 
gözləməyin mənası yoxdur. Nə lazımdır, həll etmişəm. 
Baxmayaraq administrator dostum, qonşumdur, sizə 
görə cibinə bir konyak pulu da qoydum. Götürmür­
dü, onu da zorla verdim.
Andranik ayağa qalxıb Fərmana bir daha minnət­
darlığını bildirdi. Fərman foyedən çıxmaq istəyəndə 
Andranik  onu  arxadan  çağırdı.  Fərman  geri  çönüb 
ona tərəf yönələndə Andranik:


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə