ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə41/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   37   38   39   40   41   42   43   44   ...   79

146
Ə
li 
İld
ırı
m

lu
nəyin fərqinə varmadan fit verib ucsuz­bucaqsız rus 
çöllərində sürətlə irəliləyirdi. Dəmir relslərin üzərində 
diyirlənən təkərlərin səsindən başqa heç nə eşidilmir­
di.  Eduard  Çeburdanidze  ilə  Andranik  Vazgenoviç 
həmin qanlı­qadalı illərdə baş verən faciələri xatırla­
yırmış kimi sükuta dalmışdılar. Yarım litrlik konyak 
butulkası da son damlasına qədər içilib boşaldıldığı­
na görə, sanki lazımsız şüşə kimi nə vaxt kupenin ba­
laca  pəncərəsindən  çölə  atılıb  cilik­cilik  olacağı  anı 
gözləyirdi. 
Andranikin  xumarlanmış  gözləri  tez­tez  yumu­
lub­açılırdı və hiss olunurdu ki, yatmaq istəyir. Edu­
ard Çeburdanidze qəddini düzəldib ayağa qalxdı və 
yuxarıdakı  çamadanı  açıb  səliqə  ilə  qəzet  kağızına 
bükdüyü  bir  şüşə  konyakı  çıxardıb  ortalığa  qoydu. 
Çamadanı  örtmək  istəyəndə  içərisindəki  kağız­ku­
ğuzlarla  dolu  olan  göy  qovluq  diqqətini  cəlb  etdi. 
Qovluqdakı kağızlarını ötəri vərəqləyəndə gözü bəzi 
qeydlərə  sataşdı.  O,  çamadanı  örtüb  kupe  yoldaşını 
dümsükləyərək ayıltdı. Andranik özünü cəmləşdirib 
qəddini düzəltdi və:
–  Ara,  Eduard,  dediklərin  bəsdir,  qoy  yataq.  – 
Tənbəl­tənbəl azaylandı.
Eduard Çeburdanidze:
– Sizin üçün təzə konyak çıxartmışam, gərək içək, 
– dedi. 
Andranik konyak sözünü eşidən kimi dirçəldi və 
şən  əhvali­ruhiyyə  ilə  yaxasını  düzəldib,  qızarmış 
gözlərini konyak dolu şüşəyə zillədi. Eduard Çebur­
danidze butulkanı aça­aça:
–  Çamadanımdakı  qovluğa  baxanda  yadıma  nə 
düşsə  yaxşıdır?  –  Öz­özünə  sual  verdi  və  allanmış 
sifətində kinayə dolaşdı: – Hələ bu harasıdır? Kremlin 


147
Daş y
ağan gün
zirvəsində  əyləşmiş  ədalət  keşikçilərindən  biri  olan 
Anastas Mikoyan deyir ki, Andranik dinindən, mil lə­
tindən asılı olmayaraq, insanlara humanist münasibət 
göstərmişdi. General imkansızlara, məzlumlara, dinc 
sakinlərə qibtə doğuracaq qayğı bəsləmişdir. Azərbay­
canda  iki  rayona  adı  qoyulmuş,  neçə  yerdə  büstü 
ucaldılmış Stepan Şaumyan qeyd edir ki, “Andranik 
əfsanəvi xalq qəhrəmanı adını qazanıb”. Azərbaycan 
torpağında  pərvazlanan  marşal  Baqramyan  onu  əsl 
xalq qəhrəmanı adlandırır. Onların dediklərini xatır­
layanda, andraniklərin süngüsündə çapalayan körpə 
uşaqların məşum çığırtıları, nişanlı qızların, ağbirçək 
anaların,  ərsiz  gəlinlərin  fəryadı  gəlib  gözlərimin 
önün də  dayanır  və  özümdən  asılı  olmayaraq,  yer 
üzü nün əşrəfi dediyimiz insan xislətinə, daşıdığım in­
san adına nifrət eləyirəm. Mikoyanların, şaumyanla­
rın, baqramyanların həqiqətdən uzaq olan qatı millətçi 
ibarələri, qətlə yetirilən minlərlə günahsız insanların 
ruhunu təhqir etməkdən başqa bir şey deyil. Siz də 
bilərəkdən və ya bilməyərəkdən qatilə allı­güllü çiçək­
dən qəhrəman donu biçib, onun şərəfinə badə qaldır­
maq istəyirsiniz.
Eduard Çeburdanidze bu sözləri dedikcə müsahi­
bi xəcalət çəkirmiş kimi başını aşağı salıb, oturduğu 
yerdə büzüşür, kiçilir və öz­özünə düşünürdü: “Pah, 
guya  ki,  xristiandır!  Öz  dinimizdəndir!  Əbləhin  bu 
dərəcədə türkpərəst olduğunu bilsəydim, onunla kəl­
mə kəsib danışmazdım”. 
Andranik  düşdüyü  gülünc  vəziyyətdən  çıxmaq 
üçün nə etmək barədə fikirləşirdi. Əlacı olsaydı, qata­
rın sürətini yüz dəfə artırıb, bir göz qırpımında mən­
zilbaşına çatardı və Eduarda tüpürüb ondan biryol­
luq yaxa qurtarardı. Həm də xəyalından keçirdi ki, ilk 


148
Ə
li 
İld
ırı
m

lu
adı  olan  Xaçaturu  dəyişdirib Andranik  qoymasında 
gorbagor olmuş atam necə də səhv edib. 
Eduardın heç nədən çəkinmədən, onun üzünə de­
diyi açıq­saçıq sözlər Andraniki çaşdırmışdı. Andra­
nikin  qəlbində  adını  daşıdığı  qəhrəmana  qarşı  get­
dikcə  ikrah  hissi  yaranırdı.  Lakin  bu  ötəri  hisslər 
Ermə nistan  tərəfdən  əsən  millətçilik  küləyinə  qərq 
olur və yenə də öz əqidəsində qalıb, pişik kimi kürə­
yini yerə vurmaq istəmirdi. Eduard ona mane olma­
saydı,  saxta  erməni  tarixçilərinin  uydurduğu  kimi, 
hu manistliyi,  insanpərvərliyi,  qəhrəmanlığı  erməni 
daş naklarının qəlbində heykəlləşmiş Andranik Ozan­
yanın şərəfinə yenə də badə qaldırıb, bayraq ucaldar­
dı.  Andranik  Vazgenoviç  başını  qaldırıb  Eduardın 
üzünə baxdı və nə isə demək istədi. Eduard isə əlinin 
hərəkəti ilə ona imkan vermədi:
– Bir­iki sözüm də var. İcazə ver, onu da deyim, 
sonra  növbə  sizindir,  mənim  din  qardaşım.  –  O,  bu 
sözü kinayə ilə dedi və sola çevrilərək: 
–  Xahiş  edirəm,  pəncərədən  çölə  baxın.  Yerdən 
ruzi çıxartmaq üçün traktorlar torpağın altını üstünə 
çevirir. Ucsuz­bucaqsız düzlərdə cərgələnən elektrik 
dirəkləri ilə şəhər və kəndlərə nur paylanır. Əyləşdi­
yimiz  qatar  canlı  məxluq  kimi  tövşüyə­tövşüyə  bizi 
mənzilbaşına çatdırmağa tələsir... Dərin­dərin dərya­
larda  üzən  gəmilər,  səmanın  ənginliklərində  uçan 
təyyarələr, rahat yollarda şütüyən avtomaşınlar, daha 
nələr,  nələr...  Bütün  bunları  icad  eləyib  yaradanları 
yer adlı məkanın əfsanəvi, yenilməz qəhrəmanları he­
sab edirəm. Məlum məsələdir ki, heyvanların başına 
bıçaq çəkənlərə qəssab, insanları qətlə yetirənlərə cəl­
lad  deyirik.  Qulağını  aç,  yaxşı­yaxşı  eşit.  Dinindən, 
dilindən,  milliyyətindən  asılı  olmayaraq,  Tanrının 


149
Daş y
ağan gün
xəlq  etdiyi  bəndələrə  göz  yaşları  yox,  sevinc  bəxş 
etməyi özünə şərəf bilənlər tarixin qızıl səhifələrində 
əbədiləşir, bütün məxluqatın qəlbində heykəlləşirlər. 
Fitnə­fəsad törədənlərin yalnız bir mükafatı var – o da 
nifrət və lənətdir!
Eduard Çeburdanidze amansız bir qəzəblə bunları 
deyib tarıma çəkilmiş əsəblərini sakitləşdirmək üçün 
heç bir sağlıq demədən əlindəki qədəhi başına çəkdi və: 
– Mənim hörmətli din qardaşım, sizin Andranik, 
Hamazas, Nijdeh, Dro, Mikoyan, Şaumyan kimi “ağıl­
lılarınız” artıq öz millətinə belə bir bədnam “mükafa­
tı”  qazandırıblar.  İndi  sizdən  soruşuram,  deyin  gö­
rüm, “Qabusnamə” əsərini oxumusunuzmu? 
– Xeyr. Belə bir kitabın adını ilk dəfədir eşidirəm, 
– Andranik cavab verdi.
–  “Qabusnamə”  on  birinci  əsrdə  yazılıb.  Və  fars 
nəsrinin qiymətli nümunələrindən biri sayılan nadir 
əsərdir. Orada ermənilər barədə deyilənləri açıb da­
nışmağa  dilim  gəlmir.  Desəm,  özünüzü  qatardan 
atarsınız. Ermənilər barədə belə bir qanqaraldıcı fik­
rin formalaşmasının günahkarı kimdir?! Xəstə təfək­
kürlü  erməni  ziyalılarının  qatı  millətçilik  xisləti.  Er­
mə ni xalqı həmişə öz başıbəlalı başbilənlərinin əzabını 
çəkib və bundan sonra da çəkəcək. Siz isə bəşər övla­
dına xas olmayan xilqətinizlə fəxr edirsiniz. Mən buna 
milli faciə, milli bədbəxtçilik kimi baxıram.
–  “Qabusnamə”di­nədi,  orada  ermənilər  barədə 
nə yazılıb? – Andranik dərin bir maraqla soruşdu.
– Sizin barədə yaxşıdan başqa nə desən.
– Məsələn.
– Siz məni məcbur etməyin, çünki verəcəyim ca­
vab  çətin  ki,  kupe  yoldaşımda  nikbinlik  yaratsın,  – 
Eduard Çeburdanidze daha da qəzəbləndi.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə