ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə37/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   33   34   35   36   37   38   39   40   ...   79

129
Daş y
ağan gün
ona­buna sırımaq üçün dəridən­qabıqdan çıxan sırtıq 
satıcılarla  alıcıların  səs­küyü  uzaq  səfərə  çıxan  yor­
ğun yolçuları bezdirib onların yuxusuna haram qatır­
dı.  Bütün  bunlar  sakit­sakit  xoruldayan Andranikin 
əsla  vecinə  deyildi.  Onun  yanında  top  da  atılsaydı, 
halına təfavüt eləməzdi. 
Hava işıqlananda təzə sərnişin yerindən qalxıb ku­
penin havasını dəyişmək üçün ağ pərdələri yana çəkib 
pəncərəni açdı. Gün çıxmışdı. İçərisində yüzlərlə sə­
rnişin olan qatar da sanki sübhün şəfəqlərindən vəcdə 
gəlib, sürətini getdikcə artırırdı. Bələdçi qadın kupe­
nin qapısını aralayıb başını içəri saldı, məzəmmətedici 
baxışları ilə kupeyə göz gəzdirdi və:
– Nə çox yatırsınız? – dedi. – Sizə nə lazımdır, çay 
gətirim? – soruşdu.
Andranik  qurcalanıb,  yorğanı  üstündən  atdı  və 
kupe yoldaşına diqqətlə nəzər salıb, kal səslə:
– Barus, ara, hayes, turkes? – soruşdu.
Onun kupe yoldaşı gülümsəyib:
– Mən nə hayam, nə də ki, türk. Gürcüyəm. Edu­
ard Çeburdanidze, – laqeyd cavab verdi. 
Çalğıbığ sərnişin də özünü ona təqdim etdi:
– Andranik Poqosyan, – dedi. – Bilmək istəyirəm 
ki, bizlərdənsiniz, yoxsa türksünüz?
– Bəlkə, siz azərbaycanlı demək istəyirsiniz. Çünki 
buralarda türk yaşamır. Olsa da təsadüfən...
– Ay astos, türk, Azərbaycan, fərqi nədir? Hamısı 
bir toxumdur. Onların kökü kəsilsin.
– Məndən yaşlı olsanız da, söhbətimizin əvvəlində 
birdən­birə mənimlə bu tonda danışmağınız xoşuma 
gəlmədi.
– Ara, Eduard, axı, biz din qardaşıyıq. Bilirsən ki, 
onlar ermənilərin qatı düşmənidir. Bizi genosid eləyib 
pərən­pərən salıblar.


130
Ə
li 
İld
ırı
m

lu
Eduard Çeburdanidze:
– Mənim tarixdən az­çox xəbərim var. Neçə illərdir 
ki,  arxivdə  işləyirəm.  Acığınıza  gəlsə  də,  düzünü 
deməliyəm. Biz dünyaya insan kimi gəlmişik. Şüurlu 
məxluq kimi özünə hörmət edən hər bir kəs kiminsə 
xoşuna gəlib­gəlməməyindən asılı olmayaraq, gərək 
həqiqəti danışsın. Yalançı Allahın düşmənidir, yalan 
ayaq tutar, amma yeriyə bilməz, – deyiblər. Yalanın 
başqa bir adı da əxlaqsızlıqdır. Bu, uydurma genosid 
məsələsi köhnə söhbətdir. Əsl həqiqətə gəlincə, o vaxt 
erməniləri qırmayıblar. Ermənilər özlərini qırdırıblar. 
Daha doğrusu, nə qədər qırıblarsa, bir o qədər də qırı­
lıblar. Bir də ki, atalar demişkən, həmişə günah öləndə 
olar. Həmin qanın tökülməsinin birinci səbəbkarı da 
elə ermənilərin özləri olub. İydə varsa, tağalaqda da 
var. Sizin kimi yaşlılar ürəyində bu cür kin­küdurət 
saxlayandan sonra, gənclərə nə deyəsən?.. Ədavət heç 
kimə xeyir gətirməyib. Sizə nəsihət verib, ağıl öyrət­
mək  fikrində  deyiləm.  Bu  cür  olub­keçmiş,  köhnə 
əhvalatları başınızdan çıxardın getsin...
Eduard Çeburdanidzenin bu cür sərt cavabları An­
dra niki  açmadı.  Andranik  də  daxili  etirazını  büruzə 
verməmək üçün zarafat edirmiş kimi irişib ayağa qalx­
dı və əl­üz dəsmalını götürüb, yuyunmağa getdi. Ku­
peyə qayıdanda diqqəti bayaqkı söhbətdən yayındır­
maq üçün özünü şən göstərməyə çalışaraq əllərini bir­
birinə sürtdü:
– Bəlkə səhər­səhər boğazımızı yaşlayaq, – Eduar­
da müraciət etdi. 
Eduard  razılıq  mənasında  tərəddüdlə  çiyinlərini 
qaldırdı və:
– Etiraz etmirəm. Ancaq elə burada nahar eləyək, 
– dedi. – Səhər­səhər restoran tünlük olur. Çamada­
nımda  ev  çörəyi,  soyutma  toyuq,  pendir,  kolbasa, 


131
Daş y
ağan gün
konyak var, – əlavə etdi. – Çatmayanı da restorandan 
gətirdərik.
Andranik  Poqosyanın  kefi  duruldu.  Onlar  kupe­
nin  qapısını  örtüb,  özlərinə  xudmani  səhər  süfrəsi 
düzəlt dilər. Andranik konyak şüşəsini görəndə göz­
ləri işıqlandı.
– Ara, Eduard, görürəm, kefi kök adama oxşayır­
san, gərək yaxşı­yaxşı vuraq, – deyib yol bələd çi lə rin­
dən aldıqları qədəhlərinə konyak süzdü.
Andranik  konyak  dolu  stəkanı  öpüb  gözünün 
üstünə qoydu və:
– Birinci qədəhimizi tanışlığımızın şərəfinə! – dedi.
Eduard müsahibinin təklifi ilə razılaşdı...
Qədəhlər  bir­birinə  toxunub  cingildədi...  Eduard 
cib dəsmalını çıxarıb dodaqlarını sildi. Andranik əlin­
dəki çörəyi əvvəlcə burnuna tutub dərindən qoxuladı 
və sonra yeməyə başladı.
Növbəti  qədəhlər  qaldırılanda  Andranik  Poqos­
yan:
– Mənim xüsusi bir sağlığım var, – dedi. – Etiraz 
etməsəydiniz,  bunu  da  erməni  xalqının  milli  qəhrə­
manı,  fəxrimiz,  başımızın  tacı  Andranik  Torosoviç 
Ozan yanın sağlığına içək. Qoy onun ruhu şad olsun. 
Andranik Torosoviçin müqəddəs ruhu agah olsun ki, 
o  dünyada  olsa  da  bu  dünyada  onun  xidmətlərini 
unutmuruq. Yeganə şəxsiyyətdir ki, tarixi düşmənimiz 
olan türklərin burnunu ən çox o ovub. Yüzlərlə Azər­
baycan kəndini yandırıb, adamlarını uşaqlı­böyüklü 
qılıncdan keçirib. Bu gün fəxr edirəm ki, elə bir föv­
qəladə qəhrəmanın mənsub olduğu millətdənəm.
Eduard Çeburdanidze nə demək istəyirdisə, And­
ranik  ona  imkan  vermədi  və  nitqinə  fəxrlə  davam 
etdi:


132
Əli İldırımoğlu


133
Daş y
ağan gün
– Qoy bir sirri də açım, atam onun adını mənə qo­
yub, – dedi. – Atam Vazgen onun sağ əli olub, ordu­
sunda namusla xidmət eləyib. Mənim əsl adım Xaça­
turdur. Atam  sonradan  adımı  dəyişib Andranik  qo­
yub. Cahıl oğlan olanda Andranikin çağırışı ilə onun 
ordusuna yazılmışam. Bu şərəfli adı daşıdığıma görə 
özümü  dünyanın  ən  xoşbəxt  adamı  hesab  edirəm. 
Əgər Andranik olmasaydı, türklər çoxdan ermənilərin 
axırına çıxmışdı.
Eduard Çeburdanidze onun sözünü kəsmək istədi. 
Andranik isə içkinin təsirindən danışdıqca qızışırdı. 
O,  cavanlığından  içkiyə  aludə  olduğundan,  indi  də 
bir qədər yaşlandığından, son vaxtlar dilinə bir damcı 
dəyən kimi ipinin ucunu itirib, özünü­sözünü bilmir­
di. Ona görə müsahibini eşitmirmiş kimi:
– Ara, Eduard, onun əlinə dönüm. 1918­ci ildə An­
dra nikin  başçılığı  ilə  Zəngəzurda  və  ona  yaxın  olan 
rayonlarda  yüzlərlə  Azərbaycan  kəndini  yandırıb, 
külə döndərdik. Uşaq, böyük, cavan, qoca – hamısını 
milçək kimi qırdıq.
Eduard əsəbiləşərək müsahibinin ətəyindən tutub 
yerində oturtdu və təkidlə onun sözünü kəsdi:
– Qoca, sizin dediklərinizdən xəbərdaram. Bu ha­
di səyə arxiv sənədlərində təsadüf etmişəm, – Eduard 
Çeburdanidze Andranikin sözünü təsdiq etdi. – Dedi­
yiniz faktlar tarixinə qədər dəqiq yadımdadır. Zən gə­
zu run  qəza  rəisinin  1918­ci  il  11  dekabr  tarixli,  185 
nömrəli teleqramını diqqətlə oxumuşam. Orada rəs­
mən qeyd olunur ki, ingilis­fransız nümayən də li yinin 
tələbi ilə müsəlman qoşunlarının geri çəkilmə sin dən 
istifadə edən Andranik, qonşu Azərbaycan kəndlərinə 
divan tutur. Onlar qadına, kişiyə, qocaya, cavana bax­
madan, hamısını vəhşicəsinə qətlə yetirir, meyitlərini 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə