ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə39/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   35   36   37   38   39   40   41   42   ...   79

138
Ə
li 
İld
ırı
m

lu
arxasında, hər gün maraqlandığım və gözlərimin qa­
rasını  aparan  tarixi  sənədlər  dayanır.  Siz  isə  milli 
emosiyalara qapılıb erməni daşnaklarının zəhlətökən 
zurna­balabanını çalırsınız. 
Eduard Çeburdanidze əlini konyak şüşəsinə uza­
dıb qədəhləri doldurdu və:
– Əslində biz gürcülər də, siz ermənilər də, azər­
bay canlılar da, dağıstanlılar da, avarlar da, osetinlər 
də, çeçenlər də... qafqazlıyıq, – dedi. – Bəli, bəli! Qaf­
qaz ailəsinin sakinləriyik. Bizi gur çaylar, sərin çeş mə­
lər, səfalı yaylaqlar, əriş­arğac kimi müxtəlif istiqamət­
lərə şaxələnən geniş yollar, dar cığırlar bir­birinə qo­
vuşdurur. Elə bir millət tapılmaz ki, azərbaycanlılarla 
ermənilər kimi xaricən bir­birinə oxşasın, bir­birinin 
musiqisini sevsin. Siz özünüz də mənimlə razılaşarsı­
nız ki, ermənilər öz musiqilərindən, müğənnilərindən 
çox  azərbaycanlılarınkını  sevirlər.  Bu,  danılmaz  bir 
həqiqətdir.  Kürreyi­ərzin  bu  dilbər  guşəsində  yaşa­
yan  insanlar  bir­birinə  dirsək  göstərməsə,  hamısı 
əlbir,  dilbir  olsa,  güclü  qüvvələrin,  superdövlətlərin 
şikarına çevrilməzlər. Heç vəchlə bu gözəl diyara ni­
faq  düşməz.  Bax,  bunu  dərindən  dərk  edib,  bütün 
varlığı ilə belə bir amal uğrunda özünü fəda edən qaf­
qazlıların sağlığına...
Andranik müsahibinin dedikləri ilə razılaşıb, yarı­
könül onunla qədəh­qədəhə vurdu. Ancaq stəkanlar 
cingildəmədi. Bunu Çeburdanidze də başa düşdü və 
ağzına bir tikə pendir­çörək qoyub soruşdu:
–  Bağışlayın,  sirr  deyilsə,  indi  siz  nə  vəzifədə 
işləyirsiniz?
–  Köhnə  xidmətlərimi  nəzərə  alıb,  məni  dağbəyi 
qoyublar. Rahatca bir vəzifəyə! – Andranik cavab ver­
di.  –  At  belində  Qanlıca,  Üçtəpə...  bütün  Zəngəzur 


139
Daş y
ağan gün
dağlarını  gəzib­dolaşıram.  Biçənəklərə,  taxıl,  noxud 
əkinlərinə nəzarət edirəm, mal­qara saxlayanların bir­
birinə  dəyib­dolaşmamasına...  göz  qoyuram.  Duru 
yerindən  də  ayda  filan  qədər  qatlayıb  qoyuram 
cibimə. Maaşım pensiya ilə birlikdə mənə gen­bol bəs 
eləyir. Həm də köhnə kommunist, millət fədaisi kimi 
rayonda hörmətimi saxlayırlar. Adını daşıdığım And­
ranikin  vaxtilə  şücaət  göstərmiş  əsgərlərindən  biri 
kimi bütün qapılar üzümə açıqdır. 
Eduard nə demək istəyirdisə, çeçədi və bir­iki dəfə 
öskürüb özünü ələ aldı:
– Başa düşdüm, başa düşdüm... Siz bundan da artıq 
hörmətə,  şan­şöhrətə  layiqsiniz. Axı,  əliniz  neçə­neçə 
müsəlman  qanına  batıb.  Həm  də  kommunist  kimi 
höku mətin sağ əlisiniz, – dedi. – Məni isə təkcə vəzi­
fədən qovsaydılar, nə dərd idi?! Yaramaz adam kimi 
partiyadan da xaric eləməkdən ötrü indinin özündə də 
bəhanə axtarırlar. Yaxşı deyiblər ki, düz elə düzdə qa­
lar. Ancaq mən hələlik düzdə qalmamışam. Elmi dərə­
cəmi nəzərə alıb kiçik bir iş veriblər. Bayaq dedim ki, 
arxivlərdə qurdalanıram. Aldığım qəpik­quruşla başı­
mı birtəhər girləyirəm. Buna da şükür eləyirəm. Yeganə 
qüsurum odur ki, kiminsə qarşısında əyilib, tülkü kimi 
quyruq bulamaq, yalan danışmaq, yaltaqlanmaq, yara­
mazları layiq olduğundan artıq mədh edib göylərə qal­
dırmaq məharətim yoxdur. Bunları bacarsaydım, indi 
Gürcüstanda yüksək iqtidar, ixtiyar sahibiydim, hamı 
da  mənə  baş  əyirdi.  Boynunuza  almasanız  da,  bu 
dəqiqə  sizin  özünüzün  də  məndən  zəndeyi­zəhləniz 
gedir. Bunu gözlərinizin içindən oxuyuram. Çünki si­
zin qəhrəman kimi mədh etmək istədiyiniz şəxs mənim 
aləmimdə  qəddar,  qaniçən,  miskin  bir  məxluqdur. 
Qori, Tiflis, Moskva, Yerevan, Leninqrad, Bakı və bir 


140
Ə
li 
İld
ırı
m

lu
çox başqa ölkələrin arxivlərinə də baş vurmuşam. And­
ranikin  sərgüzəştlərini  yaxşı  bilirəm,  o,  əslən  türk 
ermənisidir. 1865­ci ildə Osmanlı imperiyasının Trab­
zon vilayətində anadan olub. Türk torpağında dünya­
ya  göz  açıb,  o  torpaqda  iməkləyib,  addımlar  atıb,  o 
ölkənin  çörəyi,  havası,  suyu  ilə  ərsəyə  yetib.  Ancaq 
ayağı yer tutanda yediyi qaba tüpürməyi özünə rəva 
bilib. Fəxrlə özünüzün milli qəhrəmanı hesab etdiyiniz 
bu şəxs vaxtilə Türkiyədə hörmət­izzət sahibi idi. Hətta 
onu Paşa deyə çağırırdılar. Belə bir hörmətin əvəzində 
doğulduğu ölkəyə qarşı xəyanət yolu tutmağa başladı. 
Andranik özünü saxlaya bilmədi, əl­qolunu ölçə­
ölçə:
– Bu barədə səhviniz var. Alim olsanız da, uydur­
ma  danışırsınız.  Andranik  Ozanyan  heç  vaxt 
xəyanətkar olmayıb. – Çeburdanidzenin dediklərinə 
etirazını bildirdi.
Eduard  Çeburdanidze  nifrət  ifadə  edən  baxışları 
ilə onu təqib edib, sifətini turşutdu, üzünü əks tərəfə 
çevirərək kupenin balaca pəncərəsindən bayıra baxa­
baxa:
–  Görürəm,  dediklərim  hədəfə  düzgün  dəydiyi 
üçün  sizi  təbdən  çıxardır. Ancaq  nahaq  yerə.  Sözlə­
rimdən  əsəbiləşirsinizsə,  bu  barədə  danışmaya  bilə­
rəm. Ancaq istəyirəm şərəfinə badə qaldırmaq istədi­
yiniz və zavallı ermənilərin beyninə milli qəhrəman 
kimi həkk olunan adam barədə sizin yanlış, uydurma 
təsəvvürünüzə  aydınlıq  gətirim,  bulanıq  fikirləriniz 
durulsun.  Biləsiniz  ki,  kimə  səcdə  qılırsınız,  fəxrlə 
adını daşıdığınız kimdir, vicdanınız qarşısında hesa­
bat verəndə xəcalət çəkməyəsiniz.
Andranik  “Günah  məndədir,  –  daxilən  özünü 
məzəmmət  etdi.  –  Nahaq  bu  söhbəti  açdım.  Mənə 


141
Daş y
ağan gün
deyən gərək, ay başıboş erməni, tanımadığın, bilmə­
diyin,  xasiyyətinə  bələd  olmadığın  adamın  yanında 
niyə  deyirsən  ki,  Andranikin  adını  mənə  qoyublar. 
Qarşımdakı  bu  Eduard  əclafların  əclafına  oxşayır. 
Xaçpərəst olsa da, guya Andranik Ozanyandan ötəri 
gözü  uçur.  Başdan­ayağa  zəhər  tuluğudur.  Beləsi 
erməni xalqının yolunda can qoyan cəsur bir qəhrə­
manın qədrini nə bilir?! Danışıqlarından hiss olunur 
ki, oğraşın biridir. Elə yaxşı eləyib, onu vəzifədən qo­
vublar. Beləsinə o da azdır. Gərək onu arxivə də bu­
raxmayaydılar.  Goreşən  kimi  gör  ordan  nələri  eşib 
çıxardıb?! Andranik barədə heç kimin ağlına gəlməyən 
faktlar  tapıb,  indi  də  burada  başıma  vurur.  Bu  cür 
xaçpərəstin təpəsinin gülləsi əskikdir”.
Andranik müsahibinə tərəf çönüb, hirsindən barıt 
dağarcığı kimi açıldı:
–  Eduard,  –  dedi,  –  yaşca  sizdən  böyük  olaram. 
Unut mayın ki, siz bu iftiranızla tək mənim yox, bütün 
ermənilərin  heysiyyətinə  toxunursunuz.  Xahiş  edi­
rəm, adı tarixə düşən əfsanəvi bir qəhrəman barədə 
bu cür yalan, yanlış, zəhlətökən sözlərinizə sərhəd qo­
yasınız.
Eduard Çeburdanidze bərkdən güldü:
– Dostum, sizi qınamıram, – dedi. – Yaxınlıq etdik­
lərimin  əksəriyyətinin  məndən  zəhləsi  gedir.  Çünki 
bizim  zəmanədə  haqq  söz  yerimir.  Nahaq  ibarələrə 
hər yerdə yaşıl işıqdır. Görünür, mənimlə yol yoldaşı 
olmaqda  Tanrının  sizə  qəzəbi  tutub.  Yoxsa  Eduard 
Çeburdanidzeni,  qulağı  düz  sözə  öyrəşməyən  bir 
adama  tuş  eləməzdi.  Mənəvi  əzabınızı  nəzərə  alıb, 
sizdən  yol  yoldaşı  kimi  üzr  istəyə  bilərdim.  Amma 
düz, qeyri­düz, xahiş edirəm, dediklərimin qabağına 
kötük diyirləməyin. Məni düzgün başa düşürsünüz­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə