ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə40/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   36   37   38   39   40   41   42   43   ...   79

142
Ə
li 
İld
ırı
m

lu
düşmürsünüz,  bu,  sizin  öz  işinizdir.  Gəzdirdiyiniz 
xaça and olsun ki, burda bircə kəlmə də olsun artırıb­
əskiltmirəm. Əsl həqiqəti deyirəm.
Andranik  gördü  ki,  kupe  yoldaşı  tamam  başqa 
əqidəli  adamdır.  Bildiyini  dədəsinə  də  verən  deyil. 
Onu fikrindən döndərmək olmaz. Odur ki, düz Edu­
ardın gözlərinin içinə baxaraq rişxəndlə:
– Nə bilirsən, de gəlsin, siz kəndini yandırdığımız 
müsəlmanlar kimi yaman qərəzli danışırsınız. Buyu­
run, eşidirəm, – dedi. – Ancaq rica edirəm, əndazəni 
aşıb təhqirə keçməyəsiniz. Bəri başdan onu da deyim 
ki, bu cür uydurma sözlərlə məni yolumdan döndərə 
biləcəyinizi ağlınıza belə gətirməyin və açığını deyim 
ki,  gürcü  olmağınıza,  ermənilərlə  qohumluğunuza, 
müqəddəs  xaça  etiqad  etməyinizə  qəti  şübhəm  var. 
Tam əminəm ki, damarlarınızdan türk qanı axır. Xaç­
pərəstlikdən uzaq  bir  adamsınız. Yoxsa  şərəfli adını 
daşıdığım, yüzlərlə Azərbaycan kəndini alt­üst eləyən 
əfsanəvi qəhrəman barədə bu cür zəhlətökən ibarələr 
uydurmazdınız.
–  Hörmətli  Andranik!  Mənim  yol  yoldaşım,  din 
qar daşım, siz tarixi həqiqəti, təkzibolunmaz obyektiv 
gerçəkliyi təhqirlə qarışdırırsınız. Mən isə sizin xoşunu­
za  gəlib­gəlməməsindən  asılı  olmayaraq,  tarixi  fakt­
lara əsaslanıb olanı deyirəm. Və xahiş edirəm, mə nim 
xaçpərəstliyimə  şəkk­şübhəniz  olmasın.  Sizin  başa 
düş düyünüz kimi dinimi, vicdanımı dansaydım, şan­
şöhrətim yerə­göyə sığmazdı. Elə xaça, dinimə, insan­
lığıma sadiq olduğum üçün bu günə qalmışam. Əslin­
də din elə vicdan deməkdir. Ancaq haqq­ədalətin tə­
rə fində dayandığıma görə bu dəqiqələrdə çörək kəs­
diyim kupe yoldaşımın da məndən zəhləsi gedir və 
onun əlində əlac olsaydı, müsəlmanlara atdığı gül lə­


143
Daş y
ağan gün
nin birini də buradaca mənim başıma çaxardı. – Edu­
ard Çeburdanidze bunları deyib daha da hiddətləndi:
– Sizin qəhrəman hesab etdiyiniz Andranik əvvəl 
“Qnçaq”, sonra daşnaksutyun partiyasına daxil olub. 
Bir dəstə erməni fanatikini başına yığıb türklərə arxa­
dan zərbə endirib. Bilirsinizmi, türklərdən daha çox 
kürdlər onun silahlı dəstəsinə divan tutub. Sərrast ni­
şan almaq məharətinə malik olan kürd qadınları er­
mə ni xəyanətinə qarşı fədakarlıqla vuruşublar. Belə­
liklə, Andranik Türkiyədə erməniləri qırğına verib və 
rüsvayçı hərəkətini hiss edən kimi tez sivişib aradan 
çıxıb. Bir çox ölkələri gəzib­dolaşandan sonra Bolqa­
rıstanda  peyda  olub.  Türkiyəyə  qarşı  Balkan  müha­
ribəsi vaxtı bolqar ordusu tərkibində erməni könüllü­
lərindən ibarət dəstə yaradıb. Türklərə qarşı mühari­
bədə  canfəşanlıq  göstərdiyi  üçün  Bolqarıstanın  Ali 
Dövlət mükafatları ilə təltif olunub. Və həm də Bolqar 
vətəndaşlığını qəbul edib. Birinci Dünya müharibəsi 
dövründə rus­türk müharibəsində doğulduğu öz ana 
vətəninin insanlarına qarşı amansız xəyanət yolu tu­
tub.  Və  buna  görə  rus  hökuməti  onun  sinəsindən 
neçə­neçə orden və medallar asıb. Hansı xidmətlərinə 
görə?! Türklərə qənim kəsildiyinə, türk qanına susa­
dığına görə. Bütün bunların müqabilində yazıq, məz­
lum qiyafəsinə bürünüb, utanıb həya eləmədən aləmə 
car çəkirsiniz ki, türklər bizi genosid edib.
Eduard Çeburdanidze müsahibinə sərt nəzər sala­
raq: 
– Adını daşıdığınız Andranik Ozanyanın Türk dün­
yasına qarşı məkrli xain hərəkətləri məgər birdir, beş­
dir?! Hansını deyim. Axırda da, daha doğrusu, 1917­ci 
ildə  rus  ordusunda  fərarilik,  hərc­mərclik  başlayan 
kimi,  orada  da  duruş  gətirməyib  və  fürsəti  fövtə 


144
Ə
li 
İld
ırı
m

lu
vermədən  Ermənistana  üz  tutub.  Minlərlə  ermənini 
tovlayıb  ordu  düzəldib.  Sonra  azərbaycanlılara  qarşı 
hücuma başlayıb, yüzlərlə Azərbaycan kəndini məhv 
eləyib.  Mənim  elmi  işim  Qafqaz  xalqlarının  tarixi  ilə 
əlaqəli olduğu üçün bir çox dəhşətli faktlar tapıb üzə 
çıxarmışam.  Bayaq  dediyimi  bir  də  təkrar  edirəm. 
Zəngəzur qəza rəisinin 1918­ci il 11 dekabr tarixli 185 
nömrəli teleqramında göstərilir ki, Andranikin qonşu 
müsəlman kəndlərinə hücumu başlayıb. Onlar qadına, 
kişiyə,  qocaya,  cavana  baxmır,  hamısını  vəhşicəsinə 
qətlə yetirir, meyitlərini eybəcər hala salırlar...
Eduard Çeburdanidze həyəcanlandığından bir qur­
tum su içib ikrahla başını buladı:
–  Andranikin  qoşunu  növbəti  hücumda  belə  bir 
plan cızır ki, Azərbaycanın Qarabağ camaatına divan 
tutsun, – sözünə davam etdi. – Ancaq Laçının Zabux 
dərəsində Sultan bəyin müdafiə dəstəsinin müha sirə­
sinə  düşüb,  ordusunu  görünməmiş  qırğına  verib. 
Andranik sağ qalan bir neçə silahlı ilə suyu süzülmüş 
halda geri çəkilməyə məcbur olub. 
Andranik Laçının, Zabuxun, Sultan bəyin adlarını 
eşidəndə hirsindən qədəhini konyakla doldurub heç 
bir sağlıq demədən başına çəkdi və doluxsunub xırıl­
tılı bir səslə:
– Laçın döyüşü mənim ən ağrılı yerimdir, – deyib 
Eduardın sözünü kəsdi: – Bizim kəndin adamları ən 
çox orda qırılıb, – əlavə etdi. – Mıkırtıç, Sergey adlı iki 
qardaşım həmin döyüşdə həlak olub. Ermənistandan 
Qarabağa gedən yeganə magistral yol Zabux kəndinin 
yanından  keçir.  Hər  dəfə  o  yerləri  görəndə  qəlbim 
qan ağlayır...
Eduard  Çeburdanidze  Laçın,  Zabux,  Sultan  bəy 
məsə ləsində  Andranik  Vazgenoviçi  təbdən  çıxartdı. 


145
Daş y
ağan gün
Onu  yüzlərlə  erməninin  və  ya  müsəlmanın  qanına 
qəltan olması yox, qardaşlarının ölümü kövrəltdi. Ona 
görə də Eduard müsahibinə üzrxahlıq etmək istədi:
– Bilsəydim, bu Zabux, Laçın, Sultan bəy söhbətini 
dilə gətirməzdim. İndi siz təsəvvür edin, milli qəhrə­
ma nınız minlərlə mıkırtıçları, sergeyləri tovlayıb gü­
daza verib. Arvadları ərsiz, uşaqları yetim qoyub. Si­
zin  qəhrəmanın  axıtdığı  göz  yaşlarını  bir  məcraya 
yığ maq  mümkün  olsaydı,  Kürdən  dərin  çay  əmələ 
gələrdi.  Qan  tökmək!  Göz  yaşı  axıtmaq!  Kəndləri 
məzarlığa  çevirmək...  Bu  cür  insan  qatillərini  milli 
qəh rəman  kimi  mədh  etmək,  şəxsən  mənə  olduqca 
miskin təsir bağışlayır. Bütün bunları bilən bir şəxsi 
onun şərəfinə badə qaldırmağa sövq edirsiniz!! Açığı, 
sizin yerinizə xəcalət çəkirəm. Barı eybinizə kor olun. 
Bu cür rəzalətləri açıb ağartmayın!
Andranik dillənmək istəyəndə Eduard əlinin hərə­
kəti ilə onu saxladı:
– İmkan verin sözümü tamamlayım, – dedi. – Sizin 
bilmədiyiniz  hələ  çox  şey  var.  O  vaxtlar Andranikin 
törətdiyi  fitnə­fəsada  görə  türk  ordusunun  hücuma 
keçəcəyindən ehtiyat edən erməni hökuməti 31 avqust 
1918­ci ildə Moskvaya, İstanbula, Berlinə söz verir ki, 
Andranik  öz  dəstəsi  ilə  Ermənistana  ayaq  bassa,  elə 
həmin andaca həbs olunub hərbi tribunala veriləcək.
Eduard Çeburdanidze bunları danışıb yerində yır­
ğalanaraq:
– Bax, belə­belə işlər, mənim din qardaşım, – dedi. 
– Andranikin axır­aqibəti də o oldu ki, qorxusundan 
başını götürüb Amerikaya qaçdı. Çünki nə Qafqazda, 
nə də ki, türk dünyasında üz yeri qoymamışdı.
Onların  qabaq­qənşər  oturduğu  yumşaq  kupeyə 
ağır  sükut  çökdü.  Yerevan­Moskva  qatarı  isə  heç 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə