ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə43/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   39   40   41   42   43   44   45   46   ...   79

154
Ə
li 
İld
ırı
m

lu
Andranik dillənmədi, hesabı içəri verdi. O, alnına 
qonan  milçəyi  qovub,  dərin  fikrə  getdi.  Eduard  Çe­
burdanidze gözlərini qıyıb müsahibindən soruşdu: 
– Deyəsən, sizi yordum, yəqin yatmaq istəyirsiniz?
Andranik  müsahibinin  dediklərindən  bezikmiş 
kimi narazı halda:
– Xeyr! Yorulmamışam! Sizin erməni xalqı barədə 
dedikləriniz yuxumu da qaçırtdı, – cavab verdi.
– Xahiş edirəm, sözlərimi təhrif etməyəsiniz, mə­
nim  erməni  xalqına  hörmətim  var.  Burada  söhbət 
murdar hərəkətləri ilə öz xalqına qarşı xoşagəlməz fi­
kir yaradan qatı millətçilərdən, nanəciblərdən gedir. 
Ona görə də rica edirəm, millətlə millətçiləri qarışdır­
mayın.  Mən  milliyyətindən  asılı  olmayaraq  bədxah, 
riyakar,  hiyləgər,  əməlləri  insanlığa  sığmayan  hər 
kəsə, hətta doğma qardaşım olsa belə nifrət edirəm. 
Etiraz etməsəydiniz, bu barədə başqa bir maraqlı ha­
disə də danışardım.
–  O  nə  hadisədir?!  – Andranik  hövsələdən  çıxdı. 
Görürəm, sinəniz doludur. – Əsəbi halda dilləndi. – 
Yəqin  yenə  də  bizim  əleyhimizə  nə  isə  uydurmaq 
istəyirsiniz. Açığını deyim ki, qonşu kupelərin birində 
yer  olsaydı,  buradan  rədd  olub  gedərdim.  Cəfəng 
sözləriniz məni lap təngə gətirdi. Qınayan olmasaydı, 
siz Eduard Çeburdanidzenin mənsub olduğu dindən 
üz döndərib, gəzdirdiyim xaçdan imtina edərdim.
Eduard Çeburdanidze təmkinlə: 
– Nahaq qəzəblənirsiniz, əzizim. Əsəbiləşməyin, – 
dedi. – Sizi yaxşı başa düşürəm. Doğru söz həmişə acı 
olur.  Görürəm,  dediklərimi  cəfəng  hesab  edirsiniz. 
Ancaq  yanılırsınız.  Bayaqdan  bəri  danışdıqlarımın 
hamısı uydurma yox, təkzibolunmaz tarixi faktlardır. 
Hərçənd ki, siz andraniklər iftira danışmağa, uydur­


155
Daş y
ağan gün
ma  fikirlər  yürütməyə  adət  etmisiniz.  Lakin  bu  cür 
qeyri­insani  keyfiyyətlər  mənə  yaddır.  Bir  halda  ki, 
vadar  edirsiniz,  bircə  faktı  da  deyim,  bununla  da 
söhbətimizi bitirək... 
Eduard Çeburdanidze baxışlarına ciddi ifadə ve­
rib müsahibindən soruşdu:
– Yəqin Üzeyir Hacıbəyov barədə eşitməmiş deyil­
siniz.  Azərbaycanın  dahi  bəstəkarını  deyirəm.  Onu 
bütün dünya tanıyır. 
– Eşitmişəm! Elə­belə. Ancaq onun barəsində dərin 
məlumatım yoxdur. Bir də ki türk olandan sonra Üze­
yir  Hacıbəyov  nəyimə  lazımdır?  Bəstəkar  olmasın, 
lap Allahın  bacısı  oğlu  olsun.  – Andranik  Poqosyan 
dodağını əyib ikrahla cavab verdi. – Türkün yaxşısına 
da lənət, pisinə də, – əlavə etdi.
Eduard Çeburdanidze kinayə ilə:
–  Yanlış  yoldasınız,  dostum.  Üzeyir  Hacıbəyov 
sizə  lazım  olmasa  da,  mağalyanlara,  manukyanlara 
lazımdır. Heç bilirsənmi ki, Mağalyan onun hesabına 
Amerikada məşhur incəsənət xadimi kimi ad­san qa­
zanıb, var­dövlət sahibi olub?!
–  Mağalyan  kimdir?  Onun  bura  nə  dəxli  var?!  – 
Andranik sifətini turşutdu. Və onun şübhəli baxışları 
Eduard Çeburdanidzeyə zilləndi: – Onda diqqətlə qu­
laq as, o barədə ətraflı danışım. Mağalyanın kim oldu­
ğunu bil. – Eduard Çeburdanidze sözünə davam etdi. 
– Üzeyir Hacıbəyov Azərbaycan musiqisinin banisi­
dir.  Təkcə  Azərbaycanda  deyil,  bütün  müsəlman 
Şərqində ilk operanı Üzeyir Hacıbəyov yaradıb. “Ley­
li və Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan”, 
“O olmasın, bu olmasın” komediyaları dünya miqya­
sında  məşhur  olan  neçə­neçə  musiqi  əsəri  Üzeyir 
Hacıbəyovun adı ilə bağlıdır. Dəfələrlə Stalin dövlət 


156
Ə
li 
İld
ırı
m

lu
mükafatlarına  layiq  görülüb.  Vaxtilə  Mağalyan  ona 
yol  tapmışdı.  Üzeyir  Hacıbəyovun  qılığına  girib  bir 
musiqiçi kimi onunla əlaqə yaratmışdı... Ancaq sonra­
dan Üzeyir Hacıbəyova xəyanət etdi. Mağalyan yaşa­
dığımız on doqquzuncu yüz illiyin birinci yarısında 
Amerikaya  mühacirət  etdikdən  sonra  orada  Üzeyir 
Hacıbəyovun “Arşın mal alan” operettasını öz adına 
çıxıb. Əsəri erməni operasının şah əsəri kimi təqdim 
edib və onun müəllifi şəxsən Mağalyanın özü olduğu 
barədə  Amerikaya  car  çəkib.  Utanıb­qızarmadan 
ermə ni  artistlərindən  ibarət  truppa  yaradıb.  Üzeyir 
Hacıbəyovun  “Arşın  mal  alan”  operası  Mağalyanın 
adı ilə Amerikanın bir çox səhnələrində tamaşaya qo­
yulub. Həmin illərdə erməni incəsənətinin incisi kimi 
Nyu­Yorkda “Arşın mal alan”ın not kitabı nəşr edilib. 
Kitabın üz qabığında Üzeyir Hacıbəyov yox, Mağal­
yanın  adı  yazılıb.  Bəli,  bu,  danılmaz  bir  həqiqətdir. 
Onda az qala bütün Amerika əl çalırdı ki, ermənilərin 
Mağalyan kimi dahi, əlçatmaz musiqiçisi zühur olub. 
Əhsən belə musiqi xadiminə!! Bu minvalla Mağalyan 
“Arşın mal alan” operettasından əldə etdiyi gəlir he­
sabına külli var­dövlət sahibi olur. Özünə təmtəraqlı 
ev alır. Binanın fasadında “Arşın mal alan” yazdırır. 
Mağalyan bu cür əyri yolla varlandıqdan sonra kome­
diyanı ekranlaşdırmaq hüququnu kinorejissor Ruben 
Manukyan  adlı  başqa  bir  erməniyə  satır.  Beləliklə, 
erməniləşmiş “Arşın mal alan” filmi Manukyanın adı 
ilə ekranlara buraxılır. Amerika və İran şəhərlərinin 
divarlarını bəzəyən afişalarda musiqi müəllifi Kuşne­
rev, ssenari müəllifi Manukyan, rejissor Tiqranov ya­
zılır.  Qısası,  Üzeyir  Hacıbəyovun  “Arşın  mal  alan”ı 
bir qrup erməni fırıldaqçısının girovuna çevrilir.


157
Daş y
ağan gün
Eduard Çeburdanidze sərt baxışları ilə Andranik 
Poqosyanı təqib edərək: 
– Axırı da, bilirsən də necə qurtardı?! – Müsahibinə 
yoxlayıcı sual verdi.
Andranik Poqosyan dillənmədi. Eduard Çeburda­
nidze söhbətinə davam etdi: 
–  Axırda  da  vaxtilə  Üzeyir  Hacıbəyovun  orkes­
trində violonçel çalan Okorkov Amerikaya köçəndə, 
bütün bu həngamələrdən xəbər tutur və məktub vasi­
təsilə əhvalatı olduğu kimi Üzeyir Hacıbəyova çatdı­
rır. Belə bir ağlasığmaz xəbər operettanın əsl müəllifi 
olan  Üzeyir  Hacıbəyovu  bərk  sarsıdır.  O,  məsələni 
Azərbaycan hökumətinin başçılarına bildirir. Və SSRİ 
xarici  işlər  naziri  Molotova  ərizə  ilə  müraciət  edir. 
Molotovun köməkçisindən cavab gəlir ki, Sovet İttifa­
qı müəlliflik hüquqlarının müdafiəsi üzrə beynəlxalq 
sazişi imzalamamışdır. Üzeyir Hacıbəyovun müəllif­
lik hüququ barədəki tələbinin həlli imkanımız xaricin­
dədir. Nəhayət, Üzeyir Hacıbəyovun “Arşın mal alan” 
operettasının  xaricdə  bir  qrup  fırıldaqçı  tərəfindən 
erməniləşdirilməsi əhvalatı Stalinə çatdırılır. Sən de­
mə,  Stalin  hələ  1938­ci  ildə  Azərbaycan  incəsənəti 
ongünlüyündə “Arşın mal alan” tamaşasına baxıb və 
bu əsərə heyran olub. Hətta Stalin deyib ki, “Arşın mal 
alan”a inqilabdan əvvəl də baxmışam. Yaxşı xatirim­
dədir,  onda  operettanın  ürəyəyatan  mahnıları  Gür­
cüstanda  dildən­dilə  düşmüşdü.  Stalin  düşünür  ki, 
okeanın  o  tayında  fəaliyyət  göstərən  şirkətlərə  nəyi 
isə qadağan etmək bir qədər müşkül məsələdir. Odur 
ki, öz əsərimizi özümüz kinolaşdırıb dünya ekranları­
na  buraxaq.  Qoy  bütün  kürreyi­ərzə  əyan  olsun  ki, 
“Arşın mal alan”ın əsl yaradıcısı kimdir? Belə də edi­
lir. Böyük Vətən müharibəsinin qanlı­qadalı illərində 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə