ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə46/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   42   43   44   45   46   47   48   49   ...   79

166
Ə
li 
İld
ırı
m

lu
– Pərman kirvə, – dedi. – Bir məsələ yadımdan çıx­
dı. Ona görə yolunuzdan elədim. İndi həftənin beşin­
ci günüdür. Sabah yox, birisi gün, üzümüzə gələn ba­
zar,  düz  saat  bir  tamamda  sizi  burda,  qəstinisənin 
girəcəyində gözləyirəm. Qızımı da gətirməliyəm. Siz 
də Mədinə xanımı, uşaqlarla birlikdə gətirərsiniz. Gü­
norta yeməyinə qonağımsınız. Ki, sözümü sındırası­
nız, inciyərəm. 
Fərman əvvəlcə tərəddüd etdi. Andranikin təkidli 
təklifindən sonra: 
– Yaxşı, gələrik, – dedi. 
Fərman  qonaqla  şərtləşib  qapıdan  çıxmaq  istə­
yəndə, Andranik eyni təkidlə:
–  Pərman  kirvə,  –  dedi,  –  Bazar  günü  sizi  səbir­
sizliklə gözləyirəm, ha! Mütləq gəlin! Məssəb haqqı ki 
gəlməsəniz, sizdən küsərəm.
– Suren kirvə, xatircəm olun, söz danışıqdan keçər. 
Ürəyinizi buz kimi saxlayın. Dediyiniz vaxt ailəlikcə 
burdayıq. – Fərman onu arxayın saldı.
Onlar razılıq mənasında bir­birinə əl etdilər.
Andranik  sadə,  səmimi  davranışı,  xoş  sözləri  ilə 
Fərmanla  Mədinəni  necə  ovsunlamışdısa,  onların 
dilindən düşmürdü. Şam yeməyindən sonra Fərmanla 
Mədinə yenə də Surendən söhbət saldılar. Valideyn­
lərini diqqətlə dinləyən Namiqlə Sevilin də qəlbində 
Suren  kirvəyə  qarşı  rəğbət  hissi  yaranmışdı.  Və 
Surenlə  görüşü,  ata­analarından  betər,  balacalar 
səbirsizliklə gözləyirdilər.
Fərman:
– Taksi meydançasında çoxlu maşın dayanmışdı, 
– dedi. – Sən bir qismətə bax, Suren bir heylə taksini 
qoyub düz mənim üstümə tərəf gəldi.


167
Daş y
ağan gün
–  Yəqin  torpaq  həsrəti  onu  sənə  ürcah  eləyib.  – 
Mədinə dilləndi. – Erməni olsa da, hamımız bir bula­
ğın gözündən su içmişik. Yəqin elə o bulağın suyu sizi 
bir­birinizə tuş gətirib.
–  Surenlə  görüşüb  tanış  olanda  bütün  Şurnuxu 
meşələri, Məzrə düzləri, Gorus şəhəri, Şahverdi kəndi, 
Üçtəpə yaylaqları  gəlib  durdu gözümün qabağında. 
– Bunu da Fərman dedi.
– Ata, kəndə gedəndə Suren kirvəni qonaq çağırar­
san, yaxşı?! – Balaca Namiq titrək bir səslə dilləndi.
– Əlbəttə, əlbəttə, elə o da bizim yolumuzu gözləyir. 
Kəndə ayağımız düşəndə bizi qonaq çağıracaq. Özü 
də  dedi  ki,  Fərman,  bizim  Kərəvincə  gəlsən,  səni 
ailəlikcə bir həftə buraxan deyiləm. Gündə qabağında 
bir qoyun kəsəcəyəm, – Fərman oğluna cavab verdi. 
Mədinə bu söhbətdən vəcdə gələrək:
–  Fərman,  –  dedi.  –  Bazar  günü  Surenin  yanına 
əliboş getməyək. Yaxşı olar, qızına qızıl sepdən­zad­
dan bir şey alaq. Gedəndə də özün aparıb vağzaldan 
yola salarsan. Arvad­uşağına da adımıza layiq hədiy­
yə düzəldərik.
Namiq həvəslə: 
– Ana, – dedi, – mənə pul ver, bazar günü Suren 
əminin yanına gedəndə burada oxuyan qızı üçün bir 
dəstə gül alım aparım.
* * *
...Axır ki, gözlənilən vaxt gəlib çatdı. Bazar günü 
səhərin gözü açılmamış onlar yuxudan sevinclə qal­
xıb əl­üzlərini yudular, nahar yeməyindən sonra toya 
hazırlaşırmış  kimi,  səliqə  ilə  geyinib­kecinib  həyətə 
endilər. Fərman, Mədinə xanım, onların hələ məktəb 
yaşına  çatmamış  iki  övladı  maşına  əyləşib  qızıl  bo­


168
Ə
li 
İld
ırı
m

lu
yunbağı almaq üçün dükan­bazarı bir­birinə vurdu­
lar. Axır ki, son dəbdə olan bir qızıl boyunbağı tapıb 
aldılar. Və Surenin dediyi vaxtdan bir neçə dəqiqə qa­
baq “Moskva” mehmanxanasında oldular. Andranik 
gözə dəymirdi. Fərman saatına baxaraq:
– Hələ vaxta var, – dedi. – Suren harda olsa, indi­
lərdə gələr. 
Ata­ana uşaqların əlindən tutub foyedə sakit­sakit 
gəzməyə başladılar. Namiq tez­tez əlindəki gül dəstə­
sinə baxırdı. Vaxt keçsin deyə Fərmanla Mədinə xa­
nım gəzinə­gəzinə divarlardan asılmış müxtəlif şəkil­
ləri, rəssamların əsərlərini maraqla seyr edirdilər. Fər­
man yenə saatına baxdı. Artıq Andraniklə vədələşdiyi 
vaxtdan bir saat keçmişdi. Fərman: “Yəqin xəstələnib­
eləyib. Bəlkə də qızının arxasınca gedib, qayıtmayıb. 
Yoxsa Suren bu hövsələnin sahibi deyildi” – daxilən 
düşündü.
Mədinə isə ilk dəfə gördüyü foyenin səliqə­sahma­
nına baxırdı. Namiqlə Sevil isə tez­tez soruşurdular:
– Ata, bəs Suren əmi hardadır?
Uşaqların verdiyi suallar Fərmanın əhvalını korla­
dı. İstədi yuxarı mərtəbəyə qalxıb, Surenin hansı otaq­
da qaldığını öyrənsin. Sonra fikrini dəyişdi. Küncdəki 
divanı Mədinə xanıma işarə edərək:
– Beş dəqiqəliyə orada əyləşin, bu saat gəlirəm, – 
deyib administratorun kabinetinə tərəf döndü. Qapı­
nı şəstlə açıb içəri daxil oldu. Administratorla görü­
şüb, hal­xoş eləyəndən sonra soruşdu:
– O üç gün bundan qabaq yer üçün sizdən xahiş et­
diyim yoldaşla görüşməliyəm. Ulubabyan Suren Ara­
mais oğlu. Səhv etmirəmsə, adını hara isə yazmısınız. 
Zəhmət olmasa, yoxlayın görüm, o, hansı otaqda qalır? 
Mən bilən ona ikinci mərtəbədə yer verməli idiniz. 


169
Daş y
ağan gün
– Hə, hə, yadımdadır. Ancaq o adamdan baş açma­
dım. – Administrator başını yana əyib dodağını büzdü.
– Necə bəyəm? – Fərman təəccüblə soruşdu.
– Necəsi odur ki, düzdür, mənə tapşırdığınız Ulu­
babyan  Suren  Aramais  oğlunun  adını  burada  qeyd 
etmişəm. – Administrator qarşısındakı qeydiyyat dəf­
tər çəsini göstərdi. – Siz gedəndən cəmi beş­on dəqiqə 
sonra  anket  doldurmaq  üçün  onun  pasportunu  alıb 
nəzərdən  keçirəndə  çaş  qaldım.  Düzü,  gözlərimə 
inanmadım.  Sizin  mənə  dediyinizlə,  şəxsiyyət  sənə­
dində  göstərilən  ad­familiya  uyğun  gərmirdi.  Pas­
portda ayrı ad­familiyadır – Poqosyan Andranik Vaz­
gen oğlu. Təəccüb məni götürdü. Soruşdum ki, vətən­
daş, sizi tapşıran adamın dediyi ad­familiya, pasport­
la düz gəlmir. Bu, nə hoqqadır?! Açığını deyim ki, bir 
qədər əsəbiləşdim də. O, suçlu adamlar kimi özünü 
itirdi. Burnunun ucuna qədər qızardı. Tez pasportunu 
əlimdən qapdı. – Administrator gülə­gülə: – Bəli, al­
madı, qapıb, üstəlik məndən üzr istədi. Dedi ki, siz 
haqlısınız. Bu, mənim yox, xalam oğlunun pasportu­
dur. Səhvən dəyişik düşüb. Mənə bir saat möhlət ve­
rin,  öz  pasportumu  götürüb  gəlim.  Mən  də  razılaş­
dım. Bir saat oldu on saat, gəlmədi. Sizə görə gecənin 
yarısına qədər ikinci mərtəbədə biradamlıq nömrəni 
ona saxladıq. Gördüm gəlmədi, verdik başqasına. Nə 
məsələdirsə,  o  adam  daha  buralara  üzükmür.  Siz 
onunla rastlaşmamısınız?
– Xeyr, – Fərman könülsüz cavab verdi.
– Axı, siz özünüz onu mənə tərifləyirdiniz ki, bağ 
belə, bostan belə. Yaxşı adamdır, bir yerliyik, qonşu 
kəndliyik, yaxın dostumdur... – Administrator bunla­
rı deyib baxışlarına təmkinli ifadə verdi və soruşdu: 
– O adamı hardan tanıyırsınız?


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə