ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə54/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   50   51   52   53   54   55   56   57   ...   79

196
Ə
li 
İld
ırı
m

lu
dəfə gördü, ağzı açıq qaldı. Qoşalüləyə yaman tamah 
salmışdı. Yalvardı ki, Andranik, əvəzinə iki tüfəng ve­
rim, dəyişək. Razı olmadım. Üstündə pul da verirdi. 
Dedim  ki,  olmaz.  Ona  müsəlmanların  qanı  bulaşıb, 
yadigar saxlayıram. Nəçənnik gördü məni yola gətirə 
bilmir, axır ki, yaxamdan əl çəkdi...
Andranik içki havasına çinədanında nə var açıb­tö­
kürdü. Nəcəf onun dediklərini başa düşsə də, özünü 
bilməzliyə vurub hesabı içəri verirdi. Hasanlı, alapaça 
kəlmələrini eşidəndə, elə bil başına ildırım çaxdı. Onun 
yaralı qəlbində amansız bir qəzəb alovlandı. Hirsindən 
gözlərinə  qaranlıq  çökdü.  Özündən  asılı  olma yaraq, 
dəyənəyinə əl atıb dağbəyinin başını iki yerə bölmək 
istədi. Ancaq özünü güclə saxlayıb, hirsini cilovladı. Və 
daxilən düşündü: – Tələsmə, Nəcəf! Tələsmə! Mikayıl 
əmin həmişə deyir ki, tələsən təndirə düşər. Hövsələn 
olsun.  İndi Andranik  Poqosyana  bir  balaca  əl  qaldır­
san,  uduzarsan.  Tək Andranikin  öhdə sindən  gəlmək 
asandır. Ancaq bərk ayaqda erməni ermə ninin tərəfini 
verməz. Akopla Armenak sənnən nə qədər dost, yaxın 
olsalar da, Andranikə qahmar durarlar. Əmin Mikayıl 
demişkən, qoyun quzusunun ayağını basmaz. Unutma 
ki, Andranik Poqosyanla əlbə yaxa olsan, dost bildiyin 
Akopla Armenak onun tərəfinə keçəcək. Ona görə də 
ağlın olsun, Nəcəf, xam iş tutma. Qoy Andranik zoğal 
arağından vurub istə diyi qədər çərənləsin. Hövsələni 
bas, gözlə, haçan məqamı gəlsə, türk qanına susayan 
bu cəlladla hesabı çürüdərsən. Ovu bərəsində vurarlar. 
İndi Andranikə baş qoşub, onunla kəllə­kəlləyə gəlsən, 
uduzarsan, təklənib güdaza gedərsən. Hirsin, hikkən 
öz başında çatlayar.
Kənarda hörüklənmiş alapaça madyan öz aləmin­
dəydi. Çiçəkli otlardan qırpa­qırpa, uzun quyruğu ilə 


197
Daş y
ağan gün
yancaqlarını döyəcləyib sağrısına, paçasının arasına, 
yal­birçəyinə  daraşan  milçəkləri  qovurdu. Andranik 
Poqosyandan  Hasan  kəlməsini  eşidəndə  at  devikib 
boynunu şax tutdu, qulaqlarını şəklədi, səkil ayağın­
dakı hörüyü dartıb qırmaq istədi. Uzaqlara baxıb kiş­
nədi.  Bu  dilsiz­ağızsız  heyvan  sanki  dağbəyinin  de­
dik lərini  şüurlu  məxluq  kimi  anlayıb  başa  düşürdü 
və  əlacı  olsaydı,  ayağındakı  hörüyü  qırıb  dördnala 
doğma Həsənliyə, elinə­obasına doğru çapardı, ilxısı­
na qovuşardı. Alapaça madyanın gözlənilməz şıltaqlı­
ğı Andranik Poqosyanı təəccübləndirdi və üzünü Ar­
menaka tutaraq:
– Ara, mənim bu atımın yenə dəliliyi tutub, – dedi. 
Onun hörüyünü dəyişin, sakitləşməsə, bir­iki şallaq 
çəkin, ağlı gəlsin başına. Yəqin mozalan­zad sancdı. 
Yoxsa bu cür şıltaqlıq eləyən deyil.
Armenak  yerindən  tərpənincə  Nəcəf  cəld  ayağa 
qalxıb  alapaça  madyanın  noxtasından  yapışdı.  Atın 
yal­birçəyinə nəvazişlə əl gəzdirdi. Nəmlənmiş gözlə­
rinin pılçığını təmizlədi. Alapaça madyan doğma sa­
hibini tapıbmış kimi, Nəcəfin boyun­boğazını qoxula­
dı.  Alapaça  madyanın  kövşən  ətirli  nəfəsi  Nəcəfin 
sifətinə dəyəndə Köhnə Həsənlinin xarabalıqları, on 
bir evli Təzə Həsənlinin bir­birindən aralı olan koma­
ları gəlib durdu gözünün qabağında. Onu boğan qəhəri 
dağıtmaq üçün ala­bəzək tütəyinə əl atmaq istədi. An­
caq gördü ki, yeri deyil, fikrindən daşındı. Həsənli at­
larının cinsindən olan alapaça madyanla, yetim Nəcəf 
sanki bir­birini elə indicə tapmışdı. Yetim Nəcəf ya­
zıq­yazıq atın qulağına pıçıldadı: 
– Ey Allahın dilsiz­ağızsız heyvanı, ikimiz də bir 
dərddəyik, – dedi. – Sən ilxından didərgin düşmüsən, 
mən  Köhnə  Həsənlinin  xarabalıqlarında  uyuyan 


198
Ə
li 
İld
ırı
m

lu
qəbir siz  ata­anamı,  bacı­qardaşlarımı  itirmişəm.  İki­
miz  də  həm  xoşbəxtik,  həm  də  bədbəxt.  Xoşbəxtik, 
ona görə ki, kürreyi­ərzin səfalı guşəsində ömür sürü­
rük, bədbəxtik, ona görə ki, Andraniklərlə qonşu ol­
muşuq.  Nələr  çəkdiyini  bilirəm.  Bizim  el­obada  heç 
vaxt  atı  üzü  yoxuşa  çapmazlar.  İndi  isə  bu  min  bir 
sifətin sahibi olan Andranikin səni, ağzını yoxuşa sa­
lıb, insafsızcasına şallaqlaya­şallaqlaya çapdığını gö­
rən də qəlbim qan ağlayır. Biləndə ki, Həsənli cinsin­
dənsən, dırnağımdan tutmuş, başımın tüklərinə qədər 
bədənim əsdi. 
Yetim Nəci alapaça madyanın qulağına çox şey pı­
çıldayardı. Ancaq imkan yox idi. At, yetim Nəcəfi başa 
düşürmüş  kimi,  onun  gözündə  bir  neçə  damcı  yaş 
gilələndi. Nəcəf köynəyinin qolu ilə alapaça madya­
nın göz yaşlarını sildi.
Yetim Nəcəflə alapaçanın görüşdüyü anlarda Daş 
dəvə də tilsimdən xilas olub dilə gəlmək istədi. Onları 
əhatə  edən  bakirə  dağlar,  doğmaların  görüşündən 
mütəəssir  olubmuş  kimi,  nisgilli  insanla  ata,  Daş 
dəvəyə, gözü yaşlı çeşməyə kədərlə baxırdılar. Yan­
yörədə sürünən duman­çən də bu mənhus mənzərəyə 
tab gətirmirmiş kimi uzaqlara, lap uzaqlara çəkilirdi.
– Ara, türk balası! Atı burax, gəl! Araq içməsən də, 
söhbətimizə qulaq as. – Andranik Poqosyanın sərxoş 
səsi Nəcəfi daxili sarsıntılardan ayırdı. Nəcəf axırıncı 
dəfə alapaça madyanın yal­birçəyinə sığal çəkib, geri 
döndü.  Aradan  on  illər  keçsə  də,  yəqin  ki,  alapaça 
madyanın qanı çəkirdi. Həmkəndlisini qoxulayanda, 
Nəcəfin  canına,  qanına  hopmuş  Həsənli  torpağının 
rayihəsini duyurdu.
Andranik Poqosyan təəccüblə:


199
Daş y
ağan gün
– Ara, Armenak, – dedi, – baxırsız da, mənim atım 
bu türk dığasını görəndə quzuya dönür. 
Akop:
– Andranik əmi, Nəcəf atın dilini bilir. Ona görə də 
alapaça madyan onu yaxına buraxır, sözünə baxır, – 
cavab verdi. 
Andranik:
–  Ara,  siz  hələ  cahılsınız.  Mal­heyvandan  başqa 
heç nədən başınız çıxmır, – dedi. – Çox şey var ki, siz 
onu bilmirsiniz. Üçtəpə, Qanlıca, Tağ yurd... görürsü­
nüz, hamısı azərbaycanlı adlarıdır. Bunlar dünənəcən 
azərbaycanlıların olub. İndi bizim əlimizdədir. Kimin 
hesabına?! Andranikin! Ona görə də hamımız Andra­
nik Ozanyana, ondan dərs alan ermənilərə borcluyuq. 
Onların sayəsində təkcə bu dağlar yox, gördüyünüz 
bütün  Sisyan  el­obası  ermənilərin  ixtiyarına  keçib. 
Gərək Andranikin qədrini bilək. Uşaqlarımızı da bə­
lək də başa salaq ki, Andranik Ozanyan kimdir? Əgər 
onun  şərəfinə  bir  stəkan  içməsək,  Andranikin  ruhu 
bizdən inciyər.
Armenakla Akop başlarının hərəkəti ilə dağbəyinin 
dediklərini  təsdiqləyib,  stəkanlarını  onun  stəkanına 
vurdular.
Andranik  çal  düşmüş  bığlarının  ucunu  eşə­eşə 
Nəcəfə tərəf çöndü və bu dəfə Azərbaycan dilində:
– Ara, Nacap!
– Bəli.
– Ara, səni ki belə görürəm, çoban olsan da, ağlına 
var, – dedi. – Erməni qızını almaq fikrinə düşməkdə 
pərəsətlisən. Bizim qızların yerini verən olmaz. Bizə 
ki, yeznə olubsan, bir söz deyacağam. Karapet adlı bir 
qonşum var. Özü də çox yeyib­içən, kepkom adam­
dır. O gün olmaz ki, araqdan­çaxırdan içməsin. İçmə­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə