ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə57/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   53   54   55   56   57   58   59   60   ...   79

208
Ə
li 
İld
ırı
m

lu
Andranik kədərini büruzə verməmək üçün özünü 
nikbin göstərməyə çalışırdı. O, stəkanını doldurub:
– Ara, Nacap, gəl daşı ətəyindən tök, mənim xati­
rimə heç olmasa, əlli qram vur, – deyib nə qədər təkid 
etsə də, Nəcəfi inadından döndərə bilmədi.
Andranik əlindəki araq dolu stəkanı boşaltdıqdan 
sonra ara vermədən ikinci stəkanı doldurub:
– Yaxşı, içmirsən içmə, – dedi. – Bunu da sənin əvə­
zinə içirəm. Ki, yeznəmiz olubsan, əziyyətini çəkmək 
mənə borcdur.
Nəcəf:
– Sağ ol, – deyib Andranikə razılığını bildirdi.
Andranik bir stəkan da vurub arxası üstə uzandı 
və əllərini daraqlayıb boynunun ardına keçirərək, xu­
marlanmış gözlərini Daş dəvəyə zillədi, nə isə xeyli 
fikirləşdi. Nəcəfə tərəf dönmədən:
– Nacap kirvə, – dedi. – Ki, yeznəmiz olubsan sənə 
inanıram. Bir­iki söz var, deməsəm, qarnımı deşəcək. 
Ara,  Nacap,  ağlıma  gəlib  ki,  müsəlmanların  Allahı 
mənə  qəzəb  eləyib.  Erməni­müsəlman  davasında  o 
işləri ki, gördük, onu Allah bağışlamayacaq. Fikirlə şi­
rəm ki, getdikcə axırım xarab olur, işlərimə düz gətir­
mir. İki oğlum olmuşdu, hazırlaşırdım ki, birini evlən­
dirim, gəlinim olsun. Qız da tapmışdım. Ki, səhər toy­
ları olmalı idi, maşın vurdu, sağ qalmadı. İkinci oğ­
lum da biriynən dalaşdı, bıçaqlayıb öldürdülər. O da 
əlimizdən getdi. Silva da ki, Moskvadan pis məktub 
yazıb. Arvad da nə xəstəlik tapıbsa, doxturlar sağalda 
bilmir. Ey astos! Nacap kirvə, nə ki, axmaq işlər gör­
müşəm, gəlib çıxır qabağıma. – Hi... hi... – Andranik 
dəli sərsəri kimi öz­özünə güldü: – Ara, Nacap kirvə, 
elə bilirsən kepimə pis olur?! – sözünə davam etdi. – 
Hi... hi... Ara, onsuz da hamımız ölməliyik. Ancaq tor­


209
Daş y
ağan gün
paq qalacaq. Üçtəpə, Qanlıca, Tağ yurd dağları, bütün 
Zəngəzur həmişə bizim olacaq. İnsan ki var, müvəq­
qətidir. Torpaq isə əbədidir. Ona görə ötəri həyatımızı 
itirsək də, daimi olan torpaqlar qazanmışıq. Mən An­
dra nikin  altmış,  yetmiş,  lap  elə  yüz  il  ömrü  olsun, 
üstündə ki, kep eləyirik, bu torpaqların milyon illərlə 
yaşı var, on o qədər də, bəlkə də çox yaşayacaq. Yeznə, 
sən çobansan, həm də musurmansan, belə şeyləri an­
laya bilməzsən! – Hi... hi... – Andranik bu kəlmələri 
işlədib fəxrlə irişdi. – Ara, onda sən uşaq olardın, eli, 
heç  nəyi  bilməmisən.  Musurman  kəndlərinə  hücum 
çəkirdik,  adamları  qırırdıq,  evləri  yandırırdıq,  nə  ki 
mal, qoyun, at, qatır, gəbə­kilim, yorğan­döşək, mis 
qablar var, hamısını daşıyıb gətirirdik. Qapı­pəncərə­
ləri də söküb aparırdıq. Andranik Ozanyan, Nijdeh, 
Hamazas, Dro əmrinə vermişdilər ki, Ermənistan sol­
datlarından  hər  hansı  biri  müsəlmanı  diri  buraxsa, 
güllələnəcək.  Biz  də  onların  dediyi  kimi  eləyirdik. 
Heç bilirsən bu əllərimlə nə qədər müsəlman qırmı­
şam?! Keçən səfər Moskvaya gedəndə vaqonda Edu­
ard  adlı  osetinqarışıq  bir  gürcü  ilə  yoldaş  oldum. 
Onun başı yaxşı işləyirdi. Çox şey bilirdi. Alim olmuş­
du. Həmişə onunla sözümüz çəp gəlirdi. Amma şon­
dığa hamısını doğru danışırdı. Arxivləri açıb baxan­
da, bilib ki, nə qədər müsəlman qırılıb, çoxlu­çoxlu da 
erməni ölüb.
Andranik  sərxoş  olduğundan  nə  danışdığını  bil­
mirdi. Onun ağlına nə gəldisə, birdən yan üstə çönüb, 
Nəcəfə müəmmalı nəzər yetirdi:
– Ara, Nacap, səni yeznə bilib bu sözləri danışdım, 
– dedi. – Ki, ağzından çıxsa, əlimdən qurtarmayacaq­
san, qulaqlarını dibindən kəsacağam.


210
Ə
li 
İld
ırı
m

lu
Nəcəf dillənmirdi. Andranik danışdıqca, qarşısın­
da hərzə­hədyan danışan bu cəlladın səsini necə kəsə­
cəyi barədə düşünürdü. Andranik yeyib­içib, sinəsin­
dəki  köhnə  əhvalatları  açıb­tökəndən  sonra  ayağa 
qalxdı:
– Ara, Nacap, bizdən ki, qız almısan, ona görə sənə 
inanmışam, – dedi. – Atın hörüyünü aç, gətir, getmə­
liyəm...
Nəcəf  sakitcə  alapaça  madyanın  hörüyünü  açıb, 
sicimi səliqə ilə dəstələyib tərk xurcunun boş gözünə 
qoyanda,  at  onun  boyun­boğazını  qoxuladı.  Sonra 
geri çəkilib kırıldadı. At sanki nə isə duymuşdu, nə isə 
demək istəyirdi. Nəcəf onun yedəyindən tutub And­
ranikin  yanına  gətirdi.  Andranik  içkinin  təsirindən 
əvvəlcə ata təpinib, ona bir­iki şallaq çəkdi. At başını 
şax  tutub  geri  dartıldı,  yerində  eşildi. Andranik  sol 
ayağını  üzəngiyə  keçirib  yəhərin  qaşından  yapışdı. 
Və atın belinə aşırılaraq amiranə bir səslə:
– Ara, yeznə, tüfəngi mənə ver, – deyib, kənarda 
daşa söykənmiş qoşalüləni işarə etdi. 
Nəcəf  cəld  qoşalüləni  götürüb  ona  uzatmaq 
əvəzinə qundağını sinəsinə sıxdı və barmağını tətiyə 
keçirib,  lüləsini Andranikə  tərəf  tuşladı.  Nəcəf  ovu­
nun üstünə atılan şir qəzəbi ilə: 
– An­dra­nik!! Neçə gündü mənə türk deyib lağa 
qoyursan!  Müsəlmanlara  tutduğun  amansız  divan­
dan fəxrlə danışırsan! Mən isə səbir edirəm, dözürəm, 
səsimi içəri salıb dillənmirəm. İndi söz mənimdir!! 
Cınqırını çəksən və ya yerindən bir balaca qımıl­
dansan, sənin bu tüfənginlə çürük beynini göyə sovu­
raram. Əlimdən qurtara biləcəyini ağlına belə gətirmə! 
Sənin ölüm hökmünü əlimdəki qoşalülə verəcək! İn­


211
Daş y
ağan gün
san  qanı  tökmək  mənim  əqidəmə,  əxlaqıma  yaddır. 
Məni xəlq eləyən Allah, biət elədiyim Quran, inandı­
ğım  peyğəmbərimiz  adam  öldürməyi  günah  buyu­
rub. Mən isə insan yox, insanların, insanlığın qənimini 
məhv etməklə Yaradanımın qarşısında savab iş gör­
mək  istəyirəm!  Cə­nab An­dra­nik  Po­qos­yan!  Onu 
da bil ki, səni erməni olduğuna görə yox, mənsub ol­
duğun  milləti  nifrət,  lənət  hədəfinə  çevirən,  qatil, 
cəlladlar cəlladı kimi gəbərtmək istəyirəm!
Andranikin sifəti ağardı, nitqi tutuldu. Gonbul bə­
dəni əsməyə başladı. Lakin Nəcəfin bu hərəkətini za­
rafata yozub, aldadıcı dilini işə saldı. Onu yumşaldıb 
fikrindən  döndərmək  üçün  cürbəcür  alçaq,  hiy ləgər 
sifətlərə düşdü:
– Ara, yeznə, başa dönüm, tüpənglə zarapat elə­
mək  olmaz,  –  dedi.  –  Əlindən  xata  çıxar.  Lüləsini  o 
tərəpə çevir. – Əlavə etdi.
– Cə­nab An­dra­nik! Bilməlisən ki, əvvəla mənim 
nə evlənmək fikrim var, nə də evləndirənim. Sizlərdən 
heç vaxt qız almaq niyyətinə düşməmişəm, düşmərəm 
də! Çoban dostlarım məni vəziyyətdən çıxardıb, sən 
əclafın  cəngindən  xilas  etmək  üçün  yalandan  yeznə 
kimi təqdim etdilər. Armenakla, Akopla yoldaş olma­
ğıma heç də peşman deyiləm. 
Çünki onlar sadə çoban olsalar da, sənin kimi mil­
lətinə  töhmət,  tənə  gətirib,  düşmən  qazandırmırlar. 
Adını  daşımaqla  fəxr  etdiyin  Andranik  isə  usanıb 
həya  etmədən,  günahsız  qanlar  axıdan  cəllad  kimi 
aləmdə  ad  çıxarıb.  Onu  da  bilməlisən  ki,  Andranik 
Miko  yanların,  Şaumyanların  dediyi  kimi  milli  qəh­
rəman yox, milli cəlladdır.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə