ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə50/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   46   47   48   49   50   51   52   53   ...   79

180
Ə
li 
İld
ırı
m

lu
imiş kimi yan otaqda telefonu qulağına sıxıb rəfiqələri 
ilə şirin­şirin danışıb arabir qəşş eləyib gülürdü. Silva 
sanki ömrünün ən bəxtəvər anlarını yaşayırdı. O, tale­
yindən razı olduğunu dilə gətirib deyirdi:
–  Min  şükür  Tanrının  kərəminə!  Arzuma  çatmı­
şam! Adlı­sanlı, varlı­pullu məşhur alimlə həyat qur­
maqdan böyük xoşbəxtlik nə ola bilər?! Atam özü də 
Betkerlə  evlənməyimə  bilirsən  necə  sevinir?!  Bizə 
ürəkdən  xeyir­dua  verdi.  Özü  də  buradadır...  Hələ 
getməyib, o biri otaqda ərimlə söhbət eləyir... Aazz... 
nə  olsun  yaşlıdır?!  Öz  aramızda  danışıram,  hələ  ki, 
onnan kefimi çəkirəm. Başını yastığa qoyub, o dünya­
lıq olandan sonra mənə ər qəhətdi?! Nə çoxdu bığı­
burma oğlan?! Birini evimin üstünə salıb kefə baxa­
ram.  Dolu­dost  evim  olandan  sonra  kişilər  özü  ar­
xamca sürünəcək...
Telefon danışığının eşidilməməsi üçün Silva qapı­
nı örtmüşdü. Səsini də içəri salıb həmsöhbəti ilə xısın­
xısın  pıçıldaşırdı.  Həm  də  Solomon  Betkerin  eşidib 
başa  düşməməsi  üçün  erməni  dilində  arabir  –  Sira­
nuşcan – deməsindən və bəzi sözlərindən bilinirdi ki, 
həmsöhbəti Yerevandandır. 
Yeznə  ilə  qayınatanın  söhbəti  getdikcə  qızışırdı. 
Solo mon  Betkerin  dedikləri  Andranik  Poqosyanın 
ürə yincə olmasa da, yeznənin dediklərini ilk dəfə eşit­
diyinə görə ona dərin maraqla qulaq asırdı.
Solomon Betker qıçını qıçının üstünə aşırıb, kürə­
yini əyləşdiyi stula söykəyib, üzünü yanpörtü Andra­
nikə tərəf çevirdi. Və: 
– Yəqin ki, dediklərimdən inciməzsiniz, – sözünə 
davam  etdi.  –  Bir  halda  ki,  qohum  olmuşuq,  bərk 
ayaqda  heç  vəchlə  erməniləri  başqalarının  ayağına 
vermərəm. Buna şübhəniz belə olmasın. Siz o yol yol­


181
Daş y
ağan gün
daşınız, Eduard Çeburdanidzedir­nədir, ondan incik­
li olduğunuz və sizi qəzəbləndirdiyi üçün istəyirəm 
ki, məsələdən hali olasınız, ağla qaranı səhv salmaya­
sınız.  Bu  barədə  doğru­düzgün  məlumatınız  olsun. 
Mən  –  Cənubi  Qafqazda  yaşayan  ermənilərin  çoxu 
başqa ölkələrdən köçən və köçürülən gəlmələrdir, – 
deyəndə hiss etdim ki, rənginiz bir balaca qaçdı. Gö­
rünür, bu söz sizə xoş təsir bağışlamadı. Ancaq nahaq 
yerə.  Bunu  öz  aramızda  deyirəm.  İstəyirəm,  türk­
erməni  münasibətilə  əlaqədar  olan  tarixi  hadisələri 
olduğu kimi biləsiniz. Mən rəsmi dairələrdə tribuna­
ya qalxmaq və qələm­kağız götürüb, bu haqda kitab 
yazıb ermənilərin əsassız ərazi iddialarını aləmə car 
çəkmək  niyyətində  deyiləm  və  bunu  ağlınıza  belə 
gətirməyin. Sadəcə olaraq, ikilikdə özümüz üçün söh­
bət edirik. Hesab edin ki, bu sözləri Solomon Betkerdən 
yox, yaxın tariximizin dilindən eşidirsiniz. Onu da bi­
lin ki, qoca tarix saxtakarlığı qəbul etmir. Tarixə vuru­
lan  süni,  saxta  yamaq  çox  gedə  bilməz  və  zaman 
ötdükcə  onu  uyduranlar  gülünc  vəziyyətə  düşüb, 
sonrakı nəslin nifrət və lənət hədəfinə çevrilməlidir.
Solomon  Betker  bu  deyintili  sözlərin  təsirindən 
qayınatasının çöhrəsinə çökən qızartıya ani nəzər sa­
lıb qımışdı. Lakin özünü o yerə qoymadan sözünə da­
vam etdi:
–  Bilmirəm,  bu  barədə  məlumatınız  var,  ya  yox. 
O vaxt, dəqiq desək, 1828­ci ildə Rusiya ilə İran ara­
sında Türkmənçay müqaviləsi bağlanıb. Mənim müla­
hizə mə  görə  əslində  bu,  ermənilərin  təşəkkülünə, 
azərbay can lıların  tənəzzülünə  rəvac  verən  bədnam 
bir  akt  idi.  Azərbaycanın  o  cür  parçalanmasına  bir 
bədənin ikiyə bölünməsi kimi baxıram. 


182
Ə
li 
İld
ırı
m

lu
Andranikin  bayaqdan  bəri  avazımış  sifəti  durul­
du. Solomon Betkerə don vurmuş kimi süst görünən 
həmsöhbəti dirçəldi. O, xəyallanaraq, “həmin müqavi­
lənin səbəbkarı kimi İran şahı ilə rus çarının qarşısın­
da diz çöküb baş əyər və onların əlindən öpərdim”. 
Daxilən düşündü və nikbin əhvali­ruhiyyə ilə:
– Yeznə, bunu birinci dəfədir sizdən eşidirəm. Elə 
düz  eləyib  bizim  düşmənləri  ikiyə  bölüblər.  Müsəl­
man lara o da azdır. 
Solomon Betkerin də, həmsöhbətini məmnun etdi­
yi üçün kefi duruldu və: 
– Səbir elə, fikrimi tamamlayım, sonrası daha ma­
raqlıdır, – deyib qəddini düzəltdi:
–  Rusiyanın  İrandakı  səfiri Aleksandr  Sergeyeviç 
Qriboyedevin  başçılığı  ilə  əvvəlcədən  hazırlanmış 
həmin  müqavilənin  bir  maddəsində  İranda  yaşayan 
xristianların Rusiya ərazilərinə köçürülməsi məsələsi 
də nəzərdə tutulmuşdu. Həm də İran şahına tövsiyə 
olunmuşdu  ki,  onların  köçürülməsinə  mane  yox, 
kömək etsin. Bu məsələnin həllini tezləşdirmək üçün 
Qafqaz  cəbhəsinin  baş  komandanı  İvan  Fyodoroviç 
Paskeviç milliyyətcə erməni olan polkovnik Lazerevi 
tez­tələsik Təbrizə komendant təyin eləyib. Və İranda 
yaşayan ermənilərin Rusiya ərazilərinə köçürülməsini 
təşkil etmək üçün Lazerevə xeyli qızıl və gümüş pul 
verilib. Lakin İran erməniləri yurd­yuvalarını atıb Ru­
siya ərazisinə köçməkdən imtina edirdi. Onda Laze­
rev təbliğat maşınını işə salıb, erməniləri dilə tuturdu 
ki, İran sizin üçün əlverişli məkan deyil. Rusiya əra­
zisinə köçsəniz, orada xoşbəxt həyat taparsınız, fira­
van yaşayarsınız... Beləliklə, Lazerevin təkidi ilə üç ay 
yarım  ərzində  İrandan  Rusiya  ərazisinə  40  mindən 
çox  erməni  ailəsi  köçürüldü.  Lakin  onlar  ucsuz­bu­


183
Daş y
ağan gün
caqsız  rus  torpaqlarına  yox,  Cənubi  Qafqazın  ərazi­
sində məskunlaşdırıldı. Köçkünlərin əsas hissəsi Nax­
çıvan,  Qarabağ,  bir  qismi  də  İrəvan  xanlıqlarının 
ərazisində yerləşdirildi. Naxçıvanda torpaqlar az ol­
duğu üçün oradakı ermənilərin də xeyli hissəsi Qara­
bağa göndərildi.
Andranik Poqosyanın gözləri işıqlandı və sevinci­
ni gizlətmədən:
– Yaxşı, yeznə, belə bir məlumatı hardan almısan? 
– həvəslə soruşdu. 
– Əvvəla, rus yazıçısı və jurnalisti Sergey Nikola­
yeviç Qlinkanın kitabında bu məsələ geniş və dəqiq 
şərh  edilib.  İstəsəniz,  tapıb  oxuya  bilərsiniz.  Səhv 
etmi rəmsə, o kitab 1831­ci ildə Moskvada Şərq Dilləri 
İnstitutunun mətbəəsi tərəfindən nəşr olunub. Həmin 
yazıçı 1775­ci ildə anadan olub, 1847­ci ildə dünyasını 
dəyişib. Onun kitabı məndə vardı, tarixçi yoldaşlar­
dan biri istədi, verdim. Sonra kitabı qaytarmağa üzüm 
gəlmədi,  elə  onda  qaldı.  Bundan  əlavə  tarixçi  alim­
lərdən də bu barədə çox eşitmişəm. Düzdür, erməni 
alimləri də öz tarixləri barədə bir neçə əsər nəşr etdi­
riblər. Ancaq onların yazdıqları o qədər də inandırıcı 
deyil. Çünki faktların çoxunu öz milli, məkrli maraq­
larına uyğun şəkildə saxtalaşdırıb və çoxlu təhriflərə 
yol  veriblər.  Rus  tarixçilərinin  yazdıqları  nisbətən 
daha dəqiqdir. Hazırda Dağlıq Qarabağda və Naxçı­
vanda  yaşayan  ermənilərin  əksəriyyəti,  bayaq  dedi­
yim kimi, son vaxtlarda kənardan köçüb gələnlərdir. 
Məsələn,  tanınmış  rus  tədqiqatçısı  N.Şavrov  hələ 
1911­ci  ildə  yazmışdır  ki,  hazırda  Cənubi  Qafqazda 
yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyon­
dan  çoxu  bu  diyarın  yerli  əhalisi  deyil.  Onları  bura 
biz,  yəni  ruslar  köçürüb  gətirmişik.  Lakin  erməni 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə