ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə38/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   34   35   36   37   38   39   40   41   ...   79

134
Ə
li 
İld
ırı
m

lu
eybəcər hala salırlar... Bu sözləri artırıb­əskiltmədən, 
sənədlərdə qeyd edilən kimi deyirəm...
Andranik onun sözünə qüvvət verib müsahibinə:
–  Atan  rəhmətlik!  Yaxşı  ki,  Andranik  Ozanyanın 
göstərdiyi şücaətdən sən özün də xəbərdarsan, – de­
yib əlindəki qədəhi fəxrlə onun qədəhinə vurmaq istədi.
Eduard Çeburdanidze əlini geri çəkib, öz qədəhini 
yerə qoydu. Müsahibinin əli havada qaldı və:
– Niyə geri çəkildin, vurmaq istəmirsən? – Andra­
nik incikli soruşdu.
– Yaxşı olar ki, başqa bir sağlıq deyəsiniz. – Eduard 
Çeburdanidze cavab verdi. 
– Nə üçün?! – Andranik pərt oldu.
–  Sizin  qan  qoxusu  gələn,  lakin  fəxrlə  dediyiniz 
fitnəkar sözlərinizə görə. – Eduard ona sərt cavab verdi.
Andranik  ittihamedici  baxışları  ilə  Eduardı  təqib 
edərək:
– Ara, Eduard, məndən incimə, deyəsən zənnimdə 
yanılmışam. Sən ya gürcü deyilsən, ayrı dinə qulluq 
eləyirsən, ya da ki, bu əclaf türklərlə dostluğun və ya 
qohumluğun  var.  Yoxsa  bizim  başımızın  tacı  olan 
Andranikin sağlığına bir qədəh yox, bütün bu butul­
kanı başına çəkərdin. 
Eduard Çeburdanidze əsəbiləşən kimi oldu və:
–  Andranik  Vazgenoviç,  –  dedi,  –  düzdür,  atam 
gürcü, anam osetindir. Özüm də Qoridə yaşayıram. 
Lakin mən sizinlə nə türk, nə gürcü, nə osetin və ya 
erməni kimi danışmaq istəmirəm. Qəlbinizdə qaraltı 
qalmasın deyə onu da bilin ki, bir dinə qulluq etmə yi­
mizdən əlavə, ermənilərlə yaxın qohumam. Bəli! Bəli! 
Düzünü bilmək istəyirsinizsə, kiçik qardaşım erməni 
qızı ilə evlənib. Üç uşaqları da var. Hamısı da mənə 
əmi  deyir.  Bacım  da  Moskvada  oxuyanda  erməniyə 


135
Daş y
ağan gün
ərə  gedib.  Öz  tələbə  yoldaşına.  Hazırda  Yerevanda 
yaşayırlar. Hər ikisi də tikinti mühəndisidir. Bunları 
deməkdə  məqsədim  odur  ki,  ermənilərlə  qaynayıb 
qovuşmuş  adamam.  Lakin  mən  qərəzli  hisslərimin 
əsi rinə  çevrilib,  vicdanıma  xəyanət  edə  bilmərəm. 
Nəyinsə xatirinə həqiqəti danmaq, ağa qara, şirinə acı 
demək təbiətimə yaddır. Dünyaya insan kimi gəl mi­
şəm. Həmişə, hər yerdə sözümü insan kimi demişəm 
və indi də deyirəm. Onu da bilin ki, əvvəllər bir çox 
yüksək vəzifələrdə olmuşam. Həmişə də düz danış­
mağımın  bəlasına  gəlmişəm.  Elmi  dərəcəm  olsa  da, 
haqqı dediyimə görə məni vəzifədən qovub, arxivdə 
kiçik bir işə göndəriblər. Hansı kitabdasa oxumuşam 
ki, həqiqət vəfalı köpək kimidir. Onu daim kötəkləyib 
it  damına  salırlar.  Əl  tulasını  isə  tumarlayıb  ocağın 
başına keçirirlər. O da yavaş­yavaş evin havasını kor­
layır. Yəqin nə demək istədiyimi anlaya bilirsən. Yu­
xarıdan aşağı düşmüş bir adamam. Əlimin üstündə əl 
yox idi. Hamı da mənə baş əyirdi. Əlbəttə, vəzifəmə 
görə.  Hazırda  arxiv  siçanları  kimi  saralıb­solmuş 
köhnə kağız­kuğuzların arasında əlləşirəm. Buna da 
əsla  peşman  deyiləm.  Ədalətsizliklə  ixtiyar­imtiyaz 
sahibi olub eyş­işrətlə yaşamaqdansa, düzlüklə arxiv 
kağızlarının arasında eşələnib, bir loğma yavan çörək 
tapmaq  mənə  xoşdur.  Odur  ki,  üzdə  olmayan  kiçik 
bir işdə çalışmağıma heç də təəssüflənmirəm. Sizinlə 
söhbətimdə də bədnam millətçilik mövqeyindən yox, 
insani mövqedən danışmalıyam. Bu, mənim üçün vic­
dan,  həm  də  insanlıq  borcudur.  Hərçənd  ki,  dedik­
lərimlə, deyəcəklərim sizin ürəyinizcə olmayacaq. Bu, 
sizi əsəbiləşdirə də bilər. Əlbəttə, düz söz həmişə acı 
olur. Lakin şirin yalandansa acı həqiqət yaxşıdır. 


136
Ə
li 
İld
ırı
m

lu
Andranik gördü ki, müsahibi din qardaşı olsa da, 
onun  döşünə  yatan  adama  oxşamır  və  tamam  ayrı 
hava  çalır.  Ona  görə  də  Eduardın  sözünü  yarımçıq 
kəsərək:
–  Eduard,  canım,  ciyərim,  mənə  belə  baxma,  – 
dedi. – Təsəvvür etdiyiniz qədər də avam, kəmsavad 
adam deyiləm. Mən özüm də bir neçə məktəb oxumu­
şam.  Ancaq  başım  türklərlə  müharibəyə  qarışdığı 
üçün ali təhsilimi tamamlaya bilməmişəm. Radi boqa, 
Andranikin  sağlığına  içmirsən  içmə,  gəl  söhbəti 
qəlizləşdirib  qanımızı  qaraltmayaq.  Başqa  məsələyə 
keçək. Xətrinizə dəyməsin, gürcü olsanız da, görünür, 
sizdə xristian qanı yoxdur. Ona görə də sizin kimilər 
Andranikin qədrini nə bilir?!
Bu söz Eduard Çeburdanidzeni daha da hövsələdən 
çıxartdı:
– Rica edirəm, sözümü kəsməyin, – dedi. – Bir hal­
da  ki,  söhbəti  dərinləşdirdiniz,  imkan  verin  fikrimi 
tamamlayım. Andranikin qoçaq, ütük adam olduğu­
na şübhə etmirəm. Lakin Andranikin faciəsi ondadır 
ki, malik olduğu gücü, bacarığı xeyrə yox, şərə sərf 
eləyib,  türkləri,  azərbaycanlıları  qırdığı  qədər  də, 
bəlkə də ondan çox öz millətini qırğına verib. Mənsub 
olduğu xalqın dostlarının yox, düşmənlərinin sayını 
artırıb. Bu, çətin ki, gələcəkdə sizə ucuz başa gəlsin. 
Vaxt  gələcək  Andranik  xislətli  adamların  övladları 
bunun  əzab­əziyyətini  çəkməli  olacaqlar.  Sizin  kimi 
oxumuş,  təcrübəli  din  qardaşımın  bunları  dərk  edə 
bilməməsi  məndə  acı  təəssüf  doğurur.  Həm  də  ona 
təəssüflənirəm ki, şərəfinə badə qaldırmaq istədiyiniz 
qaniçən bir cəlladın barəsində fəxrlə danışırsınız. Bu 
azmış  kimi,  mənə  də  belə  bir  əqidəni  təlqin  etmək 
istəyirsiniz.  Ancaq  yanılırsınız.  Çox  yanılırsınız. 


137
Daş y
ağan gün
İngiltərənin XVII əsrdə yaşayıb­yaratmış ruhani şairi 
Con Donkun belə bir kəlamı var: “Kilsə zənginin ha­
rayını eşitsən, heç vaxt soruşma ki, dünyadan köçən 
kimdir.  Sən  özünsən  dünyadan  köçən”.  Müsəlman 
şairlərdən biri bu barədə öz fikrini və arzusunu belə 
ifadə edir:
Kəssə hər kəs tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.
Sizin bayaqdan bəri mədh etdiyiniz və fəxrlə adını 
daşıdığınız Andranikin Qafqazda, xüsusilə müsəlman 
torpaqlarında tökdüyü qan izi hələ də getməyib. Bu, 
qəhrəmanlıq  yox,  rəzil  qəddarlıqdır.  İnsan  qatilini 
təqdir  edib  onun  şərəfinə  badə  qaldırmağı  ağıldan 
kəm,  dayaz  düşüncəli  adamların  səfehliyi  hesab 
edirəm. Siz saqqalınızın çal vaxtında nahaq yerə məni 
səfehlik səviyyəsinə enməyə vadar edirsiniz.
Andranikin əlində əlac olsaydı, bu sözlərə görə elə 
indicə  bıçağını  çıxardıb  Eduardın  ürəyinin  başına 
sancardı. Ancaq qəzəbini söndürmək üçün qədəhini 
başına çəkib müsahibinə etiraz mənasında üzünü əks 
tərəfə çevirdi və başını bulaya­bulaya çal bığlarını di­
dişdirdi. Eduard Çeburdanidze müsahibinin davranı­
şındakı  qəzəbi  hiss  edib  özünəməxsus  ağayanalıqla 
gülümsəyərək:
–  Görürəm,  dediklərim  sizi  əsəbiləşdirir.  Ancaq 
nahaq  yerə.  Burada  bir­birimizi  söymürük,  döymü­
rük. Yol yoldaşı kimi adicə söhbət edirik. İnciməyinizə 
də elə bir əsas görmürəm. Biz həqiqəti danışmalıyıq. 
İnanıram  ki,  atanız Andranikin  hansı  yuvanın  quşu 
olduğunu dərindən bilib dərk etsəydi, heç vaxt onun 
adını övladına qoymazdı. Mənim burada dediklərimin 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə