ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə36/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   32   33   34   35   36   37   38   39   ...   79

124
Ə
li 
İld
ırı
m

lu
bacı­qardaşlarını  yandırıb  külə  döndərdiyi  Köhnə 
Həsənlinin xarabalıqlarında qalmışdı. Üzü üzlər gör­
müş  qoca  dağbəyinin  bayaq  “başımın  tükü  qədər 
müsəlman  qırmışam”  deməsindən  sonra  qaysaqlan­
maqda olan sağalmaz köhnə yarası təzədən qanayıb 
qövr  eləmişdi.  Ona  görə  də  çoban  yoldaşları  deyib­
gülsələr də, Nəcəfin eyni açılmırdı. Onlar Dəvə daşın 
dibindən  çıxan  dupduru  bulağın  suyundan  içib  əl­
üzlərini yudular. Çeşmənin ətrafında erməni dilində 
yazılmış  qəzet  qırıntıları,  üfunət  saçan  sür­sümük, 
konserv qutuları, boş araq, çaxır, konyak butulkaları 
baş alıb gedirdi. Qarışqalar kolbasa qırıntılarını ora­
bura  dartışdırırdılar.  Milçək  əlindən  tərpənmək  ol­
murdu. Bulaq bəlkə də demək istəyirdi ki, bir vaxtlar 
möminlər burada təmiz dəstərxan açıb, namaz qılıb, 
üzünü  Tanrının  dərgahına  tutub  Allaha  dua 
eləyirdilər. Yerə düşən çörəyi “Qurandan qabaq gəlib, 
tapdalamaq günahdır” – deyib, yerdən götürür, sonra 
da kənardakı təmiz daşların üstünə qoyurdular ki, bu 
dağların qanadlı sakinlərini yemləyib savab qazansın­
lar.  Bulağın  gözü  murdarlanmırdı,  ətrafı  tərtəmiz 
olurdu. Məhəmməd hümmətinin ayağı bu yerlərdən 
çəkiləndən, ermənilər bura qədəm basandan bəri dur­
nagözlü çeşmənin dəfi dönmüşdü. Ona görə də Mika­
yıl  demişkən,  göydən  daş  yağıb.  Bu,  əfsanədən  çox 
həqiqət təsiri bağışlayır. Bəlkə də dibindən su çıxan 
bu qaya da elə həmin anlarda Mildən, Muğandan bu 
dağlara  köç  eləyənlərin  dəvəsi  imiş.  O  da  bu  ağır 
dərdə tab gətirməyib, daşa dönüb.
Nəcəfin  qərq  olduğu  üzücü  fikirlər  çözələnə­
çözələnə çox yerlərə gedib çıxırdı. Əmisi ona pasiban 
dursa da, bu ailəyə yad kimi idi.


125
Daş y
ağan gün
Düzdür,  körpə  vaxtı  Qönçə  xala  ona  döşündən 
süd vermişdi. Həmyaşıd olan ortancıl oğlunun boğa­
zına şərik eləmişdi. Ona görə də Qönçə xalanın haqq­
sayını itirmirdi. Əmisi də Nəcini odun­alovun içindən 
çıxarmışdı.  Bütün  bunlara  baxmayaraq,  Nəcəf  əmi 
evində yad kimi davranırdı. Çünki əmisi oğlanları ilə 
onun arasında ayrı­seçkilik qoyulurdu. Əmisi molla 
tutub böyük oğluna şəriət dərsi öyrətdirmişdi. Nəci 
ilə həmyaşıd olan oğlunu da yaxın kənddəki məktəbdə 
oxudurdu. Mikayıl məktəb, dərs məsələsində Nəcəfin 
üstünə  gəlmirdi.  Mikayılla  Qönçə  xala  üzdə  Nəcəfə 
can­can  deyə­deyə  onu  çoban  eləmişdilər.  Nəcəf 
getdikcə anlayıb başa düşürdü ki, onun gələcəyi puç­
dur.  Odur  ki,  çomaqdan  yapışmaqdan  başqa  yolu 
yoxdu.
Çay­çörək vaxtı Qönçə xala alaçıqda süfrə açıb oğ­
lanlarını başına yığırdı. Nəciyə isə çöldə, ağılın yanın­
da, alaçığın böyründə mis qabda pay qoyurdu. Nəci 
bunu ürəyinə salıb xiffət eləyirdi. Ancaq özünü o yerə 
qoymurdu.  Ata­anasını  düşünür,  gizlicə  gözlərinə 
dəm verərək xısın­xısın yaş töküb ürəyini boşaldırdı. 
Səhər­axşam  onu  yetim  qoyan  ermənilərə  qarğıyıb, 
Andranikin yeddi arxa dönəninə söyürdü. Daşa dön­
müş dəvənin də, bulağın da, Nəcəfin də dərdi bir idi. 
Bulağın suyu da, elə Nəci ilə daşa dönmüş dəvənin 
göz yaşlarına bənzəyirdi. Mikayılın sözü düz çıxırdı. 
Elə ona görə də bura göydən daş yağıb.
Armenak  bulağın  ətrafındakı  murdarçalıqlara  ba­
xıb ikrahla sifətini turşutdu: “Belə nalayiq işlərin hamı­
sı əclaf dağbəyinin əməlləridir. Bura ən çox Andranik 
gəlir. Naxırçı konyak, kolbasa, konserv tanıyır?! And­
ranikin ayağı düşən yerdə ot da bitməz”.


126
Əli İldırımoğlu


127
Daş y
ağan gün
Günəş dağların arxasına çəkilirdi. Daş dəvənin köl­
gəsi  uzandıqca  uzanırdı.  Bir  tərəfdən  də  duman­çən 
gəlirdi. Çobanlar yağışa düşməmək üçün Daş dəvə nin 
altından çıxıb yuxarı yamaclarda doyunca yeyib yatı­
şan qoyun­quzunun üzünü alaçıqlara tərəf döndərdilər. 
Qoyunlar örüşdə qarışıq düşsə də, ağıllara çatanda bir­
birindən ayrılıb hərəsi öz yerinə döndü.
Ana qoyunlar sağıldı, quzular əmizdirilib yerbəyer 
edildi. Duman­çən gecənin qaranlığını getdikcə qatı­
laşdırırdı. Qönçə xala sağılan südü tələm­tələsik ma­
yalayıb  pendir  vurandan  sonra  oğlanları  ilə  alaçığa 
keçdi. Çətəndən hörülmüş qapını bağlayıb, yerə xalı­
xalça sərdi. Nəcəf yağışdan qorunmaq üçün ağılın ağ­
zında haça ağaclardan, kol­kosdan çardaq düzəldib, 
üstünə  ot  döşədiyi  darısqal  komasına  sığındı.  Göz­
lərini yuman kimi şirin yuxu onu kəndlərinə apardı. 
Şad­şalayın Köhnə Həsənlidəki evlərinin həyətinə da­
xil oldu. Sevinclə ata­anasına qovuşan kimi top­tüfəng 
səsi eşidildi. Silaha sarılmış ermənilər bir göz qırpı­
mında  kəndi  mühasirəyə  aldılar.  Bütün  evləri  tüstü 
qarışıq alov bürüdü. Həyətlərdə qan su yerinə axdı. 
Nəcəfin  anası  ağzından  can  çıxana  qədər  “Nəcəf! 
Nəcəf!  Gavur,  balama  dəymə!  Balama  dəymə!”  – 
deyə­deyə qışqırırdı. Nəcəf yuxudan dik atıldı. Onu 
qan­tər basmışdı. O, yuxulu gözlərini ovuşdura­ovuş­
dura  balaca  komasından  çıxdı.  Hava  çiskinləyirdi. 
Hey vanlar  sakit­sakit  kövşək  vururdu.  İtlər  nəmli 
gecənin dərinliklərindən gələn hənirtini alıb ara ver­
mədən hürüşürdülər.
* * *
Dağbəyi rayon mərkəzində işlərini qurtarıb idarə 
yoldaşları ilə xudahafizləşəndə, ona Moskvadan gələn 
bir teleqram verdilər. Andranik teleqramı oxuyanda 


128
Ə
li 
İld
ırı
m

lu
onun çal bığları aşağı sallandı. Alnının qırışları sıxlaş­
dı, gözləri qıyıldı, əhvalı korlandı. Teleqramda qısaca 
olaraq yazılmışdı ki, qızınız ağır xəstədir, təcili gəlin... 
Andranik tələsik evə baş çəkib, Moskvaya getmə­
sinin  səbəbini  ailə  üzvlərinə  qısaca  izah  edib,  vaxtı 
itirmədən yol maşınlarının birinə əyləşdi. Və özünü 
Yerevan dəmiryol vağzalına çatdırdı. Moskva qatarı­
na bilet alıb orta vaqondakı yumşaq kupelərin birində 
əyləşdi. Tələsik olduğuna görə özünə yol azuqəsi gö­
tür məmişdi. Odur ki, vaqon­restorana keçib yüngül­
varı çörək yeyib, bir­iki qədəh rus arağı gillətdi. İçki­
nin təsirindən onun başı dumanlanmışdı. İndi Andra­
nikin yadına nə qızı düşürdü, nə də ki, onun xəstəliyi. 
Səndirləyə­səndirləyə  kupesinə  qayıdıb,  bir  siqaret 
tüstülətdi. Kupedə ondan başqa heç kəs yox idi. Həm­
söhbəti olmadığından onu qərəmət basır, mürgü vu­
rur, başı tez­tez sinəsinə enib­qalxırdı. Andranik əsnəyə­
əsnəyə yerindən qalxıb kupenin qapısını örtdü və so­
yunub yorğanı başına çəkməklə, yuxuya getməyi bir 
oldu.
Yerevan­Moskva  qatarı  Gürcüstanın  ərazisindən 
keçəndə yarımstansiyaların birində dayandı. Əllə rin­
də  kiçik  bayraq  olan  xüsusi  geyimli  yol  bələdçiləri, 
təzə  sərnişinlərin  biletlərinə  yoxlayıcı  nəzər  yetirib, 
yan  tərəfdən  içəri  buraxırdılar. Andranikin  başı  du­
manlı  olduğundan  yatdığı  kupenin  qapısı  yarıaçıq 
qalmışdı.  Səliqə  ilə  geyinib­kecinmiş  və  əlində  qara 
rəngli kiçik çamadan olan orta yaşlı sərnişin yatanın 
kim olduğunu bilməsə də, ona mane olmamaq üçün 
ehtiyatla soyunub başını yastığa qoydu. 
Dəmir  relslər  üzərində  şütüyən  vaqonların  yek­
nəsəq  taqqıltısı,  eyni  yerə  iki  bilet  alan  sərnişinlərlə 
yol  bələdçilərinin  mübahisəsi,  əllərində  gül,  siqaret, 
isti çörək, soyutma balıq stansiyada dayanıb matahını 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə