ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə32/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   28   29   30   31   32   33   34   35   ...   79

111
Daş y
ağan gün
Axşamtərəfi seyrək yağış yağıb tez də kəsdi. Yurd­
lara çökən duman­çən uzaqlara çəkildi. Yamyaşıl dağ­
larla  səma  arasını  qara  pərdə  kimi  kəsən  buludlar 
çəkilib gedəndən sonra ulduzlar sevinclə sayrışmağa 
başladı. Axşam yağışından sonra Qönçə xala yükdən 
yorğan­döşək çıxartdı. Yorulub əldən düşmüş yolçu­
lar  başlarını  yastığa  qoyan  kimi  yuxuya  getdilər. 
Nəcəf  yapıncısına  bürünüb,  ağılların  arasında  yerə 
sərdiyi nimdaş palazın üstündə uzanıb, qatırın pala­
nını da başının altına çəkdi. Hamıdan çox əzab­əziyyət 
çəkməsinə baxmayaraq, onun gözlərinə yuxu getmir­
di. Tuş olduğu acı taleyini, qarşıda onu gözləyən qara 
günlərini,  axır­aqibətini  düşünürdü.  Qatmaqarışıq 
fikirlər,  qara  sel  kimi  onu  amansız  girdabına  salıb 
daşlara, qayalara çırpa­çırpa hara isə aparırdı. Arme­
nak, Akop...  isti  çörək...  təzə  pendir...  sadə,  səmimi, 
xeyirxah insanlar... digər tərəfdə Andranik, Dro, Nij­
deh,  Hamazas...  qan­qada...  müsəlmanların  qənim­
ləri... Kəndimizi odlara qalayıb məni kimsəsiz qoyub, 
müsibətlərə  salan  insan  cəlladları. Armenakın, Ako­
pun nə günahı?! Onlar da mənim kimi çobanlıq edib, 
günlərini  dağda­daşda  keçirirlər.  Ancaq  nə  etməli?! 
Adları ermənidir. Kəndlərimizi dağıdıb evlərimizə od 
vuran andraniklərin mənsub olduğu millətdəndirlər. 
Onların da adı bədnamdır. Bəlkə Armenakın, Akopun 
əllərində əlac olsaydı, andraniklərin, nijdehlərin, dro­
ların  dərilərinə  saman  təpərdilər.  Çoban  olsalar  da, 
bayquş yuvasına çevrilən kəndlərimizi görəndə xə ca­
lət çəkir, erməni daşnaklarını dönə­dönə lənətləyirlər. 
Nəcəf nə qədər qurcalansa da, yata bilmədi. Dağın 
soyuğu onun canına işləmişdi. Ayağa qalxıb gecənin 
qaranlığında ora­bura əl atdı. Tapdığı at çulunu yor­
ğan  əvəzinə  üstünə  çəkdi  və  arxası  üstə  uzandı. 


112
Ə
li 
İld
ırı
m

lu
Gözləri intəhasız göyləri dolaşdı. Yenə də duman­çən 
qalxırdı.  Tək­tük  ulduzlar  görünürdü.  Nəcəfin  göz 
qapaqları  yavaş­yavaş  yumuldu.  Yuxular  aləminə 
düşdü.  Buludların  ətəyindən  yapışıb  dağların  qarlı 
zirvələrinə qalxdı. Keçib­gəldiyi düzlərə, köç yolları­
na  baxdı.  Köhnə  Həsənlinin  xarabalıqlarına  nisgilli 
nəzər saldı. Atası Cəbrayılla anası Mehriban əl­ələ ve­
rib  ermənilərin  yandırdığı  komalarını  düzəldirdilər. 
Evləri  yavaş­yavaş  həmişəki  bağlı­bağatlı  görkəmini 
alırdı. Atası Cəbrayıl oğlunu görəndə onun əlindəki 
çoban ağacını alıb kənara tulladı. – Əminin yanında 
qalıb çobanlıq etdiyin bəsdir, – dedi. Anası Mehriban 
biləndə ki, oğlu yatanda qatırın palanını yastıq yerinə 
başının altına qoyur, üstünə yorğan əvəzinə at çulu 
örtür, dizinə döydü. – Anan ölsün, bala! Gözlərim çı­
xeydi, səni bu gündə görməyəydim! – deyib, qan­yaş 
tökdü  və  sinəsinə  sıxaraq,  onu  əzizləməyə  başladı. 
Oğluna ürək­dirək verdi. – Erməniləri görüm, Allahın 
qəzəbinə  gəlsin!  Neçə  ildi  ana­bala  ayrı  düşmüşük. 
Gec də olsa, gəl səni məktəbə qoyaq, savadın olsun. 
Və ya başqa bir sənət öyrən. Dədən Cəbrayılla ürəyinə 
yatan bir qız tapaq, elçi göndərək, sənə toy vurduraq. 
Başqaları kimi sənin də ev­eşiyin, arvad­uşağın olsun. 
Nəvələrimizi  gəzməyə  aparaq,  bağımızdakı  mey və­
dən yığıb qabağına tökək. Nəvələrimizin iməkləməsini, 
yeriməsini, yüyürməsini görək. Rahat evin, isti ocağın 
olsun.  Mikayılın  danlaq­dansağından  canın  qurtar­
sın. Onun övladlarının əyin­başına baxıb həsəd apar­
mayasan. Gecələr Qönçə xalan özününkülərə yer sa­
lır,  sənsə  çöldə  ağılların  arasında,  mal­heyvanın  ya­
nında yatanda qəlblim qan ağlayır... Gəl, bala!! Har­
dasan,  mənim  Nəcəfim?!  Gözümün  işığı!!  Biz  ölmə­


113
Daş y
ağan gün
mi şik, qoymarıq sən cəhənnəmin əzabını bu dünyada 
çəkəsən!!
Nəcəf  qollarını  geniş  açıb  atasının  qucağına  atıl­
maq  istəyəndə  tappıltı  eşitdi.  Qoyunlar  hürküb  bir­
birinə qarışdı. İtlər ağız­ağıza verib hürüşdülər. Nəcəf 
səksənib yuxudan dik atıldı və tez ayağa qalxıb çoma­
ğına əl atdı. Sən demə, ağıla canavar təpib. İncəvara, 
itlər duyuq düşdüyündən qoyun­quzunun birini də 
apara  bilməyib.  Nəcəf  bir­iki  dəfə  fit  verib,  yenə  də 
palazın üstündə uzandı. Qatırın palanını başının altı­
na çəkdi. O, gördüyü şirin yuxunun təsirindən qurta­
ra bilmirdi. Bayaqdan bəri onu əzizləyən ata­anasını 
gözünün qabağına gətirib doluxsundu. Özündən asılı 
olmayaraq  hıçqırıb  ağladı.  Onun  göz  yaşları  qatırın 
palanına  hopmuşdu.  Nəcəfin  qəlbində  amansız  bir 
qəzəb alovlandı. İstədi ki, alaçıq qonşularına hücum 
çəkib, qabağına kim keçdi, hamısını qırıb məhv eləsin, 
Akopla Armenakı  da  qanına  boyasın. Ancaq  özünü 
ələ aldı və daxilən: “Səfehləmə, Nəcəf, sən də eşşəyə 
gücün çatmır, palanını döyəcləmək istəyirsən. Hünə­
rin varsa, andraniklərə, onun yolunu tutan əclaf ermə­
ni daşnaklarına gücünü göstər. Armenakın, Akopun 
nə  günahı?!  Bayaq  yediyin  isti  çörəyi  tapdamaq  ol­
maz. Axı, sən Andranik, Nijdeh, Hamazas, Dro deyil­
sən.  Məhəmməd  hümmətisən.  Neçə  ilin  qonşusuna, 
yaxınlıq  etdiyin  çoban  dostlarına  əl  qaldırsan,  onda 
erməni daşnakları ilə sənin nə fərqin?!”
Nəcəfin nəmli gözləri yumuldu. Soyuqdan o tərəf­
bu  tərəfə  çöndü.  Dizlərini  qarnına  qısdı.  Lakin  isin­
mədi.  “Təqsir  özümdədir.  Gərək  ölmüş  qoyunların 
bir­ikisinin dərisini qurudub saxlayıb, arandan gələn­
də at­eşşəyin üstünə atıb gətirəydim. Yatanda altıma 
sərərdim, başımın altına qoyardım, üstümə örtərdim. 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə