ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə31/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   27   28   29   30   31   32   33   34   ...   79

108
Ə
li 
İld
ırı
m

lu
dəfə xeyirdə­şərdə uzaqdan­uzağa görmüşdü. Qönçə 
xala üzünü oğlanlarına tutub:
– Cəddinə qurban olum! Seyiddi, – dedi, – nəfəsi 
ağırdı. O gedən yerdə qan bağlanır. Bütün bu el­obada 
ağanı tanımayan yoxdur. Hamı da yolunu saxlayır.
Taxıl zəmilərinin, hələ kərənti dəyməmiş biçənək­
lərin  arasınca  uzanıb  gedən  köç  yolunda  it  sahibini 
tanımırdı. Çoban­çoluq çalışırdı ki, mal­heyvan qarı­
şığa düşməsin. Hərə öz köçünün dal­qabağını kəsmiş­
di  ki,  qoyun­quzu  başqalarının  naxırına  qoşulub 
getməsin və yoldan çıxıb, sünbülü təzə dən tutan göy 
zəmilərə, biçənəklərə ziyan vurmasın. Ac itlər də bir 
tərəfdən boğuşub çobanların başını qatırdılar. Nəcəfin 
qurdbasan köpəyi bütün itlərə dov gəlirdi. İtlərin bo­
ğuşub, bir­birini əldən salması bəzən sahibləri arasın­
da söz­söhbətə səbəb olurdu.
...Yaşıl düzlər arxada qalmışdı. Gün batar­batmaz 
köç qum, çınqıl döşənmiş maşın yoluna çıxdı. Arxa­
dan  və  qarşıdan  gələn  yük  və  minik  maşınları  köç 
adamlarının işini çətinləşdirirdi. Çobanlar əllərindəki 
çubuqla  mal­heyvanı  döyəcləyə­döyəcləyə  aralayıb 
avtomaşınlara  birtəhər  yol  verirdilər.  Mənzilbaşına 
tələsən  sürücülər  deyinə­deyinə  maşının  sürətini 
azaldıb, köç sahiblərinin ünvanına latayır sözlər işlə­
dirdilər. Çobanlar da saymazlıq edib, maşını ilə hey­
vanı zədələyən sürücüləri söyüb­yamanlayırdılar. 
Köç adamları çətinliklə maşın yolunu keçib, axırı 
ki,  genişliyə  çıxdılar.  Nəcəf  əmisi  uşaqları  ilə  məs­
ləhətləşib, öz köçlərini irəlidəki dərədən axan suyun 
kənarındakı sakitliyə döndərdi. Onlar bu axşam bura­
da dincəlib, yeyib­içib, gecələyib sübh tezdən yolları­
na davam etməli idilər. Qönçə xala yaxınlıqdakı bula­
ğın başında palaz açıb, yüngülvarı süfrə dü zəltdi. Da­


109
Daş y
ağan gün
ğarcıqdan beş­altı büküm yuxa çörək çıxardıb ortalığa 
qoydu. Qatıq yığdığı tuluqdan mis badyaçaya, üzündə 
dənəvər yağ olan ayran tökdü. Qaymaqlı qatıq, yol­
boyu  qatırın  belindəki  tuluqda  çalxalanıb  ayran  ol­
muşdu. Qönçə xala motaldan dələmə pendir çıxartdı. 
Köçə başları qarışdığından yeməyə macal tapmayan 
ac yolçular iştahlarını öldürüb ayağa qalxdılar. Hərəsi 
bir tərəfdə altına paltar­palaz çəkib yorğun­arğın yu­
xuya getdi. Dan ulduzu parlayanda ulaqlar təzədən 
yükləndi. Nəcəf sürünü köç yoluna çıxartdı. Yüklü at, 
qatır,  öküz  də  onun  arxasınca.  Onların  getdiyi  dağ 
yolu cərgə ilə tikilmiş üstü qırmızı taxtapuşlu binala­
rı, enli küçələri heyrət doğuran Gorus şəhərinin kəna­
rından keçir. Tağyurd, Qanlıca, Üçtəpə dağları sonra­
dan­sonraya Ermənistan ərazisi sayılsa da, Araz qıra­
ğından üzübəri bütün Azərbaycan rayonlarının yurd 
yeri dədə­babadan bu yaylaqlarda yerləşir. İstər azər­
baycanlı olsun, istər erməni, dağ adamları alaçıqlarını 
eyni  yaylaqda  qururdular.  Mal­qara  da  eyni  örüşdə 
otlayırdı. Bu ulu dağlar dini, dili müxtəlif olan insan­
ları bir­birindən ayrı tutmur, arada ayrı­seçkilik qoy­
mur,  ögeylik­doğmalıq  eləmir.  Saf  ab­havasını,  buz 
bulaqlarını,  sərin  mehini,  bəyaz  qarını  heç  kimdən 
əsirgəmir. Görünür, ona görədir ki, dağ ucalıq rəm­
zidir.  Hamı  onun  saf,  sərin,  ətirli  qoynuna  can  atır. 
Burada  ömür­gün  sürən  məxluqat  da  o  dağlar  kimi 
bir­biri ilə mehriban davranır. Qış qapını kəsəndə də 
Ermənistanın heyvandarları arana üz tutur, Azərbay­
can torpaqlarında qışlayırdılar. Yüz illərdi bu sadə in­
sanlar  bir­birinə  əl  tuturdu.  Di  gəl  ki,  lənətə  gəlmiş 
erməni xainləri suyu bulandırıb, aranı qarışdırır, orta­
lığa düşmənçilik toxumu səpməkdən usanmırdılar.


110
Ə
li 
İld
ırı
m

lu
Nəcəfgilin köçü hay­küylü Gorus şəhərini arxada 
qoyub  Üçtəpəni  aşdı.  Günün  axırında  dədə­baba 
yurdları  olan  Qanlıca  yaylağına  çatdılar.  Hələ  qarı 
getməmiş təpələrin arasında bir­birindən aralı alaçıq­
lar görünürdü. Nəcəf sürünün qabağını bir qədər aşa­
ğıdakı, hər il köçdükləri köhnə yurda döndərdi. Neçə 
il bundan qabaq daş hasara alınmış ağılları ot basmış­
dı. Ocaq daşlarının biri də yerindən tərpənməmişdi. 
Qonşuluqda Ermənistanın Muğancıq, Goru kəndlərin­
dən olan erməni heyvandarları alaçıq qurmuşdu. On­
lar iki həftə qabaq yaylağa çıxmışdılar. Çoxdan ayrı 
düşən  yurd  qonşuları  bir­biri  ilə  xoş  əhvali­ruhiyyə 
ilə görüşdülər. Nəcəfin çoban yoldaşları onu dövrəyə 
aldı.  Həmişə  bir  yerdə  qoyun  otardığı  Armenak  və 
Akop Nəcəfi görəndə şad oldular. Burada yurd salan 
dini ayrı, dili ayrı insanlar da, onların yırtıcı köpəkləri 
də sanki demək istəyirdilər ki, aramıza ədavət salan 
daşnak xislətli andraniklərin, nijdehlərin, hamazasla­
rın,  droların  nəsli  kəsilsin.  Bizi  dinc  yaşamağa  qoy­
murlar.
Dağların başında qara duman getdikcə sıxlaşırdı, 
tək­tük yağış atırdı. Nəcəf əmisi uşaqları ilə köməkləşib 
tez­tələsik alaçıq qurmağa başladılar. Akopla Arme­
nak əllərindəki işi qoyub onlara köməyə gəldilər. Ala­
çığın  içi  bir  göz  qırpımında  səliqə­sahmana  salındı. 
Yerə xalı­xalça döşəndi. Baş tərəfdə yük qurub, üstünə 
naxışlı  kilim  çəkdilər.  Dana­buzov  bağlamaq  üçün 
alaçıqların yan­yörəsinə mıx çalındı. İş heyvanlarına 
axur düzəldildi. Armenakla Akopun anaları Nəcəfgilə 
sacdan təzə çıxan isti çörək, təzə pendir göndərdilər. 
Qönçə  xala  da  əvəzində  aranın  matahından  onlara 
pay göndərdi.


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə