ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə30/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   26   27   28   29   30   31   32   33   ...   79

104
Ə
li 
İld
ırı
m

lu
geyirlər. Bir də ki, ay oğul, biz kənd adamıyıq. Hər 
gün  dağda­daşdayıq,  dərə­təpəyə  çəkmə  dözər?!  O 
cəhət dən  saa  halal  olsun.  Elə  olur  ki,  ayda  bir  dəfə 
məndən  gön  istəmirsən.  Həmişə  yamaqlı  çarıq 
geyirsən. Dağılan yerini də özün yamayıb düzəldirsən. 
Düzünü də sən eləyirsən. Gərək adam yorğanına görə 
ayağını  uzatsın.  Dədə­babadan  çarıq  geyinirik.  Yəni 
çarıq  geyənlər  səndən­məndən  əskik  adamlardır? 
Beş­on qoyunumuz var deyə, mənimkilər yerə­göyə 
sığmır. Özlərini elə aparırlar ki, guya göydən zənbillə 
düşüblər.
Mikayıl gündə bir təbə düşürdü. Onu nə güləndə 
üzünü gör, nə də ki qanı qaralanda. İndi də qoyun­
quzunu gümrah görüb kefi durulmuşdu. Dünənəcən 
adam yerinə qoyub, kəlmə kəsmək istəmədiyi qardaşı 
oğlu ilə indi tay­tuş kimi danışırdı. Sabah iki qotur ke­
çinin qıçı qırılsa, Allah bilir, Mikayıl hansı havanı ça­
lacaq?! Gözünü yumub, ağzını açıb Nəcəfə itin sözü­
nü  deyəcək.  Yenə  cin  atına  minib  deyəcək  ki,  dava 
vaxtı  başqaları  doğma  balasını  qoyub  qaçanda,  səni 
gavurun əlindən qurtaran mən olmuşam.
Nəcəf əmisinin xasiyyətinə öyrəşmişdi. Bilirdi ki, 
onun qardaşı oğluna qarşı canıyananlığı da var, heç 
nəyin  üstündə  elədiyini  başına  qaxıb,  yediyini  bur­
nundan  gətirib,  üzünə  itin  sözünü  deməyi  də.  Ona 
görə də əmisinin bir kəlməsini iki eləmirdi. Başını aşa­
ğı salıb, qabağında qolubağlı qul kimi dayanmaqdan 
başqa  çarəsi  yox  idi.  O  ki  qaldı  Zəriş  məsələsinə, 
əmisinin məsləhətləri ağlına batmırdı. O barədə əmisi 
uşaqları  Nəcəfə  ucundan­qulağından  danışmışdılar. 
Zərişin hansı yuvanın quşu olduğundan xəbərdar idi. 
Zəriş  əmisinin  dediyi  kimi,  əməlisaleh  qız  olsaydı, 
əvvəlcə közü öz qabağına çəkərdi. Oğlanları dura­du­


105
Daş y
ağan gün
ra yağlı əlini mənim başıma çəkməzdi. Sən demə, ötən 
il də belə bir söhbət olub. Mikayıl Qönçə ilə diz­dizə 
oturub belə məsləhətə gəliblər ki, Zərişi oğlanlarının 
birinə alsınlar. Sonra qız barədə qulaqları nə çalıbsa, 
bu söhbəti biryolluq yığışdırıblar. Sözün yanlışı olar, 
yalanı yox. Zərişi əvvəlcə qapıbir qonşusu olan Bay­
ram adlı oğlan istəyirmiş. Ancaq yalan­gerçək, kəndin 
poçtalyonu ilə adı çıxdığına görə Bayramın Zərişdən 
qəlbi sınıb. O gündən Bayram ata­anasına deyib ki, iti 
görüm,  qurdu  görüm,  Zərişi  yox.  Niyəsini  də  açıb­
ağartmayıb. El ağzı – sel ağzı. Zərişin adı pisə çıxdığı­
na görə kənddəki cahıl­cuhulun biri də ona yaxın dur­
murdu. Ona görə Qönçə qurub­qoşub Mikayılın başı­
nı doldurub ki, guya deyilənlərin hamısı düşmən sö­
züdür. Zəriş aydan arı, sudan duru bir qızdır. Nəcəf 
də bizim sözümüzdən çıxmaz. Evlənəndən sonra ərli­
arvadlı  əlimizin  altında  işlədərik.  Zəriş  oralarda  nə 
qələt eləyib eləyib, burada gözümüzün qabağındadı, 
ayağını  ayağının  üstünə  qoya  bilməz.  Bir  də  ki, 
Nəcəfin evi yox, eşiyi yox, lütün biridir. Ona qız verən 
kimdir? Əslində Zəriş Nəcəfin xörəyi deyil. İntəhası, 
qız  evdə  qalıb  qarımaqdansa,  yaxşı­pis,  birinə  getsə 
yaxşıdı.  Bir  də  ki,  Zəriş  kimi  boylu­buxunlu,  gözəl­
göyçək qız hə deyib, boyun olsa, Nəcəf papağını göyə 
atsın. 
Mikayıl da qayıdıb ki, əvvəla, Zəriş namuslu qız­
dır.  Onun  barəsində  deyilənlərə  inanmıram.  Bilsəm 
ki, doğrudan da Zəriş ayağını əyri qoyur, mən özüm 
onun  ətini  kəsərəm.  Bir  də  ki,  at  mənim  altımda 
büdrəməsin, Nəcəf onun ipini yığandan sonra Zərişin 
həddi nədir cızığından çıxsın. 
Nəcəf bu söz­söhbətləri eşitdikcə daxilən sarsılır­
dı. Ancaq hələlik bu haqda heç kəsə heç nə demirdi. 


106
Ə
li 
İld
ırı
m

lu
Fikirləşirdi ki, bəri başdan darımı kola tökməyim. Köç 
vaxtı  yaxınlaşır.  Qoyunları  yaylağa  apararam,  sağ­
salamat  arana  qayıdandan  sonra  nə  bilmək  olar. 
Əmim bəlkə Zəriş barədə fikrini dəyişdi. Heç Zəriş də 
oturub  gözləməz.  Ya  özü  kimisinin  birinə  qoşulub 
gedər, ya da tanımayanın birinə verərlər. Mənim də 
yaxam bu əskik işdən qurtarar. Bir də ki, hələ qabaq­
da əsgərlik məsələsi var. Qismət ilahiynəndir. Bərkə 
düşsə, oralarda ilişib qalaram. Hara getsəm çobanam. 
Dünya xali deyil. Bir insaflı adam tapıb onun qoyun­
quzusuna baxaram. Günüm xoş keçsə, oralarda öm­
rümü başa vuraram. Düzdür, vətən şirin şeydir. An­
caq  neynəmək?  Mənimki  də  belə  gətirib.  Əmimin 
danlaqlı çörəyini yeyib, üstəlik də, pis ad çıxaran bir 
qızla evlənib binamusluğu boynuma götürməkdənsə, 
yad ölkədə ölüb qalmaq yaxşıdır. Məni ata­ana üzünə 
həsrət qoyan ermənilərin balası ocağa düşsün. Bu gen 
dünyanı  mənə  dar  eləyiblər.  Bir  canıyananım,  qey­
dimə qalanım yoxdur. Ermənilər ata­anamı əlimdən 
alıb.  Qönçə  xala  da  əmimi  qızışdırıb  haqq­nahaq 
namus­qeyrətimi ayaq altına salmaq istəyir. 
Nəcəf əmisinin sözlərini qəlbində saf­çürük eləyib, 
gecə­gündüz xiffət çəkirdi. Lakin yüz fikir bir borcu 
ödəmir. Artıq yaz yarıdan keçmişdi, el­oba dağa ha­
zırlaşırdı. Gilas qızarmamış köç yola düşməli idi. Mi­
kayıl  bağ­bostan  dərdindən  həmişəki  kimi  aranda 
qalmalı oldu. Bağ­bostan o tərəfə qalsın, ev­eşiyi də 
sahibsiz qoymaq olmazdı. Tərs kimi son günlər hava­
lar  bürkülü  keçirdi.  İstidən  nəfəs  almaq  olmurdu. 
Axırda Mikayıl dilə gəlib dedi ki, günü günə satıb yu­
banmaq olmaz, təcili dağa çıxmaq lazımdır.


107
Daş y
ağan gün
* * *
...Axşam fərməşlər qabqarıldı. Alaçıq çubuqlarını, 
keçəni,  paltar­palazı,  qab­qacağı  yükləmək  üçün  iki 
öküz,  bir  qatır,  iki  ulaq  ayrıldı.  Qönçə  xala  axta  ata 
yüklənmiş qoşa fərməşin arasında oturdu... Oğlanla­
rından biri atın yedəyini çəkir, o biriləri də əllərində 
çubuq yüklü ulaqları sürürdülər. Nəcəf qoyun­quzu­
nu təkbaşına aparırdı. Qəzili yernən sürünən ala erkəc 
sürünün  qabağını  çəkirdi.  Nəcəf  arxada,  itlər  də 
ləhliyə­ləhliyə yan­yörədə gedirdi.
Həsənli  dərəsindən  düzə  çıxanda  hava  işıqlandı. 
Artıq  it  qurddan  seçilirdi.  Ətraf  aydın  görünürdü. 
Köç yolunda mal­heyvanın əlindən tərpənmək olmur­
du. Qucağı uşaqlı bir qadın altındakı kəhər atı sağa­
sola səyirdib, qarışığa düşüb, itən balalı inəyini soraq­
layırdı.  İrəlidəki  aşırımda,  kövşən  qoruqçuları  ilə 
tərə kəmə çobanları arasında dava­dalaş qalxmışdı. Qa­
ro vulçular qollarına bəlgə dolamışdı. Tərəkəmə çoban­
ları  çomaqlarını  başlarının  üstünə  qaldırıb  mənəm­
mənəm deyirdilər. Onlar bir­birinə hərbə­zorba gəlsə 
də, hökumətin qorxusundan cəsarət eləyib dəyənək­
lərini işə salmırdılar. Bilirdilər ki, dalda­qabaqda köçə 
nəzarət eləyən milis işçiləri var. Kim həddini aşsa, çiy­
ni paqonlulardan yaxa qurtara bilməz.
Səmənd atın belində gedən nurani bir kişi köçdən 
ayrılıb onlara yaxınlaşanda elə bil qurbağanın gölünə 
daş atdılar. Kövşən qarovulçuları ilə çobanlar ağsaq­
qal atlını görən kimi qolları yanlarına düşdü. Yaşlı kişi 
onlara nə cür təpindisə, hər iki tərəf geri çəkildi. Söz­
söhbət bununla da bitdi. Nə ortada qan töküldü, nə 
də ki, paqonluların bu işə qarışmasına ehtiyac qaldı. 
Qönçə  xala  abırlı,  ağayana  kişini  tanıdı.  Onu  bir­iki 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə