ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə23/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   19   20   21   22   23   24   25   26   ...   79

80
Ə
li 
İld
ırı
m

lu
İndi gəl, əmimə cavab ver görüm, necə verirsən?! Sən 
hələ əmimə yaxşı bələd deyilsən. Bir qoyunun burnu 
qanayanda az qalır dünyanı dağıtsın. Hansını deyim? 
Dərd birdi, ikidi?! Allah ermənilərin evini yıxsın. Ata­
anam sağ olsaydı, başımı bu cür cəncələ salıb, səhər­
dən­axşamacan dərə­təpəyə düşüb qoyun­keçi qova­
lamazdım. Yaşıdlarım kimi rahat bir işin qulpundan 
yapışıb başımı birtəhər dolandırardım. O gözəgö rün­
məz kişi ermənilərin bəlasını versin. 
Nəcinin  giley­güzarına  qulaq  asdıqca  qəlbimin 
həssaslığında yaranan ağır nisgil mənə daxilən əzab 
verirdi.  Onun  qarşısında  lal­dinməz  dayanıb  dedik­
lərini ürəkağrısı ilə dinləyirdim. Birdən Nəci fikrə get­
di, sonra özünü danlamağa başladı. – Eh, illaf başımı 
itirmişəm. Bilmirəm mən axmaq bu sözləri niyə de­
dim?  Guya  ki,  tüfəng  götürüb  məni  yetim  qoyan 
ermənilərdən qisas alansan?! Və yaxud əminin başına 
ağıl qoyansan?!
Nəci özünə etiraz edirmiş kimi:
– Bir tərəfə baxanda da əmim barədə gileylənməyə 
haqqım yoxdur. Yuxarıda Allah var. Ermənilər kəndə 
doluşanda, anam məni evin qabağındakı bağda yüy­
rüyə  qoyub  yelləyirmiş. Ara  qarışanda  anam  başıa­
lovlu özünü evə təpir. Elə həmin dəqiqə ermənilər evi 
gülləbarana tutub, sonra da yandırırlar. Evdəkilərdən 
biri də salamat qurtarmır. Əmim xəlvəti özünü bağa 
verib  ağacların  arasınca  qaçanda  çığırtımı  eşidib, 
məni  bələk  qarışıq  çuxasına  büküb  aradan  çıxardıb. 
Yadın nə vecinə?! Yenə necə olsa, əmidir, canı yanma­
sa, özünü oda­alova atıb məni ermənilərin caynağın­
dan  qurtarmazdı.  Məni  döysə  də,  söysə  də,  atamın 
yerini  verməsə  də,  əmi  əmidir.  Xasiyyəti  bir  balaca 
tünd olsa da, gərək dözüm. Hərdən hirslənəndə elə­


81
Daş y
ağan gün
di yini başıma qaxıb deyir ki, qurban olasan mənə. Ol­
masaydım, ermənilər o biri bacı­qardaşların kimi səni 
də  çoxdan  gəbərtmişdi.  İndi  Nəcəf  adda  adam  yox 
idi.  Qudurub  yolundan  çıxma.  Bu  işıqlı  dünyada 
mənim hesabıma baş gəzdirirsən. Amma qoyunlarımı 
otarmağa can çəkirsən. Düz sözə nə deyəsən?! Əmim 
imdadıma yetməsəydi, ermənilər məni nizənin ucuna 
keçirərdi. Ona görə bu günümə də şükür eləməliyəm. 
Erməni  cəl ladlarının  əlindən  sağ­salamat  qurtarmı­
şam, doyunca çörək yeyirəm, yağ­yavanlıqdan korlu­
ğum  yoxdur.  Bu  dağlarla,  dərə­təpələrlə  həmdərd, 
həmsöhbət olmuşam. O ki qaldı buynuzlu qoça, yəqin 
ki, əmim bir gün insafa­mürvətə gəlib onun da əvəzini 
verər. Qoçdan ötəri əmimlə üz­göz olum?! Yox, buna 
nə gücüm çatar, nə də ki haqqım. Buynuzlu qoçu da 
elə bilərəm canavar yeyib. Ancaq canavara qismət ol­
saydı,  nə  dərd  idi?!  Məni  o  qədər  də  yandırmazdı. 
Çünki  canavar  ata­baba  kəndimizi  yandırıb­yaxan 
ermənilərdən min kərə insaflıdır.
Nəci  bütün  bu  giley­güzarlardan  sonra  qolunu 
boynuma saldı:
– Məni qınama, – dedi. – Dərdimi, ürəyim qızan 
bir adama danışanda xeyli yüngülləşirəm. Yaşca kiçik 
olsan  da,  görürəm,  məni  böyüklərdən  yaxşı  başa 
düşür sən, halıma yanırsan. Bir də ki, ağıl yaşda deyil, 
başdadır.  Axı  sən  kitab  oxuyursan,  əzbərdən  şeir 
deyir sən. Mənə müəllimlik də etmisən. Kitab oxuya­
nın hər şeydən başı çıxır. Ona görə də həmişə dərdimi 
sənə  danışıram.  Boynuma  alım  ki,  kitab  oxuyandan 
sonra xeyli ayılmışam. Dünyanın gedişatını indi­indi 
anlayıb başa düşürəm. Yoldan keçən bir avtodükan­
dan o qədər kitab almışam ki, oxuyanda adama ləzzət 
eləyir.  İstəsən  sənə  də  verərəm. Ancaq  qoyun­quzu 


82
Ə
li 
İld
ırı
m

lu
macal  vermir  ki,  aldığım  kitabları  rahatca  oxuyub 
başa çatdırım.
Nəci  sözünə  ara  verib,  çantasındakı  mis  camı  çı­
xartdı. Yaxınlıqdakı sağmal qoyunlardan birini paça­
ladı. Qoyunun yelinini necə sıxdısa, mis cam bir göz 
qırpımında ağzınacan dolub köpükləndi. Bu dəfə cam 
dolusu  südü  bulağın  gözündə  soyutmadan  isti­isti 
mənə uzatdı. – İç, – dedi. – Qısır qoyunun südü ələ 
düşməz. Südü içib əlimin dalıyla dodağımın köpüyü­
nü sildim. Ayaqüstü qonaqlıqdan sonra Nəci dərdini 
dağıtmaq, həm də məni şənləndirmək üçün ala­bəzək 
tütəyini çıxardıb çalmağa başladı. Tütəyin səsini eşi­
dəndə elə sevindim ki! Bunu Nəci də hiss etdi. Onun 
vəcdlə çaldığı tütəyin səsi eşidiləndə elə bil bir­birinə 
sığınan dağlar, təpələr, yaşıl­yaşıl meşələr lal sükuta 
dalmışdı. Örüşlərə yayılan qoyun­quzu, Təzə Həsən­
linin yeganə çalğı aləti olan və Köhnə Həsənlinin sa­
ğalmaz  dərdlərini  tərənnüm  edən  ala­bəzək  tütəyin 
sehrinə  dalıb,  yerlərindən  tərpənmədən  sakit­sakit 
göv şək vururdu.
Nəci mənə tərəf dönüb dərin bir sirr açırmış kimi:
– Qanın qaralmasın, səndən nə gizlədim?! – dedi. 
– Rayondan kağız gəlmişdi. Məni əsgərliyə çağırırlar. 
Əmim  oğlunun  əsgərlik  yaşı  çoxdan  çatıb.  Amma 
əmim  beş  qoyun  verib  “neqodnıy”  elətdirib,  onu 
apar  mırlar. Vayenkomda məni yoxlayanlar dedilər ki, 
bu çağırış saxlayırıq, gələn payız mütləq getməlisən. 
Bu işlərdə əmimin barmağı var. Vayenkomdakıların 
çoxu əmimin yanında boğazdılar. Ona görə də əmimin 
dediyi yeriyir. Əmimin məni builki çağırışdan saxlat­
dırmaqda məqsədi odur ki, qoyunu üzümüzə gələn 
qışdan çıxardım, gələn yaz yaylağa aparım. Qayıdan­
dan sonra əsgər gedərəm. Onacan da özünə bir çoban 


83
Daş y
ağan gün
pəsənd  eləyər.  Əmimin  sözü  hər  yerdə  keçir.  O  da 
qaşına­gözünə  görə  deyil.  Varına­puluna  görədir. 
Təkcə yundan bilirsən ildə nə qədər qazanır. Allah ta 
artıq eləsin. Kölgəsi qalın olsun. Əmimdir, ətimi yesə 
də,  sümüyümü  atmaz.  Məni  ermənilərin  caynağın­
dan  qurtarıb.  İtirsəm,  verdiyi  çörək  gözümə  durar. 
Məni  bu  çağırış  saxlatdırıb,  ona  da  şükür  eləyirəm. 
Bəlkə  onacan  bəxtim  gətirdi.  Qoyunların  biri  üçəm 
doğdu. Dişisinin birini götürüb, əsgərlikdən qayıdan­
dan sonra bala­bala çoxaldaram. Ayrıca qoyun sürüm 
olar.  Əmim  pəl  vurmasa,  bir  ucdan  satıb,  ev­eşik 
düzəldərəm,  özümə  koma  qaraldaram.  Evlənərəm, 
arvad­uşağım  olar.  Ya  qismət...  Əvvəlcədən  demək 
mənə düşmür. Hələlik səbir eləyim. Görüm, bu işlərin 
axırı nə olur. Hələ qabaqda əsgərlik məsələsi var. Mən 
əsgərlikdən  qorxmuram.  Elnən  gələn  qara  gün  toy­
bayramdır.  Camaat  necə,  mən  də  elə.  Orası  var  ki, 
urusun  dilini  bilmirəm.  Bir  də  ki,  hardan  bilim? 
Ömrümdə  kənddən  qırağa  çıxmamışam.  Getdiyim 
yer dağlardır, gəzdiyim də Həsənlinin yal­yamacı. Bu 
yaşımacan  şəhər  üzü  görməmişəm.  Şəhər  haqqında 
ondan­bundan eşitmişəm. Amma əsgərliyin yaxşı tə­
rəfi də var. Gedənlər gümrah qayıdır. Bəndalı adlı bir 
dostum var. İki il bundan qabaq köç vaxtı tanış olmu­
şuq.  Özü  də Arazqırağı  kənddəndir.  Əfəlin  biri  idi. 
Ağzı söz tutmurdu. Əsgərliyə gedib qayıdanda tanı­
madım. Ağıllı­başlı adam olmuşdu. Bəndalı əsgər lik­
dən qəribə­qəribə şeylər danışırdı. Özü də əsgərliyini 
Urusetin soyuq olan yerində çəkib. Deyir ki, sübhün 
gözü  açılmamış  qəməndirimiz  bizi  yerimizdən  dur­
ğuzdurub  cərgəyə  düzürdü.  Qaçırdırdı,  dizin­dizin 
süründürürdü, uzun­uzun dirəklərin üstündən hop­
pandırırdı.  Neçə  dəfə  də  əyilib­qalxırdıq.  Sonra  da 


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə