ƏLİ İldirimoğlu daş yağan gün Redaktor: Nadir Məmmədli



Yüklə 10,49 Kb.
Pdf görüntüsü
səhifə24/79
tarix18.06.2018
ölçüsü10,49 Kb.
#49713
1   ...   20   21   22   23   24   25   26   27   ...   79

84
Ə
li 
İld
ırı
m

lu
qurşağadək  soyunub  yuyunurduq.  Canımız  qıpqır­
mızı qızarınca məhrəba ilə qurulanırdıq. Bəndalı de­
yir ki, ondan sonra adam quş kimi olur. Məşq eləməyin 
də, yeməyin də, yatmağın da, istirahətin də öz dəqiq 
vaxtı var. Bircə saniyə tez və ya gec olmaz. Siftə­siftə 
əlim  tüfəngə  yatmırdı.  Sonra  elə  öyrəşdim  ki,  quşu 
gözündən vururdum. Qəməndir həmişə məni tərifl ə­
yirdi. Deyirdi ki, malades, Bəndalı, ananın südü saa 
halal olsun. Bəndalı oraları yaman tərifləyir. Deyir ki, 
adam elə ölüb­qala oralarda. Ancaq vətən şirin şeydir. 
Harda  olsan,  adamı  çəkib  gətirir.  Bəndalı  pəhləvan 
kimi olmuşdu. İkinci il dağ vaxtı görüşəndə gözlərimə 
inanmadım. Bəndalı o Bəndalı deyildi. Gördüm dos­
tum dal vəli sürür. Boğazı uzanıb, üzünü tük basıb, 
ovurdları batıb. Elə bil yatalaqdan durub.
Biz bütün bu söz­söhbətlərdən sonra əsl mətləbə 
keçdik.  Nəciyə  dedim  ki,  sentyabra  iki  gün  qalıb. 
Üzümüzə gələn ayın birindən məktəbə getməliyəm. 
Buralarda məktəb olsaydı, nə dərdidi?! Odur ki, ata­
mın yanına qayıtmalıyam. Orda məktəb var. Özü də 
evimizin beş addımlığındadır.
Nəci ayrılmağımıza məyus olsa da, özünü şən gös­
tərməyə çalışırdı. Dedi ki, məktəb yaxşı şeydir. Ordan 
çıxan adam olur. Daşnakların evi yıxılsın. Sahibim ol­
saydı, mən də oxuyub bir yana çıxardım. Tay günüm 
bu çöllərdə keçməzdi.
Nəci  kədərli  köks  ötürüb:  ­Allahın  kərəminə  şü­
kür, – dedi. – Yəqin yazı yazan belə məsləhət görüb. 
Bir halda ki, gedirsən, yaxşı oxu, – əlavə etdi. – Qoy 
səs­sorağın  yaxşı  gəlsin.  Məşhədə,  Kərbəlaya  gedib­
gələn lərin  deməsinə  görə  qiyamət  günündə  alimin 
mürək kəbiy nən şəhidin qanı bərabər tutulur. Bir gün 
elmlə məşğul olanın savabı, qırx gün ibadət eləyənin 
savabına bərabərdir. 


85
Daş y
ağan gün
Nəci bu sözləri deyib əlini üzünə çəkdi:
– Ancaq etibarsız olma, buralara ayağın düşəndə 
məni də itirib­axtararsan, – dedi. – Əsgərliyimi çəkib 
gələndən  sonra  mən  də  səni  axtararam.  Onda  evim 
olar, səni qonaq eləyərəm, qabağında quzu kəsərəm.
İstədim Qarğı bulağında, Köhnə Həsənliyə oxşa­
yan kənd saldığımı Nəciyə açıb­danışım və dostum­
dan xahiş edim ki, mənim balaca kəndimdən muğa­
yat olsun. Ancaq fikrimdən daşındım. Düşündüm ki, 
dostum üzümə vurmasa da, ürəyində məni qınayar 
və deyər ki, mən bunu ağıllı­başlı oğlan bilirdim. Bu 
ki başdan seyrəyin biriymiş. Gör dərdimi kimə deyi­
rəm, ee?! 
Nəcinin belə düşünə biləcəyini mülahizə edib ba­
laca kəndimin üstünə gəlmədim. O barədə Nəciyə bir 
kəlmə də söz demədim. Daha doğrusu, Nəcinin mənə 
olan  inamını  qırıb,  onu  peşman  etmək  istəmədim. 
Nəcinin təsəvvür etdiyi kimi davrandım. Onnan gö­
rüb­götürmüş, düşüb­çıxmış, yekə kişilər kimi xuda­
ha fizləşdim. 
Nəci tənhalaşdığı üçün kövrəldi. Bir neçə addım 
getməmişdim  ki,  qulağıma  yanıqlı  tütək  səsi  gəldi. 
Mən bir daha geri baxmadan addımlarımı yeyinlədib 
Nəcidən uzaqlaşdım.
* * *
Səhəri ata kəndimə yola düşməli idim. Dayım iş 
adamı olduğu üçün babamla getməli oldum. Həmin 
axşam qoca nənəm sapılcada əyirdək qızartdı. Sonra 
sacarası  bişirdi.  Məktəbə  getməyim  münasibətilə 
düzəltdiyi  şirinliyi  naxışlı  xurcuna  qoyub,  arxayın 
düşdükdən sonra mənə bir­iki kəlmə söz dedi:


86
Ə
li 
İld
ırı
m

lu
–  Get,  məktəbin  xeyirli  olsun.  Amma  yaxşı  oxu. 
Peyğəmbərimiz buyurub ki, elm Çində də olsa, arxa­
sınca get. Yoxsa dayın kimi?! Bir elə xərc­xəsarətin qa­
bağında ciç eləyib qayıtdı üstümüzə. Qalada bir he­
sabdarlıq oxuyandan sonra məktəbin daşını biryolluq 
atdı. İndi o kənddə, bu kənddə hesabdarlıq eliyir. Di­
zini yerə qoyub axıracan oxusaydı, beş adamın biriy­
di, indi hamı onu barmaqla göstərirdi.
Səhər çay­çörəyindən sonra babam qəmər madya­
nın belinə aşırıldı. Sonra əlimdən yapışıb məni tərkinə 
aldı. Yolağadan çıxanda qocam dilinin altında nə isə 
deyib arxamızca bir cam su atdı.
Biz Təzə Həsənlidən bir qədər aralanandan sonra 
Köhnə  Həsənlinin  kalafalıqları  göründü.  Başqa  bir 
yol olsaydı, babam bəlkə də buradan at sürməzdi. Ba­
bam uçuq evlərə göz gəzdirib:
– Erməni daşnaklarını lənətə gəlsin. Minillik kəndi 
gör  nə  günə  qoyublar?!  –  Öz­özünə  deyindi.  –  Elə 
bilirsən  ki,  onlardan  az  adam  öldü?  –  Əlavə  etdi.  – 
İntəhası, gavur üstümüzü qəfil aldı. Onlar silahlanmış 
nizami ordu, biz də əliyalın. Otuz­qırx adamın dayan­
doldurumu  vardı.  Ondan  da  nə  çıxar?  Qırmalı  ilə 
neynəmək olar? Heç nə!.
İrəlidəki dəyirmana çatanda babam:
– Köhnə dəyirmandı, – dedi. – Hacı Firidunun ba­
bası  tikdirib.  Dava  vaxtı  necə  olubsa,  ermənilərin 
gözündən  yayınıb  qalıb.  Ətraf  kənd­kəsəyin  çoxu 
dənini burda üyüdür.
– Babam bunu deyib ata bir qamçı çəkdi. Qəmər 
madyan qabaqdakı arxdan sıçrayıb rahat yola düzəldi. 
Babam bu yolları çox getmişdi. Onda cavanıdı, qoça­
qıdı, gücünə güc çatmırdı. Özündən deyən cahıl­cu­
hul qolunu qatlaya bilməzdi. Dünyanın dərd­sərindən 


87
Daş y
ağan gün
uzaq idi. Dolu çuvalı təkəlli götürüb ulağın belinə vu­
rurdu. Atı minəndə heç vaxt ayağını üzəngiyə keçir­
məzdi.  Yəhərin  qaşından  yapışıb  quş  kimi  köhlənin 
belinə qalxırdı. İndi həmişəki vaxtı deyildi. Saç­saq­
qalı ağarmışdı. Yaş onu haqlamışdı. Özünün deməsinə 
görə doxsanın içindəydi. Buna baxmayaraq, canı su­
luydu.  Azar­bezar  nə  olduğunu  bilmirdi.  Ağrı­acısı 
olsa  da,  onu  heç  kəsə  bildirmirdi.  Üz­üzə  dayanan 
dağlar isə əsla dəyişməmişdi. Babamın cavanlığında 
necə idisə, elə də qalmışdı. Nə qədər qalın qar yağsa 
da, başını duman, çiskin alsa da, ildırımlar çaxsa da, 
toplar­tüfənglər guruldasa da, dağların halına təfavüt 
eləmirdi. Bu dağlar min il idi, milyon il idi məşəqqətlərə 
dözürdü.  Bax,  beləcə  uca,  əzəmətli,  vüqarlı,  lal­din­
məz dayanmışdı. Dillənsə, bəlkə də çox şey deyərdi. 
Deyərdi ki, ey Tanrının yaratdıqları, qəflət yuxusun­
dan ayılın! Bilin və agah olun ki, bu dünyada müvəq­
qətisiniz. Axirət dünyasını yaddan çıxartmayın! Bəd 
əməllərdən  çəkinin.  Bir­birinizə  qənim  kəsilməyin. 
Əlinizə  pul,  mal­dövlət  düşəndə  yolunuzdan  çıxıb 
Tanrınıza  təpik  atmayın.  Gözünüz  dünya  malından 
doymur. O gözlər ki, öləndə bir ovuc torpağa möhtac 
olur.  Allah­taala  sizə  gecəli­gündüzlü,  aylı­ulduzlu, 
çaylı­çeşməli, aranlı­yaylaqlı... bir dünya bəxş eləyib, 
min bir nemət qismət edib. Ancaq buna qane olmur­
sunuz.  Qısa  ömrünüzü  böyük­böyük  təmənnalara 
qurban verirsiniz. Dünya binnət olandan sizə göz qo­
yuram. Rəzil­riyakar əməllərin şahidi olduqca xəcalət 
çəkirəm. Həm də sizə gülürəm. İnsan kimi doğulmu­
sunuz. Lakin bu ada xilaf çıxırsınız. 
Dağlar nə qədər lal­dinməz görünsə də, sərin mehi 
ilə car çəkdiyi dərin, mənalı kəlamlarını tifil ağlımla 
dərk edirdim. Və onu da dərk edirdim ki, dağlar mö­


Yüklə 10,49 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə