Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

70
Seara  fikrə  getdi.  Sentini  bir  daha  gözlərinin  qarşısında 
canlandırdı. Onun hər hərəkətini xəyalən nəzərləri ilə izlədi. 
Lakin Sentinin ona qarşı olan münasibətində heç bir sünilik, 
hiyləgərlik hiss etmədi. Odur ki, Klaraya müraciətlə dedi: 
– Mən inanmıram ki, Senti məni aldatsın. Onun hərəkətləri, 
davranışı uşaq kimi sadə və pakdır. Nəzakətli danışığında nə 
bir sünilik, nə də bir hiyləgərlik hiss edilmir. Mən bu dəqiqə 
həyatımdan  belə  artıq  sevdiyim  bir  kəs  kimi,  həyatımı  ona 
qurban verməyə hazıram. Onun tərəfindən aldanıb­aldanma­
yacağımdan asılı olmayaraq, mən öz hisslərimi ona etibar et­
dim. Bəlkə də, bu mənim seçdiyim yeni yola doğru meylimin 
ilk  qarşılanacağıdır.  Artıq  necə  qarşılanmağım  isə  Sentidən 
asılıdır. Bəli, Klara mən onu sevirəm. Özü də bir qadın kimi 
deyil, həyata yenicə atılmış, gəncliyin ətirli­çiçəklərindən da­
mağı  mey  çəkən,  qəlbinə  hələ  xəyanət  toxumu  səpilməmiş 
gənc bir qız kimi. Mən ona qarşı olan hisslərimi hələ onunla 
ilk tanışlıqdan gizlədə bilmədim. Hərəkətlərimdən, davranı­
şımdan, danışığımdan hər şey ona aydın oldu. Aydın oldu ki, 
onun qarşısında əyləşən bu təmtəraqlı kübar qadının özündən 
yaşca  da  xeyli  kiçik,  həyatı,  məşğuliyyəti  barədə  heç  bir 
məlumatı olmadığı bir kişinin hisslərinə qarşı meylləri, nəinki 
etinasız deyildir, əksinə, onunla bir yerdə olması həmin qadın 
üçün daha da xoşdur. Bəli, mən heç özüm də hiss etmədən 
bu  hissləri  ona  bildirdim.  Amma  düşündüyümün  əksinə 
olaraq,  onun  da  mənə  qarşı  biganə  olmadığını,  hələ  üstəlik 
mənimlə əlaqə yaratmaq hissi keçirdiyini anladım. Həyatda 
ilk dəfə olaraq onun simasında mənə bütünlüklə öz ehtirası 
ucundan yox, ruhunu oxşar bir qadın kimi yanaşan kişi gör­
düm.  Bütün  bunları  duya­duya  bir  qadın  kimi  ona  etimad 
göstərməyə bilməzdim. Mən onu sevməyə bilməzdim. Artıq 
o mənim bütün varlığıma hakim kəsilmişdir. Onu görəndən 


71
bəri yatanda yuxuda da, oyaq olanda da onun xəyalı mənimlə 
birlikdədir.  Mən  artıq  onsuz  yaşaya  bilmərəm.  Hiss  edirəm 
ki,  mənə  mənsub  olan  hisslərimi  ona  etibar  etməkdə  səhv 
etməmişəm. Bəşəriyyətin sevib­sevilməyə haqqı olan bir üzvü 
kimi,  mən  də  bu  hüququmdan  ona  qarşı  istifadə  etmişəm. 
Onu  sevməkdə  məni  heç  kəs  günahlandıra  bilməz.  Mənim 
sevgimə münasibətdə isə son qəti fikri söyləmək Sentinin ix­
tiyarına buraxılmışdır. O məni məhv edə də bilər, yaşada da. 
FƏSİL 6
Parisin mərkəzində yerləşən kafelərdən biri. İçəridən şərab 
və tütün qoxusu gəlir. Burada insan hisslərini daha yaxşı coş­
durmağı bacaran xidmətçilər işlədiyinə görə kafe həmişə öz 
müxtəlif müştəriləri ilə dolu olur. Yumşaq kreslolarda əyləşib, 
gah siqaretlərini tüstülədənlər, gah da şərab içənlər içərisində 
Qrantla Klara da nəzərə çarpır. Onlar nə barədə isə məşuqədən 
savayı köhnə dostlar kimi bir­biri ilə söhbət edirlər. Öz siqare­
tini alışdıran Qrant Klaraya müraciətlə dedi: 
– Senti ilə Searanın aralarında olan bu sevgi macərasına sən 
necə münasibət bəsləyirsən, Klara? Mən Senti ilə bir neçə ay­
dır ki, yoldaşam. Az­çox xasiyyətinə də bələdliyim var. Düz­
dür,  aramızda  ideya  fərqimiz  çoxdur,  lakin  bütün  bunlara 
baxmayaraq, o mənim nəzərimdə heç də öz hərəkətlərinə, yeri 
gələrsə, cavab verə bilməyən bir şəxsiyyət kimi canlanmır. O 
öz davranışı ilə bu bir neçə ayda mənə öz sözünə həmişə sa­
diq qalmağı bacaran bir insanı xatırladır. Lakin məni çaşdıran 
onun Searaya olan məhəbbətidir. O nə üçün belə hərəkət et­
sin? Fransada gözəl­göyçək qızmı azdır? Ərliliyindən başqa, 
çoxları  ilə  əylənən  bir  qadına  bu  cürə  münasibət  bəsləmək 


72
nə  səbəbədir?  Yox,  mən  heç  cür  ağlıma  sığışdıra  bilmirəm 
ki, Senti burada bir məqsəd güdməsin. Ancaq özünün etiraf 
etdiyinə görə o, belə bir fikir irəli sürür ki, Searanı həddindən 
artıq sevir və ona görə də onun şəxsiyyəti barədə tam mənası 
ilə maraqlanmamışdır. Hələ deyəsən Senti öz sevgilisinin ərli 
bir qadın olmasından da xəbərsizdir. Sonra bir qədər istehza 
ilə əlavə etdi: – Klara, istəyirəm mən də sənə vurulam. Sənin 
hisslərin də artıq məni narahat edir, ürəyimə hakim kəsilməyə 
başlayır. 
Klara əli ilə onun çiyninə toxunaraq dedi: – Boşla bu za­
rafatları, Qrant. Bizə sakit otaqlarda gizli görüşlər daha xoş­
dur. Sentigilin məsələsinə gəlincə isə, bu mənim üçün də bir 
qədər maraqlıdır. Seara heç də yeni açılmış bir çiçək deyildir. 
O, çoxları ilə gəzib ruhları oxşamışdır. Senti isə həyata yenicə 
qədəm qoymuş körpə bir uşağı xatırladır. Ona hər təravətli, 
göz oxşayan şey aldadıcı görünə bilər. düşdüyü yeni mühit 
insana çox şey öyrədə bilər, lakin düşdüyü yeni mühitdə in­
san tez də yolundan aza bilər. Mənim fikrimcə, Senti düşdüyü 
yeni  mühitdə  öz  yolunu  azmışdır.  Searanın  gözəl  bir  qadın 
kimi cavan və ehtiraslı bədəni onu yoldan çıxarmışdır. Ancaq 
hər halda Seara uduzmamışdır. Senti kimi gözəl, qəşəng, özü 
də sadə ürəkli bir kişi ilə yaxınlıq etmək heç də pis olmazdı. 
Mənim bacım öz rəfiqələri arasında bu müvəffəqiyyətləri ilə 
fəxr etməyə haqlıdır. 
Klaranın hər bir hərəkətini mexaniki surətdə, məmnun hal­
da izləyən Qrant nə barədə isə fikirləşirdi. Öz xəyalları ilə bir 
müddət məşğul olduqdan sonra Qrant mülayimliklə Klaraya 
müraciət etdi: 
–  Demək,  onların  arasındakı  xoş  münasibət  ikitərəflidir. 
Bu heç də pis deyil. Eh… Klara. Qoy onlar nə edirlər etsinlər, 
necə yaşayırlar yaşasınlar. Bundan bizə nə dəxli? Həyat veri­


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə