172
Bunları deyib polis rəisi əyləcli kresloda öz yerini rahatladı.
Seara isə doluxsunmuşdu. Onun zahiri görünüşünə diqqətlə
nəzər salan hər bir şəxs asanlıqla təyin edərdi ki, bu dolux
sunmağın səbəbi heç də onun ümidsiz vəziyyəti ilə əlaqədar
deyildir. Həyat hər kəsi sevindirdiyi qədər də sevincdən
məhrum etmək qabiliyyətinə malikdir. İndi Seara da belə bir
vəziyyətdə idi. O öz mərhum bacısı Klaranı xatırlamışdı. Axı,
boyunbağını ona Klara yadigar vermişdi. Odur ki, doluxsun
muş halda dedi:
– Cənab rəis, bu boyunbağı barədə mən yalnız onu deyə
bilərəm ki, bunu mənə bir il bundan qabaq mərhum bacım ba
ğışlamışdır. Mən də bu boyunbağını onun məndə olan yeganə
və əziz yadigarı kimi o vaxtdan öz boynumda gəzdirirəm.
Bu sözlərindən sonra polis rəisi nə barədə isə bir qədər
xəyala daldı, sonra donuq gözlərini dolandırıb bir də Searanı
süzdü və dedi:
– Boyunbağını sizə həqiqətən bacınızın bağışladığını təsdiq
edə bilən şahid varmı?
Polis rəisinin altı torbalanmış gözlərindən süzülən donuq
baxışlarından iyrəndiyindən gözlərini yayındırmağa çalışan
Seara bir qədər yüngülləşən kimi oldu və sevincəkliklə:
– Bəli var, cənab polis rəisi. Bunu mənim ərim Senti təsdiq
edə bilər.
Polis rəisi göz qapaqlarını yarıya qədər endirərək kreslo
nun kürəkliyinə söykəndi və istehzalı təbəssümlə:
– Belə bir şahid sizin üçün əhəmiyyətsizdir, madam, çünki
o sizin ərinizdir.
Seara bir qədər tutuldu və təhqir olunmuş vəziyyətə düş
düyündən ürəyində öz taleyinə acıdı və ümidsiz bir səslə:
– Ondan başqa bu işi təsdiq edə biləcək bir şahidə güma
nım gəlmir, cənab polis rəisi.
173
Polis rəisi Searanın düşündüyündən bir qədər cəld və qıv
raqlıqla ayağa qalxıb:
– Elə isə siz hələlik bizim sərəncamımızda olmalısınız –
dedi.
Seara da ayağa qalxdı və kədərli bir səslə:
– Nə vaxta kimi? – dedi.
Şişman polis rəisi isə qısaca cavab verdi:
– Məhkəmə işi həll edənədək.
Beləliklə, polis rəisi Searanı bir polis nəfərinə tapşırdı və
getdi.
***
Gözləmə məntəqəsində dayanmış Senti polis rəisinin gəl
diyini gördü və ona yanaşıb salam verdi. Sonra bir qədər sözə
nədən başlayacağını düşünüb bir söz tapa bilmədi və nəhayət
heç bir müqəddiməsiz:
– Cənab polis rəisi, siz doğurdanmı boyunbağı oğurluğu
üstündə Searanı günahlandırırsınız?
Polis rəisi bir qədər ayağını saxlayıb dik Sentinin gözlərinin
içərisinə baxdı və dedi: – Əlbəttə.
Polis rəisinin dayandığını görən Senti bir qədər ürəkləndi
və yavaş səslə dedi: – Cənab, elə isə ona kömək edin, mən sizə
istədiyiniz qədər hörmət edərəm.
Polis rəisi də eyni yavaş səslə dilləndi: – Unutmayın ki, oğur
lanmış boyunbağı Parisin baş keşişinin məşuqəsinindir. Mən
bu işə ədalətsiz yanaşa bilmərəm. Yoxsa sizinlə sövdələşmək
mənim üçün xoş olardı.
Senti bir qədər səsini qaldırdı və dedi: – Cənab rəis, sizdən
xahiş edirəm mümkünsə…
Polis rəisi də səsini qaldıraraq: – Cani həbs olunmalıdır –
dedi və yoluna davam etdi.
174
Yer, göy sanki Sentinin başına fırlandı. Həbs olunmalıdır
sözü onu ildırım kimi vurdu. Həddindən artıq əsəbiliklə və
qəzəblə:
– Elə isə mən sizi yer üzündən yox edərəm. Siz mənim gü
nahsız Searamı həbs edə bilməzsiniz – dedi və qəzəblə yum
ruğunu silkələyərək:
– Sizin qanununuz yalnız daha yüksək rütbəli şəxslər üçün
ədalətlidir. Ona görə də siz özünüz əsl canisiniz, cənab rəis.
Polis rəisi qəzəbli bir səslə, onların səsinə gəlmiş polis
nəfərinə: – Bunu burdan rədd edin! – dedi.
Polis nəfəri əmrə riayət edib Sentini itələyəitələyə polis
məntəqəsindən çıxardı və küçə qapısını onun üzünə bağladı.
Daha da əsəbiləşmiş Senti qeyzli və uca bir səslə dedi:
– Zaman gələcək ki, sizin bu ədalətsiz işinizə bir zaman
ədalətlə baxılacaq. O zaman siz cəmiyyətimizdə bir zaman ya
şamış ən çirkin bir şəxsiyyət kimi yad ediləcəksiniz. Gələcək
nəsil sizi nifrətlə damğalayacaq. Siz insanlıq hissindən tama
milə məhrumsunuz. Siz insan deyilsiniz. Ona görə də sizdə nə
insaf, nə də ki vicdan vardır. Siz polis rəisi adı daşıyan murdar
bir məxluqsunuz. Senti bunları ucadan polis rəisinin ardınca
dedikdən sonra, taqətsiz halda polis idarəsini əhatə edən daş
hasara söykəndi və yavaş səslə özözünə pıçıldadı:
– Aman Allah! Deyəsən mənim ömrüm sona yetmək üz
rədir. Searasız bu dünyada yaşamaq mənim üçün həm cina
yətdir, həm cəza. Kaş istəkli bir adamının ömrü qurtaran anda
və ya hər hansı bir çətinliyə düşəndə ömrünü, sevincini onun
la bölmək olaydı. Ax Allah, əgər Searanı həbsdən qurtara
bilməsəm o zaman iztirab, işgəncədən yaxa qurtarmaq üçün
mənim yalnız bir çarəm qalır, o da özümə qəsd etməkdir. Sen
ti bütün bunları özözünə yavaşdan pıçıldadıqdan sonra əlləri
ilə başını tutub hasarın dibində oturdu.
175
FƏSİL 17
Paris şəhəri. Axşamüstü idi. Polis məntəqəsinə bir nəfər
qadın tələsirdi. Bu Frida idi. Ona nəzər salanda hiss etmək
olardı ki, bu qadın özünü nə qədər sakit göstərməyə çalışsa da
daxilən həyəcanlı və narahatdır. Nə isə… Nəhayət ki, həmin
qadın polis rəisi ilə görüşə bildi. Öz vəzifə borcunu yerinə
yetirən polis rəisi nəzakət çərçivəsindən kənara çıxmadan
dilləndi:
– Şikayətiniz nədir, madam?
Frida bir qədər duruxdu, öz gələcək aqibətini və ümidsiz
Sentini gözlərinin qarşısına gətirdi və özünü ələ alıb cavab
verdi:
– Mən şikayət etməyə gəlməmişəm, cənab, mən etiraf et
məyə gəlmişəm.
Bu cavabdan bir qədər təəccüblənən polis rəisi ona yenidən
nəzər saldı və maraqla soruşdu: – Siz nəyi etiraf etməyə gəl
misiniz, madam?
Öz fikrini özü üçün daha da dəqiqləşdirən Frida qəti bir
səslə dedi:
– Mən o işi etiraf etməyə gəlmişəm ki, o işin üstündə Seara
adlı bir qadın günahsız müqəssir ediləcəkdir. Öz yerini kres
loda daha da rahatlayan polis rəisi bir qədər qabağa əyildi və
hədsiz maraq hissi ilə dilləndi:
– Yoxsa, siz madam Zerrinin oğurlanmış boyunbağısı ba
rədə bir məlumat bilirsiniz?
Frida sözü uzatmağı lazım bilməyib cavab verdi:
– Bəli, mən hətta oğrunun kim olduğunu da deyə bilərəm.
Bu sözlərdən sonra polis rəisi bir qədər də özünün vəzifə
borcunu yadına salıb özünü qanunpərəst bir polis rəisi kimi
göstərərək dilləndi:
176
– Demək, o zaman siz əsl müqəssiri tapmaqla öz alicənab
lığınızı göstərmiş olarsınız. Bu da bizə cəzanı yalnız cinayətkara
vermək üçün siz tərəfindən edilən ən böyük köməklik olar.
Bu sözlərdən sonra Frida öz iti nəzərlərini polis rəisinin
donuq gözlərinə dikdi və baxışlarını heç də yayındırmadan,
polis rəisinin gözləmədiyi bir halda dedi:
– Cinayətkar sizin qarşınızdadır, cənab polis rəisi.
Gözlənilməz cavabdan polis rəisinin gözlərində bir az təəc
cüb hiss olundu. O, eşitdiklərinə inanırmış kimi təkrarən so
ruşdu: – Siz nə dediniz?
Frida son sözlərini bir də təkrar etdi: – Cinayətkar sizin qar
şınızdadır, cənab polis rəisi.
Polis rəisi heç də öz təəccüb və marağını gizlətmədən sual
etdi:
– Necə, siz cinayətkarsınız? Bu necə olmuşdur? Elə isə bu
yurun, danışın.
Frida öz daxili həyəcanını boğmağa çalışdı. İnsanda nə bö
yük qüvvə varmış. Əsl insani sima qarşısında baş əyməmək
mümkün deyildir. Nə isə…
Nəhayət ki, Frida özünü ələ aldı, astaasta, həm də yavaş
səslə dilləndi:
– Əhvalat belə olmuşdur, cənab polis rəisi. – Təxminən iki
il bundan qabaq mən həmin bu boyunbağını, – əli ilə stolun
üstünə qoyulmuş boyunbağıya işarə edir, – madam Zerrinin
boynunda gördüm və onu ələ keçirməyi qərara alıb nəhayət
ki, məqsədimə çatdım.
Hər şeyi yerliyerində öyrənmək istəyən polis rəisi Frida
nın sözünü kəsərək soruşdu: – Bağışlayın, siz o boyunbağını
necə ələ keçirdiniz?
Frida nəzakət çərçivəsindən kənara çıxmadan həlimliklə
polis rəisinə bildirdi:
177
– Xahiş edirəm, hələlik bu barədə danışmayaq. Sonra isə
əvvəlki fikrini davam etdirdi: – Və ələ keçirdiyim boyunbağı
nı Searanın bacısı Klaraya bağışladım. Axı, o mənim ən yaxın
rəfiqələrimdən biri idi.
Polis rəisi məsələni daha da dəqiqləşdirməyə və araşdır
mağa çalışaraq, donuq gözlərini Fridaya zillədi və dedi:
– Bəs boyunbağını Klaraya bağışlamağınız barədə Searanın
bir məlumatı yox idi?
Frida istehzalı bir təbəssümlə gülümsünərək dilləndi:
– Xeyr cənab, heç kəs bu barədə bir şey bilmirdi. Axı, bo
yunbağı çox qiymətli oğurluq mal idi.
Bütün bu söhbətlərdən sonra polis rəisi otaqda bir az var
gəl etdi. Görünür, o, nə barədə isə düşünürdü və nəhayət ki,
bir neçə anlıq fasilədən sonra ağ kağız və qələm gətirib Frida
nın qarşısına qoydu və ona müraciətlə:
– Əgər belə isə siz bu dediklərinizi rəsmən təsdiq edər
sinizmi?
Frida polis rəisinin duya biləcəyi bir sevinclə: – Əlbəttə,
təsdiq edərəm, lakin bir şərtlə, – deyə cavab verdi.
Polis rəisi bir qədər ciddiləşərək soruşdu: – Hansı şərtlə,
madam?
Frida aydın və mətin bir səs ilə: – Searanın və Sentinin toxu
nulmazlığı şərti ilə.
Bu cavabdan polis rəisi də sevinən kimi oldu və şəstlə: –
Mən hazır, – deyə gülümsədi.
Frida da eyni tərzdə: – Mən də hazır, – deyib qələmi gö
türdü və həqiqətən boyunbağının madam Zerrinin evindən
oğurlayıb Klaraya bağışlamağı barədə izahat yazdı və imzala
dı. Sonra isə polis rəisi bir nəfər polisə dedi:
– Searadan günahsız incidildiyi üçün üzr istəyərək, bu
raxın və deyin, həqiqətən boyunbağını oğurlayan cani artıq
178
tapılmışdır. O, indi polis məntəqəsində nəzarət altında saxla
nılır. Boyunbağıya gəlincə isə o, sahibinə qaytarılacaqdır. Siz
yalnız onun cinayət edən şəxs tərəfindən ödənilmiş pulunu
alacaqsınız.
Onun son sözlərindən sonra polis nəfəri otağı tərk etdi, Fri
danınsa ürəyindən bir sevinc hissi titrəyərək keçdi. Axı, o, bo
yunbağının pulunu ödəyəcəkdi.
FƏSİL 18
Paris şəhəri. Zaman fəsillərin dövrü təkrarı ilə öz inkişafını
davam etdirirdi. İllər illəri təqib etməkdə idi. Cəmiyyətin bütün
üzvləri öz işlərini müxtəlif sahədə davam etdirməkdəydilər.
Hər kəsin həyata öz müxtəlif münasibəti, hər kəsin öz müxtəlif
həyat tərzi var idi.
Fransanın ucqar ərazisində yerləşən Q… dustaq qadınlar
koloniyası da öz spesifikliyi ilə seçilirdi. Burada da, həyat öz
inkişafında idi. Lakin burada həyatın ən ali üzvləri sərbəst
deyildilər. Onlar müxtəlif zamanlarda müxtəlif cinayətlər et
miş və ona görə də cəzaya layiq görülmüş şəxslər idilər. Nə
isə… Bir gün belə məhkumlardan biri dəmir barmaqlıqlar
arasından koloniya xidmətçisini səslədi:
– Əmican, mənim sizdən bir xahişim var, onu yerinə yetirər
sinizmi?
Koloniya xidmətçisi hamıdan çox rəğbət etdiyi bu qadı
nın halına ürəkdən acıdı və: – Siz məndən nə xahiş etmək
istəyirsiniz, qızım? – dedi. Qadın sıxılasıxıla qoynundan bir
məktub çıxardı və onu koloniya xidmətçisinə uzadıb dedi:
– Əmican, mümkünsə bu məktubu Parisdə, bax bu ünvan
da yaşayan şəxsə çatdırasınız. O, məktubla birlikdə ona bir
bank çeki də verdi.
179
Koloniya xidmətçisi sual dolu nəzərlərlə qadına baxdı və
əlavə etdi:
– Bəs bu çek nə üçündür, qızım?
Qadın qəmli bir təbəssümlə gülümsədi və dedi:
– Əmican, həyatda elə şeylər olur ki, onları heç bir şeylə
əvəz etmək mümkün deyildir. İnsan üçün xoşbəxtliyə çat
maqda nə vardövlət, nə zor, nə də ki, gözəllik demək olar
ki, heç bir rol oynamır. İnsana xoşbəxtliyi yalnız uçuq bir ko
manın altında da olsa iki birləşən ürəyin biribirinə səmimi
münasibəti bəxş edə bilər. Onun gözlərindən iki damla yaş
süzülüb yanaqlarında mirvari kimi parladı.
Koloniya xidmətçisi də kövrəldi. Bundan sonra həmin qa
dın göz yaşlarını silib, özünü ələ aldı və bayaqkı görünüşü ilə
heç də uzlaşmayan bir səslə dedi:
– Mənim dustaq olmağıma baxmayın, əmican. Mənim Fran
sa banklarında milyonlarım vardır. Siz Fransadan istədiyiniz
bankdan çekdə yazılan qədər pul götürə bilərsiniz.
Koloniya xidmətçisi qadına minnətdarlıq edib: – Çox sağ
olun, qızım, əmanəti yerinə çatdıraram, arxayın ola bilərsiniz
– dedi. Qadın da koloniya xidmətçisinə öz minnətdarlığını
bildirdi.
Aradan bir neçə gün keçdi. Koloniya xidmətçisinin icazəsi
ilə məktub göndərənlə məktub alan şəxs görüşə bildilər. Senti
həddindən artıq həyəcanlı idi. O özünü heç cür ələ ala bil
mirdi. Hər şey ona yuxu kimi görünürdü. Bəzən insan heç
gözləmədiyi hadisənin doğruluğuna xeyli müddət inana bil
mir. İndi Senti də belə bir vəziyyətdə idi. İndi o, Fridanın Fran
sanın xeyli ucqarında yerləşən dustaq qadınlar koloniyasında
olmasına heç cürə inana bilmirdi. İnana bilmirdi ki, qarşısında
dayanan, gözlərindən qəm qarışıq sevinc yaşları axan bu şəxs
Fridadır. Nə isə…
180
Nəhayət ki, o, özünü ələ ala bildi və az qala qışqıraraq: –
Frida. Bu sizsinizmi? – dedi və əlavə etdi: – Mən sizi Fran
sadan çoxçox uzaqlarda təsəvvür edirdim. Məktubunu oxu
dum və…
Frida qəmli bir təbəssümlə onun sözünü kəsdi və kədərlə
dedi: – Bəli Fridayam. Həmişə sizi düşünən Frida. Bu sözlərdən
sonra onlar özləri də hiss etmədən birbirinin ağuşuna atıldı
lar və öpüşdülər. Xeyli müddət heç birisi ayrılmağa cəsarət
etmədi. Bu müddət ərzində Senti özözünə düşündü: – Məni
bağışla, Seara. Mən Fridanı vəfalı dost, xeyirxah insan kimi
öpürəm. Bu sənə qarşı xəyanət deyildir…
Frida da özözünə düşünürdü: – Mən Sentini mənim üçün
bütün kişilərdən üstün olan bir kişi kimi öpdüm. Mən bu
öpüş üçün özümü günahkar hesab etmirəm. Çünki öpdüyü
nün yolunda hər cürə çətinliyə qatlaşıb ölümə hazırlaşan bir
insan üçün bu öpüş heç də qəbahət deyildir və onlar beləcə
düşünəndən bir müddət sonra birbirinin ağuşundan ayrıldı
lar.
Senti başını aşağı salıb həzin bir səslə soruşdu: – Siz nə
üçün belə etdiniz, Frida?
Frida da başını aşağı salıb, həlim bir səslə dilləndi: – Mən
belə etməyə də bilməzdim, Senti. Çünki sizi hədsiz dərəcədə
sevirəm. Sonra dərindən bir ah çəkib əlavə etdi:
– Siz isə Searanı sevirsiniz. Searanın həbs olunması sizi nə
qədər kədərləndirirdisə, sizin də iztirab çəkməyiniz məni o
qədər sıxıbəzirdi. Ona görə də, mən sizin iztirab çəkməyinizə
dözməyib bu işi özümə rəva gördüm.
Bu sözlərdən sonra Senti bir müddət xəyala daldı. Frida
dan olsaydı ömrünün sonunadək beləcə dayanıb onun xəyala
dalmasına tamaşa edərdi. Lakin Senti sükutu sındırıb yenidən
dilləndi:
181
– Frida, artıq mən də bir xeyli pul toplaya bilmişəm. Parisə
qayıtdıqdan sonra səni həbsdən qurtarmaq üçün əlimdən
gələni edəcəyəm. Sonra isə Searanı da götürüb atamın yanına
köçəcəyəm. Bilirsənmi, onlar necə sevinəcəklər? Axı, gimna
ziyanı qurtarmış oğlunu, gəlinini və nəvəsini qarşılamaq heç
də zarafat deyil.
Frida səmimiyyətlə onu bir daha süzüb dedi:
– Ancaq gözləyin Paris kimi bir şəhərdə özünüzü yenidən
yoxsulluq girdabına atmayın. Mənim həbsdən qurtarmağıma
onsuz da bir neçə ay qalıb. Xoşbəxtəm ki, sizi xoşbəxtliyə çat
dıra bildim.
Bu vaxt koloniya xidmətçisinin astaca səsi eşidildi:
– Cənab, koloniya rəisi gəlir, ayrılın. Onlar yenidən öpüşüb
ayrıldılar. Bu öpüş də əvvəlki öpüşlərə bənzəyirdi.
FƏSİL 19
Senti gedən günün axşamı kədərli bir hadisə baş verdi. Fri
danın halı birdənbirə xarablaşdı. Koloniya həkimləri ona heç
bir köməklik göstərə bilmədilər. Görünür, Frida özü də ölü
münün yaxınlaşdığını hiss etmişdi. Odur ki, Sentiyə məktub
aparan koloniya xidmətçisini yanına çağırıb acı göz yaşları
içərisində bütün sərvətini Sentiyə və Şeydaya vəsiyyət etdi
və ona çek kitabçaları ilə birlikdə içərisində öz şəkli olan qızıl
medalyonu və məktub verdi. Özü də qeyd etdi ki, medalyon
dakı şəklə baxıb onun adını ilk dəfə kim başqa adla çağırsa,
məktubu o zaman açsın. Sonra ürəyinin ağrısından sızıldaya
sızıldaya əlavə etdi:
– Əmican, mənim burada səndən başqa etibar etdiyim bir
adam yoxdur. Bu bir ildə sən mənə çox yaxşılıqlar etmisən.
182
Sentiylə Şeydaya çatacaq puldan sən də bir qədər götür və
sənə verdiyim içərisində şəkilim olan o qızıl medalyonu da
yadigar saxla. O, bu sözləri dedi və dərindən köksünü ötür
dü. Sonra yavaş səslə: – Əmican, Sentiyə çatdırarsan ki, o,
son nəfəsdə də səni düşünürdü və ölərkən də dodaqlarından
son nida Senti… O, sözünün dalını gətirə bilmədi və canını
tapşırdı. Ax, həyat, həyat. Təzadla dolu həyat, acı həyat, şirin
həyat…
FƏSİL 20
Koloniya xidmətçisi bütün hadisələri elə həmin gün Sen
tiyə çatdırdı. Səhərisi gün Fridanı dəfn etdilər. Dəfndə ko
loniya xidmətçisi, Senti, Seara, Şeyda və Qrant iştirak edir
dilər. Onlar heç bir qohuməqrəbası qəbrinin üstündə iştirak
etməyən mərhumun halına çox acıdılar və koloniya xid mət
çisinin onlara dediyi mərhumun son vəsiyyətlərindən bi ri
nə də əməl edəcəklərinə söz verdilər. O vəsiyyətsə bundan
ibarət idi. Rəfiqəm Şeyda ilə Sentinin dostu Qrant mümkünsə
evlənsinlər.
Frida öz ölümündən sonra da daha bir pak əməl sahibi oldu.
Artıq xeyli miqdarda pulu olan Şeyda ilə Qrant evlənməyə
razı oldu. Şeyda da necə olursaolsun Qrantı doğru yola qay
taracağını özözlüyündə qət etdi. Bu, mümkün idi.
***
Sarci bu hekayəti danışıb qurtaranda artıq gecədən xeyli
keçmişdi. Onu dinləyən tacir Hüseyn isə kövrəlmişdi. Son
ra Sarci kostyumunun qoltuq cibində gizlətdiyi medalyonu
çıxartdı və tacir Hüseynə göstərib dedi:
183
– Həmin koloniya xidmətçisi mənəm. Bax, medalyonun
içərisində olan bu şəkil də Fridanın şəkilidir.
Tacir Hüseyn şəklə baxdı və ürəyini tutdu. Bu onun beş il
bundan qabaq Fransada bir xeyli varidatla itkin düşmüş qızı
Fərqanə idi. Odur ki, o, şəkli öpüb həyəcanlı bir səslə:
– Ax qızım Fərqanə, ax mənim yazıq balam – dedi və huşu
nu itirdi. Sarci tez dəsmal isladıb onun alnına qoydu və onu
yatağa uzandırdı.
Bir azdan sonra tacir Hüseyn ayıldı və zəif bir səslə dedi:
– Səhər, heç olmasa, onun qəbrini mənə göstər.
Sarci kədərlə baş üstə dedi və sonra aylardan bəri cibində
saxladığı məktubu açdı. Orada yazılmışdı: – Mənim adım Fri
da yox, Fərqanədir. Özüm də azərbaycanlıyam.
Sarci bu sətirləri oxuyub dərindən ah çəkdi və özözünə ya
vaş səslə dedi:
– Həyatda nə qəribə işlər olurmuş, İlahi. Biri sevir, lakin öz
məhəbbətinə sevdiyindən cavab almasa da sevdiyinin yolun
da canını qurban verir. Məhəbbətin qiymətini göylərə qaldı
rır. Digəri öz xoşbəxtliyini pozğun bir qadının qəlbində qalan
kiçicik saf hisslərdə tapır və öz məhəbbəti ilə o qadını doğru
yola qaytararaq sübut edir ki, hər cür doğru yoldan yayınan
insan öz psixologiyasında əks dəyişiklik yaradıb, doğru yola
qayıda bilər. Başqa birisi isə təsadüf nəticəsində itkin düşmüş
övladı… Doğurdan da, həyat çox qəribədir.
Səhəri gün Fransanın ucqarında yerləşən köhnə qəbiris
tanlıqda iki nəfər bir məzarın başında göz yaşı axıdırdı. Bun
lardan biri Sarci, o biri isə tacir Hüseyn idi.
01.10.1979-22.03.
1980, İmişli
Dostları ilə paylaş: |