Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

106
onların xoşbəxtliyini mən öz xoşbəxtliyim hesab etmərəmsə, 
onda özümü dünyanın ən alçaq məxluqu sanardım. Mən rəzil 
bir dilənçi kimi kimlərinsə səadətinə göz dikməmişəm. Oğur­
lanmış səadətdənsə nakam məhəbbətin ağrıları mənim üçün 
daha xoşdur. Mən qadınam. Qadın üçün isə paklıq və təmizlik 
birinci şərtdir. 
Şeyda mərhəm bir münasibətlə onu dinləyirdi. Onun mexa­
niki olaraq bir nöqtəyə dikilən baxışları daxilən nə barədə isə 
düşündüyünə dəlalət edirdi. Araya bir müddət sükut çökdü. 
Bu sükut odla suyun birləşdiyi sədd kimi onların hisslərini, 
duyğularını daha da təlatümə gətirdi. Nə isə… Yenə də birinci 
olaraq sükutu Şeyda pozdu: 
– Doğurdan da, həyatda yaşamaq, özü də əsl bir insan kimi 
yaşamaq heç də asan deyildir. Qismətimiz olacaq öz ömür pa­
yımızı yaşamalıyıq, lakin nə cür? Ömrümüz mənasız günlər 
yığınındanmı  ibarət  olmalıdır?  Xeyr.  Öz  pak  hisslərimizə 
dəlalət edən ağlımızın meyl etdiyi yolla hərəkət etməliyik. Biz 
yalnız o zaman öz həyatımızı düzgün qurmuş olarıq. Mənim 
əziz xanımım, əminəm ki, siz də Sentiyə xoşbəxtlik diləməkdə 
ağlınızın meyl etdiyi belə saf hisslərə istinad edirsiniz. Frida 
susmuşdu. O, xəyalən Sentini düşünürdü. Bəzən elə olur ki, 
insan  onun  üçün  əlçatmaz  olan  bir  varlığın  xəyalı  ilə  yaşa­
maqla öz daxili hisslərini bir qədər sakitləşdirir və təsəlli tapır. 
Bax, indi Frida da belə bir halda idi. İnsan cəmiyyətinin ən pak 
bir məxluqlarından biri olan bu qız öz xoşbəxtliyini öz sevdi­
yinin  xəyalı  ilə  yaşamaqda  tapır  və  öz  sevdiyinin  başqasını 
ürəkdən sevdiyini bilə­bilə sevdiyi şəxsə xoşbəxtlik diləyirdi. 
Məhəbbətin  acısını,  şirinini  duyan  bir  insan  üçün  sevən 
ürəklərə  səadət  diləmək  heç  də  o  kəs  tərəfindən  təsadüfən 
edilmir. Bu, belə də olmalı idi. Frida Sentini sevirdisə, demək 
ona və onun sevgilisi Searaya xoşbəxtlik diləməliydi. Nə isə… 


107
Öz  saf  düşüncələrindən  bir  qədər  gec  ayrılan  Frida  incə  və 
nəzakətli bir səslə dedi: 
– Şeyda, deyəsən, sənə bir qədər gec cavab verdim, xəyalım 
özgə yerdə idi. Bunun üçün məni qınamamalısan. Bəzən xoş­
ladığın bir şey haqqında düşünmək, ürəyin istəyən bir kəslə 
xəyalən də olsa bir yerdə olmaq, onunla söhbət etmək adama 
ləzzət verir. Bax, bu dəqiqə Sentini düşünürdüm. Düşünür­
düm  ki,  o  öz  sevdiyi  Searanın  görüşünə  gedir.  Həyat  onun 
üçün olduqca əsrarəngiz və gözəldir. Rast gəldiyi adamların 
baxışı da, duruşu da, yerişi də ona xoş gəlir. O, görüş yerinə 
çatır,  lakin  Seara  orada  yoxdur.  Həyat  Sentinin  gözlərində 
birdən­birə dəyişir. Sanki hər gördüyü şey ona şübhə ilə baxa­
raq deyir: – Görürsənmi, Seara görüşə gəlməmişdir. Bəlkə də 
indi  o  öz  evində  xumarlanır.  Fikri  də  özgə  aləmdədir,  heç 
səni xəyalına belə gətirmir. Bütün bunlardan sonra Senti daha 
da kədərlənir və elə bu anda birdən Seara gəlib çıxır. Həyat 
yenidən Searanın gözlərində öz gözəlliyini bərpa edir. Elə bu­
radaca  da  xəyaldan  ayrıldım.  Görürsənmi,  sevmək  necə  də 
gözəldir,  Şeyda?  Kaş  bircə  dəfə  öz  sevdiyim  kimi  sevdiyim 
tərəfindən seviləydim. Yaxşı ki, insanlar xəyala dala bilirlər. 
Bu özü də böyük bir xoşbəxtlikdir. Həyatda öz yerini tutma­
mış arzularını xəyalən yaşamaq, ona istədiyin şəkildə yanaş­
maq, doğurdan da, əvəzsiz bir nemətdir. Biz insanlarsa, bəzən 
həyatın bizə bəxş etdiyi bu hədiyyənin qədrini bilmirik. Onu 
yalnız vaxtı keçirmək üçün ötəri bir hiss kimi qiymətləndiririk. 
Bu isə belə olmamalıdır. İnsan elə bir məxluqdur ki, bu dünya­
da özünə yer tapa bilməyən zaman öz şirin arzuları ilə öz ürək 
dünyasında özünə yer tapa bilir. Belə bir şəraitin yaranmasına 
isə  səbəb  xəyallardır.  Əgər  insanlar  xəyala  dala  bilməzdisə, 
belə bir hiss olmazdısa o zaman insanlara həyat tərəfindən ən 
ağır zərbə dəymiş olardı. 


108
Xanımının  ehtiraslı  danışığı  Şeydanı  həyəcanlandırmaya 
bilməzdi. O, bu həsrətdən alışıb­yanan səs sahibinin daxilən 
nələr  çəkdiyini  düşündükcə  zahirən  ağlamasa  da,  ürəkdən 
bu adamın halına acıyırdı. Onun ən zəif hissi informasiyadan 
belə titrəyən həssas ürəyi qarşısında dayanmış bu çiçək kimi 
pak və lətif bir qızın halına yanmaya bilməzdi. Həyat heç kəsə 
öz qismətindən artıq pay vermədiyi kimi, öz qanunauyğun in­
kişafı ilə heç kəsə də düşdüyü vəziyyəti yaxınlaşdırmaq üçün 
çalışmadığı halda, güzəştə də getmir. Nə isə Şeyda xanımının 
pərişan halından xeyli qüssələnmişdi. Ancaq hər halda yenə 
də  xanımında  həyata  qarşı  nikbin  əhvali­ruhiyyə  yaratmaq 
üçün ona mərhəm bir münasibətlə baxdı və səsinə bir qədər 
sünilik qatmağa məcbur olsa da, öz daxili kədərini andırma­
yan bir səslə dedi: 
– Mənim əziz xanımım, doğrudur, dediklərinizdə bir hə­
qiqət var. Lakin siz heç də öz həyatınızın mənasını Sentinin 
xəyalı ilə yaşamaqda görməməlisiniz. Əks­təqdirdə həyat si­
zin üçün daha da amansızlaşar və sərtləşər. Siz xarici aləmdə 
baş vermiş hadisələrdən özünüzü təcrid etməklə öz həyatınıza 
daha dəhşətli bir zərbə endirmiş olarsınız. Mənim xanımım, 
həyat heç də ondan qəlbən narazı olanları sevmir. Lakin hər 
halda xəyal aləminə dalmaq, Sentinin xəyalı ilə yaşamaq si­
zin üçün xoşdursa, həyatdan, xarici aləmdən heç də özünü­
zü  tamamilə  təcrid  etmədən  öz  istədiyiniz  xəyallara  qapıla 
bilərsiniz. Vay o adamın halına ki, nə bu dünyada, nə də öz 
ürək  dünyasında  özünə  yer  tapa  bilməsin.  Yalnız  o  zaman 
ölüm özü də bir xoşbəxtlik olardı. Bu isə əsl hisslərdən uzaq, 
mənən kor insana layiq bir xoşbəxtlikdir. Həyat heç də əsl in­
sani hisslərdən uzaq bir insanı əsl bir insan kimi yaşatmamış, 
ondan sonrakı nəsillər də belə bir insanı əsl bir insan kimi yad 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə