57
Səni tanımırdım, tanıdım Vətən!..
(“Tanı”)
“Mircavad
Mircavadovun
hələ
çəkəcəyi
“Ölüm”
tablosu”
şeirində
qeyrətin
obrazı
qəribədir. Şair qeyrətin məzmununu, rəngini
haradan götürüb gətirir, – günümüzdən gətirmək
olmazdımı, – düz ən qədimdən, qaimlikdən,
folklor gələnəklərindən gətirir. Görəsən niyə
belədir, – dərk edir ki, gələnəyi olanda
kəsilməzlik, fasiləsizlik olur, deməli, həyat davam
edir. Odur ki, onun təsəvvüründə qeyrət – istək
yolunda bığlı ilan dişində ən çətin, ən ağır
ölümdür! Ölümə getməkdir, onu qəbul etməkdir.
Şair
qeyrətsizliyi
eyni
“poetik
müstəvinin
fəzasında” göstərir, – “qeyrətsizlik” sol döşündə,
ürək üstündə puldur. Leylasız dünyadır; xətayisiz
– unudulmuş, köksüz, ata-babasız, əcdadsız
ruhdur, əziyyət çəkən ruhdur; ən ağır budur ki,
ayaqlar altından çəkilən torpaqdır; başımız
üstündən yox olan göydür – imansızlıq,
Allahsızlıqdır. Tamamilə, orijinal obraz, gerçək
məzmundur ki, Araz qeyrət misalıdır. Parpar
yanan qılıncdır. Bu qılıncın sağ və sol sahildən
sıxılan qəbzəsidir, – dəstəkdə iki əldir, üst-üstə
yapışan iki əl, – ölümsüzlükdür!
Deməliyik ki, P.Qəlbinur poeziyasında hətta,
ölçü-biçisiz, kələ-kötür görünən, sanki təsəvvürə
yatmayan, qeyri-adi olan, təəccüb, heyrət doğuran
bənzərsiz bənzətmələr (təşbehlər) çoxluq təşkil
edir.
58
O, “Qorxuram dünyanın günahlarından”,
“Yumurta yeyən ilan kimi” şeirlərində günahı
obrazlaşdırıb. Hələ bir yığcam nümunəyə diqqət
yetirək, sonrasına baxarıq:
Qorxuram,
bilmədən,
Qatillərə
İşıq bağışlayam
Günaha batam
– deyən şair sözündə, əlbəttə, işıq şərtidir,
simvolikdir. İnsan günahsız olanda, günahsız
qalmaq istəyəndə, ruh, əzm, iradə, dözüm,
dəyanət də kəsilmir, insanın ilahi gücü artır, arzu
böyüyə
bilir,
çıxılmazlıq
genişlənir,
işıq
dağlarının sonu olmur, kəsilmir. Hər dəfə bir cür
günah nəticə etibarilə, millətin ad və soyadının
dəyişməsi, başqalaşmağımızdır. Bir “deputatın
çörək
ağacından
asılı
qalmaq”
günahı
Azərbaycanın üryan qalması, Xəzərdən su götürən
qartalın – Azərbaycanın qan qusmasıdır. Qorxağın
dünyanın günahlarından!
Paşanın poeziyasında didaktika yoxdur, lakin
obrazın
psixoloji-məntiqi
dərki
əsasında
“öyrətmə”, incə diktə əlamətləri vardır.
Dərdin psixoloji anına “enmək” və onu öz
anından böyütmək keyfiyyəti P.Qəlbinurun poetik
aləmində orijinaldır:
İndicə yuxuda
Üz döndərdi hamı məndən,
59
Həyatın hərarəti
Azaldı yer üzündən
Sıfıra qədər endi...
Səbr haqqında şeir oxumuruq. Səbrin rəngini,
işığını verən şeir oxuyuruq. İfrat səbrlilik: ətalət,
qartımaq, qaxaclaşmaq deməkdir, ölüm deməkdir.
Səbrimiz dəniz qədərdir, – bunun da həddi var,
daşır; səbr daşanda dirilirik, – ölümün içindən
doğulmaq başlayır. İdeyanın, məramın poetik
ifadəsi mənalıdır: Dənizin də durmağı, sükutu,
sakitliyi – azalma, çəkilmədir – quruyuruq,
azalırıq, ölürük, yox oluruq:
Səbrimin içində boğuldum, Allah,
Bu qədər səbri niyə vermisən
Qəbrimin içində doğuldum, Allah
Dənizi qurutmaq üçün sərmisən...
P.Qəlbinur ada (obyekt, predmet) görə şeir
yazmır; motivə, mənaya, dəyərləndirməyə, ideya-
məğzə əsaslanıb (psixolojiyə, ən əlvan rənglərə,
işığa və sairəyə görə) şeir yazır. “Gəlin, sizə pay
verim” – sərt həqiqətləri olan şeirdir. Şair fakta
fakt,
dəlil
göstərir:
şair
“həyəcan”ı
obrazlaşdıranda onun bizim üçün “tanış” tərəfini
göstərir (əsəblərimiz ayıq, dilimiz gödək, əsir-
yesir çox, qaçqın-köçkün çox...), həm də onu
mənalandırır, sosial-bəşəri hüdudlarını göstərir;
onu dünya ilə bağlayıb həyəcanlarında olan
etinasızlıqları bildirir. Şair lirik “Mən”, lirik “Siz”
obrazına xitab edəndə əvvəl özümüzü qınayır,
60
həyəcanlarımızın səbəblərini bəlgələyir (rüşvət
iştahımızın nəhr udması, çay saxlaması, dilimizin
çeynəklərə düşməsi, Qərbin, Şərqin eynəyinə
düşməsi...). Sonra bağrımızın ləbələm olan
həyəcanlarından ümumiləşdirici təsvir yönü ilə
söz açır:
Torpaqların tapdaqdadır –
Oğul-uşaq əsir-yesir,
Yediyimiz çörək deyil,
Durduğumuz yer deyil.
Cəhənnəmin bir bucağı –
Olub indi,
Azərbaycan – göz dağım!
İngilis, amerikan, alman kimlərəsə xitab
edərək koka-kola həyəcanları, dünya çempionatı,
futbol həyəcanlarının gərəyindən danışdığı halda,
Azərbaycan – göz dağı həyəcanlarından pay verir.
Həyəcana tamarzı olan xoşbəxtlər kimi!
Paşa Qəlbinur həyat anlarının sürətini necə
verir?
Həmişə
təbii,
düzgün
olaraq
“neqativləriylə”, bir az ölgün, öləzimiş; bir az
zəif, bir az süst. Lakin bu heç vaxt bədbinlik,
ruhsuzluq deyil. P.Qəlbinurda həyat eşqi çox
güclüdür. Elə bu hissdən, bu ruhdandır ki,
şeirlərindəki səmimiyyət də orijinal, heyrətli
obrazlarıyladır.
Baxın,
şairin
poeziyasında
məhəbbətin, həsrətin nə qədər emosional çalarları
yaşanmış münkəsirli, təzadlı, çarpaşıqlı hissin,
duyğunun, həyəcanların poetik rəngləri var,
həssas, incə, zərif rəngləri. Bu rənglər auramızın