ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə107/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   103   104   105   106   107   108   109   110   ...   123

 

343 


sürətlə  inkişaf  etməlidir.  Bir  daha  demək  istəyirəm  ki,  İmişli 

rayonunda gedən inkişaf çox müsbətdir, uğurludur. 

Mən sizi əldə edilmiş bu uğurlar münasibətilə təbrik edirəm. 

Bütün İmişli sakinlərinə cansağlığı və yeni uğurlar arzu edirəm. 



V a l i d ə  Z ü l f ü q a r o v a (rayon sakini): Möhtərəm 

cənab  Prezident!  Bu  gün  biz  imişlililər  üçün  çox  sevimli 

gündür.  Ona  görə  ki,  biz  Sizinlə  Muğanın  barlı-bərəkətli 

mərkəzi olan İmişli torpağında yenidən görüşürük. Bu dəfə Siz 

bizə  insan  həyatı  üçün  əvəzsiz  olan  bir  nemət,  təmiz  su  bəxş 

edirsiniz.  Təmiz  içməli  su  rayonun  inkişafı,  insanların 

sağlamlığı  üçün  çox  böyük  məna  daşıyır.  İçməli  su  həyat 

deməkdir.  Təmiz  içməli  su  isə  sağlam  həyat  deməkdir.  Aran 

bölgəsində  yaşayan  sakinlər  daha  çox  içməli  sudan  korluq 

çəkirdilər.  Uzun  illər  rayonumuzun  ərazisindən  keçən  Araz  və 

Kür  çaylarının  suyundan  istifadə  edirdik.  Bu  da  təbii  ki, 

insanların sağlamlığına mənfi təsir göstərirdi. 

Əvvəlki  illərdə  Sizin  sərəncamınızla  rayonumuzun  13  kən-

dində quraşdırılmış sutəmizləyici qurğular insanların təmiz suya 

olan tələbatını qismən ödəsə də, bütün rayon əhalisini tam təmin 

edə bilmirdi. Bu gün isə Siz bizi çoxdan gözlədiyimiz arzumuza 

çatdırmısınız. Yeni çəkilmiş su xəttindən İmişli şəhəri və ətraf 

kəndlərin  hamısı  istifadə  edəcəkdir.  Biz  inanırıq  ki,  Sizin 

tapşırığınızla qısa müddətdə İmişli şəhərində kanalizasiya xətti 

də çəkiləcəkdir. Bütün bunlar Sizin bizə verdiyiniz böyük töhfə 

və göstərdiyiniz qayğının bariz nümunəsidir. 

Cənab  Prezident!  Siz  regionlara  səfəriniz  zamanı  belə  bir 

fikir ifadə etmişdiniz: «Mən görülən işləri, insanlara yaradılmış 

şəraiti  öz  gözlərimlə  görmək  üçün  buradayam!»  Siz  həmişə 

insanların  problemləri,  çətinlikləri  ilə  maraqlanır,  onların 

firavan yaşamasına, rifah halının yaxşılaşmasına xidmət edəcək 

tədbirlər həyata keçirirsiniz. Bütün Azərbaycan xalqı kimi, biz 

imişlililər də bunu hər zaman hiss edir və Sizə arxalanırıq. 

2010-cu  ildə  baş  vermiş  təbii  fəlakət  nəticəsində  İmişli 

rayonunun  3  kəndi  tamamilə  su  altında  qaldığı  zaman  bizi  bu 

bəladan  qurtaran  məhz  Siz  oldunuz.  Sizin  tapşırığınıza  əsasən 



 

344 


görülən təcili tədbirlər nəticəsində insan tələfatı olmadı, insanlar 

böyük çətinliklə üz-üzə qalmadı. 

Cənab  Prezident!  Bu  gün  Azərbaycan  iqtisadiyyatı  sürətlə 

inkişaf edir. Bu inkişaf bölgələrdə də aydın şəkildə hiss olunur. 

Belə  ki,  İmişli  şəhərində  qazlaşdırma  işləri  artıq  başa 

çatdırılmışdır.  Rayonun  kəndlərində  isə  qaz  çəkilişi  davam 

etdirilir.  Yeni  təhsil  müəssisələri  istifadəyə  verilir,  yollarımız 

abadlaşır. İmişli şəhərinin siması günbəgün yeniləşir, günbəgün 

gözəlləşir.  Böyük  abadlıq,  quruculuq  işləri  aparılır.  Sakinlərin 

normal istirahəti üçün şərait yaradılır. Rayonumuzdakı Mərkəzi 

Xəstəxana əsaslı təmir edilmiş və istifadəyə artıq hazırdır. 

Bu  gün  isə  Siz  insanların  normal  həyatı  üçün  müstəsna 

əhəmiyyəti  olan  içməli  su  xəttinin  açılışında  iştirak  etməklə 

rayon sakinlərinə daha böyük bir sevinc bəxş etdiniz. 

Möhtərəm  cənab  Prezident!  Görülmüş  bütün  işlərə  və  biz 

imişlililərə  göstərdiyiniz  qayğıya  görə,  ilk  növbədə  Sizə 

minnətdarıq.  Sizi  əmin  edirik  ki,  rayonumuzun,  o  cümlədən 

respublikamızın daha da inkişafı və tərəqqisi üçün bundan sonra 

da əzmlə çalışacaq, Sizin doğma İmişlimizə olan diqqətinizi heç 

vaxt  unutmayacağıq.  Ulu  Tanrıdan  Sizə  və  ailənizə  səadət, 

xoşbəxtlik və əmin-amanlıq arzulayırıq! 

 

 



 

 


 

345 


 

RUSİYANIN QARAÇAY-ÇƏRKƏS 

RESPUBLİKASININ BAŞÇISI RƏŞİD 

TƏMRƏZOVUN RƏHBƏRLİK ETDİYİ 

NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı  



 

29 oktyabr 2012-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın  29-da  Rusiya  Federasiyasının  Qaraçay-Çərkəs  Res-

publikasının  başçısı  Rəşid  Təmrəzovun  başçılıq  etdiyi  nüma-

yəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Qaraçay-Çərkəs  Respublikasının  baş-

çısı  Rəşid  Təmrəzovun  başçılıq  etdiyi  nümayəndə  heyətinin 

ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi. Bakıda 

keçiriləcək  birgə  biznes-forumun  önəmini  qeyd  edən  prezident 

İlham  Əliyev  əlaqələrimizi  bütün  istiqamətlərdə,  o  cümlədən 

iqtisadi  sahədə  daha  da  möhkəmləndirməyin  və  əməkdaşlığın 

genişləndirilməsi  üçün  yeni  imkanları  müəyyənləşdirməyin 

zəruriliyini vurğuladı. Ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyekt-

ləri 

arasında 

əlaqələrin 

Azərbaycan–Rusiya 

ikitərəfli 

münasibətlərinin daha da dərinləşdirilməsi baxımından əhəmiy-

yətini  qeyd  edən  dövlətimizin  başçısı  Rusiya  Federasiyasının 

Qaraçay-Çərkəs  Respublikasının  başçısı  Rəşid  Təmrəzovun 

ölkəmizə  səfərinin  fəal  qarşılıqlı  əlaqələrin  genişləndirilməsi 

işinə töhfə verəcəyini dedi. 

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Rusiya Fede-

rasiyasının  Qaraçay-Çərkəs  Respublikasının  başçısı  Rəşid 

Təmrəzov paytaxtda gedən böyük inkişaf proseslərinin onlarda 

dərin  təəssürat  hissi  yaratdığını  dedi.  Bakıda  keçirilən  birgə 

biznes-forumun  əhəmiyyətini  qeyd  edən  Rəşid  Təmrəzov 

forumun  əməkdaşlığımızın  daha  da  genişləndirilməsi  işinə 

xidmət edəcəyinə əminliyini ifadə etdi.  

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə