ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə106/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   102   103   104   105   106   107   108   109   ...   123

 

340 


sağlamlığında göstərəcəkdir. Çünki insan amili bizim üçün əsas 

sosial  məsələdir.  Bu  gün  bölgə  sahibkarları  ilə  görüşdə  də  bu 

məsələyə  toxundum.  Biz  iqtisadi  islahatları  uğurla  icra  edirik, 

bölgələr inkişaf edir, gözəlləşir, abadlaşır, yeni iş yerləri açılır. 

Ancaq  bütün  bu  işlərin  təməlində  və  mərkəzində  Azərbaycan 

vətəndaşı  dayanır.  Azərbaycan  vətəndaşı  sağlam  olmalıdır. 

Azərbaycan  vətəndaşı  yaxşı  şəraitdə,  gözəl  şəhərlərdə 

yaşamalıdır.  Bütün  infrastruktur  layihələri  icra  edilməlidir  ki, 

biz  dünyanın  inkişaf  etmiş  ölkələrinin  səviyyəsindən  geri 

qalmayaq.  Biz  bunu  edirik,  edəcəyik.  Ölkəmizdə  gedən 

quruculuq, abadlıq işləri hər bir rayonda öz bəhrəsini verir. 

Xüsusilə  İmişli  rayonunun  son  bir  neçə  ay  ərzində  uğurlu 

inkişafı  məni  ürəkdən  sevindirir.  Mən  dəfələrlə  İmişlidə 

olmuşam. Keçən il də olmuşam. İmişlinin inkişafı üçün lazımi 

tədbirlər  görülmüşdür.  Kənd  yollarının  tikintisinə  vəsait 

ayrılmışdır.  Ancaq  mən  bilirdim  və  siz  də  bilirdiniz  ki,  işlər 

daha  da  sürətlə  gedə  bilər.  Son  bir  neçə  ayın  təcrübəsi  mənim 

sözlərimi  təsdiqləyir.  Əminəm  ki,  bu  reallıqları  sizdən  yaxşı 

bilən  heç  kim  tapılmaz.  Ancaq  mən  də,  yəni  keçən  il  burada 

olduğuma görə öz təəssüratlarımı sizinlə bölüşmək istəyirəm. 

Doğrudan  da  son  bir  neçə  ay  ərzində  İmişli  rayonunun 

inkişafı  üçün  çox  böyük,  tarixi  işlər  görülmüşdür.  İmişlini 

tanımaq  mümkün  deyil.  Buraya  gələrkən  çox  təəccüb  edirdim 

ki,  mən  indi  İmişlidəyəm,  yoxsa  hansısa  başqa  şəhərdəyəm. 

Doğrudan  da  tarixi  dəyişikliklər  baş  vermişdir  –  gözəllik, 

abadlıq,  yeni  meydan,  Bayraq  Meydanı,  yeni  parklar,  Heydər 

Əliyev Mərkəzi, Gənclər Mərkəzinin tikintisi, binaların bərpası, 

küçələrin  salınması,  yeni  işıq  dirəklərinin  qurulması.  Görülən 

bütün  işləri  sadalamaq  üçün  yəqin  ki,  çox  vaxt  lazım  olacaq, 

ancaq  bir  sözlə,  siz  İmişli  sakinləri  bunu  yaxşı  bilirsiniz  və 

bütün bu  quruculuq,  abadlıq  işlərində  fəal  iştirak  edirsiniz.  Bu 

sizin ümumi zəhmətinizin bəhrəsidir. 

Bu  dəyişikliklər,  əlbəttə  ki,  məni  ürəkdən  sevindirir. 

Əminəm  ki,  sizi  də  sevindirir.  Ancaq  eyni  zamanda,  bir  vacib 

məsələni  üzə  çıxarır  ki,  istək,  siyasi  iradə  və  öz  xalqına  qayğı 



 

341 


olan  yerdə  hər  şey  etmək  mümkündür.  Bir  neçə  ay  bundan 

əvvəl İmişli rayonuna yeni icra başçısı təyin edilmişdir. O, təyin 

edilərkən mən ona çox önəmli tövsiyələr, göstərişlər verdim və 

dedim ki, İmişli rayonu geridə qalmamalıdır, əksinə, ölkəmizin 

ən  qabaqcıl  rayonlarının  birinə  çevrilməlidir.  Son  neçə  ayın 

təcrübəsi göstərir ki, siz bu yolda uğurla irəliləyirsiniz. Əminəm 

ki,  gələn  səfərdə  yeni  gözəl  binaları,  yeni  açılan  obyektləri 

görəcəyəm  və  beləliklə,  İmişlinin  uzunmüddətli  inkişafı  təmin 

ediləcəkdir. 

Dövlət  isə  öz  tərəfindən  siyasətini  davam  etdirəcəkdir. 

Ölkəmizin  bütün  yerlərində  infrastruktur  layihələri  icra  edilir, 

yollar çəkilir, sürətlə qazlaşdırma gedir, o cümlədən İmişlidə də 

qazlaşdırma gedir və qarşıya məqsəd qoyulmuşdur ki, İmişlidə 

qazlaşdırma  100  faiz  səviyyəsində  olmalıdır.  Bütün  kəndlər 

qazlaşdırılmalıdır.  Əminəm  ki,  gələn  ilin  sonuna  qədər  biz  bu 

məqsədə çatacağıq. 

İçməli  su  layihəsinin  başlamasını  biz  artıq  qeyd  edirik. 

Çəkilən  su  xətti  1  ay  ərzində  ümumi  şəbəkəyə  qoşulacaq  və 

imişlililər  təmiz,  dayanıqlı  içməli  suya  malik  olacaqlar.  Eyni 

zamanda,  kanalizasiya  sisteminin  yaradılması  prosesi  başlayıb, 

kənd  yollarının  tikintisi  gedir.  Sağlamlığı  bərpa  etmək  üçün 

gözəl  xəstəxana  vardır.  İstirahət  etmək  üçün  gözəl  parklar, 

küçələr, xiyabanlar salınır, məktəblər tikilir. Əgər imişlililər bu 

yüksək  templəri  saxlaya  bilsələr  –  mən  əminəm  ki, 

saxlayacaqlar  –  çox  qısa  müddət  ərzində  İmişli  ölkəmizin  ən 

qabaqcıl rayonuna çevriləcəkdir. 

Bu gün mən yeni sənaye müəssisələrinin açılışında da iştirak 

etdim.  Bu  da  məni  çox  sevindirir.  Özəl  sektor  tərəfindən 

yaradılan  ən  böyük  taxıl  anbarı  İmişlidə  açılmışdır.  Ən  böyük 

damazlıq  yumurta  fabriki  açılıb.  Bu  həm  ölkə  iqtisadiyyatına 

verilən  bir  töhfədir,  həm  yeni  iş  yerlərinin  açılışı  deməkdir, 

insanların rifah  halının  yaxşılaşdırılması  üçün  atılan  çox  vacib 

addımdır. 

Bir  daha  deyirəm  ki,  iqtisadi  siyasətimizin  təməlində 

Azərbaycan  vətəndaşı  dayanır.  İqtisadi  islahatları  aparmaq  olar. 



 

342 


Bəzi  ölkələrdə  bu  daha  uğurlu  olur,  bəzi  ölkələrdə  o  qədər  də 

böyük  uğur  gətirmir.  Ancaq  vacib  məsələ  ondan  ibarətdir  ki, 

islahatları  apararkən  sosial  məsələlər  yaddan  çıxmasın.  Çünki 

transformasiya  dövrünü  yaşayan  ölkələrdə  iqtisadi  islahatlar  bəzi 

hallarda  çox  acı  nəticələrə  gətirib  çıxarır.  İnsanların  yaşayış 

səviyyəsi  aşağı  düşür.  İslahatlar  insanların  maddi  rifahına  mənfi 

təsir  göstərir.  Bax,  gözümüzün  qabağında  Avropanın  bəzi 

ölkələrində  gedən  proseslər  dayanmışdır  və  biz  bunu  müşahidə 

edirik.  Orada  indi  köklü  islahatlar  aparılır.  Dövlət  xərcləri  ixtisar 

edilir.  Bu  islahatlar  istər-istəməz  insanların  yaşayış  səviyyəsinə 

çox mənfi təsir göstərir. Bizim islahatların üstünlüyü ondan ibarət 

idi  ki,  bu  islahatlar  sosialyönümlüdür.  İslahatlar  nəticəsində  əldə 

edilən  əlavə  gəlirlər  ədalətli  şəkildə  insanların  rifah  halının 

yaxşılaşdırılmasına  sərf  edilmişdir.  Ona  görə  biz  gələcəyə  də 

böyük  ümidlərlə  baxırıq.    Çünki  iqtisadi  sahədə  növbəti  illərdə 

ancaq  və  ancaq  inkişaf  gözlənilir,  xüsusilə  qeyri-neft  sektoru 

sahəsində.  Bölgə  sakinləri  də  bu  inkişafdan  bəhrələnirlər  və 

əminəm ki, uğurlar daha da böyük olacaqdır. 

Azərbaycan regionda siyasi sahədə söz sahibidir, çox güclü 

mövqelərə  malikdir,  dünya  miqyasında  tədbirlərdə  də  çox  fəal 

iştirak  edir.  Biz  dünyanın  ən  aparıcı,  ən  böyük  qurumu  olan 

BMT 


Təhlükəsizlik 

Şurasının 

üzvüyük. 

Biz 


dünya 

məsələlərinin  həllində  öz  sözümüzü  deyirik  və  gələcək  illərdə 

bizim təsir imkanlarımız yalnız artacaqdır. 

Sosial  sferada  nəzərdə  tutulmuş  bütün  layihələr  icra  edilir. 

Bu  layihələrin  icrası  insanların  ildən-ilə  artan  maddi  rifahında 

özünü  göstərir.  Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramının    ikinci  hissəsi  başa  çatmaq  üzrədir,  gələn  il  başa 

çatacaqdır. Artıq növbəti 10 illik üçün yeni proqram hazırlanır 

və vaxt gələndə proqram ictimaiyyətə təqdim ediləcəkdir. 

Bütün infrastruktur layihələri icra edilir. Bir sözlə, biz qürur 

hissi  ilə  deyə  bilərik  ki,  Azərbaycan  dövləti  müstəqillik 

dövründə özünü dünya xəritəsində təsdiq edib. İqtisadi və siyasi 

cəhətdən  müstəqil  Azərbaycan  dövləti  uğurla  inkişaf  edir. 

Uğurumuzun  dayanıqlı,  davamlı  olması  üçün  bütün  bölgələr 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə