ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə102/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   98   99   100   101   102   103   104   105   ...   123

 

328 


mərkəzləşdirilmiş  içməli  su  şəbəkəsi  1981-ci  ildə  yaradılmışdır. 

Mənbə kimi 10 subartezian quyusundan istifadə olunur. Şəhərin bir 

hissəsində  50  kilometr  uzunluğunda  su  şəbəkəsi,  11,4  kilometr 

uzunluğunda kanalizasiya şəbəkəsi, tutumu 2 min kubmetr olan 2 su 

anbarı  və  2  nasos  stansiyası  mövcuddur.  Şəhərin  çirkab  suları 

təmizlənmədən rayon mərkəzinin kənarındakı şor kollektora axıdılır. 

Beyləqan  şəhərində  mövcud  su  və  kanalizasiya  şəbəkəsi  istismara 

yararsızdır. 

Diqqətə  çatdırıldı  ki,  Beyləqan  şəhərinin  su  təchizatı  və 

kanalizasiya  sistemlərinin  yenidən  qurulması  layihəsi  Asiya 

İnkişaf  Bankının  maliyyə  dəstəyi  ilə  reallaşdırılır.  Layihə  çər-

çivəsində  rayon  mərkəzinin  su  və  kanalizasiya  şəbəkəsi  ta-

mamilə  yenidən  qurulacaq,  şəhərin  yaxınlığındakı  Şəfəq  və 

Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir. 

Dövlətimizin  başçısı  kompleksin  təməlini  qoydu  və  inşa-

atçılara uğurlar arzuladı. 

 

 

 

 

 

    


 

329 


 

İMİŞLİ RAYONUNA SƏFƏR  

 

28 oktyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



oktyabrın 28-də İmişli rayonuna səfərə gəlmişdir. 

Dövlətimizin  başçısı  İmişli  şəhərinin  mərkəzində  ulu  öndər 

Heydər  Əliyevin  xatirəsini  yad  etdi,  abidəsi  önünə  gül  dəstəsi 

qoydu. 

İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Vilyam  Hacıyev 

prezident  İlham  Əliyevə  abidənin  ətrafında  və  rayonda  görül-

müş abadlıq-quruculuq işləri barədə məlumat verdi. 

 

Heydər Əliyev Mərkəzinin açılışı mərasimi 



 

Azərbaycan  prezidenti  İlham  Əliyev  İmişli  rayonuna 

səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak 

etmişdir. 

Dövlətimizin  başçısı  yeni  Mərkəzin  rəmzi  açılışını  bildirən 

lenti kəsdi. 

Məlumat  verildi  ki,  ulu  öndərin  adını  daşıyan  Mərkəzin 

tikintisinə  bu  ilin  mayında  başlanılmış  və  qısa  müddətdə 

yekunlaşdırılmışdır.  Mərkəzin  ikimərtəbəli  binası  orijinal 

layihəsi  və  möhtəşəmliyi  ilə  diqqəti  cəlb  edir.  Binanın  ümumi 

sahəsi  2  min  kvadratmetrdir.  Ətrafda  əsaslı  yenidənqurma, 

abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. 

Mərkəzin  birinci  mərtəbəsində  ümummilli  lider  Heydər 

Əliyevin abidəsi qoyulmuşdur. Burada ulu öndərin və prezident 

İlham  Əliyevin  müxtəlif  illərdə  ölkəmizin  regionlarına  səfər-

lərini  və  bölgələrdə  həyata  keçirilən  kompleks  dövlət  təd-

birlərini  əks  etdirən  fotoguşələr  yaradılıb.  Mərkəzdə  elektron 

kitabxana  fəaliyyət  göstərəcəkdir.  Arzu  edənlər  burada  kom-

püter  kurslarında  hərtərəfli  hazırlıq  keçəcəklər.  Buradakı 

virtual  sinif  otağı  informasiya-kommunikasiya  texnologiya-


 

330 


larının  bölgələrdə  də  geniş  tətbiqinin  diqqət  mərkəzində  sax-

lanıldığını  göstərir.  İmişli  rayonunda  xarici  dillərin  öyrənil-

məsinə  maraq  böyük  olduğundan  Mərkəzdə  xarici  dil  kursları 

fəaliyyət  göstərəcəkdir.  Foto  sənətinin  sirlərinə  yiyələnmək 

üçün buradakı fotostudiyada, eləcə də internet-kafedə gənclərin 

asudə  vaxtlarını  maraqlı  keçirmələri  üçün  hər  cür  şərait 

yaradılmışdır.  Mərkəzdə  vaxtaşırı  müxtəlif  sərgilər  təşkil 

olunacaqdır. 

Birinci mərtəbədəki 350 yerlik konfrans salonunda istənilən 

tədbirin  keçirilməsi  üçün  hər  cür  şərait  vardır.  İkinci  mərtə-

bədəki  konfrans  salonu  isə  50  yerlikdir.  Burada  kitabxana  ilə 

yanaşı,  poliqrafiya  emalatxanası  da  yaradılmışdır.  Mərkəzdə 

fəaliyyət  göstərəcək  3D  kinozalına  da  rayonda  ehtiyac  var  idi 

və  bu  çox  böyük  maraq  doğuran  yeniliklərdəndir.  Burada, 

həmçinin rəsm-dizayn və xalq sənətkarlığı studiyaları və qızlar 

dərnəyi  də  fəaliyyət  göstərəcəkdir.  Mərkəzdə  32  nəfərin  işlə 

təmin olunması nəzərdə tutulub. 

 

Heydər Əliyev parkında aparılmış yenidənqurma 



işləri ilə tanışlıq 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  28-də 



İmişlidə Heydər Əliyev parkında aparılmış yenidənqurma işləri 

ilə tanış olmuşdur. 

İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Vilyam  Hacıyev 

prezident İlham Əliyevə parkda görülmüş işlərlə bağlı məlumat 

verdi.  Bildirildi  ki,  parkda  yenidənqurma  işlərinə  dövlətimizin 

başçısının  sərəncamına  əsasən,  Prezidentin  ehtiyat  fondundan 

ayrılan  1,4  milyon  manat  vəsait  hesabına  başlanılmışdır. 

Ümumi sahəsi 6,5 hektar olan parkın orijinal memarlıq üslubu 

ilə seçilən 2 giriş qapısı vardır. Burada quraşdırılan fəvvarələr 

kompleksi  parkın  gözəlliyini  daha  da  artırır.  Parkda  geniş 

abadlıq  və  yaşıllaşdırma  tədbirləri  görülmüşdür.  İşıqlandırma 

sistemi  də  müasirliyi  ilə  diqqəti  çəkir.  Ulu  öndərin  adını 

daşıyan 

bu 

istirahət 

ocağı 

Azərbaycanda 

aparılan 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə