ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə101/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   97   98   99   100   101   102   103   104   ...   123

 

325 


Binanın  foyesində  ümummilli  lider  Heydər  Əliyevin  büstü 

qoyulmuşdur. 

Burada  ulu  öndər  Heydər  Əliyevin  və  prezident  İlham  Əli-

yevin ölkəmizdə mədəniyyətə və incəsənətə göstərdikləri qayğını 

əks  etdirən  fotolardan  ibarət  guşələr  yaradılıb.  Binanın 

ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. 

Qeyd  olundu  ki,  uzun  müddət  təmir  edilmədiyindən  bina 

yararsız vəziyyətə düşmüşdü. Mədəniyyət sarayında əsaslı təmir 

və  yenidənqurma  işlərinə  bu  ilin  aprelində  başlanılmışdır. 

Sarayın inzibati binasının fasad hissəsi tamamilə yenilənib. Zal, 

foye və otaqlar yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq 

üslubunda inşa edilmiş, işıqlandırma sistemi, zəruri inventar və 

avadanlıqla təchiz olunmuşdur. 

Dövlətimizin  başçısı  Mədəniyyət  sarayının  foyesindəki 

fotoguşə ilə tanış oldu. Bu fotolarda ulu öndər Heydər Əliyevin 

mədəniyyət  və  incəsənət  xadimlərinə  göstərdiyi  yüksək  diqqət 

əksini  tapmışdır.  Mədəniyyət  xadimləri  bu  gün  də  ən  yüksək 

səviyyədə  qayğı  ilə  əhatə  olunmuşlar.  Guşədə,  həmçinin  ulu 

öndər  Heydər  Əliyevin  və prezident  İlham  Əliyevin  Beyləqana 

səfərlərini əks etdirən fotolar böyük maraq doğurur. 

Binada yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev 

kollektivə uğurlar arzuladı. 

 

Beyləqan–Kəbirli–Baharabad avtomobil  

yolunun açılışı mərasimi 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  28-də 

Beyləqan–Kəbirli–Baharabad  avtomobil  yolunun  açılışında 

iştirak etmişdir. 

Dövlətimizin başçısı avtomobil yolunun sxematik planını əks 

etdirən stendə baxdı. 

Beyləqan  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Vaqif  Abdul-

layev  Azərbaycan  prezidentinə  məlumat  verdi  ki,  son  10  ildə 

ölkəmizin  yol-nəqliyyat  strukturunda  əsaslı  dəyişikliklər  baş 

vermişdir.  Ölkə  ərazisindən  keçən  beynəlxalq  əhəmiyyətli 


 

326 


magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən 

qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları 

tamamilə  abadlaşdırılır.  Dövlətimizin  başçısının  sərəncam  və 

göstərişlərinə  əsasən  indi  əsas  diqqət  regionlarda  kənd  və 

qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib. 

Bu  tədbirlər  iqtisadiyyatımızın  gündən-günə  güclənməsini 

nümayiş  etdirməklə  yanaşı,  dövlətimizin  ölkənin  istənilən 

yerində  yaşayan  vətəndaşlara  göstərdiyi  qayğı  və  diqqəti  əks 

etdirir. Bu proses Beyləqan rayonunda da geniş vüsət almışdır. 

Rayondakı  Beyləqan–Kəbirli–Baharabad  avtomobil  yolu 

tamamilə yenidən qurulub. 

Ümumi  uzunluğu  35  kilometr  olan  və  müasir  standartlar 

səviyyəsində qurulan dördüncü kateqoriyalı avtomobil yolunda       

2    körpü,  10  boru  su  keçidi  inşa  edilmişdir.  Beyləqan  rayonu-

nun 10 kəndini və Xocavənddən olan məcburi köçkünlərin məs-

kunlaşdıqları  yaşayış  məntəqəsini  birləşdirən  həmin  yoldan    

34 minə yaxın sakin istifadə edəcəkdir. Bu günədək yolun   20,2 

kilometrlik  hissəsində  əsaslı  təmir  işləri  başa  çatdırılmışdır. 

Hazırda yolun qalan hissəsində əsaslı təmirin yekunlaşdırılması 

işləri davam etdirilir. 

Prezident  İlham  Əliyev  yolun  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi. 

Yol ilə tanışlıqdan sonra dövlətimizin başçısı kənd sakinləri 

ilə görüşdü. 

İ l h a m   Ə l i y e v:  Yeni yolun açılışı münasibətilə sizi 

təbrik edirəm. Çox gözəl, rahat yoldur. Əvvəlki yol çox bərbad 

vəziyyətdə idi. Gediş-gəliş də o qədər asan deyildi. Amma indi 

gözəl,  rahat  yol  çəkildi.  Mən  buna  çox  sevinirəm,  çox  şadam. 

Şadam  ki,  mənim  sərəncamlarım  vaxtında  və  yüksək 

keyfiyyətlə  yerinə  yetirilir.  Bildiyiniz  kimi,  bu  yolun  çəkilişi 

mənim  imzaladığım  sərəncamın  əsasında  mümkün  olmuşdur. 

Bütün  bölgələrdən  bizə  məktublar,  sifarişlər  gəlir,  xahişlər 

göndərilir ki, yollar abadlaşdırılsın.  

S a k i n l ə r: Çox sağ olun, Sizə minnətdarıq. 



 

327 


İ l h a m  Ə l i y e v: Sizi bir daha təbrik edirəm. Əminəm 

ki,  yaxın  gələcəkdə  ölkəmizin  bütün  kənd  yolları  abad-

laşdırılacaq. Əlbəttə, ilkin mərhələdə magistral yollara üstünlük 

verirdik. Paytaxtımızı şəhərlərlə birləşdirən yolların tikintisi ön 

planda idi. Amma indi kənd yollarının tikintisinə də vaxt çatıb 

və biz bunu edirik. 

Yol  çəkilişi  insanlara  rahatlıq  verir,  hər  bir  bölgənin 

inkişafını  müəyyən  edir.  Çünki  yol  olmasa  inkişafdan  söhbət 

gedə  bilməz.  Həm  insanların  rahatlığı,  həm  də  biznes  im-

kanlarının  genişləndirilməsi,  gələcəkdə  müxtəlif  turizm  ob-

yektlərinin tikintisi üçün yol, əlbəttə ki, əsas məsələdir. 

Yol  çəkilişi  ilə  əlaqədar  bütün  bölgələrdə  işlər  gedir.  Eyni 

zamanda,  digər  infrastruktur  layihələri  icra  edilir,  o  cümlədən 

Beyləqan rayonunda.  İndi qazlaşdırma  prosesi  gedir,  içməli su 

layihəsi artıq başlayır. Çalışacağıq ki, yaxın illər ərzində qalan 

problemlər də öz həllini tapsın, bütün bölgələr, bütün rayonlar, 

o  cümlədən  Beyləqan rayonu  daha  da  uğurla  və  sürətlə inkişaf 

etsin. 


Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm. 

 

Su və kanalizasiya sistemləri kompleksinin 



təməlqoyma mərasimi 

  

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  28-də 



Beyləqan  şəhərinin  su  və  kanalizasiya  sistemləri  kompleksinin 

təməlqoyma mərasimində iştirak etmişdir.  

İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar. 

Prezident  İlham  Əliyev  kompleksin  idarəetmə  mərkəzi, 

şəhərin  su  və  kanalizasiya  sisteminin  yenidən  qurulması  və 

situasiya planı layihələrini əks etdirən stendlərə baxdı. 

«Azərsu»  ASC-nin  sədri  Qorxmaz  Hüseynov  bildirdi  ki, 

təmsil etdiyi qurum yalnız Beyləqan şəhərinin bir hissəsinə xid-

mət  göstərir.  Hazırda  Beyləqan  şəhərində  yaşayan  15,5  min 

sakinin  7,6  mini  və  ya  49  faizi  mərkəzləşdirilmiş  şəbəkədən  su 

alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə