326
magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən
qurulmuşdur. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları
tamamilə abadlaşdırılır. Dövlətimizin başçısının sərəncam və
göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və
qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib.
Bu tədbirlər iqtisadiyyatımızın gündən-günə güclənməsini
nümayiş etdirməklə yanaşı, dövlətimizin ölkənin istənilən
yerində yaşayan vətəndaşlara göstərdiyi qayğı və diqqəti əks
etdirir. Bu proses Beyləqan rayonunda da geniş vüsət almışdır.
Rayondakı Beyləqan–Kəbirli–Baharabad avtomobil yolu
tamamilə yenidən qurulub.
Ümumi uzunluğu 35 kilometr olan və müasir standartlar
səviyyəsində qurulan dördüncü kateqoriyalı avtomobil yolunda
2 körpü, 10 boru su keçidi inşa edilmişdir. Beyləqan rayonu-
nun 10 kəndini və Xocavənddən olan məcburi köçkünlərin məs-
kunlaşdıqları yaşayış məntəqəsini birləşdirən həmin yoldan
34 minə yaxın sakin istifadə edəcəkdir. Bu günədək yolun 20,2
kilometrlik hissəsində əsaslı təmir işləri başa çatdırılmışdır.
Hazırda yolun qalan hissəsində əsaslı təmirin yekunlaşdırılması
işləri davam etdirilir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti
kəsdi.
Yol ilə tanışlıqdan sonra dövlətimizin başçısı kənd sakinləri
ilə görüşdü.
İ l h a m Ə l i y e v: Yeni yolun açılışı münasibətilə sizi
təbrik edirəm. Çox gözəl, rahat yoldur. Əvvəlki yol çox bərbad
vəziyyətdə idi. Gediş-gəliş də o qədər asan deyildi. Amma indi
gözəl, rahat yol çəkildi. Mən buna çox sevinirəm, çox şadam.
Şadam ki, mənim sərəncamlarım vaxtında və yüksək
keyfiyyətlə yerinə yetirilir. Bildiyiniz kimi, bu yolun çəkilişi
mənim imzaladığım sərəncamın əsasında mümkün olmuşdur.
Bütün bölgələrdən bizə məktublar, sifarişlər gəlir, xahişlər
göndərilir ki, yollar abadlaşdırılsın.
S a k i n l ə r: Çox sağ olun, Sizə minnətdarıq.
327
İ l h a m Ə l i y e v: Sizi bir daha təbrik edirəm. Əminəm
ki, yaxın gələcəkdə ölkəmizin bütün kənd yolları abad-
laşdırılacaq. Əlbəttə, ilkin mərhələdə magistral yollara üstünlük
verirdik. Paytaxtımızı şəhərlərlə birləşdirən yolların tikintisi ön
planda idi. Amma indi kənd yollarının tikintisinə də vaxt çatıb
və biz bunu edirik.
Yol çəkilişi insanlara rahatlıq verir, hər bir bölgənin
inkişafını müəyyən edir. Çünki yol olmasa inkişafdan söhbət
gedə bilməz. Həm insanların rahatlığı, həm də biznes im-
kanlarının genişləndirilməsi, gələcəkdə müxtəlif turizm ob-
yektlərinin tikintisi üçün yol, əlbəttə ki, əsas məsələdir.
Yol çəkilişi ilə əlaqədar bütün bölgələrdə işlər gedir. Eyni
zamanda, digər infrastruktur layihələri icra edilir, o cümlədən
Beyləqan rayonunda. İndi qazlaşdırma prosesi gedir, içməli su
layihəsi artıq başlayır. Çalışacağıq ki, yaxın illər ərzində qalan
problemlər də öz həllini tapsın, bütün bölgələr, bütün rayonlar,
o cümlədən Beyləqan rayonu daha da uğurla və sürətlə inkişaf
etsin.
Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm.
Su və kanalizasiya sistemləri kompleksinin
təməlqoyma mərasimi
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də
Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin
təməlqoyma mərasimində iştirak etmişdir.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev kompleksin idarəetmə mərkəzi,
şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması və
situasiya planı layihələrini əks etdirən stendlərə baxdı.
«Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki,
təmsil etdiyi qurum yalnız Beyləqan şəhərinin bir hissəsinə xid-
mət göstərir. Hazırda Beyləqan şəhərində yaşayan 15,5 min
sakinin 7,6 mini və ya 49 faizi mərkəzləşdirilmiş şəbəkədən su
alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə