ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə103/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   99   100   101   102   103   104   105   106   ...   123

 

331 


yenidənqurma  tədbirlərinin  miqyasının  və  keyfiyyətinin  əyani 

göstəricisidir. 

Dövlətimizin  başçısına  Heydər  Əliyev  parkında  tikilməkdə 

olan Gənclər Mərkəzinin planı təqdim olundu. Məlumat verildi 

ki,  1,8  min  kvadratmetr  ərazidə  inşa  olunan  üçmərtəbəli 

binanın  inşasına  bu  ilin  iyununda  başlanılmışdır.  Tikinti  işləri 

2013-cü  ilin  mayında  başa  çatdırılacaqdır.  Burada  rayon 

gənclərinin  istirahəti  və  ilkin  peşə  vərdişlərinə  yiyələnmələri 

üçün hər cür şərait yaradılacaqdır. 

Prezident  İlham  Əliyev  İmişli  rayonunda  yeni  yaradılan 

Bayraq  Meydanı  ilə  də  tanış  oldu.  Əzəməti  ilə  seçilən  Bayraq 

Meydanının  ümumi  sahəsi  8,3  min  kvadratmetrdir.  Bayraq 

dirəyinin hündürlüyü isə 100 metrdir. 

Bildirildi  ki,  meydanın  ətrafında  böyük  abadlıq  və  ya-

şıllaşdırma  işləri  görülmüşdür.  Vağzal  meydanı  da  tamamilə 

yeni görkəm almışdır. İşıqlandırma sistemi müasir standartlara 

uyğun  yenilənmişdir.  Yenidənqurmadan  sonra    meydan 

füsunkarlığı və səliqə-sahmanı ilə diqqəti cəlb edir. 

Dövlətimizin  başçısı  görülmüş  işləri  yüksək  qiymətləndirdi, 

tapşırıq və tövsiyələrini verdi

 

İmişli Rayon Mərkəzi Xəstəxanasında aparılan  



əsaslı təmir işlər ilə tanışlıq 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  10-da 



İmişli  Rayon  Mərkəzi  Xəstəxanasında  aparılan  əsaslı  təmir 

işləri ilə tanış olmuşdur. 

Səhiyyə  naziri  Oqtay  Şirəliyev  dövlətimizin  başçısına 

məlumat verdi ki, ikimərtəbəli xəstəxananın ümumi ərazisi 21,2 

min  kvadratmetrdir.  Burada  geniş  abadlıq  və  yaşıllaşdırma 

işləri görülmüşdür. Xəstəxananın ayrıca yarımstansiyası var və 

burada  əlavə  generator  da  quraşdırılıb.  Yoluxucu  xəstəliklər 

şöbəsi  ayrıca  binada  yerləşir.  Azərbaycan  prezidentinin  2010-

cu  il  30  mart  tarixli  Sərəncamına  əsasən  Prezidentin  ehtiyat 

fondundan  ayrılan  1,5  milyon  manat  vəsait  hesabına  2010-cu 


 

332 


ildə  xəstəxananın  əsaslı  təmirinə başlanılmışdır.  Ötən müddətdə 

həyata keçirilən kompleks yenidənqurma işlərindən sonra Mərkəzi 

Rayon  Xəstəxanası  müasirliyi  ilə  diqqəti  cəlb  edir.  4  korpusdan 

ibarət bu tibb müəssisəsi 136 çarpayılıqdır. Əsas binası və bütün 

şöbələri  tamamilə  yenidən  qurulmuş  xəstəxananın  maddi-texniki 

bazası  ən  müasir  standartlara  cavab  verir.  Xəstəxananın  hər  bir 

şöbəsinin interyeri orijinal dizaynı və zəngin tərtibatı ilə fərqlənir. 

Bildirildi  ki,  xəstəxananın  şöbələrində  Yaponiya,  Türkiyə, 

İtaliya,  Koreya  Respublikası  və  digər  ölkələrdən  gətirilmiş  ava-

danlıqlar quraşdırılmışdır. Qonşu şəhər və rayonların sakinləri də 

bu  tibb  ocağının  xidmətindən  yararlana  biləcəklər.  Ötən  illərdə 

ölkəmizdə  pulsuz  səhiyyə  xidmətinin  genişləndirilməsi,  əhalinin 

aztəminatlı  təbəqəsinə  tibbi  yardım  sahəsində  dövlət  qayğısının 

gücləndirilməsi  ilə  bağlı  tədbirlər  sisteminin  hazırlanıb  həyata 

keçirilməsinə  bu  cür  müasir  tibb  ocaqlarının  sayının  artması  da 

münbit zəmin yaradır. Respublikamızda səhiyyə sisteminin yenidən 

qurulması,  əhalinin  sağlamlığı  üçün  müvafiq  tədbirlərin  daha 

yaxşı  təşkili,  bu  sahədə  qabaqcıl  texnologiyaların  tətbiqi  və  yeni 

kadr  potensialının  hazırlanmasını  özündə  dolğun  ehtiva  edən 

dövlət  proqramları  ölkəmizdə  tibbi  xidmətin  səviyyəsini  də 

yüksəltmişdir. 

Azərbaycanda  ən  yüksək  standartlara  cavab  verən  tibb 

müəssisələrinin  sayının  durmadan  artması  sayəsində  tədricən 

xaricə müalicəyə yollananların da sayı azalır. İndi paytaxt Bakı ilə 

yanaşı, müxtəlif bölgələrdə ən mürəkkəb cərrahiyyə əməliyyatları 

uğurla aparılır, təcrübəli xarici mütəxəssislərin dəvət edilməsi ilə 

yerli  tibbi  personalın  hazırlıq  səviyyəsi  təkmilləşdirilir,  dövlət 

hesabına  dünyanın  ən  nüfuzlu  ali  məktəblərində  təhsil  almağa 

göndərilənlərin  sayı  ilbəil  artır.  Hazırda  respublikamızın  tibb 

müəssisələri maddi-texniki bazasının müasirliyi baxımından inkişaf 

etmiş ölkələrin səhiyyə ocaqları ilə müqayisə edilir. Bunu ölkəmizə 

gələn  yüksək  səviyyəli  qonaqlar  da  təsdiqləyirlər.  İmişli  Rayon 

Mərkəzi  Xəstəxanası  da  ən  son  elmi-texniki  yeniliklərin  tətbiqi 

baxımından ölkəmizin digər tibb müəssisələrindən geri qalmır. 


 

333 


Əsaslı təmir işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı tibb 

müəssisəsinin kollektivi ilə görüşdü. 

Prezident İlham Əliyev kollektivin üzvlərini salamladı: 

–  Sizi  təbrik  edirəm.  Gözəl  xəstəxanadır.  Burada  müalicə 

almaq, diaqnostikadan keçmək üçün bütün şərait vardır. Çox gözəl 

təmir  olunub,  dünya  standartlarına  cavab  verir.  Siz  –  burada 

işləyən həkimlər yaxşı bilirsiniz ki, əvvəlki vəziyyəti necə idi. İndi 

bu  gözəl  xəstəxanada  xəstələrə  yüksək  səviyyədə  tibbi  xidmət  və 

qayğı göstərilməlidir. 

Həkimlər və xəstələr üçün gözəl şərait yaradılıb. Əsas odur ki, 

dünən  dediyim  kimi,  vətəndaşlar  vaxtında  müayinədən  keçsinlər. 

Dünən  Saatlıda,  bu  gün  İmişlidə  gözəl  Mərkəzi  Xəstəxananın 

əsaslı  təmirdən  sonra  açılışını  qeyd  etdik.  Beyləqan  Rayon 

Mərkəzi Xəstəxanası da əsaslı təmirdən sonra açılışa hazırdır. Hər 

bir rayonda gözəl tibbi xidmət yaradılır. 

Bu  da  Azərbaycanın  bugünkü  reallıqlarını  əks  etdirir.  Vaxtilə 

xəstəxanaların  vəziyyəti  o  qədər  də  yaxşı  deyildi.  Onların 

əksəriyyəti    keçən  əsrin  70-ci  illərində  tikilmişdir,  artıq  köhnəl-

mişdi və əsaslı təmirə ehtiyac var idi. Əsas da müasir avadanlığın 

gətirilməsinə  ehtiyac  var  idi.  Çünki  müasir  avadanlıq  olmadan 

səviyyəli tibbi xidmət göstərmək mümkün deyildir. 

Burada  olan  avadanlıq  dünyanın  aparıcı  klinikalarındakı 

avadanlıqlardan fərqlənmir. Bəlkə də bəzi xarici klinikalardan daha 

da üstündür. Çünki biz ən son modelləri gətirdirik. Özü də hər yerə 

– Bakıya, əlbəttə, paytaxt şəhərinə, eyni zamanda, hər bir rayona, 

hər  bir  bölgəyə  gətiririk.  Dializ  aparatları  da  gətirilib.  Səhiyyə 

nazirinin dediyinə görə, 30-dan çox dializ xəstəsi vardır. Onlar indi 

burada  müalicə  alacaqlar.  Demək  olar  ki,  bütün  bölgələrdəki 

diaqnostika  mərkəzlərində,  artıq  mərkəzi  şəhər  və  rayon 

xəstəxanalarında  dializ  aparatları  vardır.  Bu  da  çox  vacib 

məsələdir.  Çünki  vaxtilə  böyrək  çatışmazlığından  əziyyət  çəkən 

insanlar  lazımi  tibbi  xidmət  ala  bilmirdilər.  İndi  isə  artıq  bu 

problem aradan götürülüb. 

Ən müasir standartlara cavab verən doğum şöbəsi vardır. Bu 

da çox vacibdir. Dünən bu məsələ ilə bağlı fikirlərimi bildirdim. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə