ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə100/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   96   97   98   99   100   101   102   103   ...   123

 

322 


Bu  şəraiti  biz  yaratdıq,  yenə  də  deyirəm,  düşünülmüş  iqtisadi 

siyasət  nəticəsində.  Bizim  xarici  dövlət  borcumuz  ümumi  daxili 

məhsulun təqribən 7-8 faizini təşkil edir.  İndi böhran içində olan 

ölkələrdə  bu  rəqəm  120–150  faizdir.  Böhrana  o  qədər  də  çox 

məruz qalmayan inkişaf etmiş ölkələrdə bu rəqəm 70–80 faizdir. 

Bizdə  cəmi  7-8  faizdir.  Nəyə  görə?  Çünki  biz  lazım  olmayan 

borcları  götürmədik,  populist  vədləri  icra  etmək  üçün,  necə 

deyərlər, borclanmadıq. Biz hər şeyi düşünülmüş şəkildə edirik və 

elə  edirik  ki,  gələcək  nəsillər  də  bu  borcların  qaytarılması  ilə 

məşğul  olmasınlar.  Ümumiyyətlə,  mən  hesab  edirəm  ki,  yaxın 

gələcəkdə  biz  xarici  dövlət  borcunu  daha  da  aşağı  salmalıyıq, 

baxmayaraq  ki,  bu  borcun  böyük  hissəsi  beynəlxalq  maliyyə 

qurumlarının  vəsaiti  hesabına  formalaşmışdır.  Bu  vəsaitlər 

uzunmüddətli  və  aşağı  faizlə  verilmiş  vəsaitlərdir.  Yəni  bunları 

belə  tələm-tələsik  qaytarmağa  o  qədər  də  böyük  ehtiyac  yoxdur. 

Ancaq  bununla  bərabər,  hesab  edirəm  ki,  növbəti  illərdə  dövlət 

xarici  borcumuz  daha  da  aşağı  düşməlidir  ki,  biz  bu  problemi 

tamamilə aradan götürək. 

Bizim  bütün  statistik  göstəricilərimiz  ən  yüksək  səviyyədədir. 

Böhranlı  illərdə,  bir  neçə  il  bundan  əvvəl  baxmayaraq  ki,  neftin 

qiyməti  kəskin  şəkildə aşağı düşmüşdü, Azərbaycan əhalisi bunu 

hiss  etmədi.  Yəni  biz  hansısa  obyektiv  səbəbləri  gətirərək,  nə 

manatın  məzənnəsini  aşağı  saldıq,  nə  qiymətlərin  şişirdilməsinə 

imkan  verdik.  Nəyə  görə?  Çünki  bizim  siyasətimizin  mərkəzində 

Azərbaycan  vətəndaşıdır.  İqtisadi  islahatların  aparılması,  ölkə 

iqtisadiyyatının  şaxələndirilməsi siyasətimizin təməlində də insan 

amili  vardır.  Ona  görə  biz  təhlillər  apararkən  həmişə  sosial  və 

iqtisadi  inkişafın  yekunlarını  təhlil  edirik.  Çünki  bu  2  məfhum 

ayrılmazdır.  Ancaq  güclü  sosial  siyasət  aparmaq  üçün  güclü 

iqtisadiyyat  lazımdır.  İqtisadiyyatımız  güclüdür.  Onun  özəlliyi  və 

üstünlüyü  ondan  ibarətdir  ki,  iqtisadiyyatımız  heç  kimdən  asılı 

deyildir. Biz heç bir xarici qurum qarşısında, necə deyərlər, borclu 

deyilik.  Öz  siyasətimizi  özümüz  aparırıq,  o  cümlədən  siyasi 

müstəvidə və iqtisadi sahədə. 




 

323 


Yenə  də  deyirəm,  borcun  səviyyəsi  o  qədər  aşağıdır  ki, 

ümumiyyətlə, biz bu barədə heç fikirləşməyə bilərik. Bu gün bölgə 

sahibkarları ilə keçirilən bu müşavirədə mən bir daha vurğulamaq 

istəyirəm  ki,  əsas  məqsədə  çatmaq  üçün  bizə  bir  neçə  il  vaxt 

lazımdır  ki,  ərzaq  təhlükəsizliyimizi  tamamilə  təmin  edək  və 

gələcəkdə  ixrac  potensialımızı  gücləndirək.  Biz  bu  məsələlərlə 

əlaqədar  strategiyamızı  artıq  indidən  müəyyən  etməliyik.  Mən 

əminəm ki, bir neçə ildən sonra əsas ərzaq məhsullarının istehsalı 

bizdə böyük ixrac potensialı da yaradacaqdır. 

Biz ixrac bazarlarına daha da böyük həcmdə çıxmalıyıq. Yeni 

bazarları  aramalıyıq,  araşdırmalıyıq.  Çıxmalıyıq  ki,  ixracın 

olmaması, yaxud da ki, məhdud olması bizim kənd təsərrüfatının 

ümumi  inkişafını  əngəlləməsin.  Çünki  əgər  ixrac  imkanlarımız 

olmasa  və daxili bazar tamamilə təmin edilsə,          o  zaman  kənd 

təsərrüfatının  inkişafında  müəyyən  durğunluq  yarana  bilər.  Yəni 

biz qabaqcadan bütün tədbirləri görməliyik ki, kənd təsərrüfatının 

inkişafı daha da geniş vüsət alsın. Onu da qeyd etməliyəm ki, mən 

bir neçə il bundan əvvəl, bu il və bu günlərdə görülən, gələn illərdə 

görüləcək tədbirlər nəticəsində kənd təsərrüfatının daha da sürətli 

inkişafını  gözləyirəm,  bunu  görürəm.  Bu  ilin  9  ayında  kənd 

təsərrüfatı 6 faizdən çox artmışdır. Görülən tədbirlər nəticəsində və 

bu  gün  sahibkarların  çıxışlarında  yeni  layihələr  haqqında  verilən 

məlumat kənd təsərrüfatının inkişafını daha da sürətləndirəcəkdir. 

Biz,  bir  daha  demək  istəyirəm  ki,  bu  sahədə  düşünülmüş  siyasət 

aparırıq.  Bu  həm  iqtisadi  inkişafdır,  həm  də  sosial  təminatdır, 

işsizliklə,  yoxsulluqla  mübarizədir,  iqtisadiyyatın  şaxələndiril-

məsidir,  ölkə  potensialının  gücləndirilməsidir.  Çünki  hər  ölkənin 

gücünü müəyyən edən onun iqtisadi dayaqlarıdır. İqtisadi dayaqlar 

olmadan,  iqtisadiyyat  asılı  vəziyyətdə  olan  halda  heç  vaxt  ölkə 

müstəqil  siyasət  apara  bilməz.  Bizim  müstəqil  siyasətimizin 

təməlində, əlbəttə ki, Azərbaycan xalqının iradəsi dayanır, eyni 

zamanda,  öz  gücümüzə  güvənməyimiz  dayanır.  Biz  öz 

gücümüzə,  Azərbaycan  xalqının  istedadına,  zəhmətinə 

arxalanırıq.  İqtisadiyyatımız  nə  qədər  güclü  olsa,  bizim  siyasi 

addımlarımız da o qədər cəsarətli və uğurlu olacaqdır. 



 

324 


Mən  əminəm  ki,  bölgə  sahibkarları  bütün  vəzifələri  yaxşı 

başa  düşür  və  dövlət  tərəfindən  verilən  tapşırıqları  yerinə 

yetirəcəklər.  Bu  tapşırıqları  yerinə  yetirməklə,  ilk  növbədə,  öz 

maddi  imkanlarını  genişləndirəcəklər,  eyni  zamanda,  bölgədə 

yaşayan  insanlar  üçün  yeni  iş  yerlərinin,  yeni  gözəl  şəraitin 

yaradılması istiqamətində də səylərini göstərəcəklər. O ki qaldı 

dövlət  siyasətinə,  bir  daha  demək  istəyirəm  ki,  dövlət  siyasəti 

bu  istiqamətdə  tamamilə  aydındır,  birmənalıdır.  Sahibkarlığa 

alternativ yoxdur. Bazar iqtisadiyyatı Azərbaycanda tam şəkildə 

bərqərar olunubdur. Ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda 

formalaşıb.  Yəni  bu  göstəricilər  dövlət  siyasətinin  nə  qədər 

düzgün  olduğunu  göstərir.  Əminəm  ki,  dövlət  siyasəti  bir 

tərəfdən,  sahibkarların  vətənpərvərliyi,  məsuliyyəti  və 

işgüzarlığı,  digər  tərəfdən,  ölkəmizin  uğurlu  inkişafını  təmin 

edəcəkdir.  Bütün  bölgə  sahibkarlarına  yeni  uğurlar  və  yeni 

gözəl layihələr arzulayıram. Sağ olun. 



 

Ə

saslı təmir olunmuş və yenidən qurulmuş   

Mədəniyyət sarayının açılışı mərasimi 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  28-də 



Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı təmir olunmuş və 

yenidən  qurulmuş  Mədəniyyət  sarayının  açılışında  iştirak 

etmişdir. 

Dövlətimizin  başçısı  sarayın  əvvəlki  və  hazırkı  vəziyyətini 

əks etdirən fotolardan ibarət stendə baxdı. 

Məlumat  verildi  ki,  ölkəmizdə  mədəniyyətin  və  incəsənətin 

inkişafına diqqət bu sahədə çalışan insanlara göstərilən qayğı-

da  öz  təzahürünü  tapır.  Bakı  ilə  yanaşı,  bölgələrdə  də  mə-

dəniyyət  ocaqlarının  əsaslı  təmir  olunması,  müasir  tipli  yeni 

infrastrukturun  yaradılması  bu  sahənin  hərtərəfli  inkişafına 

stimul verir. Beyləqanda əsaslı şəkildə yenidən qurulan və təmir 

olunan  Mədəniyyət  sarayı  onların  sırasındadır.  Təmir  zamanı 

işlərin  yüksək  səviyyədə  görülməsinə  xüsusi  diqqət  yetirilib. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə