319
edəcəkdir. Bu gün isə biz bu bölgənin müxtəlif layihələri
haqqında danışacağıq.
YEKUN NİTQİ
Biz bu yaxınlarda Nazirlər Kabinetinin toplantısında
ölkəmizin 9 aylıq sosial-iqtisadi inkişafının yekunlarını
müzakirə etdik. Bir daha deyə bilərəm ki, bu yekunlar çox
gözəldir, ümidvericidir və əslində gördüyümüz işləri tamamilə
əks etdirir. Çünki hər bir statistik göstəricinin arxasında görülən
işlər və düşünülmüş siyasət dayanır. Təsadüfi deyil ki, son
illərdə, xüsusilə son 2 il ərzində qeyri-neft sektoru daha da
sürətlə inkişaf etməyə başlamışdır. Bu, təsadüfi deyil, təbiidir.
Çünki qeyri-neft sektorunun inkişafı üçün müəyyən qədər vaxt
lazım idi. Biz 2004-cü ildə birinci regional proqramı qəbul
etdikdə məhz bu reallıqları nəzərə alırdıq və bilirdik ki,
niyyətimizi ifadə etmək, konkret layihələrə çevirmək üçün vaxt
lazımdır. Biz çox fəal işləmişik və düşünülmüş iqtisadi
islahatlar artıq öz gözəl nəticələrini verməkdədir.
Biz indi ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll edirik.
Baxmayaraq ki, heç bir dövrdə Azərbaycan özünü əsas ərzaq
məhsulları ilə təmin edə bilmirdi. Sovet dövründə vahid xalq
təsərrüfatı kompleksi mövcud idi və Azərbaycan əsas ərzaq
məhsullarını başqa respublikalardan idxal edirdi. Biz üzüm,
pambıq, meyvə, tərəvəz məhsullarını ixrac edirdik. Ancaq ət,
yağ, süd, quş əti, buğda – bütün bu məhsulları başqa
respublikalardan gətirirdik. Bugünkü vəziyyət onu göstərir ki,
biz özümüzü əsas ərzaq məhsulları ilə ya tam şəkildə təmin
etmişik, ya da ki, bu məqsədə böyük dərəcədə yaxınlaşmışıq.
Ətlə bağlı məsələlər öz həllini tapmışdır və biz özümüzü ətlə
təxminən 100 faiz səviyyəsində təmin edirik. Gələcəkdə
heyvandarlığın inkişafı nəticəsində bizdə ixrac imkanı da
yaranacaqdır.
İxrac haqqında da geniş mənada fikirləşməliyik. Biz ənənəvi
ixrac məhsullarının həcmini artırmaqla, eyni zamanda, əvvəlki
320
illərdə idxal edilən malların gələcəkdə ixracı haqqında
düşünürük və bu barədə müvafiq göstərişlər verilmişdir. Artıq
burada deyildi, biz yaxın illərdə özümüzü quş əti ilə tam şəkildə
təmin edəcəyik. Bu da düşünülmüş siyasət nəticəsində mümkün
olmuşdur. Çünki biz statistik göstəriciləri təhlil edərkən
görürdük ki, özümüzü quş əti ilə heç yarıya qədər də təmin edə
bilmirik. Bu məqsədlə sahibkarlığın inkişafı üçün kreditlərin
verilməsi məhz bu istiqamətə yönəlmişdir. Hazırda icra olunan
və gələcəkdə icra ediləcək layihələr bu imkanı bizə
yaradacaqdır. Yəni biz özümüzü 100 faiz quş əti ilə təmin
edəcəyik.
Biz heç vaxt özümüzü süd və süd məmulatları ilə təmin edə
bilməmişdik. Bu gün də özümüzü təqribən 70 faiz səviyyəsində
təmin edirik. Ancaq əminəm ki, 1-2 ilə biz özümüzü bu məhsul
üzrə də 100 faiz təmin edəcəyik.
Bildiyiniz kimi, bir neçə ildir ki, Azərbaycana cins mal-qara
gətirilir. Bu da dövlət təşəbbüsü idi. Buna böyük ehtiyac var idi.
Artıq bir neçə ildir ki, cins mal-qara gətirilir və beləliklə, bu,
südçülüyün və heyvandarlığın inkişafı üçün böyük bir dəstək
olacaqdır. Mən çox şadam ki, dövlət tərəfindən göstərilən
təşəbbüsə sahibkarlar da qoşulmuşlar. Artıq bir neçə yerdə, bir
neçə rayonda sırf sahibkarların öz vəsaiti hesabına böyük
fermalar, heyvandarlıq kompleksləri tikilir və bu proses geniş
vüsət almışdır. Eyni zamanda, bir neçə il bundan əvvəl kənd
təsərrüfatının inkişafı ilə bağlı məsələləri təhlil edərkən gördük
ki, məhsulların saxlanılması üçün bizdə kifayət qədər şərait
yoxdur. Yəni nəinki müasir şərait, ümumiyyətlə, şərait yoxdur.
Beləliklə, soyuducu anbarların tikintisinə qərar verildi və biz bu
problemi qısa müddət ərzində həll etdik. Bu həm sahibkarlığın
inkişafına verilən böyük dəstəkdir, eyni zamanda, qiymətlərin
tənzimlənməsi üçün vacib olan vasitədir. Yəni deyə bilərəm ki,
biz əsas problemləri 2 ilə aradan qaldırdıq. Amma kənd təsər-
rüfatı məhsulları istehsalının artımını nəzərə alaraq, əlbəttə ki,
soyuducu anbarların tikintisi davam etdirilməlidir. Həmçinin
taxıl anbarlarının tikintisi davam etdirilir və taxıl istehsalının,
321
ərzaq buğdasının istehsalının artırılmasını nəzərə alaraq, yaxın
illərdə biz bu istiqamətə əlavə vəsaitin ayrılmasına da, əlbəttə
ki, baxacağıq.
Yəni biz öz iqtisadi imkanlarımızla, öz gücümüzə yaradılan
iqtisadi imkanlardan çox səmərəli şəkildə istifadə edirik. İlk
növbədə, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində
vəsaitlər yönəldilir. Eyni zamanda, biz sosial məsələlərin
həllinə də lazımi səviyyədə vəsait ayırırıq. İldən-ilə maaşlar,
pensiyalar
artır.
Sovet
vaxtından
qalan
əmanətlərə
kompensasiya verilməsi prosesi başlamışdır və MDB
məkanında ən qısa müddət ərzində, yəni 2 ilə bu əmanətlər ən
yüksək əmsalla qaytarılacaqdır.
Ölkə iqtisadiyyatı artıq dünya miqyasında rəqabət-
qabiliyyətli iqtisadiyyatlar arasındadır. Yaxşı xatırlayıram ki,
neft strategiyamızın ilkin illərində bəzi xarici təhlilçilər,
müşahidəçilər belə fərziyyələr irəli sürürdülər ki, Azərbaycan
neftdən asılı ölkəyə çevriləcəkdir, Azərbaycanda «Holland
sindromu» olacaqdır, yəni iqtisadiyyat birtərəfli inkişaf edə-
cəkdir. Mən çox şadam ki, artıq bu söhbətlərdən əsər-əlamət
qalmayıbdır. Çünki bizim düşünülmüş iqtisadi siyasətimiz artıq
bütün dünyaya Azərbaycanın imkanlarını təqdim etdi. Davos
İqtisadi Forumunun hesablamalarına əsasən – bu da dünya
miqyasında ən mötəbər iqtisadi qurumlardan biridir –
Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı
yerdə, MDB məkanında birinci yerdədir. Bu, real iqtisadi
islahatların nəticəsidir.
Ölkə iqtisadiyyatının şaxələndirilməsi sadəcə olaraq, bir xoş
niyyət deyil, bu, artıq reallıqdır. Gələcək illərlə bağlı bizim çox
konkret, dəqiq düşünülmüş konsepsiyamız, strategiyamız və
konkret layihələrimiz vardır. Hazırda yaranmaqda olan yeni,
böyük sənaye mərkəzləri, böyük sənaye müəssisələri,
texnologiya parkları artıq bir neçə ildən sonra Azərbaycanın
sənaye potensialını yüksək dərəcədə artıracaq və bundan
sonrakı illərdə iqtisadiyyatımız qeyri-neft sektorunun hesabına
inkişaf etməlidir.
Dostları ilə paylaş: |