ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə99/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   95   96   97   98   99   100   101   102   ...   123

 

319 


edəcəkdir.  Bu  gün  isə  biz  bu  bölgənin  müxtəlif  layihələri 

haqqında danışacağıq. 



 

                           YEKUN NİTQİ  

 

Biz  bu  yaxınlarda  Nazirlər  Kabinetinin  toplantısında 



ölkəmizin  9  aylıq  sosial-iqtisadi  inkişafının  yekunlarını 

müzakirə  etdik.  Bir  daha  deyə  bilərəm  ki,  bu  yekunlar  çox 

gözəldir,  ümidvericidir  və  əslində  gördüyümüz  işləri  tamamilə 

əks etdirir. Çünki hər bir statistik göstəricinin arxasında görülən 

işlər  və  düşünülmüş  siyasət  dayanır.  Təsadüfi  deyil  ki,  son 

illərdə,  xüsusilə  son  2  il  ərzində  qeyri-neft  sektoru  daha  da 

sürətlə  inkişaf  etməyə  başlamışdır.  Bu,  təsadüfi  deyil,  təbiidir. 

Çünki qeyri-neft sektorunun inkişafı üçün müəyyən qədər vaxt 

lazım  idi.  Biz  2004-cü  ildə  birinci  regional  proqramı  qəbul 

etdikdə  məhz  bu  reallıqları  nəzərə  alırdıq  və  bilirdik  ki, 

niyyətimizi ifadə etmək, konkret layihələrə çevirmək üçün vaxt 

lazımdır.  Biz  çox  fəal  işləmişik  və  düşünülmüş  iqtisadi 

islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. 

Biz  indi  ərzaq  təhlükəsizliyi  məsələlərini  uğurla  həll edirik. 

Baxmayaraq  ki,  heç  bir  dövrdə  Azərbaycan  özünü  əsas  ərzaq 

məhsulları  ilə  təmin  edə  bilmirdi.  Sovet  dövründə  vahid  xalq 

təsərrüfatı  kompleksi  mövcud  idi  və  Azərbaycan  əsas  ərzaq 

məhsullarını  başqa  respublikalardan  idxal  edirdi.  Biz  üzüm, 

pambıq,  meyvə,  tərəvəz  məhsullarını  ixrac  edirdik.  Ancaq  ət, 

yağ,  süd,  quş  əti,  buğda  –  bütün  bu  məhsulları  başqa 

respublikalardan  gətirirdik.  Bugünkü  vəziyyət  onu  göstərir  ki, 

biz  özümüzü  əsas  ərzaq  məhsulları  ilə  ya  tam  şəkildə  təmin 

etmişik,  ya  da  ki,  bu  məqsədə  böyük  dərəcədə  yaxınlaşmışıq. 

Ətlə  bağlı  məsələlər  öz  həllini  tapmışdır  və  biz  özümüzü  ətlə 

təxminən  100  faiz  səviyyəsində  təmin  edirik.  Gələcəkdə 

heyvandarlığın  inkişafı  nəticəsində  bizdə  ixrac  imkanı  da 

yaranacaqdır. 

İxrac haqqında da geniş mənada fikirləşməliyik. Biz ənənəvi 

ixrac  məhsullarının  həcmini  artırmaqla,  eyni  zamanda,  əvvəlki 



 

320 


illərdə  idxal  edilən  malların  gələcəkdə  ixracı  haqqında 

düşünürük  və  bu  barədə  müvafiq  göstərişlər  verilmişdir.  Artıq 

burada deyildi, biz yaxın illərdə özümüzü quş əti ilə tam şəkildə 

təmin edəcəyik. Bu da düşünülmüş siyasət nəticəsində mümkün 

olmuşdur.  Çünki  biz  statistik  göstəriciləri  təhlil  edərkən 

görürdük ki, özümüzü quş əti ilə heç yarıya qədər də təmin edə 

bilmirik.  Bu  məqsədlə  sahibkarlığın  inkişafı  üçün  kreditlərin 

verilməsi məhz bu istiqamətə yönəlmişdir. Hazırda icra olunan 

və  gələcəkdə  icra  ediləcək  layihələr  bu  imkanı  bizə 

yaradacaqdır.  Yəni  biz  özümüzü  100  faiz  quş  əti  ilə  təmin 

edəcəyik. 

Biz heç vaxt özümüzü süd və süd məmulatları ilə təmin edə 

bilməmişdik. Bu gün də özümüzü təqribən 70 faiz səviyyəsində 

təmin edirik. Ancaq əminəm ki, 1-2 ilə biz özümüzü bu məhsul 

üzrə də 100 faiz təmin edəcəyik. 

Bildiyiniz kimi, bir neçə ildir ki, Azərbaycana cins mal-qara 

gətirilir. Bu da dövlət təşəbbüsü idi. Buna böyük ehtiyac var idi. 

Artıq  bir  neçə  ildir  ki,  cins  mal-qara  gətirilir  və  beləliklə,  bu, 

südçülüyün  və  heyvandarlığın  inkişafı  üçün  böyük  bir  dəstək 

olacaqdır.  Mən  çox  şadam  ki,  dövlət  tərəfindən  göstərilən 

təşəbbüsə sahibkarlar da qoşulmuşlar. Artıq bir neçə yerdə, bir 

neçə  rayonda  sırf  sahibkarların  öz  vəsaiti  hesabına  böyük 

fermalar,  heyvandarlıq  kompleksləri  tikilir  və  bu  proses  geniş 

vüsət  almışdır.  Eyni  zamanda,  bir  neçə  il  bundan  əvvəl  kənd 

təsərrüfatının inkişafı ilə bağlı məsələləri təhlil edərkən gördük 

ki,  məhsulların  saxlanılması  üçün  bizdə  kifayət  qədər  şərait 

yoxdur. Yəni nəinki müasir şərait, ümumiyyətlə, şərait yoxdur. 

Beləliklə, soyuducu anbarların tikintisinə qərar verildi və biz bu 

problemi  qısa  müddət  ərzində  həll  etdik.  Bu  həm  sahibkarlığın 

inkişafına  verilən  böyük  dəstəkdir,  eyni  zamanda,  qiymətlərin 

tənzimlənməsi üçün vacib olan vasitədir. Yəni deyə bilərəm ki, 

biz  əsas  problemləri  2  ilə  aradan  qaldırdıq.  Amma  kənd  təsər-

rüfatı  məhsulları  istehsalının  artımını  nəzərə  alaraq,  əlbəttə  ki, 

soyuducu  anbarların  tikintisi  davam  etdirilməlidir.  Həmçinin 

taxıl  anbarlarının  tikintisi  davam  etdirilir  və  taxıl  istehsalının, 



 

321 


ərzaq  buğdasının  istehsalının  artırılmasını  nəzərə  alaraq,  yaxın 

illərdə  biz  bu  istiqamətə  əlavə  vəsaitin  ayrılmasına  da,  əlbəttə 

ki, baxacağıq. 

Yəni biz öz iqtisadi imkanlarımızla, öz gücümüzə yaradılan 

iqtisadi  imkanlardan  çox  səmərəli  şəkildə  istifadə  edirik.  İlk 

növbədə,  ölkə  iqtisadiyyatının  şaxələndirilməsi  istiqamətində 

vəsaitlər  yönəldilir.  Eyni  zamanda,  biz  sosial  məsələlərin 

həllinə  də  lazımi  səviyyədə  vəsait  ayırırıq.  İldən-ilə  maaşlar, 

pensiyalar 

artır. 


Sovet 

vaxtından 

qalan 

əmanətlərə 



kompensasiya  verilməsi  prosesi  başlamışdır  və  MDB 

məkanında ən qısa müddət ərzində, yəni 2 ilə bu əmanətlər ən 

yüksək əmsalla qaytarılacaqdır. 

Ölkə  iqtisadiyyatı  artıq  dünya  miqyasında  rəqabət-

qabiliyyətli  iqtisadiyyatlar  arasındadır.  Yaxşı  xatırlayıram  ki, 

neft  strategiyamızın  ilkin  illərində  bəzi  xarici  təhlilçilər, 

müşahidəçilər  belə  fərziyyələr  irəli  sürürdülər  ki,  Azərbaycan 

neftdən  asılı  ölkəyə  çevriləcəkdir,  Azərbaycanda  «Holland 

sindromu»  olacaqdır,  yəni  iqtisadiyyat  birtərəfli  inkişaf  edə-

cəkdir.  Mən  çox  şadam  ki,  artıq  bu  söhbətlərdən  əsər-əlamət 

qalmayıbdır. Çünki bizim düşünülmüş iqtisadi siyasətimiz artıq 

bütün  dünyaya  Azərbaycanın  imkanlarını  təqdim  etdi.  Davos 

İqtisadi  Forumunun  hesablamalarına  əsasən  –  bu  da  dünya 

miqyasında  ən  mötəbər  iqtisadi  qurumlardan  biridir  – 

Azərbaycan  iqtisadiyyatı  rəqabətqabiliyyətliliyinə  görə  46-cı 

yerdə,  MDB  məkanında  birinci  yerdədir.  Bu,  real  iqtisadi 

islahatların nəticəsidir. 

Ölkə iqtisadiyyatının şaxələndirilməsi sadəcə olaraq, bir xoş 

niyyət deyil, bu, artıq reallıqdır. Gələcək illərlə bağlı bizim çox 

konkret,  dəqiq  düşünülmüş  konsepsiyamız,  strategiyamız  və 

konkret  layihələrimiz  vardır.  Hazırda  yaranmaqda  olan  yeni, 

böyük  sənaye  mərkəzləri,  böyük  sənaye  müəssisələri, 

texnologiya  parkları  artıq  bir  neçə  ildən  sonra  Azərbaycanın 

sənaye  potensialını  yüksək  dərəcədə  artıracaq  və  bundan 

sonrakı  illərdə  iqtisadiyyatımız  qeyri-neft  sektorunun  hesabına 

inkişaf etməlidir. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə